Balayev Rəsul Ənvər oğlu
Rəsul Ənvər oğlu Balayev 1956-cı
ildə
İsmayıllı
rayonunun
Lahıc
qəsəbəsində müəllim ailəsində anadan
olmuş,
1978-ci ildə D.Bünyadzadə
adına Azərbaycan Xalq Təsərrüfatı
İnstitutunu
“İqtisadi
məlumatlann
mexaniki üsulla işlənməsinin təşkili”
ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmiş, 1978-1981-ci
illərdə Ümumittifaq
Elmi-Tədqiqat Layihə-Texnoloji
İnstitutunun Azərbaycan fılialında işləmiş və ordu sıralannda
xidmət etmişdir.
1981-1984-cü illərdə D.Bünyadzadə adına Azərbaycan
Xalq Təsərrüfatı İnstitutunun əyani aspiranturasında təhsil
almış, 1987-ci ildə Azərbaycan EA Kibemetika İnstitutunun
İxtisaslaşdınlmış Şurasında
“Şəhərətrafı
aqrar-sənaye
kompleksinin istehsal strukturunun optimallaşdınlması”
mövzusunda
08.00.13-
“İqtisadi
tədqiqatlarda,
xalq
təsərrüfatı və onun sahələrinin planlaşdmlması və idarə
edilməsində riyazi üsullann və hesablama texnikasının
tətbiqi” ixtisası üzrə dissertasiya müdafıə edərək iqtisad
elmləri namizədi alimlik dərəcəsi almışdır.
1985-1989-cu illərdə D.Bünyadzadə adına AzXTİ-də
elmi işçi, həmin institut Leninqrad Maliyyə-İqtisad İnstitu-
tunun Bakı fılialına çevrildikdən sonra (1989-cu il) bu
fılialda, daha sonra Azərbaycan Dövlət İqtisad Universite-
tində
müəllim,
baş
müəllim,
dosent,
professor və
“İnformatika” kafedrasınm müdiri vəzifəsində çalışmışdır.
106
* —
Hazırda pedaqoji fəaliyyətini davam etdirir və əvəzçiliklə
həmin universitetin professorudur.
2001-ci ildə Bakı Dövlət Universitetinin İxtisaslaşdı-
nlmış Şurasında “Urbanizasiya zonalannın ərzaq problemi”
mövzusunda 08.00.05- “Xalq təsərrüfatı və onun sahələrinin
iqtisadiyyatı, planlaşdınlması və idarə edilməsinin təşkili”
ixtisası üzrə dissertasiya müdafıə edərək iqtisad elmləri
doktoru elmi dərəcəsi almışdır.
Elmi tədqiqatları aqrar
iqtisadiyyat və urbanizasiya, iqtisadi-riyazi üsullar və müasir
informasiya texnologiyalannın tətbiqi problemlərinə həsr
olunmuşdur.
2011-ci ilin may ayından Azərbaycan Elmi Tədqiqat
Kənd Təsərrüfatmm İqtisadiyatı və Təşkili İnstitutunun
Beynəlxalq elmi əlaqələr və informasiya texnologiyalan üzrə
direktor müavinidir. Rəhbərliyi və bilavasitə iştirakı ilə ölkə
ərazisini əhatə edəcək fermer təsərrüfatları məlumatlarının
monitorinqi sistemi qurulur.
Beynəlxalq və respublika səviyyəsində keçirilmiş
simpozium, konfrans və seminarlarda məruzələr etmişdir.
Ölkədə və xaricdə nəşr olunmuş 100-ə yaxm elmi əsərin, o
cümlədən 4 monoqraflyanın müəllifıdir. Əsas əsərləri:
“Urbanizasiya şəraitində ərzaq problemi və aqrar-sənaye
istehsalınm modelləşdirilməsi”. Bakı, ADİİ, 1996, 150 s.,
“Urbanizasiya zonalannm ərzaq problemi” Bakı, “Azər-
nəşr”, 1998, 167 s., “Müasir mərhələdə Azərbaycanda yeni
iqtisadi sistemə keçidin qanunauyğunluqlan və problemləri
(kollektiv monoqrafıya). Bakı, “Elm”, 1998, “Urbanizasiya:
şəhər iqtisadiyyatı və ərzaq problemi.”Bakı, “Elm”, 2007,
295 s.
107
Professor R.Balayevin rəhbərliyi ilə 7 namizədlik və 1
doktorluq dissertasiyası müdafıə olunmuşdur 10 - dan artıq
namizədlik və
doktorluq dissertasiyasına opponentlik
etmişdir. Elmi jum allann redaksiya heyətinin, Azərbaycan
Jumalistlər Birliyinin üzvüdür. Elmi axtanşlan barədə dövri
mətbuatda, radio və televiziyada müntəzəm məlumat verir.
Azərbaycan,
ingilis və ms dillərində onlarla qəzet
məqaləsində aktual sosial-iqtisadi problemlərə münasibət
bildirmişdir.
108
Cahangirov Əli Dadaş oğlu
Əli Dadaş oğlu Cahangirov 1934-cü
ildə
Saatlı
rayonunun
Əlisoltanlı
kəndində anadan olmuşdur.
1950-ci ildə Əlisoltanlı kənd orta
məktəbini, dörd il sonra isə Azərbaycan
Xalq Təsərrüfatı İnstitutunu fərqlənmə
diplomu ilə bitirmişdir. Azərbaycan SSR
Elmlər Akademiyasınm iqtisadiyyat bölməsində aspirant
olduğu vaxt Muğan-Salyan zonasmda kənd təsərrüfatı
istehsalınm əsas inkişaf problemlərini tədqiq etmiş, 1959-cu
ildə namizədlik, 1972-ci ildə isə Tbilisi şəhərində doktorluq
dissertasiyasmı böyük müvəffəqiyyətlə müdafıə etmişdir.
Elmi
dairələrdə Əli
Cahangirovun
imzası
yaxşı
məlumdur.
İqtisad
elmləri
doktom,
professor
Ə.D.Cahangirov 1962-1968-ci illərdə Azərbaycan SSR
Elmi-Tədqiqat Kənd Təsərrüfatmm İqtisadiyyatı və Təşkili
İnstitutunda Elmi işlər üzrə direktor müavini, 1968-1972-ci
illərdə Azərbaycan Kommunist Partiyası MK-da məsul
vəzifələrdə çalışmış,
1972-1977-ci illərdə Azərbaycan
Dövlət Plan Komitəsinin İqtisadiyyat İnstitutunda baş elmi
işçi işləmişdir.
1977-ci ildən isə Moskvada Ümumittifaq Elmi Tədqiqat
Kənd Təsərrüfatı İnstitutunda şöbə müdiri vəzifəsinə təyin
edilmişdir. 1984-cü ildən isə elmi işlər üzrə direktor müavini
seçilmişdir. 1981-ci ildən institut partiya təşkilatına rəhbərlik
etmişdir.
109