29
K → ∞ yaxınlaşanda, a→1 yaxınlaşır. Bu o deməkdir ki,
K artdıqca, mütləq bilik səviyyəsinə yaxınlaşmaq olar,
ancaq ona çatmaq mümkün deyildir. Buradan, təbii
olaraq, başqa bir sual da çıxır. Hansı şüurlu məxluq üçün
K-nın qiyməti sonsuzdur? Mütləq biliyə kim malikdir?
Səmavi kitabların verdiyi məlumata görə, ancaq qadir
Allah hər şeyi bilir və görür. Ancaq Onun biliyində qıtlıq
yoxdur. Bu baxış Allahın varlığının riyazi isbatı üçün əsas
ola bilər.
30
ALLAHIN VARLIĞININ RİYAZİ İSBAT
4
Elm dinsiz şikəstdir, din elmsiz kordur.
A.Eynşteyn.
Böyük fransız filosofu O. Konta görə, bəşəriyyətin intel-
lektual təkamül tarixi üç mərhələdən keçir: a) teoloji; b)
metafizik;
c)
pozitivist. Birinci mərhələdə Allahın varlığı
isbatsız qəbul olunur. İkinci mərhələ boyu (son min il) Allahın
varlığının isbatı filosofları ən çox düşündürən suallardan biri
olmuşdur. Bu səbəbdən də müxtəlif isbatlar mövcuddur: vəhyə,
möcüzəyə, birinci səbəb arqumentinə əsaslanan isbatlar və digər
isbatlar vardır. Üçüncü mərhələ elmə, biliyə əsaslanan
mərhələdir. Təklif olunan isbatı da biliyə əsaslanan isbata aid
etmək olar.
İmanlılar hesab edirlər ki, Allahın varlığının isbata
ehtiyacı yoxdur, çünki onun varlığı hər zaman, hər yerdə
hiss edilir. Misal üçün, evdə elektrik lampası yanırsa,
demək, Allah var. Çünki Allah metallarda nizamlı quruluş
yaratmasaydı və bunun nəticəsi kimi metal elektronları
sərbəstləşib elektrik sahəsinin təsiri altında bir
istiqamətdə hərəkət edib cərəyan yaratmasaydı, heç
lampa da yanmazdı. Bu məsələdə ateistlər fərqli mövqe
tuturlar. Nobel mükafatı laureatı akademik Vitali
4
Аскеров Ш.Г., Математическое доказательство существования Аллаха,
Успехи современного естествознания, № 4, стр.165-166, 2011.
31
Ginzburqa görə («Известия», 28.11.2003 ): “İnam və ya
tərsinə, ateizm intuitiv anlayışlardır. Burada heç nəyi riyazi
olaraq isbat etmək mümkün deyildir”. Digər tərəfdən, ameri-
kalı filosof Alfred Ayerin gerçəklik prinsipinə görə “
riyazi və ya məntiqi əsası olmayan heç bir bəyanatın əhəmiyyəti
yoxdur”. Dünya şöhrətli alim V. Ginzburqun və
A.Ayerin fikirlərindən görünür ki, riyazi isbata ehtiyac
böyükdür.
Bu problemin həllində biliyin qiymətləndirilməsinin
yeni meyarından istifadə etmək olar. Çünki müqəddəs
Qurani-Kərimdə bəyan edildiyi kimi: “Allah hər şeyi
görəndir və hər şeyi biləndir”.
Biliyin qiymətləndirilməsinin bir ölçülü modelinə
görə beşballıq qiymətləndirmə şkalası beş hissəyə bölünür
və uyğun rəqəmlərlə işarə olunur. Hər tələbə üçün bu
şkalanı “bilir” və “bilmir” adlı iki hissəyə bölmək olar.
Misal üçün, 4 (dörd) qiyməti ilə təhsil alan üçün “4”
rəqəmindən soldakı hissəni “bilir”, sağdakı hissəni isə
“bilmir” adlandıraq və bu hissələrin uzunluğunu şəkil 1-
ə uyğun olaraq L
d
və L
b
kimi işarə edək.
Burada “bilir” hissəsinin “bilmir” hissəsinə nisbəti
(yəni L
d
: L
b
) keyfiyyət faktoru K-dır. “Bilir” hissəsinin
uzunluğu (L
d
), beşballıq şkalanın balları və keyfiyyət fak-
toru K-nın uyğun qiymətləri Cədvəl 1 -də göstərilmişdir:
32
Cədvəldən göründüyü kimi, L
d
-nin nisbi qiyməti 0 -
100 % arasında dəyişir. Beş qiymətinə uyğun mənim-
səmə bilmənin ən yüksək – mütləq səviyyəsidir. Ancaq
“3” qiymətinə uyğun gələn mənimsəmə 60 % -dir. Bu
nöqtə üçün “bilir” hissəsinin uzunluğu 3, “bilmir” his-
səsinin uzunluğu isə 2 (5-3)-dir. Onda bu mənimsəməyə
uyğun gələn keyfiyyət faktorunun qiyməti K = L
d
:L
b
=3/2=1.5 olar. Şkalanın 4 qiymətinə uyğun mənimsəmə –
80 %-dir. Yəni tələbə zəruri biliyin 80% -ni bilir, 20 % -ni
isə bilmir. Bu nöqtə üçün “bilir” hissəsinin uzunluğu 4,
“bilmir” hissəsinin uzunluğu L
b
(5-4 ) =1-dir. Bu nöqtəyə
uyğun gələn keyfiyyət faktorunın qiyməti 4: 1 = 4
olar. Əgər “bilir” hissəsinin L
d
uzunluğu 4.75, “bilmir”
hissəsinin L
b
uzunluğu isə 0.25 olarsa, onda bu halda
K=19 olar. Bu səviyyə arzu olunan orta bilik səviyyəsidir.
Cədvəl 1
Nisbi mənimsəməL
d
, %
20 40 60 80 90 95 98 99 100
5 ballıq şkala
0
1
2
3
4 4.5 4.75 4.9 4.95 5
Keyfiyyət faktoru, K
0 0.25 0.67 1.5 4
9
19 49 99
Dostları ilə paylaş: |