“
Xalq cəbhəsi” -. 2009 – 30 oktyabr. - №198. - S. 5.
Salmasda erməni terroru
"Ermənilər öldürdükləri Salmas sakinlərinin bədən üzvlərini kəsir, tonqal qalayaraq od içində
yandırırdılar"
"Osmanlı əsgərlərinin yardıma gəlməsini eşidən şəhər sakinləri öz xilaskarlarının gəlişinə sevincdən
ağlayırdılar"
IV yazı
Ötən yazımızda XX əsrin əvvəllərində ermənilərin Güney Azərbaycanın Urmiya şəhərində törətdiyi terror
barədə bəhs etdik. Bu dəfə isə ermənilərin Salmas şəhərində həyata keçirdiyi soyqırım hadisəsini diqqətinizə
çatdırırıq.
Belə ki, Urmiya qırğınlarından sonra ermənlərin hədəfi Salmasa yönəldi. Güney Azərbaycanda ermənilərin
törətdiyi soyqırımla bağlı geniş təqdiqat aparan görkəmli tarixçi-alim Səməd Sərdarinianın araşdırmalarına əsasən,
Salmasa silahlı basqın edən dəstələrə ermənilərlə yanaşı, assurilər də qoşulmuşdu. Həmin erməni-assurilərdən
ibarət xristian ordusuna Petros adlı bir quldur başçılıq edirdi.
"Salması tərk etməyə məcbur qalan minlərlə soydaşımız şaxtadan qırıldı"
Güneyli tədqiqatçı Məhəmməd Əmin Riyahi "Xoy tarixi" adlı kitabında yazır: "Silahlı xristian ordusunun
(erməni və assurilər - R.C.) dini-siyasi rəhbəri Benyamin Marşimon idi. Xristian komandanı isə macəraçı və şübhəli
bir şəxs kimi tanınan Petros idi. O, olmayanda isə həyat yoldaşı Zərifə xanım (Marşımonun bacısı) onun vəzifəsini
yerinə yetirirdi". Marşimonun ölümündən sonra bütün hərbi məsələlərə Petros rəhbərlik edirdi. Hətta Salmasa
hücumlar da onun başçılığı ilə həyata keçirilirdi. Təcavüzkar quldur dəstələrinin ilk basqınları yerli əhali tərəfindən
ciddi müqavimətlə qarşılandı. Salmas sakinləri müdafiə məqsədilə silahlara sarılaraq təcavüzkarlara qarşı döyüşür,
var gücüylə hücumları dəf etməyə çalışırdı. Lakin bir müddət sonra qonşu şəhərlərdən yardım ala bilməyən əhalinin
müdafiə gücü zəifləməyə başladı. Nəticədə qarşı tərəfdən ciddi müqavimət görməyən ermənilər 1918-ci il aprelin
13-də Salmasa daxil ola bildilər. Şəhərə soxulan ermənilər Urmiyada olduğu kimi, burada da yerli əhalini soymağa
başladı. Onlar dinc sakinlərə hədə-qorxu gələrək, qiymətli zinət əşyalarını, hətta əyinlərindəki paltarları da qəsb
edirdilər.
Fars əsilli tarixçi alim və tədqiqatçı Əhməd Kəsrəvi bu barədə yazır: "Şəhər ermənilərin əlinə keçdikdən
sonra əhali birinci günü evlərə qapandı. Lakin məişətlə bağlı zəruri tələbatı təmin etmək üçün ikinci gündən evdən
bayıra çıxmaq məcburiyyətində qaldılar. Ermənilər küçəyə çıxan hər kəsin qabağını kəsir, pulunu, saatını və digər
dəyərli əşyalarını əllərindən alırdılar. Soyğunçuluqla üzləşən dinc əhali həm də ağır təhqirlərə məruz qalırdılar.
Hətta yaranmış dözülməz vəziyyətdən xilas olmaq üçün bəzi sakinlər şəhərdən baş götürüb qaçmağa çalışırdı.
Salması tərk etməyə məcbur qalanların bir çoxu ailəli idi. Bu səbəbdən də bir az yol qət etdikdən sonra qadın və
uşaqlar taqətdən düşür və yeriməyə gücləri qalmırdı. Nəticədə qaçqınlar qar içində hərəkətsız qalaraq şaxtadan
qırılırdı. Sağ olanları isə çarəsiz qalaraq yenidən şəhərə qayıdır, bir qismi isə hər cür təhlükə və əziyyəti göz önünə
alıb, Xoya üz tuturdular. Xoy əhalisi qaçqınları mehribanlıqla qarşılayıb, onları şəhərdə yerləşdirir, paltar və
çörəklə təmin edirdilər.
Səməd Sərdariniya "Arazın hər iki tayında müsəlmanların soyqırımı" kitabında yazır ki, həmin dövrdə Güney
Azərbaycan şəhərlərinin çoxunda, o cümlədən Salmasda da aclıq hökm sürürdü: "Belə bir acınacaqlı vəziyyətdə bir
tərəfdən də xəstəlik geniş yayılaraq, Təbriz, Urmiya və Salmas şəhərlərində çox sayda insanın ölümünə səbəb
olurdu. Erməni təcavüzü, aclıq və xəstəlik ümumi əzginliyə və əhalinin ruh düşgünlüyünə səbəb olurdu. Lakin
bütün bunlara baxmayaraq, azadlıq uğrunda mübarizə aparan Azərbaycan türkləri ümidlərini itirməyərək fəaliyyətə
başladılar. Salmasda erməni təcavüzünə son qoymaq üçün digər şəhərlərdə yaşayan soydaşlarımız hərəkətə
keçdilər. Həriri, Növbəri və Sərtipzadə özləri döyüş meydanına getdilər. Əmir Ərşəd (Samxan) adlı igid 400
Qaradağ atlısı ilə Almasaraya gəlib, buranı özlərinə səngər etdilər. Digər tərəfdən də Xoy ordusundakı döyüşçülərin
sayı artmışdı.
"Salmas qısa müddətə yenidən tarixi sakinlərinin əlinə keçir"
Salmasın ələ keçirilməsindən sonra Osmanlı qüvvələrinin bu bölgədə yerbəyer olması xəbərləri dolaşırdı. Bu
səbəbdən də Petros silahlı dəstələrin bir hissəsini Salmasda qoyub, qalan hissəsini isə özü ilə şəhərin ətraf
kəndlərindən olan Pekaçik və Qalasərə apararaq sonrakı müharibələr üçün hazır vəziyyətdə saxladı. Salmasın
ermənilərdən azad edilməsi üçün fürsət yaranmışdı. Buna görə də Azərbaycan türklərindən ibarət dəstələr (Salması
"Petros" ordusundan azad etmək üçün digər şəhərlərdə yaşayan Azərbaycan türkləri bir araya gələrək dəstələr
yaratmışdılar - R.C.) bu imkandan yararlanaraq, 1918-ci il aprelin 19-da gecə hücuma keçib, heç bir ciddi
müqavimət olmadan Salmasa daxil ola bildilər. Beləliklə, şəhər yenidən öz tarixi sakinlərinin əlinə keçdi.
Güneyli tarixçi Tohid Məlikzadə Dilməqani "Azərbaycan Birinci Dünya müharibəsində" adlı kitabında yazır:
"Salmasın ələ keçirilməsi üçün əvvəl 500 atlı və piyadadan ibarət bir qüvvə gecə vaxtı qəflətən şəhərə girib, erməni
və assurilərlə vuruşaraq şəhəri onlardan təmizlədi. Sonra da yerli əhali ilə birləşib şəhər bürclərində təhlükəsizliyi
qorumaq üçün keşik çəkməyə başladılar".
On gün ərzində Xoy və Təbrizdən də iki minə yaxın döyüşçü kömək məqsədilə Salmas sakinlərinin dadına
yetişdi. Ermənilərin fasiləsiz hücumlarını dəf etmək üçün soydaşlarımız dəstələrini şəhərin müxtəlif ərazilərində
yerləşdirirdilər. Əsəd Hümayun adlı igid öz silahlı dəstələri ilə Ləkistanda, Salar Hümayun ilə Hacı Musaxan isə
şəhərdə, Xoy qoşunu isə Muğancuqda idi. Erməni-assur yaraqlıları öz qüvvələrini toplayıb, hər gün şəhərə hücum
çəkirdilər. Şəhərdə top və tüfəng səsindən qulaq batırdı. Tərəflər arasında baş vermiş qanlı toqquşmalar iki gün
davam etdi. Nəhayət, Əsəd Hümayunun ordusu məğlub oldu və böyük toplarından biri düşmənin əlinə keçdi.
Quldurlar qənimət kimi əldə etdikləri böyük topla şəhərə atəş açır, binaları yıxırdılar. Salmasın Sədiyyə mədrəsəsi
də həmin hücumlar nəticəsində dağıdıldı. Bununla belə, şəhər əhalisi basqınçılara qarşı döyüşür, Salması var
güclərilə müdafiə edirdilər. Axşama doğru qarşıdurmalar daha da kəskinləşirdi. Şəhərə bir-birinin ardınca top
mərmiləri yağdırılırdı. Minlərlə günahsız qadın və uşaq ağlar halda münqişənin bitməsini gözləyirdi. Hər tərəfə
hakim olan qeyri-adi qorxu və həyəcan içində hər kəs qaçıb öz canını qurtarmaq üçün yol axtarırdı.
"Ermənilərin Salmasda həyata keçirdiyi soyqırım gecə-gündüz davam etdi"
Ermənilər hücumlarının birində yerli müdafiəni qıraraq Əhrəncan darvazasından şəhərə daxil ola bildilər.
Azğınlaşmış ermənilər evləri yandırır və heç kimə rəhm etmədən əhalini kütləvi şəkildə qırırdılar. Beləliklə,
Azərbaycan türklərinin soyqırımı təkrarlanıdı. Şəhərin dörd bir tərəfi cəsədlərlə dolmuşdu. Xəndəklərdə də
saysız-hesabsız meyitlər düşüb qalmışdı. Qadınların bir çoxu öz südəmər körpələrini arxa ataraq, qətliam
səhnəsindən qaçırdılar. Soyqırım gecəsi Salmasın hər yerində ucalan uşaq və qadınların nalə dolu fəryad səsi hər
tərəfi bürümüşdü. Sağ qalmaq üçün imkanı olan hər kəs şəhərdən qaçırdı. Çünki ermənilər evlərə soxulur,
qarşılarına keçən hər kəsi amansızlıqla öldürürdülər. Salmas sakinləri qaçqına çevrilir, ev-eşikləri isə yandırılırdı.
Şəhərdə əsasən əli hər yerdən üzülmüş qocalar və xəstələr qalmışdı. Onlar isə bütün qapıları bağlayaraq evdə
oturub bir addımlıqdakı amansız ölümü gözləyirdilər. Ermənilər bağlı qapıları sındırıb, bir-birinə ürək-dirək vermək
üçün bir yerə toplaşmış bir neçə ailəni elə bir yerdə qırırdılar. Onlar övladı anasının, qardaşı bacısının gözləri
qarşısında öldürür, bəzən də qətlə yetirdikdən sonra onların bədən üzvlərini kəsir, tonqal qalayaraq od içində
yandırırdılar. Ermənilərin Salmasda həyata keçirdikləri Azərbaycan türklərinin soyqırımı gecə-gündüz sürdü.
Əhalinin bir qismi özlərini qorumaq üçün məscidə sığınmışdılar. Onlar ermənilərin məscidin hörmətini saxlayaraq
ona toxunmayacaqlarını güman edirdilər. Lakin quldur dəstələri Dilməqanı (Salması) işğal etdikdən sonra həmin
məscidə pənah aparmış günahsız dinc əhalinin hamısını güllələdilər.
"Salmas yolları meyitlərlə dolmuşdu"
Soyqırımın üçüncü günündə, yəni 1918-ci il aprelin 25-də erməni-assuri quldur dəstələri 40 min müsəlman
əsiri bir yerə toplayaraq, Həftvan və Qalasər kəndlərinə apardılar. Onlar həmin əsirləri lüt-üryan saxlayaraq ağır
şəkildə təhqir edirdilər. Əsirlərin əksəriyyəti yollarda aclıqdan qırılırdı. Təbriz və Xoydan Salmasa gedən yollara
hər addımbaşı ermənilərin kütləvi şəkildə öldürdüyü Salmas sakinlərinin cəsədləri səpələnmişdi. Bütün bunlarla
yanaşı, quldurlar Xoya gedən yolda pusqu quraraq, yoldan keçən Azərbaycan türklərini tutub qarət edir və
öldürürdülər.
"Salmasın imdadına yenə də qardaş türklər çatır"
Güneyli tarixçi Tohid Məlikzadə Dilməqani "Azərbaycan Birinci Dünya müharibəsində" adlı kitabında yazır:
"Çox çəkmədən Osmanlı ordu hissələri Xoya daxil olub yerli əhalinin yardımıyla ilk növbədə Salmasdan gələn
qaçqınların acınacaqlı durumunun yaxşılaşdırılması işilə məşğul oldular. Xoya pənah gətirmiş 40 min Salmas
qaçqınından yalnız on min nəfəri sağ qalmışdı. Osmanlı qüvvələrinin gəlməsindən xəbər tutan ermənilər təşviş
içində əl-ayağa düşdülər. Onlar etdikləri iyrənc cinayətlərin aqibətindən qorxaraq qaçmağa hazırlaşırdılar. Lakin bu
qədər cinayət törətməklə Salması tərk etmək o qədər də asan iş deyildi. Bundan başqa, ermənilər və assurilər burada
(işğal etdikləri Salmasda və Urmiyada - R.C.) ev-eşik və bağ evlərinə sahib olmuşdular. Bunlardan da vaz keçmək
onlar üçün çox çətin idi. Osmanlı əsgərlərinin yardıma gəlməsi xəbərini eşidən Salmas sakinləri öz xilaskar
havadarlarının gəlişi üçün sevinclərindən ağlayırdılar. Onlar bir tərəfdən yuxuda belə görmədikləri bir arzunun
gerçəkləşməsindən, yəni ermənilərin təşviş içində qaçmağa can atmasından sevinir, digər tərəfdən isə qaçmaqda
olan ermənilərin son qırğına əl atmasından qorxurdular. Beləliklə, altıncı diviziyadan olan Osmanlı əsgərləri
Türkiyədəki istiqlal müharibəsinə və daxili problemlərə baxmayaraq, Salmas və Urmiyanı düşməndən azad etmək
üçün qardaşlarının imdanına yetişdilər. İyun ayının ortalarında osmanlılar Salmasa yaxınlaşıb, ikigünlük döyüşdən