Yeni
biliklər bizə özümüzü, ətrafımızda
baş verənləri, bir hissəsi olduğumuz Kainatı
anlamaqda kömək edir. Biliyə olan hərislik
məni bütün ömrüm boyu – ibtidai məktəbdən
indiyə kimi müşayiət etmişdir. Ona görə də
bütün ömrüm boyu universitetlər mənim üçün
azadlıqdan, işıqdan və oxumaqdan həzz
aldığım bir məbəd, müqəddəs bir yer olmuşlar
və belə olaraq da qalır.
Taleyin mənə hədiyyəsi hesab etdiyim
işimə olan həvəsim də çox vacibdir. Eyni
zamanda düşünürəm ki, uğur qazanmaq ətra -
fımdakı insanların hörmətini qazanmaq dan və
daxili məmnunluqdan heç də dəyərli deyil.
Bizdə belə bir misal var: “al-kana a kanz la
yufna” və ya “məmnunluq əbədi xəzinədir”.
Həvəs, məmnunluq və nikbinlik olan yerdə
uğur qazanmamaq təsəvvürə gəlmir. Elə
görünə bilər ki, mən uğur qazanmağın
düsturunu verirəm. Xeyr, mən bütün hallar
üçün yararlı olan universal düstur bilmirəm,
amma mənə bir şey aydındır – adiliyin
sərhədlərini adlayıb keçə bilməyimiz üçün
bizim mütləq istəyimiz olmalıdır.
Xristofor Kolumbun (1451–1509) dəniz
səfərlərində ona arzusu yol göstərirdi. O,
Kanar adalarından 3900 mil Qərbdə “Çin” də
olmasa, “Hindistan”ın yerləşdiyinə əmin idi.
Əlbəttə, orada nə Hindistan vardı, nə də Çin,
amma arzu Kolumbu yeni torpaqlara gətirib
çıxardı. Həmin vaxtlar məlum olan biliklərə
yiyələnərək, Kolumb intuisiyasına söykənirdi,
amma məhz intuisiya, məhz həvəs və dünyaya
öz baxışlarına sədaqət onu mümkünsüz
görünən bir kəşfin müəllifi etdi. Kolumbun
ideyası təsdiqlənməmiş olsa da, onun səfəri
Yeni Dünyanın kəşfinə gətirib çıxartdı. Bəs
Kolumb kim idi – dahi, sərsəm, ya da bəxti
gətirmiş insan? Bəzi tarixçilər deyirlər: eyni
zamanda hər üçü! Lakin kimliyindən və
necəliyindən asılı olmayaraq, o, dünyanın
hamının inandığı mənzərəsini dəyişə bildi. O,
dünyanı görmə üsulunun özünü dəyişdi.
Leonardo da Vinçi (1452–1519), Kolum -
bun müasiri, özünün “Dünya sonunun görün -
tüsü” kitabında təbiətə yeni baxış ifadə etdi.
O, uğurun sirrinə aparan yolu göstərdi – saper
vedere, “bilmək, görmək kimi”.
Həyatda uğur hamının, özü də həyat
yolunun istənilən mərhələsində üzünə gülə
bilər, lakin elmi dərəcədən asılı olmayaraq, bir
kəsin uğur qazanmasına bir sıra başqa insanlar
da, onların kollektiv səyləri də təsir göstərir.
Bu faktı qəbul edərək, varlılar kasıblara
kömək göstərməlidirlər. Sivil ölkədə və sivil
planetdə hər bir insan qiymətli olmalıdır. Əgər
insan, ölkə və hətta bütöv coğrafi regionlar
inkişaf etməyiblərsə, bilik əldə edə bilmir -
lərsə, bunun nəticələri təkcə ehtiyac içində
olanlar və əzab çəkənlər üçün yox, bütövlükdə
bütün dünya üçün dəhşətli ola bilər. Belə
hallar sosial və mədəni dəyərlərin deqradasi -
yasına səbəb olur, zorakılığa və terrora aparıb
çıxarır.
Bu kitabın fəsillərində mən adıçəkilən
problemləri necə gördüyümü təqdim etməyə,
başlıca sualları qaldırmağa və onlara mümkün
cavablar verməyə cəhd göstərdim. Bu sual la -
rın kökündə savadsızlıq, səfalət və azadlığın
boğulması durur.
Bütövlüklə keçdiyim yol haqqında
danışarkən, mən İnsanın Kainatımızın məkan
və zamanındakı miqyası qarşısında baş
əyirəm. Ömrümüzün zamanı da, qoy lap 100
il olsun, Kainatın həyatının zamanı da, lap 100
il olsun, Kainatın həyatının zamanı ilə – 100
milyard ilə yaxın vaxtla müqayisədə bu, bir
saniyənin yüz milyon saniyə ilə və ya üç illə
müqayisədə qısa olduğu qədər qısadır. Məkan
baxımından Yer kürəsi Kainatımızdan atomun
29
ELM DÜNYASI
/ Elmikütlәvi jurnal / №03 (03) 2013
(0,00000001 sm) Yerdən kiçik olduğu qədərdə
kiçikdir. Biz nəhəng Kainatın bir küncündəki
tozcuğun üzərində yaşayırıq. Qoy həyatımız
qısa, Kainatla əlaqəmiz isə zəif olsun – bizim
çox böyük olan haqqında da, çox kiçik olan
haqqında da, bu iki hədd arasında olan – insan
həyatı haqqında da elmi biliklərimiz
böyükdür. Bu hədlər arasında hər şey –
atomdan kosmologiyaya qədər yeni biliklərin
elmi axtarışlar obyekti kimi çıxış edir,
Xristofor Kolumbla bağlı halda olduğu kimi,
kəşflərimiz mədəniyyətə, fəlsəfəyə, bütöv -
lüklə bəşəriyyətə böyük təsir göstərir. Lakin
biliklərimiz və texnoloji imkanlarımız nə
qədər artmış olsa da, unutmamalıyıq ki, onlar
insanların həyatının yaxşılaşdırılmasına xid -
mət edirlər. Yadda saxlamalıyıq ki, zirvələrə
gedən yolda aşağıda olanlara kömək etmək
lazımdır.
Uşaq vaxtı düşünürdüm ki, Nilin delta -
sında yerləşmiş şəhərim Kainatın mərkəzidir.
Başa düşürəm ki, Kainat haqqında indinin
özündə də çox az şey bilirəm. İndi mən bizə
nə qədər az vaxt verildiyini bilirəm. Uşaq
vaxtı mənim üçün müvəffəqiyyət imtahanda
ən yüksək qiymət almaq idi, indi isə mən
yaxşı səhhəti, ailəmlə və dostlarımla yaxınlığı,
işdə qazanılan nailiyyətləri və başqalarına
kömək etməyi müvəffəqiyyət sayıram. Mənim
zamanın içərisi ilə səyahətim, həyatı mın məni
Nobel mükafatına gətirən bütün mərhələləri
mənə çox şey öyrətdi. Harri S.Trumenin
sözləri ilə desək, mən kim və haradan
olduğumu unutmamağa çalışırdım. Kainat
miqyasında bir zərrə olmağımıza baxmayaraq,
mən imanın və təlimin vacibliyini də yaddan
çıxartmırdım. Mən inanıram ki, biliklərin və
rasional təfəkkürün gücündən istifadə etməklə
biz insanlar, mədəniyyətlər və ölkələr arasında
körpülər sala bilərik və salmalıyıq”.
“Qeyd etmək istərdim ki, Əhməd Zevaylın
bu məqalədə verilən fikirləri onun ingilis
dilindən tərcümə olunmuş və “Zaman içrə
səyahət” adlı kitabından götürülmüşdür. Kitab
2012-ci ildə Azərbaycan Milli Ensiklope
-
diyası tərəfindən nəşrə hazırlanmış və “Şərq-
Qərb” nəşriyyat evində çap olunmuşdur.
Vaqif Abbasov
30
ELM DÜNYASI
/ Elmikütlәvi jurnal / №03 (03) 2013