Risklərin İdarə Edilməsi Standartı
Mündəricat
Giriş ...........................................................................................................................2
Standartın tətbiqi əsasları ............................................................................................2
1. Risklərin idarə edilməsi prosesi və risklərin idarə edilməsi funksiyası ...............2
2. Risklərin idarə edilməsi, hesabat vermə və nəzarət ............................................8
2.1. Bazar riski ................................................................................................. 8
2.1. Kredit riski .............................................................................................. 10
2.1. Likvidlik riski .......................................................................................... 12
2.2. Əməliyyat riski ........................................................................................ 13
2.3. Risklərin monitorinqi və toplanması ........................................................ 14
2.4. Limitlər ................................................................................................... 14
2.5. Gəlir və xərc bölgüsü .............................................................................. 15
2.6. Fəaliyyət nəticələrinin qiymətləndirilməsi ............................................... 16
3. Risklərin idarə edilməsi prosedurları ............................................................... 16
3.1. Təsdiq etmələr və nəzarət ........................................................................ 16
3.2. Nəzarət organlarına hesabatların verilməsi .............................................. 16
3.3. Monitorinq və qiymətləndirmə prosedurları ............................................. 16
3.4. Gözlənilməyən halların planlaşdırılması .................................................. 16
4. İnformasiya Sistemləri və Risklərin idarə edilməsi .......................................... 17
4.1. İT tətbiq etmə strukturu ........................................................................... 17
4.2. Məlumatların toplanması və tamlığı ........................................................ 18
4.3. İ.T. strukturu ........................................................................................... 19
4.4. Ehtiyat surətlərin yaradılması, bərpa etmə və fövqəladə halların
planlaşdırılması ...................................................................................... 19
Standartın daxili nəzarət aspektləri ......................................................................... 19
Standartın daxili nəzarət aspektləri............ ............................. 21
Risklərin İdarə Edilməsi Standartı Azərbaycan Mərkəzi Bankı
2
Risklərin İdarə Edilməsi Standartı
Giriş
Bu standartın məqsədi mövcud qanunvericiliyə və mükəmməl beynəlxalq təcrübəyə uyğun
olaraq, banklarda risklərin idarə edilməsinin təşkilinə köməklik etməkdən, funksiya və
prosedurlarını müəyyənləşdirməkdən ibarətdir.
Hər bir bank bu Standartın müddəalarını fəaliyyəti nəticəsində üzləşdiyi risklərin
növlərinə, xüsusiyyətlərinə və həcminə, həmçinin sağlam nəzarət mühitinə uyğun olaraq
tətbiq etməlidir.
Standartın tətbiqi əsasları
“Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu;
Azərbaycan Respublikası Mərkəzi Bankının (bundan sonra AMB) normativ xarakterli
aktları;
Bank Nəzarəti üzrə Bazel Komitəsinin banklarda müxtəlif risklərin idarəedilməsi
barədə sənədlər;
Azərbaycan Respublikasının digər Qanunları.
1.
Risklərin idarə edilməsi prosesi və risklərin idarə edilməsi funksiyası
Risklərin idarə edilməsi prosesi bankın fəaliyyətinə xas olan risklərin müəyyən edilməsi,
qiymətləndirməsi, onlar barədə hesabatların hazırlanması, məqbul risk limitlərinin
müəyyən edilməsi vasitəsi ilə onlara nəzarət edilməsi və risklərin azaldılmasıdır.
Risklərin idarə edilməsi funksiyası Müşahidə Şurası səviyyəsindən işçilərin səviyyəsinə
kimi bank daxilində yuxarıdan aşağı istiqamətdə müəyyən edilən vəzifə və səlahiyyətlərin
ümumi strukturudur. Bu funksiyanın əsas məqsədi bankın fəaliyyətinə xas olan spesifik
riskləri müəyyənləşdirmək və qiymətləndirmək, həmin risklər barədə hesabat vermək,
onlara nəzarət etmək və azaltmaq üçün istifadə olunan üsulları təyin etməkdən ibarətdir.
Bu
məqsədlə
risklərin
idarə
edilməsi
funksiyası
aşağıdakıların
aydın
müəyyənləşdirilməsini tələb edir:
Risklərin idarə edilməsi funksiyası tərəfindən nəzarət edilən risklərin həcmi.
Risklərin həcmi səciyyəvi olaraq bankın hər bir əməliyyat bölməsinin üzləşdiyi müəyyən
risklər haqqında ətraflı məlumatı təsvir edən Risk Xəritəsinin yaradılması vasitəsilə
müəyyən edilir. Bankın fəaliyyətinə xas olan risklərin əsas növləri təfərrüatı ilə bu
Standartın 2-ci bəbdində göstərilmişdir.
Risklərin idarə edilməsi funksiyasını həyata keçirən təşkilati strukturunun bankın
ümumi təşkilati strukturunun daxilindəki mövqeyi. Risklərin idarə edilməsi funksiyasını
həyata keçirən təşkilati strukturunun təsviri bu Standartın 1.1-ci bəndində göstərilmişdir.
Risklər haqqında məlumatın qiymətləndirməsi, onlar barədə hesabatların
hazırlanması, nəzarət edilməsi (limitlərin müəyyən edilməsi) və işgüzar qərarların qəbul
edilməsi prosesinə daxil edilməsi metodologiyası. Bu metodologiyanı hazırlanması
Standartın 2-ci və 3-cü bəndində göstərilmişdir. Hər bir bank fəaliyyətinin
xüsusiyyətlərinə və əldə edilən məlumatlara uyğun olaraq öz metodologiyasını
yaradmalıdır.
1.1.
Risklərin idarə edilməsi funksiyasının təşkilati strukturu