Sevinc abbasova zakir qizi



Yüklə 8,49 Mb.
Pdf görüntüsü
səhifə10/53
tarix23.09.2018
ölçüsü8,49 Mb.
#70232
1   ...   6   7   8   9   10   11   12   13   ...   53

kömok  göstərirdi.  Azərbaycan  Xalq  Komissarları  Soveti  klubun 
işini  yaxşılaşdırmaq  məqsədi  ilə  ona  üç  tikiş  nnışıııı  və  bir  yazı 
makinası  vermişdi  [129,  1925,  №35].  Klub  qadınlar arasında  təb­
liğat işinin mərkəzi  oldu.  Burada müxtəlif mədəni  tədbirlər keçiri­
lir,  savad  kursları  və  məktəbləri,  istehsal  emalatxanaları,  tikiş 
atelyeləri,  kitabxana,  uşaqlar  üçün  yasli  təşkil  edilmişdi  ki,  onla­
rın  vasitəsi  ilə  naxçıvanlı  qadınlar  əmək  vərdişlərinə  yiyələnir  və 
savad  öyrənirdilər.
1924-cü  ilin  dekabrında  Naxçıvan  qadın  klubu  nəzdində  41 
qadının  oxuduğu  savad  məktəbi  açılmışdı.  1925-ci  ilin  yanvarın 
1-də  belə  məktəblər  Ordubadda  və  Şərurda  da  təşkil1 edilpıişdi 
[182, s.  61]. 


Naxçıvan  .qadınları  arasında  savadsızlığın  ləğv  edilməsində
1925- cü  ildən  başlayaraq  1929-cu  ilə  qədər  davam  etmiş  latın
qrafikalı  əlifbaya  keçid  də  mühüm  rol  oynadı.  Qeyd  edək  ki,  bu
mühüm  dövlət  tədbirinin |  həyata  keçirilməsi  ilə  əlaqədar  işlər
Azərbaycan  SSR  rəhbərliyi  ilə  bərabər,  Naxçıvan.  Mərkəzi 
• 

icraiyyə  Komitəsi  (MIK)  səviyyəsində  parallel  aparılırdı. 
Naxçıvanda  1922-ci  ilin  noyabrında  yeni  əlifba  komitəsi,  1924-cü 
ildə  isə  əlifba  islahatı  üzrə  komissiya  təşkil  edilmişdi  [155,  s.  18].
1926- cı  ilin  12  iyununda  Naxçıvan  MİK  yeni  əlifbaya  keçid 
planını  müzakirə  edərək,  Muxtar  Respublika  ərazisində  bütün 
müəssisə  və  təşkilatlarda  sənədləşmənin  yeni  əlifba  ilə  aparılması 
və  yeni  əlifbanı  öyrətmək  üçün  kurslar  açılması  haqqında  qərar 
qəbul  etdi  [94,  s.  1,  iş  22/105,  v.  28-30].  Bu  məsələ  ilə  əlaqədar 
Azərbaycan  və  Naxçıvan  səviyyəsində  qəbul  edilmiş  qərarların 
həyata  keçirilməsi  qadınların  savadlanması  üçün  müsbət  şərait 
yaratdı.  Çünki,  yeni,  sadələşdirilmiş  əlifbanı  öyrənmək,  çətin 
anlaşılan  ərəb  əlifbasından  dəfələrlə  asan  idi.  Məhz  bunun 
sayəsində  1926-1927-ci  illərdə  Naxçıvanda  255  nəfər  'qadını 
savadsızlığı  ləğvetmə  məntəqəsinə  cəlb  etmək  m üm kü^ olmuş  və

  qadınlar üçün 4 savad məktəbi  açılmışdı  [9, s.  5, iş  157, v.  6].‘
1920-ci  illərin  birinci  yarısında  Naxçıvanda  qadın  və  qızlar 
arasında  maarifləndirmə  işi,  qadınlar  arasında  savadsızlığın.ləğvi 
ilə  yanaşı,  məktəbyaşlı  qızların  məktəblərə  cəlb  edilməsi  sahəsin­
də  də  aparılırdı.  Ümumiyyətlə,  məktəbyaşlı  qızların  təhsilə  cəlb 
edilməsi  Naxçıvanda  qadırt  təhsilinin  inkişafının  ilkin  və  eyni za­
manda  mühüm  mərhələsi  oldu.  Maarif və  mədəniyyət1
  orqanları
29 

'  ,
t


1
0
bu  sahədə  də ,bir  sıra  çətinliklərlə  üzləşdilər.  Savadsız,  köhnə  fi­
kirli valideyinlər öz qızlarını  məktəbə  buraxmır,  cahil  din  xadim­
ləri  isə  qızların  təhsil • almasının  guya  «islama  zidd  olduğunu» 
əsaslandırmağa  çalışırdılar.  Qeyd  edək  ki,  qızların  məktəbə  zəif 
cəlb  edilməsində  bu  işdə  buraxılan  nöqsanlar,  sərt  inzibatçılıq 
hallan,  xüsusən  ilk , dövrlərdə  qızlarla-oğlanları  birgə  oxutmaq 
cəhdləri  az  rol  oynamırdı.  Eyni  zamanda  müvafiq  qadm  kadrla­
rın  yoxluğu,  kişi  müəllimlərinin  qızlara  dərs  deməsinə  icazə  ve­
rilməməsi də işin keyfiyyətinə mənfi  təsir göstərirdi.  Bütün bunla­
ra  baxmayaraq,  1920-1925-ci  illərdə  naxçıvanlı  qızlann  təhsilə 
cəlb edilməsində mühüm dönüş baş verdi.  1920-ci  illə müqayisədə 
1925-ci ildə oxuyan qızların1 sayı  5,5 dəfə artmşdı  [182, s.  38].  Bu­
nun  əäas' səbəbi  həmin  dövrdə  Naxçıvanda  ümumən  xalq  maari­
finin  inkişafı  sahəsində  görülən  tədbirlər  idi.  Partiya,  sovet  or­
qanları  azərbaycaıjlı  qızların  məktəbə  cəlb  edilməsi  üçün  bir  sıra 
təşkilati məsələləri həll etməli olurdular.  İlk dövrlərdə qızlar üçün 
xüsusi məktəblər təşkil  edildi  ki,  onların  pedaqoci,  texniki  heyəti 
yalnız  qızlardan  ibarət  idi.  Naxçıvanda  qızların  təhsil  almasının 
vacibliyini  izah  etmək  üçün  şəhər və  kəndlərdə  geniş  izahat  işləri 
aparmaq lazım gəlirdi. 
,
Sovetləşmədən  sonra  Naxçıvanda,  bütün  Azərbaycanda 
olduğu  kimi,  köhnəı məktəblər  sistemi  ləğv  edilərək  vahid  əmək 
məktəbləri  sistemi  müəyyənləşdirildi.  Yeni  məktəb  iki  dərəcəli:  1) 
5 illik və  2) 4 illik  olmalı idi.  Artıq  1921 - 1922-ci  tədris  ilində  belə 
məktəblərin sayı 58-ə çatdırıldı ki, burada oxuyan 4351  şagirddən 
100-ü qız idi [85, s.  37].'
İlk  vaxtlar  qızlarla  oğlanların  birgə  oxuması  üçün  səy 
göstərilirdisə  də,  sonradan  valideyinlərin  buna  etirazını  nəzərə 
alaraq, müvəqqəti olaraq bu fikirdən vaz keçildi.
1922-ci  ildən  bu  qədim  Şərq  yurdunda  məktəbəqədər  uşaqlar 
üçün tədris və tərb»iyə müəssisələri də təşkil olunmağa başlandı.
1925-ci  ildə  Naxçıvan  ölkəsində-I  dərəcəli  məktəblərin  ilk 
buraxılışı, 
oldu. 
Bu 
məktəblərin 
müdavimləri 
arasında 
azərbaycanlılar  artıq  79,6%  təşkil  edirdi.  Bütün  müdavimlərin 
5,26%-i qızlardan ibarət idi [13, s.  1, iş  1, v.  8].
Naxçıvan  MİK (sədri  H.Sultanovun  Azərbaycan  MİK-a  hesa­
bat məruzəsində  göstərilirdi  ki,  1925-1926-cı  tədris  ilində  Muxtar 
Respublikada məktəbyaşlı  uşaqların  35%-i  məktəbə  cəlb  edilmiş,
30


»
I
78  I  dərəcəli  və  II  dərəcəli  məktəblərdən '61 -də azərbaycanlı bala­
lar  oxuyurdu [10,  s.  7,  iş  106Ş,  v.  16-22].  Əgər  1924-1925-ci  tədris 
ilində  onlarım ümumi nisbəti  78,9%  idisə,  1926-1927-ci  tədris ilin­
də bu nisbət  85% oldu  [182, s. 40].
1927-ci  ilin  iyulunda  Naxçıvan  ölkə  partiya  komitəsi  qızları 
məktəbə  cəlbetmə  haqqında  məsələ  müzakirə  etdi  və  valideyinlər 
arasında  geniş  izahat  işinin  aparılması,  1-15  avqust  müddətində 
bölgədə  qız  uşaqlarının  məktəblərə  cəlbetmə  kompaniyası 
keçirmək  qərara  alındı.  Lakin  tədris müəssislərinin  azlığından bu 
kompaniyanı  yalnız  məktəb  olan  kəndlərlə  məhdudlaşmalı 
olurdular. 

I
1920-1921 -ci  tədris  ilində  Naxçıvanda  oxuyan  azərbaycanlı 
qızların sayı  100,  1921-1922-ci  tədris  ilində  860  [96.  s.  2,  iş  12,  v. 
2],  1924-1925-ci  tədris  ilində isə  1083  nəfərə  çatmışdı  [100,  s.  1,  iş 
5/30,  v.  57].  1926-1927-ci  tədris  ilində  isə  1137  azərbaycanlı  qız 
məktəbdə  təhsil  alırdı  [103,  s.  1,  iş  356,  v.  14].  Halbuki  inqilaba 
qədər Naxçıvanda cəmi 32 azərbaycanlı qız oxuyurdu [103, s.  1, iş 
356, v.  16].
Bütün 
bunlara 
baxmayaraq, 
Azərbaycana  1
  nisbətən 
Naxçıvanda  qızların  təhsilə  cəlb  edilməsi  ləng  gedirdi.  Naxçıvan 
üzrə  qızlar  məktəblilərin  1926-cı  ilin  yanvarına  19,49%-ni  təşkil 
edirdi  [182,  s.  39;  12,  s.  1,  iş  6].  Naxçıvan  şəhərində  bu  rəqəm 
33,5%, Ordubadda 27,6%,  Culfada 20,1% təşkil edirdi.
1926-1927-ci  tədris  ilindən  Muxtar  Respublikanın  25  məktə­
bində qızlarla oğlanlar birgə oxumağa başladılar.  Bu zaman I də­
rəcəli  məktəblərdə  1057,  II  dərəcəli  məktəblərdə  isə  80  qız  oxuy­
urdu  [101,  s.  1,  iş  180/307,  v.  4-5].  Qızların  məktəbə  zəif  cəlb 
edilməsinin  səbəbləri  arasında  bir  sıra  sosial-iqtisadi  və  mənəvi- 
psixoloci  amillərlə yanaşı,  pedaqoci  kadrların,  xüsusən  qadın  pe- 
daqoci  kadrlarının  azlığı  problemi  də  dururdu.'  Məhz  müəllim 
kadrlarının  yoxluğu  sovet  hakimiyyətinin  ilk  illərində  məktəbə 
müəllim  kimi  xüsusi  təhsili  olmayah  adamları  belə  cəlb  etməyə 
vadar  edirdi.  Naxçıvan  Xalq  Maarif  Komissarlığı  vəziyyətdən 
sıxmaq  naminə  1921-ci  ildə Naxçıvan şəhərində müəllimlər hazır­
layan  qısa  müddətli  kurslar  açmağa,  Bakıya  və  Azərbaycanın 
digər  şəhərlərinə  müəllimlər  hazırlamaq  üçün  müdavimlər  gön­
dərməyə  məcbur  oldu.  1922-1925-cü  tədris ‘il!ində  Naxçıvan  şəhə­
rində  40  nəfər  qadın  üçün  pedaqoci  kurs  təşkil  olundu  [120,  s.
i


Yüklə 8,49 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə