Səyavuş SƏrxanli vəTƏN, SƏSLƏ



Yüklə 232 Kb.
Pdf görüntüsü
səhifə22/76
tarix04.11.2017
ölçüsü232 Kb.
#8387
1   ...   18   19   20   21   22   23   24   25   ...   76

yavuş  Sərxanlı  adı  var.  Nə  yazdısa,  təmiz  yazdı,  şeirlərimizin  he­
ca  vəznli  gur çeşməsinə  xəyanət  eləmədi.  Ancaq  çox  böyük  təəs­
süf hissilə  qeyd  etməliyəm  ki,  öz  poetik  potensialından  lazımı  də­
rəcədə  istifadə  eləmədi.  Özü  də  bunu  duyurdu  və  bəlkə  də  əzab 
çəkirdi.
Nə  etmək?  Seyid  Əzim  Şirvani  demişkən:
“Dünya  gəlmək-getmək  üçündür,  bu  nə  qəmdir?”.
Hamımız  köç  edəcəyik.  Bizdən  sonra  nə  qalacaqsa...  o  zaman 
təzədən  doğulmaq  başlanır.
Hər  oğul  dünyaya  gəlir  ki,  burda,
Ucalda  xalqını  öz  boyu  qədər.
Vaqif YUSİFLİ, 
tənqidçi
Səyavuş  S ərxa n lı
-----------------------------------------------------------------------------------
s ı s a ?
------------------------------------------------------------  Vətən,  səslə  oğlunu
SƏRXANDA  NƏRGİZLƏR  SƏYAVUŞU  SORUŞUR
Mən  onun  özündən  öncə  sözünü  ta­
nımışam.  Gül  ətirli,  süd  qoxulu,  şirin- 
şəkər  sözünü.  Bu sözlər bulaq  suyu  ki­
mi  duruydu,  elə  bilirdin  ki,  dağların, 
daşların sinəsindən süzülə-süzülə  gəlir­
di:
Qoşuldu  dumana  çəkildi  qəm  də,
Daşlar  da  gülürdü  tər  çiçək  kimi.
Ürək  çırpınırdı  meydan  sinəmdə,
Uçmağa  can  atan  kəpənək  kimi.
Bu  onun  sözüydü.  Oxuduğum  gündən  qulağımda  qalan  sözü! 
Bu  sözlər  adi  sözlər  deyildi.  “Toxumlar  torpağı,  bülbüllər  şehləri, 
yağışlar  buludu,  addımlar  yolları,  sevgilər  ürəyi,  barmaqlar  söz­
ləri,  şeirlər günəşi  dimdiklədiyi  kimi”,  bu  sözlər  də  qulaqlarımızı, 
qulaqlarımızdan  keçib  yaddaşımızı  dimdikləyirdi  ki,  yatmayın, 
ayıq  olun,  “divlər  almaları  aparır”.
Sözündən  sonra  səsini  tanımışam  onun.  Bu  səsnən  o  sözlər  ne­
cə  də  doğmaydı  bir-birinə.  Bu  səs  o  sözlərin,  bu  sözlər  o  səsin 
boyuna  biçilmişdi.  Biri  bulağın  suyuydu,  biri  şırıltısı.  Biri  ağacın 
yarpağıydı,  biri  pıçıltısı.
Vaxtsız  yağışlara  fikir  ver,  qızım,
Vaxtsız  ölənlərin  göz  yaşlarıdır.
Quruyan  ağacda  dünya  gör,  qızım,
Quruyan  köklərin  baş  daşlarıdır.
Bu  onun  səsiydi.  Burda  sözlə  səsin  qovuşuğundan  bir  dəli  dağ 
çayı  yaranmışdı.  Köpüklənib  daşan  çay  kimi,  yatağına  sığmırdı  bu 
səs,  sahillər  ona  darlıq  eləyirdi.
Sözündən,  səsindən  sonra  üzünü  gördüm  onun.  Televiziyada
•sea?


Səyavuş  Sərxa n lı---------------------------------------------------------- --
gördüm  ilk  dəfə.  Hələ  aramızda  əlçatmaz  bir  uzaqlıq  varıydı.  Ən 
azı  aramızı  ekran  kəsmişdi.  Ancaq  sözlərindəki  gül-çiçək  ətrinin, 
səsindəki  dağ  coşqunluğunun,  bulaq  saflığının,  üzündəki  günəş 
nurunun  qabağını  kəsəmmirdi  bu  ekran.  Burda  gül  ətri,  çay  coş­
qunluğu,  bulaq  saflığı  və  günəş  nuru  bir-birinə  qarışmışdı.  Onun 
səsinin  və  sözünün  mənim  xəyalımda  yaratdığı  obraz  canlı-canlı 
dayanmışdı  gözlərimin  önündə  və  həmin  səslə  həmin  sözlərdən 
oxuyurdu:
Aldı  göyü,  baldı  suyu,
Uyu,  könlüm,  toxda,  uyu.
Yol  gedəsən  ömrü  boyu,
Üzü  dağlara,  dağlara...
Sonra  “üzü  dağlara  yol  gedən”  şairin  özünü  gördüm,  özüylə 
tanış  oldum.  Ancaq  dağlarda  yox,  Bakıda.  Görüşdük,  tanışdıq,  da­
nışdıq  səsini,  sözünü  yaddaşıma  yazdığım  Səyavuş  Sərxanlıyla! 
İndi  bir  özü  oldu,  bir  sözü  oldu,  bir  səsi  oldu,  bir  də  mən.  Üz-üzə 
durduq,  göz-gözə  baxdıq.  Ürəklərimiz  bir-birini  duydu,  qan  qanı 
çəkdi,  beləcə  isinişdik,  doğmalaşdıq.
***
İş  belə  gətirdi  ki,  mən  Moskvada  M.Qorki  adma  Ədəbiyyat 
İnstitutunda  oxuyanda  Səyavuş  Sərxanlı  da  ikiillik  kursa gəldi.  Bir 
yataqxanada  qalırdıq.  Tez-tez  görüşürdük.  O  vaxt  onun  ‘‘‘'Mənim 
nərgizli  dünyam”  adlı  kitabı  işıq  üzü  görmüşdü.  Özü  də,  sözü- 
söhbəti  də,  otağı  da  nərgiz  qoxuyurdu.  Onun  şair taleyinə  bir  nər­
giz  ətri  hopmuşdu.  Hansı  şeirini  oxuyurdunsa,  onun  hər  bəndin­
dən  bir  qom  nərgiz  boylanırdı  adamın  üzünə:
Ömrə  gözəlliklər  naxışı  döyən,
Bir  şirin  dil  öyrən,  xoş  qılıq  öyrən.
«
?
_______________________________________   Vətən,  səslə  oğlunu
Pisi  də  ağladıb  yaxşı  eləyən,
Yaxşılıq,
yaxşılıq,
yaxşılıq  öyrən!
Uşaqlıqdan  könül  verdiyi,  gah  dizini  yerə  qoyub  torpaqdan  üz­
məmiş,  gah  da  dərib  sinəsinə  sıxa-sıxa  öpüb-oxşadığı  nərgizlər 
Səyavuşun  ömrünə  gözəlliklər naxışı  döymüşdü.  O  nərgizlər solsa 
da,  bu  naxışlar  solmadı.  Səyavuş  anadangəlmə  şirindilliydi.  Arılar 
güllərdən  şirə  çəkən  kimi,  Səyavuşun  dili  də  şirinliyini  güllərdən, 
saflığını  bulaqlardan  almışdı.
Səyavuş  qılıqlı  olmağı  öyrənə  bilməzdi,  qılıq  onun  təbiətinə 
yadıydı.  Qılıq  yaltaqlığa  doğru  atılan  ilk  addımdı.  Bu  addımı  at­
mağı  bacaranlar  yolları  qırmızı  işıqda  da  qorxusuz-hürküsüz  ke­
çirlər.  Səyavuşun  dörd  yanı  doluydu  belə  qılıqlı  kişilərlə.  Onun 
özü  isə  qırmızı  işıqda  yol  keçməyi  ağlına  da  gətirməzdi,  heç  yaşıl 
işıqda  da  çox  zaman  ona  yol  vermirdilər.  Tək  bircə  dəfə  cana 
doyub  “bu  dəfə  o yaşıl  işıq  mənimdir”  demişdi,  Səyavuş  Sərxanlı.
X əzəllər  altında  sular  var,  dərin 
Dözməyə  hər  səbrin  təhəri  olmur.
Qırmızı  işıqda  yol  gedənlərin,
Yaşıl  tunellərdən  xəbəri  olmur.
Bu  dəfə  -
o  yaşıl  işıq  mənimdir!
Bəs  bu  dəfə  o  yaşıl  işıq  Səyavuşun  oldumu?  Yox,  olmadı.  Bu 
dəfə  də  çoxları  yolu  qırmızı  işıqda  keçdi,  Səyavuş  yaşıl  işıqda 
gözləməli  oldu.  Onun  istedadından,  qələmindən,  sözündən  çox­
larının  qarnına  sancı  dolurdu.  Onların  da  əllərindən  paxıllıqdan, 
qısqanclıqdan  başqa  nə  gəlirdi  ki?  Səyavuşun  söz  bulağının  gözü­
nü  tutmayacaqdılar,  qələmini  əlindən  almayacaqdılar  ki?!  Harda 
əllərinə  fürsət  düşdüsə,  onun  yolunda  qırmızı  işıq  yandırdılar. 
Harda  bir  qapı  açıldısa,  üzünə  bağladılar.  Harda  bir  işıq  ucu  gö­
ründüsə,  ora  pambıq  tıxadılar.  Əllərindən  bu  gəldi,  bunu  da  əsir-
xasa?
A


Yüklə 232 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə