45
istəməyirdi. Uzun müddət o, evdən uzaq qalmaq istəyirdi.
Orada hər yerdə atasının xatirəsi var idi. Orada atasının
qoxusu qalmıĢdı hələ.
Gülnaz isə evdə ruh idi. Kimin hara getdiyi nə etdiyini
görməyir, bilməyirdi. Ġkinci günü idi ki, ağzına çörək
dəyməmiĢdi. Gündə təkcə bir stəkan su içirdi. Gecələri isə
yata bilməyirdi. Həyətdə oturur, elə heyy göyə baxırdı.
Eyvazdan qalan isə təkcə maĢın idi. O, belə sükut içində
idi. Ona baxan deyərdiki maĢın belə Eyvazın ölümündən
təsirlənib, boynunu büküb.
AxĢam olur hər kəs evinə gedəndə evdə RövĢənlə
Gülnaz qalırdı. Ev səssizliyə qərb olmuĢdu. Heç kim
danıĢmaz, heç kim gəzməz. Sanki, əvvəlki ev bu deyildi.
Hansı ev? – RövĢənlə Nərgizin ortalığda ora – bura
qaçdığı, Gülnazın kənddə olan hadisəni Eyvaza deyəndə
Ģaqqanaq çəkib güldüyü, Nərgizin atasının yanından
ayrılmayaraq onu qucaqlayıb mənim gözəl atam dediyi
ev?! Gülnazın, yemək hazırdı, gəlin – sözünü dediyi ev
indi kimsəyə yemək verməyirdi. Verirdisə belə ataların
alan bu evdən yemək istəməyirdilər. Bəlkə zaman
keçəcək yenə bu evdə kimsə güləcək, yenə yemək hazırdı,
gəlin – sədaları səslənəcək, ancaq, hər dəfə bu səs olanda
Eyvaz yada düĢəcəkdi. Bu həyatda onun rolu nə qədər az
olsa da onun ölümü hər kəsi üzmüĢdü. Kənddə hər kəsin
yardımına qaçan, heç kəslə dalaĢmayan, hər kəslə
mehriban olmağa çalıĢan biri idi.
“Görəsən indi harda idi? Cənnət - cəhənnəmi görür?
Hansında idi? Görəsən o tərəfdə mənim etdiyimi
görürmü? Mənlə qürur duyan atam, indi məndən nifrət
edirmi? Güvəndiyinə peĢman olubmu? Görən üzr istəsəm
bağıĢlayardı? Ya elə ölən kimi yox oldu? Cənnət –
cəhənnəmə
inanmazdı.
Deyərdiki,
görmədiyimə
inanmaram. Görən indi görüb nə deyir? Ya mən düz
dedim, deyir. Ruhu var, görəsən? Deyirlər ki, qırx
gününəcən ruhu evdən ayrılmayır. Harda oturub? Ya
mənim yanımdadı? Bəlkə, mənə nəsə deyir. Bəlkə də
46
söyür. Bəlkə də öldürmək istəyir. Belə oğulmu buraxdım?
- deyə. Bəlkə də anaamın yanında idi. MaĢınına son bir
dəfə baxırdı. YaĢı elə də çox olmayan bir maĢın. O,da
tənha
qaldığına görə üzülürdü. O, da məni
günahlandırırdı, görəsən? – yox, o sadəcə bir dəmir
parçası idi. O, hiss edə bilməz. O, dəmir ola bilər, ancaq,
məndə daĢam. Mənim üzümdən oldu hər Ģey. Ġlk öncə
bacımı kor elədim, sonra isə fikirdən atamı öldürdüm.
Özmü öldürüm? YaĢamaq artıq lazımsız bir Ģeydi mənə
görə. Ancaq, anamı – bacımı bu vəziyyətdə buraxıb gedə
bilmərəm. Atam nə deyər? Deməzki, elədiklərin bəs deyil,
hələ birdə üçüncün edirsən? Niyə tək qoyub gəldin? Son
ümidim onlara baxacağın idi, səndə onları buraxdın
gəldin. Yox. YaĢamalıyam. YaĢayıb, səhvlərimi düzəldə
bilməsəmdə onlarla mübarizə aparmalıyam.”- qalx,
RövĢən. Get yerində yat. Soyuq olar havada.
Gözlərini açaraq anasının solmuĢ üzünə baxdı. Nəsə
demək istəsə də fikrindən döndü. Evə doğru irəlilədi.
Qapını açıb öz otağına doğru irəlilədi. Evdən səslər
gəlirdi. Hər yerdə sanki atası vardı. Atasının ölümünə
üzüldüyündən sonra çəkdiyi vicdan əzabındanmı belə
olurdu bilməyirdi.
Səhər tezdən qalxdı. Həyətə düĢəndə anasının
kreslodaca oturub yuxuya getdiyin gördü. Evdən üstünə
salmaq üçün yorğan gətirdi. Sonra çayniki dolduraraq çay
dəmlədi. Özü üçün biraz pendir, çörək çıxartıb yedi.
Anasının qalxdığın görüb onun üçündə çay süzdü. Yemək
atıĢdırıb bacısını görmək üçün nənəsigilə getdi. Neçə gün
idi ki, Nərgizdən xəbəri yox idi.
Anası maĢını götür tez get desədə, piyada gedəcəyini
deyərək evdən çıxdı. Yol boyu qarĢısına çıxan hər kəs
baĢsağlığı verirdi. Axırda məcbur olub ara bir yola girdi
ki, adamlarla rastlaĢmasın. Evə çatdıqda isə nənəsinin
həyəti təmizlədiyini, babasının isə stulda oturub çay
içdiyini gördü. Nərgiz hələ yuxudan ayılmamıĢdı. Nənə-
babası ilə görüĢüb Nərgizin yanına çıxdı.
47
Necə də masumca yatırdı. Dünyanın bütün yükü onun
çiynindəymiĢ kimi büzüĢmüĢdü.
-Ayıldın, Nərgiz?
Nərgiz yerində düzələrək gələnin kim olduğun ayırd
edirdi. – sənsən, RövĢən?
-Hə, mənəm. Səni görməyə gəlmiĢəm.
-Anamda gəlib? Yoxsa tək gəlmisən?
-Tək.
-YaxĢısan? Ana necədi?
-YaxĢıyam. Anamda belədə, normal. YavaĢ – yavaĢ
normallaĢır o da. Sən neyləyirsən? Sıxılmırsan ki, burda?
-Düzün deyim, sıxılıram. Nənə gəlir mənlə danıĢır,
edir. Evdəndə kitablar gətirib, ancaq yenədə sıxılıram.
Səni, anamı, atamı, evimizi istəyirəm. Görməsəm belə o
evdə olmaq istəyirəm.
RövĢən bir müddət susdu sonra :
-Ortalıq sakitləĢsin gedərik evə.
-Ġndi neyləyirsən?
-Heç. Birazdan evə gedərəm, yəqin. Anayı tək
buraxmayım. Ruh kimidi.
-Həə yaxĢı edərsən. Məni fikirləĢmə. ÖyrəĢirəm.
Əvvəl gözlərim indi də atam. Yadındadı həmin gün?
-Hansı? Atamızın öldüyü?
-Yox. Mənim kor olduğum.
-Həə, nə olub ki? – Nərgizin durduq yerə bu mövzunu
açması onu təəccübləndirdi.
-Heç. Gör neçə ildi. Dörd ilə yaxın. Əvvəllər
üzülürdüm. Bir daha gülə bilməyəcəm, həyatım söndü
deyə. Sonra məktəbə getdim. Yenə baĢladım normal
həyatıma. Orada dostlarım oldu, deyirdik gülürdük.
Oxumağı öyrəndim, əsasəndə. Tam hər Ģey düzəldi
deyirdim, normala döndük deyirdim indi də atam.
Görəsən bu günləridə unudub necə birlikdə olub gülə
biləcəyik?
Dostları ilə paylaş: |