30 sentyabr 2015-ci il
http://www.amu.edu.az
5
- Bu il universitetin müalicə-
profilaktika,
stomatologiya,
əczaçılıq, hərbi tibb, tibbi
profilaktika və tibbi biologiya
fakültələrinə minə yaxın tələbə
qəbul olub. Adətən yüksək bal
toplayanlar
universitetimizə
qəbul olduğundan, bu il də
elə olub. Sevindirici haldır ki,
bu il qəbul olan tələbələrin
400-ə yaxını 600-dən çox bal
toplayanlardır. Bu isə əlaçı
tələbə deməkdir. Tələbələrin
24-ü prezident təqaüdçüsüdür.
“Bilik
günü”
münasibətilə
hörmətli rektorumuz, akade-
mik Əhliman Əmiraslanov
tələbələrlə görüş keçirdi. Onun
həm də bu günlərdə prezi-
dent təqaüdçüləri ilə də görü-
şü oldu. Dəyərli tövsiyələrini
verərək yeni tədris ilində
on lara
uğurlar
arzuladı.
Bil diyiniz
kimi
universitet
rəhbərliyi daima əlaçı tə lə-
bələrin fəaliyyətini diqqətdə
saxlayır. Hər il olduğu kimi,
bu il də “Sabah” qrupu təşkil
olunub. Bu qrup 3-cü kurs-
dan fəaliyyət göstərir. Aşağı
kurslarda oxuyan tələbələr
üçün də bu tipli qrup yara-
dılır. Çalışırıq ki, tələbələr
həmçinin ingilis dilində də
dərs alsınlar. Tədrisin yüksək
səviyyədə
təşkilini
təmin
etmək məqsədi ilə möhtərəm
Prezidentimizin fərmanları ilə
universitetin yeni klinikaları
inşa edilərək istifadəyə verilib.
Tədris aparma ərazisi əvvəlki
illərə nisbətən 3 dəfəyədək
genişləndirilib. Bu da, heç
şübhəsiz, tələbələrin tibbi ba-
carıqları
mənimsəməsində
müs bət rol oynayır. Yataqxa-
na da əsaslı təmir olunaraq
tələbələrin ixtiyarına verilib.
Tələbələr üçün bu ildən başla-
yaraq kitabxana əsaslı təmirə
başlayıb. Təmir başa çatdıq-
dan sonra elektron kitabxana-
nın təşkil olunacağı nəzərdə
tutulub. Bu da tələbələrin
tədrisi
yüksək
səviyyədə
mənimsəməsində əhəmiyyətli
rol oynayacaq.
“Yeni dərsliklər nəşr
olunub”
- Bu il tələbələr dərslik problemi
ilə üzləşməyəcəklər ki?
- Son zamanlar yeni dərs-
liklərin sayı artıb. Bizim əksər
kafedramızda dərsliklər ha-
zırlanaraq çap olunub. Pato-
loji fiziologiya kafedrasında
əvvəllər situasiyalarla bağlı və
test suallarına dair dərsliklər
olub. Dərsliklərimiz bir neçə
il öncə həm kril, həm də latın
əlifbası ilə çap olunmuşdu.
Yeniləşməyə ehtiyac oldu-
ğuna görə, kollektiv son tibbi
nailiyyətlər nəzərə alınmaqla
yeni dərslik hazırlayaraq çap
etdirib, tələbələrə tədris olu-
nur. Doğrudur, bütün kafedra-
lar hələ ki, azərbaycan dilində
dərsliklərlə əhatə olunmasalar
da, hesab edirəm ki, yaxın
gələcəkdə bu problem mütləq
aradan qaldırılacaq. Amma
demək olar ki, kafedraların 90
faizi tam dərsliklə təmin olu-
nub.
- Yüksək bal toplayan tələbələr
sonralar
tədris
prosesində
problemlərlə üzləşmir?
- Yüksək balla univer siteti-
mizə daxil olan tələbələrin
demək olar ki əksəriyyəti
özləri ni doğruldur. Hazırda
ka fedralarımız da tələbələrin
qəbu luna tam hazırdır. Hör-
mətli rektorumuz Əhliman
müəl limin göstərişi ilə ka-
fedralar texniki vasitələr və
raktivlərlə
təchiz
olunub.
Təd risin yüksək səviyyədə
aparılması, keyfiyyət göstə-
riciləri isə indən sonra müəl-
limlərin
tələbələrə
olan
münasibətindən asılı olacaq.
Tələbə
çətinlikdən
qorxmamalıdır...
Yeni tədris ilinin başlaması
ilə əlaqədar tələbələrlə də gö-
rüşüb, onların təəssüratlarını
oxucularımızla bölüşmək qə-
rarına gəldik. Bizi ən çox ma-
raqlandıran isə yeni qəbul olan
tələbələrin fikirləri idi.
Hərbi tibb fakültəsinin I kurs
tələbəsi Mirmövsüm Şixəliyev
uşalıqdan həkim olmaq ar-
zusunda olduğunu bildirir. O,
əvvəllər stomatoloq olmaq
istəyib. Böyüdükcə fikrindən
daşınıb. Seçimi hərbi tibb
fakültəsi olub. Bu il imtahan
verərək 401 balla universitetə
qəbul olub. Dərslərin çətin
olduğunu dilə gətirən Mir-
mövsüm müəllimlərindən ra-
zıdır. Hesab edir ki, tənbəllik
etməsə, çətinlikləri arxada qo-
yacaq.
Mirmövsimin tələbə yoldaşı,
hərbi tibb fakültəsinin I kurs
tələbəsi Kamran Yunisov da
dərslərin çətin olmasını desə
də, yaxşı oxuyan tələbə üçün
bunun problemli hal olmadığı-
nı, çətinliyin onu qorxutmadığı-
nı bildirdi: “ Tibb Universitetinə
527 balla qəbul olmuşam.
Mən elə əvvəldən bura hazır-
laşmışam. Bu gün Vətənimizi
düşmənlərdən
qoruyanlar
bizim cəsur hərbçilərimiz və
əsgərlərimizdir. Ona görə də
qəlbimdən keçdi ki, Vətənimizi
göz bəbəyi kimi qoruyunların
sağlamlığının keşiyində du-
rum. Hesab edirəm ki, mən
bu addımı atmaqla qismən də
olsa, Vətən qarşısında borcu-
mu yerinə yetirmiş olaram”.
I müalicə işi fakültəsinin I
kurs tələbələri Aytac Həmido-
va,
Dürdanə
Yusifova,
Şəms Qurbanzadə, Fidan
Rüstəmzadə, Raya Əliyeva,
Elvin Mirzəyev də həkim ol-
maq arzusunda olduqlarını
bildirdilər. Universitetə qəbul
olduqları üçün çox seviniblər.
Müəllimlərdən və tələbə yol-
daşlarından razılıq etdilər.
Qədəm qoyduqları bu yeni
həyatda özlərinə dost və rəfiqə
də tapıblar. Savadlı həkim kimi
universiteti bitirmək arzusun-
da olduğunu da bildirdilər.
Fətəliyev Məhərrəm də 580
bal toplayaraq stomatolo-
giya fakültəsinə daxil olan
tələbələrdəndir. Ona stoma-
toloq olmaq arzusunu atası
aşılayıb. Məhərrəm deyir ki,
atasının bu peşənin incəlikləri
ilə bağlı söylədiyi fikirlərin
müsbət təsiri olub. Hesab edir
ki, bu peşəni müəllimləri ona
bir daha sevdirəcəklər.
“Bu ölkəni və milləti çox
sevdim”
Bəllidir ki, universitetdə yerli
tələbələrlə yanaşı, minə ya-
xın əcnəbi tələbələr də təhsil
alır. Biz onlarla da görüşməyə
nail olduq. İran İslam Respub-
likasından olan II müalicə-
profilaktika fakültəsinin 3-cü
kurs tələbəsi Saman Möhtati
Tibb Universitetində təhsil al-
dığı üçün fəxr etdiyini bildirdi:
“Bu universitetdə yaxşı oxu-
maq isə tələbədən asılıdır.
Tələbə inkişaf etmək istəyirsə,
mütləq çalışmalıdır. Çün-
ki burada birmənalı olaraq,
tələbənin biliklərə və təcrübi
vərdişlərə yiyələnmələri üçün
hər cür şərait var. Həm kli-
nik, həm də adi dərsləri nor-
mal şəkildə davam etdiririk.
Müəllimlərimizin savadından
və bizə göstərdikləri diqqət və
qayğıdan tam razıyıq”
Kərküklü Ömər Hamdi Cihad
da S.Möhtati ilə eyni fakültədə
oxuyur:
“Burada
oxumaq
mənim üçün böyük fəxrdir.
Elə uşaqlıqdan həkim olmaq
istrəmişəm. Müəllimlərimizdən
razıyam. Azərbaycan və bu
ölkənin insanları mənim çox
xoşuma gəldi. Əgər universi-
teti bitirəndən sonra bir həkim
kimi məni burada saxlasalar,
məmuniyyətlə razılıq verərəm.
Hər şey qaydasındadı.”
Əlbəttə, yeni tələbə üçün
yeni şəraitə alışmaq müəyyən
vaxt tələb edir. Dərslərin ağırlı-
ğı oxumaq və çalışmaq istəyən
tələbəni heç vaxt qorxutma-
malıdır. Onlar bir şeyi unut-
mamalıdırlar ki, nə qədər ağır-
lığa qatlaşsalar və nə qədər
çalışsalar, bir o qədər yaxşı
mütəxəssis olacaq, xalqına
bir o qədər xeyir verəcəklər.
Onlara yaxşı həkim olmalarını
arzulayan
Qabil ABDULLAYEV
Fotolar Cənnətalı Çingizindir
S.ƏLİYEV:
“TƏDRİSİN YÜKSƏK SƏVİYYƏDƏ
APARILMASI MÜƏLLİMLƏRİN TƏLƏBƏLƏRƏ
OLAN MÜNASİBƏTİNDƏN ASILI OLACAQ”
H
ər il olduğu kimi, bu il də sentyabrın 15-dən etibarən
Respublikada fəaliyyət göstərən orta və ali təhsil
müəssisələrində yeni tədris ilinə start verilib. Qızmar
yay tətilindən qayıdan Azərbaycan Tibb Universitetinin tələbə
şəhərciyində də bir canlanma var. Tələbə-müəllimlərin yeni
tədris ilinə necə başladıqları və ümumiyyətlə universitetdə bu
münasibətlə hazırlığın hansı səviyyədə olduğunu öyrənmək
məqsədilə tədris işləri üzrə prorektor, professor Sabir Əliyevin
“Təbib” qəzeti üçün mövqeyini öyrənməyi lazım bildik: