Kütləvi turizm də mədəniyyətlərarası əlaqələrin,
xalqlar arasındakı dialoqun əsas faktorların
dan birinə çevrilir. Müasir beynəlxalq miqrasiya
proseslərini (o cümlədən, beynəlxalq turizmi)
miqyasına görə dünya xalqlarının birinci böyük
köçü ilə müqayisə edirlər. Bu gün "miqrasiya
axını"na 1 mlrd.-dan çox insan cəlb olunmuşdur.
Azərbaycan Respublikası
da müasir dövrümüzün
ən dinamik prosesləri olan miqrasiya və turizmin
mühüm faktorlarından birinə çevrilməkdədir.
Azərbaycanın turizm məkanı kimi cəlbedicili
yinin artması ölkədə turizm sənayesinin inkişa
fına, infrastruktur və informasiya-kommunikasi
ya sisteminin genişlənməsinə şərait yaratmaqla
yanaşı, onun beynəlxalq arenada nüfuzunun və
imicinin artmasına da müsbət təsir göstərir.
Turizm bizim dövrümüzdə müxtəlif mədəniy
yətləri və xalqları birləşdirən ən asan və səmərəli
yollardan biridir.
Müasir siyasi və sosial-iqtisadi münasibətlər
əvvəlki dövrlərlə müqayisədə turizmin inkişafı
üçün daha əlverişli şərait yaradır. Müxtəlif xalq
ların tarixi, mədəni, milli, dini ənənələrinin özünə
məxsusluğu, tarixi və mədəni abidələr başqa mə
dəniyyətlərin və xalqların nümayəndələri üçün
mühüm cəlbedici amil olaraq qalmaqdadır. Əlbət
tə, səyahətlər, turizm səfərləri mədəniyyətlər ara
sında dialoqun yaranmasının heç də yeganə üsu
lu deyildir. Başqa xalqların tarixi və ənənələri,
mədəni nailiyyətləri, milli özünəməxsusluğu ilə
Sevda Ağamirzə qızı Əhədova
tanış olmaq üçün müxtəlif forma və üsullar möv
cuddur.
Belə formalardan biri beynəlxalq idman ya
rışları, olimpiadalardır. Mədəni əlaqələrin inki
şafında elmi yaradıcılıq əməkdaşlığının müxtəlif
formalan, elmi konfranslar, seminarlar da mü
hüm rol oynayır. Mədəni əlaqələrin vacib for
malarından olan beynəlxalq kinofilmlər, ki
tab yarmarkaları, sərgilər və s. milli mədəni
özünəməxsusluğun tanıdılmasında əhəmiyyəti
əvəzsizdir. Lakin, müasir şəraitdə mədəni tu
rizm xüsusi əhəmiyyət kəsb etməyə başlayır.
O, təkcə bu və ya digər xalqın tarixi və mədəni
abidələri ilə tanış olmaq məqsədi güdmür, həm
də etnik dostluq əlaqələrinin inkişafı üçün stimul
yaradır. Bütün bu mədəni proqramlar turizm
şirkətləri qarşısında ciddi tələblər qoyur. Onlar
turizmin təkcə təşkilati tərəfləri ilə deyil, həm də
ölkələrin maddi-mənəvi sərvətlərinin təbliğatçısı,
mədəniyyətlərarası dialo'qun vacib həlqəsi kimi
fəaliyyət göstərməlidirlər.
Müasir turizm industriyasının inkişafının
mühüm hərəkətverici qüvvəsi kimi reklamın
mədəniyyətlərin təbliğində xüsusi rolunu qeyd
etmək lazımdır, çünki reklam turizminin inki
şafına ciddi təsir göstərməklə yanaşı müxtə
lif turizm sahələrində vətəndaşların istehlak
fəallığının ciddi stimuluna çevrilir. Bütövlükdə
turizm müxtəlif xalqlarla görüşlərin daha
müntəzəm, mədəni və mənəvi biliklərin
г85
Müasir dünyada mədəniyyətlərarası münasibətlər
mübadiləsinin daha geniş olmasına imkan ve
rir ki, bu da turizmin müxtəlif mədəni-tarixi
sistemlərə mənsub olan xalqların qarşılıqlı
əlaqələrində, qarşılıqlı anlaşmasında çox böyük
əhəmiyyət kəsb etdiyini sübut edir.
Şəxsiyyət səviyyəsində sivilizasiyon dialoqun
inkişaf etdirilməsinin ən səmərəli vasitələrindən
biri, müxtəlif ölkələrdə on milyonlarla insa
nı əhatə edən sivilizasiyon turizmi ola bilər.
Onun əsas üstünlüyü ondadır ki, o turizmin
bir sıra növlərinin (tarixi, mədəni, etnoqrafik,
ekoloji, dini və s.) özündə sintezləşdirməklə
bu və ya digər sivilizasiyaların xüsusiyyətləri,
mədəniyyəti, tarixi, dəyərlər sistemi, təbii şəraiti,
dini inancları haqqında müfəssəl təsəvvür yarat
mağa imkan verir. Bu həm təhsil prosesi, həm də
digər sivilizasiyaları başa düşmək, onlara hörmət
hissi aşılamaq, müxtəlif ölkələri və sivilizasi
yaların nümayəndələri arasında tolerantlıq,
sülh mədəniyyəti, qarşılıqlı anlaşma və dostluq
kimi keyfiyyətləri inkişaf etdirmək baxımından
zəruridir.
Hazırda turizm planetar miqyasda sürətlə in
kişaf edən sahələrdəndir. Dünya üzrə ümumi mil
li məhsulun 10 faizi, ixracatın 8 faizi beynəlxalq
turizmin payına' düşür, göstərilən xidmətlərin
təqribən üçdə biri beynəlxalq turizm vasitəsilə
həyata keçirilir. Dünyada əmək qabiliyyəti
əhalinin 8,1 faizi turizm sənayesində və onunla
bağlı sahələrdə məşğuldur.
Sevda Ağamirzə qızı Əhədova
286
Zəngin tarixi-mədəni irsə və əlverişli ta
rixi şəraitə malik olan Azərbaycan turizm sahə
sində böyük inkişaf perspektivlərinə malikdir.
Ölkəmizdə turizmin əksər növlərinin (kənd,
müalicə-sağlamlıq, ekoloji, mədəni, sosial, kom
mersiya, idman, dini, xüsusi maraq kəsb edən və
s.) inkişaf üçün geniş imkanlar vardır.
Azərbaycan Respublikasında 2002-2005-ci
illərdə turizm inkişafına dair Dövlət Proqramını
həyata keçirilməsi nəticəsində turizm inkişafı
üçün münbit şərait yaradılmış, beynəlxalq tu
rizm bazarına inteqrasiyanın təmin olunması
nın əsası qoyulmuş, milli turizm kompleksinin
rəqabətə davamlılığı yüksəlmişdir. 2002-2010-cu
illər ərzində mehmanxana və mehmanxana tipli
müəssisələrin sayı 4 dəfə artaraq 94-dən 370-ə çat
mış, bu obyektlərdə ümumi yerlərin sayı 3 dəfə
çoxalmışdır [25].
2002-ci ildən başlayaraq hər il Azərbaycanda
beynəlxalq turizm sərgisi təşkil olunur. Ölkədə
turizmin əhəmiyyətini artırmaq, turizm poten
sialını təbliğ etmək, yerli adət-ənənələri, milli
mətbəxi, mədəni və tarixi irsi tanıtmaq
məqsədilə
tematik nəşr məhsulları (kitabçalar, bukletlər, CD
və DVD-lər və s.) hazırlanır və yayılır, dünya
nın müxtəlif televiziya kanallarında reklam çarxı
nümayiş etdirilir, həyata keçirilən yeni layihələr
barədə reklam və elanlar verilir, bu məqsədlə in
ternetin imkanlarından və digər elektron daşıyıcı
vasitələrindən istifadə olunur.
Müasir dünyada mədəniyyətlərarası münasibətlər
287