1
Şəmil Sadiq
OdƏrlər
tarixi-fəlsəfi roman
2-Cİ NƏŞR
2
Redaktor:
Müşfiq XAN
Korrektor:
Asifə Əfəndi
Mətn tərtibatı:
Kamal Bağırzadə
Texniki redaktor:
BəxtiYar
Dizayn və qrafika:
Teymur Fərzi
© Şəmil Sadiq
OdƏrlər (tarixi-fəlsəfi roman)
©”XAN” nəşriyyatı
Bakı-2014-2017. 224 səh. 2-ci nəşr
ISBN:
978-9952-464-81-8
Müəllifin rəsmi razılığı olmadan kitabın yaxud onun hansısa
hissələrinin təkrar çapı, yayımı və roman əsasında film çəkilişi
qadağandır!
3
MÜƏLLİFDƏN
Uzun illər məni düşündürən, daha doğrusu narahat edən
fəlsəfi bir mövzunu araşdırma romanı kimi yazmağı arzulasam
da, sonda çox dəyərli bir dostumun təklifi üzrə milli taleyimizi
düşündürən süjetlə birgə yazdım. Yazdıqca tarixi-fəlsəfi fikirlə-
rim gah həqiqətlərlə, gah fantastik ideyalarla dost oldular.
Müxtəlif oxucu kütləsi üçün həm maraqlı, həm qəbuledilməz,
həm mübahisəli məqamlarla, həm də aktual problemlərlə zən-
gin olan bir romana çevrildi.
Mən məqsədimə çatdım. Millətimin şanlı tarixini və görmək
istədiyim gələcəyini ürəyimin səsinə qulaq asaraq təxəyyülü-
mün köməyi ilə yazdım. Romanın müxtəlif dünyagörüşlü insa-
nımızın qınaq obyektinə çevriləcəyini bilirəm. Amma zərrə qə-
dər də kimlərinsə fikrinə hörmətsiz yanaşmaq fikrində olma-
dım. Və bundan daima uzaq olmağa çalışdım. Əsərdəki qəhrə-
manlar tanıdığım dostlarımın prototipidir. Bu qəhrəmanlar nə
qədər ziddiyyətli dünyagörüşə sahib olsalar da, həmişə bir
amalda bütün fikirlər üst-üstə düşür. Bu amal isə millətdir! Hər
şeydən öncə millət!..
Dədə Əfəndinin söhbətlərini romana salmaqda öncə çox tə-
rəddüdlü idim. Hətta romanın altı ay bundan öncə hazır olma-
sına baxmayaraq, məhz milli düşüncə tərzinin carçısı Dədə
Əfəndinin söhbətlərinə görə düşünməyə qərar verdim. Və son-
da heç bir düzəliş etmədən çapa göndərdim.
Qəhrəmanım Arslan Sultanbəyli Türk millətinin tarixinin
gizlin mətləblərini ortaya çıxartmaq üçün oxuduğum tarixi
mənbələrin izi ilə Dədə Əfəndinin tövsiyələri əsasında öncə Şu-
şaya getdi. Əməliyyatı şərəflə və uğurla başa vurdu. Roman üç
hissədən ibarət olacağı üçün bu, birinci kitabdır. İkinci kitabda
Arslan Sultanbəyli Ulu Şaman Məclisinin tapşırığı ilə Çinə,
üçüncü kitabda isə Vatikana getməlidir. Ümid edirəm ki, oxu-
cuları intizarda saxlamadan ikinci və üçüncü kitabları da yaza-
4
cağam. Yəqin ki, oxucuların münasibəti digər kitabların yazıl-
ması üçün böyük stimul verəcək.
Romanın ərsəyə gəlməsində bir çox mütəxəssisdən və dost-
larımdan məsləhətlər və dəstək aldım. Onlardan həmişəki kimi
ilk oxucum, tövsiyələri ilə daima düzgün yolu göstərərək dəs-
tək verən həyat yoldaşım Zülfiyyə Sadıqovaya, coğrafi xəritə-
lərlə işləməkdə daima yardım edən coğrafiyaşünas Famil İsaye-
və, tarixi faktları dəqiqləşdirməkdə hər zəngimə və çağırışıma
səs verən tarixçi Amil Həsənova və arxeoloq Elvin Əliyevə, iş-
ğal altında olan bölgələrimizi uzaqdan da olsa, görməyimə və
dağlar-dərələrlə tanış olmağım üçün mənimlə bərabər gecəsini-
gündüzünə qatan Rahil Zülfəliyevə, ingilis dilli mənbələri araş-
dırmaqda yardım edən Fərid Hüseynliyə, zəngin kitabxana və
materiallarla təmin edən Əli İbrahimbəyliyə, hərbi terminləri
dəqiqləşdirməyimdə yardım edən keçmiş döyüşçümüz Heydər
Rəhimova, qazimiz Kənan Nəcəfov və Sevindik Mehman ilk
oxucu kimi tənqidi münasibətlərinə görə tanınmış ziyalılarımız
Müşfiq XANa, Elçin Əlibəyliyə, Cəlil Cavanşirə, Elxan Nəcəfo-
va, Yusif Alı Afşara, Zöhrə Cəfərovaya, Günel Məmmədovaya
və adının çəkilməsini istəməyən və XÜSUSİ məsləhətlər verən
dostlarıma dərin minnətdarlığımı bildirirəm.
Daima stumul aldığım, əsərləri ilə həyat konsepsiyamı for-
malaşdırdığım ustadım, romanın ilk oxucusu, böyük yazıçımız
İsa Muğannaya bir ömür boyu minnətdar olacağımı bildirmək-
dən qürur duyuram.
İnanıram ki, süjet xətti təxəyyülümün məhsulu olan bu ro-
man tezliklə oxucu rəğbəti qazanacaq.
5
Ali roman
Yazıçı və müəllim Şəmil Sadiqin erməni separatçıları ilə mü-
barizəyə həsr olunmuş "OdƏrlər" romanı nadir əsərdir. Nadir-
lik süjet xəttinin son dərəcə orijinallığı, ölkələr, siyasətlər, din-
lər, təriqətlər haqqında məlumatın zənginliyindədir. Ziyalı oxu-
cu müəllifin, şəksiz, şübhəsiz, böyük istedadının məhsulunu tə-
şəkkür hissi ilə qarşılayacaq və Azərbaycan ədəbiyyatına belə bir
istedadın gəlməsi ilə fəxr edəcək. Adi oxucu isə romandakı mə-
lumatın genişliyindən beynində genişlənmə duyacaq. Öz xalqı-
na belə duyğular aşılamaq hər yazıçıya nəsib olmur.
Çox mənalı, müdrik, ali roman yazmısan. Sevinə-sevinə təb-
rik edirəm. Böyüksən. Amma daha böyük gələcəyini gözləyi-
rəm... Xahiş edirəm səhifələrin arxasındakı qeydlərimə laqeyd
olma... Çünki bizim ikimizin taleyi var bu kitabda. Tale birliyi,
əbədi yazıçılıq birliyi, gələcək həyat birliyi böyük, nadir xoşbəxt-
likdir...
İsa Muğanna. 19.04.2013
Dostları ilə paylaş: |