ʺSənaye nümunələrinin beynəlxalq qeydiyyatı haqqındaʺ Haaqa Müqaviləsinin
Cenevrə Aktına qoşulmaq barəsində
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Azərbaycan Respublikası ʺSənaye nümunələrinin beynəlxalq qeydiyyatı
haqqındaʺ Haaqa Müqaviləsinin 1999‐cu il 2 iyul tarixli Cenevrə Aktına qoşulsun.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 iyun 20l0‐cu il
№ 1052‐IIIQ
Sənaye nümunələrinin beynəlxalq qeydiyyatı haqqında Haaqa Müqaviləsinin
CENEVRƏ AKTI
2 iyul 1999-cu il
GİRİŞ MÜDDƏALARI
Maddə 1
İxtisar edilmiş ifadələr
Bu Aktın məqsədləri üçün:
(i) ʺHaaqa Müqaviləsiʺ ‐ bundan sonra adı dəyişdirilərək ʺSənaye nümunələrinin
beynəlxalq qeydiyyatı haqqında Haaqa Müqaviləsiʺ adlandırılacaq ʺSənaye nümunələrinin
beynəlxalq depoziti haqqında Haaqa Müqaviləsiʺni ifadə edir;
(ii) ʺbu Aktʺ ‐ bu Aktla rəsmiləşdirilmiş Haaqa Müqaviləsini ifadə edir;
(iii) ʺTəlimatʺ ‐ bu Akta aid Təlimatı ifadə edir;
(iv) ʺmüəyyən edilmişʺ ‐ Təlimatda müəyyən edilmiş mənasını ifadə edir;
(v) ʺParis Konvensiyasıʺ ‐ 1883‐cü il martın 20‐də Parisdə imzalanmış, yenidən baxılmış
və düzəlişlər edilmiş Sənaye mülkiyyətinin mühafizəsinə dair Paris Konvensiyasını ifadə
edir;
(vi) ʺbeynəlxalq qeydiyyatʺ ‐ sənaye nümunəsinin bu Akta uyğun həyata keçirilən
beynəlxalq qeydiyyatmı ifadə edir;
(vii) ʺbeynəlxalq iddia sənədiʺ ‐ beynəlxalq qeydiyyat üçün iddia sənədini ifadə edir;
(viii) ʺʺbeynəlxalq reyestrʺ ‐ beynəlxalq qeydiyyatlara dair məlumatların hansı
daşıyıcılar üzərində saxlanmasından asılı olmayaraq, bu Aktla və ya Təlimatla qeydiyyatı
tələb olunan və ya icazə verilən, Beynəlxalq büro tərəfindən aparılan rəsmi toplusunu ifadə
edir;
(ix) ʺşəxsʺ ‐ fiziki və ya hüquqi şəxsi ifadə edir;
(x) ʺiddiaçıʺ ‐ adından beynəlxalq iddia sənədi verilən şəxsi ifadə edir;
(xi) ʺsahibʺ ‐ Beynəlxalq reyestrdə adına beynəlxalq qeydiyyat aparılan şəxsi ifadə edir;
(xii) ʺhökumətlərarası təşkilatʺ ‐ maddə 27 (1) (ii)‐yə əsasən bu Aktın iştirakçısı olmaq
hüququ olan hökumətlərarası təşkilatı ifadə edir;
(xiii) ʺRazılığa gələn Tərəfʺ ‐ bu Aktın iştirakçısı olan istənilən dövləti və ya
hökumətlərarası təşkilatı ifadə edir;
(xiv) ʺiddiaçının Razılığa gələn Tərəfiʺ ‐ Razılığa gələn Tərəfləri və ya iddiaçının
Razılığa gələn Tərəfə dair 3‐cü maddədə göstərilən şərtlərdən heç olmasa birini təmin
etməklə beynəlxalq iddia sənədi vermək hüququ olan Razılığa gələn Tərəflərdən birini ifadə
edir; 3‐cü maddəyə uyğun olaraq, iddiaçının beynəlxalq iddia sənədini vermək hüququna
malik ola bilən iki və ya daha çox Razılığa gələn Tərəfi olduğu halda, ʺiddiaçının Razılığa
gələn Tərəfiʺ ‐ iddiaçının beynəlxalq iddia sənədində göstərdiyi Razılığa gələn Tərəfi ifadə
edir;
(xv) ʺRazılığa gələn Tərəfin ərazisiʺ ‐ Razılığa gələn Tərəf dövlət olduqda, bu dövlətin
ərazisini ifadə edir, əgər Razılığa gələn Tərəf hökumətlərarası təşkilatdırsa, onda bu
hökumətlərarası təşkilatı təsis edən müqavilənin tətbiq olunduğu ərazini ifadə edir;
(xvi) ʺİdarəʺ ‐ Razılığa gələn Tərəfin öz ərazisində sənaye nümunələrini qorumağı
həvalə etdiyi orqanı ifadə edir;
(xvii) ʺekspertiza aparan İdarəʺ ‐ sənaye nümunəsinin heç olmasa yenilik şərtini təmin
edib‐etməməsini müəyyən etmək məqsədilə, sənaye nümunəsini mühafizə etmək üçün
idarəyə verilən iddia sənədinin ex officio ekspertizasını aparan İdarə deməkdir;
(xviii) ʺgöstərişʺ ‐ beynəlxalq qeydiyyatın Razılığa gələn müəyyən Tərəfdə qüvvədə
olması üçün verilən vəsatət deməkdir; bu, həmçinin həmin vəsatət barədə Beynəlxalq
reyestrdə qeydlərin aparılması deməkdir;
(xix) ʺgöstərilən Razılığa gələn Tərəfʺ və ʺgöstərilən İdarəʺ ‐ müvafiq olaraq, göstərişin
şamil edildiyi Razılığa gələn Tərəf və Razılığa gələn Tərəfin İdarəsi deməkdir;
(xx) ʺ1934‐cü il Aktıʺ ‐ Haaqa Müqaviləsinin 1934‐cü il iyunun 2‐də Londonda
imzalanmış Aktını ifadə edir;
(xxi) ʺ1960‐cı il Aktıʺ ‐ Haaqa Müqaviləsinin 1960‐cı il noyabrın 28‐də Haaqada
imzalanmış Aktını ifadə edir;
(xxii) ʺ1961‐ci il Tamamlayıcı Aktıʺ ‐ 1934‐cü il Aktına əlavə olaraq 1961‐ci il noyabrın
18‐də Monakoda imzalanmış Aktı ifadə edir;
(xxiii) ʺ1967‐ci il Tamamlayıcı Aktıʺ ‐ düzəlişlər nəzərə alınmaqla, 1967‐ci il iyulun 14‐
də Stokholmda imzalanmış, Haaqa Müqaviləsinə əlavələr edən Aktı ifadə edir;
(xxiv) ʺİttifaqʺ ‐ 1925‐ci il 6 noyabr tarixli Haaqa Müqaviləsi ilə təsis edilən, 1934‐cü və
1960‐cı il Aktları ilə, 1961‐ci il Tamamlayıcı Aktı ilə, 1967‐ci ildə Əlavə edilən Aktla və bu
Aktla qüvvədə saxlanılan Haaqa İttifaqını ifadə edir;
(xxv) ʺAssambleyaʺ ‐ maddə 21 (1) (a)‐da göstərilən Assambleyanı və ya bu
Assambleyanı əvəz edən istənilən orqanı ifadə edir;
(xxvi) ʺTəşkilatʺ ‐ Ümumdünya Əqli Mülkiyyət Təşkilatını ifadə edir;
(xxvii) ʺBaş direktorʺ ‐ Təşkilatın Baş direktorunu ifadə edir;
(xxviii) ʺBeynəlxalq büroʺ ‐ Təşkilatın Beynəlxalq Bürosunu ifadə edir;
(xxix) ʺtəsdiqnaməʺ ‐ həmçinin qəbuletmə və ya bəyənmə barədə sənədi ifadə edir.
Maddə 2
Razılığa gələn Tərəflərin qanunvericiliyi ilə və bir sıra beynəlxalq müqavilələrlə verilən digər
mühafizə növlərinin tətbiqolunma imkanı
(1) [Razılığa gələn Tərəflərin qanunvericiliyi və bir sıra beynəlxalq müqavilələr] Bu Aktın
müddəaları Razılığa gələn Tərəfin qanunvericiliyi ilə verilə bilən hər hansı daha güclü
mühafizənin tətbiqinə xələl gətirmir. Onlar həmçinin müəllif hüququna dair beynəlxalq
müqavilələrə və konvensiyalara uyğun olaraq incəsənət əsərləri və tətbiqi sənət əsərləri üçün
verilən mühafizəyə, habelə Ümumdünya Ticarət Təşkilatını təsis edən Sazişə əlavə edilmiş
ʺƏqli mülkiyyət hüquqlarının ticarət aspektləri haqqındaʺ Sazişə uyğun olaraq sənaye
nümunələrinə verilən mühafizəyə xələl gətirmir.
(2) [Paris Konvensiyasına əməl etmək öhdəliyi] Razılığa gələn hər bir Tərəf sənaye
nümunələrinə dair Paris Konvensiyasının müddəalarına əməl etməklə bağlı öhdəlik götürür.