SeçKİ HÜququ və onun hüquqi MÜdafiƏSİNƏ dair praktik vəSAİT



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə18/23
tarix29.08.2018
ölçüsü2,33 Mb.
#65257
1   ...   15   16   17   18   19   20   21   22   23

 

54 


Bu  səbəbdən  də  ərizəçilər  əksər  hallarda  şikayətlərə  baxılması 

proseslərində iştirak edə və öz tələblərini müdafiə edə bilmirlər.  

  Şikayətləri araşdıran ekspert qrupları müstəqil deyillər: Seçki 

Məcəlləsinə  və  MSK-nın  müvafiq  Təlimatına  görə  şikayətləri 

araşdıran  ekspert  qrupu  seçki  komissiyası  üzvlərindən  və  seçki 

komissiyası  katibliyinin  əməkdaşlarından  təşkil  olunur.  Eksprt 

qruplarının  bu  cür  təşkili  onu  müvafiq  seçki  komissiyalarından 

asılı edir. Bu səbəbdən də ekspert qrupları şikayətləri araşdırarkən 

müstəqil və obyektiv mövqe nümayiş etdirmirlər. 

  Şikayətin  araşdırılması  səthi  və  birtərəfli  aparılır:  Ekspert 

qrupları 

bir 


qayda 

olaraq, 


şikayətləri 

pozuntuların 

təsdiqlənməməsi  üzrə  araşdırırlar  və  nəticə  etibarı  ilə  şikayətlər 

üzrə  birtərəfli  Rəylər  veriblər.  Bu  Rəylər  əsasında  isə  seçki 

komisiyaları eyni qərarlar qəbul edirlər.    

  Şikayətlərin  baxılması  üzrə  seçki  komissiyaları  qanuni 



vəzifələrini tam yerinə yetirmirlər:  Seçki komisiyaları bir sıra 

hallarda  şikayətlərin  araşdırılmasından  və  şikayətin  araşdırılması 

üzrə  öz  üzərinə  düşən  vəzifələri  tam  yerinə  yetirməkdən 

yayınırlar.  Belə  ki,  komissiyalar  bəzən  müxtəlif  bəhanələrlə 

şikayətləri araşdırmır, inzibati xəta və cinayət əməli ehtimal edilən 

qanun  pozuntuları    üzrə  məhkəmələrə  və  hüquq  mühafizə 

orqanlarına müraciət etmirlər. Halbuki, Seçki Məcəlləsinin 88.7-ci 

və  112-1.6.5  maddələri  ilə  seçki  komissiyalarının  üzərinə  belə 

vəzifələr qoyulur. 

  Seçki  komissiyalarının  seçki  şikayətlərinə  dair  qərarları 



əsaslandırılmır:  Seçki  komissiyalarının  şikayətlərin  təmin 

edilməməsi  üzrə  gəldikləri  nəticələr  faktlara  və  hüquqi  əsaslaraa 

söykənmir.  və    bu  cür  qərarlar  nəticə  etibarı  ilə  seçki 

qanunvericiliyinə uyğun olmur. 




 

55 


  Məhkəmələr  tərəfindən  şikayətlər  obyektiv  və  ədalətli 

araşdırılmır:  Seçki  komissiyalarında  olduğu  kimi  apellyasiya 

instansiyası  məhkəmələrində  və Azərbaycan  Respublikasının Ali 

Məhkəməsində  də  şikayətlərin  araşdırılması  bir  qayda  olaraq 

səthi,  birtərəfli  və  formal  xarakter  daşıyır.  Məhkəmələr 

şikayətlərin  mahiyyəti  üzrə  araşdırılmasına  səy  göstərmir  və 

məhkəmə  prosesləri  bir  qayda  olaraq,  daha  geniş  araşdırma 

aparılmasına  ehtiyac  olduğu  halda  belə  tez  yekunlaşır. 

Şikayətlərin  təmin  olunmaması  üzrə  məhkəmə  qərarları  ciddi 

əsaslandırılmır  və  məhkəmələr  demək  olar  ki,  Mərkəzi  Seçki 

Komissiyasının  qərarlarında  göstərilənləri    öz  qərarlarında 

təkrarlayır. 

Beləliklə,  aparılan  araşdırmalar  göstərir  ki,  seçkilərdə  seçki 

şikayətlərininin  araşdırılması  sahəsində  ciddi  hüquqi  və  praktik 

problemlər mövcuddur.  

Bunlarla yanaşı seçkil praktikasında inzibati xəta hesab edilən seçki 

hüquq  pozuntuları  üzrə  bəzi  istisnalarla  məsuliyyətə  cəlb  etmə 

tədbirləri  tətbiq  edilmir.  Eyni  zamanda  cinayət  əməli  hesab  edilən 

seçki  hüquq  pozuntusuna  görə  də  məsuliyyət  tədbirlərinin  tətbiqi 

praktikası  da  çox  azdır.  Halbuki,  seçkilərin  müstəqil  monitorinqini 

aparan  yerli  və  beynəlxaq  təşkilatlar    seçkilərdə  inzibati  xəta  və 

cinayət əməli hesab edilən xeyli pozuntuları qeyd edirlər. 

Seçki  şikayətlərinin  araşdırılması  sahəsindəki  hüquqi  və  praktik 

problemlərin  aradan  qaldırılması  üçün  aşağıdakı  tədbirlərin  həyata 

keçirilməsi zəruri hesab edilir: 

  Seçki  şikayətlərinin  tərtib  edilməsi  və  verilməsi  qaydaları 

sadələşdirilməli, şikayətlərin tərtibi hüququ pozulan hər kəs üçün 

əlçatan olmalıdır; 

  Şikayətləri araşdıran Ekspert Qrupları ləğv edilməli və şikayətləri 

obyektiv  araşdıra  biləcək  müstəqil  hüquqşünaslardan  ibarət 

Fakaraşdırıcı Qruplar yaradılmalıdır; 




 

56 


  Şikayətlərin  araşdırılması  üçün  3  günlük  müddətin  əlavə  olaraq 

daha 3 gün müddətində artırılması qaydası ləğv edilməlidir

  Şikayətlərinin  araşdırılması  və  araşdırmadan  yayınmaya,  habelə 

şikayətin  araşdırılması  üzrə  qanunla  üzərinə  düşən  vəzifləri  tam 

yerinə  yetirməməyə  görə  cinayət  məsuliyyəti  müəyyən 

olunmalıdır; 

  Şikayətçinin  öz  təqsiri  və  könüllü  imtinası  istisna  olmaqla, 

şikayətçinin  şikayətin  araşdırılmasında  iştirak  etməməsi  həmin 

şikayət üzrə qərarın ləğvi üçün əsas hesab edilməlidir;  

  Şikayətçilərin  bütün  dəlilləri  məhkəmələr  tərəfindən  dinləmələr 

zamanı nəzərdən keçirilməli və qərarlarında öz əksini tapmalıdır. 

Qanunun  tələbinə  əsasən,  məhkəmə  öz  qərarlarının  tam  qanuni 

əsaslarla  qəbul  olunması  izah  etmək  məqsədilə  tərəflərin 

dinləmələr  zamanı  səsləndirdiyi  arqumentləri  qərarlara  daxil 

etməlidir.  Şikayətçinin  əlavə  dəlillər  təqdim  etməklə  əlaqədar 

verdiyi  vəsatətlərin  təmin  edilməməsi  qanunun  müvafiq 

müddəalarına  istinad  etməklə  əsaslandırılmalıdır  və  müraciətlər 

olduğu  təqdirdə,  seçki  komissiyalarının  yol  verdiyi  prosedur 

çatışmamazlıqları da araşdırılmalıdır. 

  Seçki  hüquqlarının  pozulmasına  görə  inzibati  xəta  və  cinayət 

hesab  edilən  əməllərə  görə  sanksiyalar  sətləşdirilməlidir,  habelə 

bu əməllərə görə məsuliyyətin labüdlüyü təmin edilməlidir; 

  Seçki  iştirakçılarının  inzibati  xəta  yaradan  seçki  hüquq 

pozuntularından 

yerli 

məhkəmələrə 



şikayət 

imkanları 

genişləndirilməli,  bu  pozuntular  üzrə  icraat  sadələşdirilməli  və 

daha çevik olmalıdır; 

  Seçkilərin  nəticələrinin  etibarsız  hesab  edilməsinə  dair  normalar 

konkretləşdirilməli  və  seçkilərin  nəticələrinin  Konstitusiya 

Məhkəməsi tərəfindən təsdiqlənməsi qaydası ləğv edilməlidir. 



Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə