61
olan hadisə və məzmunun genişliyini və gərginliyini
üçüncü, dördüncü və beşinci pərdələrdə görmürük.
Son üç pərdə hələ üzərində işlənəcək bir yazını xatır-
ladır. Cavidin bütün əsərlərində özünəməxsus bir dil
vardır. Bu dil onun məişətdəki dilindən fərqlidir.
Onun nəsrlə yazılmış son dram əsərləri “Topal Tey-
mur” və “İblisin intiqamı”dır. “Topal Teymur”dakı
dil Cavidin “Maral”, “Şeyda”və “Afət”kimi əsərləri
ilə çox yaxın olduğu halda, “İblisin intiqamı”ndakı dil
onun məktublarının üslubuna və leksikasına yaxın-
dır. Deməli, Müşkinaz xanımın köçürdüyü və bizə
gəlib çatan bu nüsxə əsərin son bitkin variantı deyil.
Görünür, Cavid onun dili üzərində işləməyə vaxt tap-
mamış və ya əsərin əsas variantı itib-batmışdır. Fikir-
lərimizi pyesdəki üç şeir parçası da təsdiq edir: birinci
pərdədə qaraçıların, ikinci pərdədə Xalidin oxuduğu
parçalar bədii cəhətdən çox güclü olduğu halda, dör-
düncü pərdədə İblisin oxuduğu şeir Cavid şeiriyyəti-
nin tələblərinə cavab vermir. Müqayisə üçün onların
hərəsindən bir bəndə diqqət yetirək. Birinci pərdədə
qaraçıların:
İnsan ömrü dalğa kimi keçər, gedər.
Hər gələn bir sevgi yolu seçər, gedər.
Dərdi burax, zövqünə bax, unutma ki,
Hər kəs əcəl badəsini içər, gedər.
– şərqisi heca vəzninin 12-lik ölçüsündə dörd hecalı
bölgülərin üç dəfə təkrarı ilə yazılmışdır. Nə forma,
nə məzmun, nə də qafiyə sistemində hər hansı bir xə-
tası olan bu şeir sənətkarlıq nümunəsidir.
62
İkinci pərdədə Xalidin nəğməsi:
Səni ürkütdümü halım, çiçəyim!
Öylə yan baxma, aman sevdicəyim!
O baxışlar, o duruşlar, o əda
Qoparır fırtınalar ruhumda.
Şeir əruz vəzninin üçbölümlü incə naqis rəməl nö-
vündə-fə'ilAtün fə'ilAtün fə'ilün ölçüsündə yazılmış-
dır. Bədiilik, vəzn, qafiyə və mənasına irad tutmaq
mümkün deyil. İndi isə dördüncü pərdədəki şeirin
bir parçasına diqqət edək:
Alqış sevda gecələrini oxşayan qaranlıqlara!
Alqış qaranlıqlar içində süzülən işıqlara!
Alqış ipəklər içində qıvrılan qanadsız quşlara!
Alqış oynaq və incə ayaqlardakı nazlı uçuşlara!
Nə əruz, nə də heca vəzninə uyğun gələn ritorik
sətirlər 16, 19, 17, 18 hecadan ibarətdir. Cavidin yara-
dıcılığında belə bir şeyə rast gəlməmişik. Müasirləri
içərisində vəzn baxımından ən yüksək pillədə duran
bir şair belə bir yazını şeir formasında tamamlanmış,
bitkin bir əsərə sala bilməzdi. Deməli, əsərin sonuncu
üç pərdəsinə və bu şeirə Cavidin yenidən, təkrarən əl
gəzdirməsi fikri olmuşdur. O, şübhəsiz ki, “İblis”dəki
63
monoloqlara bənzər tərzdə bu əsərdə də nəsə yarat-
malı idi. Əlimizdəki varianta əsasən əsərin natamam-
lığı barədə şübhələrimizi Cavidin, bəlkə də, hansı ar-
xivdəsə yatan, sonralar əlimizə keçəcək bitkin variantı
doğruldub aradan götürə biləcəyinə ümidimiz çox-
dur.
“Elm” qəzeti. 31 oktyabr, 2006-cı il. № 31-32
64
II FƏSİL
Ədəbiyyatşünaslıq və ədəbi köşə
65
66
Ədəbiyyat Ədəbiyyatdırmı?
“Ədəbiyyat ədəbiyyatdırmı?” sualını eşitdiyi za-
man bir anlıq bütün bəşəriyyətin tarixini, mədəniyyə-
tini, fəlsəfəsini gözünün qabağına gətirməyə çalışır
insan. Çünki bu gün bizim sadəcə bədii əsər deyib
oxuduğumuz nümunələrin sayəsində əsərin əhatə et-
diyi çağın bütün mühitini görmüş və yaşamış oluruq.
Yazılı ədəbiyyat daima bir ideologiyanın aparıcı ma-
şını olub. Bu ideologiya maşınları mütərəqqi də ola
bilər, mürtəce də. Çünki insan həqiqətləri və ya həqi-
qət kimi qəbul etmək istədiklərini yüksək səviyyəli
təqdimatla qəbul etmək və həzm etmək istəyir. Zövq-
lə hazırlanıb təklif edilən istənilən qida şüur altında
“həzm edə bilmərəm” fikrindən tamamilə uzaq olur.
Həzm zamanı nə qədər əziyyət çəkilsə də, təqdimat-
dan aldığın xoş duyğular insanı o qədər rahatladır ki,
reallıqdan uzaq olursan. Ədəbiyyat da adətən siyasi,
iqtisadi, dini ideologiyaların sözün zərif və yumşaq
naxışları ilə bəzədilib təqdim edilməsi ilə məşğul olur
bəzən. Lakin bütün bunlarla yanaşı “ədəbiyyat ədə-
biyyatdırmı?” sualına cavab vermək istəsək, ədəbiy-
yat həyatdır deyə bilərik.
Tarixi mənasından uzaqlaşaraq artıq sadəcə ədəb
qaydaları yox, insanı təqdim edir ədəbiyyat. Bu insan
Nəsiminin lirik qəhrəmanı, Cavidin Şeyx Sənanı kimi
müdrik də olur, Füzulinin Məcnunu kimi ilahi eşq fə-
daisi, Nizaminin Şirini kimi səmimi, Cəlilin Şeyx Nəs-
rullahı kimi fırıldaqçı da, Cavidin İbn Yəmini kimi
məkrli və şər ideyaların carçısı da. Klassik ədəbiyyat
insanın nəfsini də, arzularını da istər müsbət, istərsə
Dostları ilə paylaş: |