24
ŞAIR VƏ TƏRCÜMƏÇI
Hamlet İsayev (İsaxanlı) Azərbaycanda və ölkəmizdən
kənarda istedadlı şair kimi tanınır. Onun Azərbaycanda
çapdan çıxmış «Təzadlar» (2001), «Bu da bir həyatdı»
(2004) əsərləri Təbrizdə də ərəb qrafikası ilə nəşr olunmuş,
üstəlik Təbriz şəhərində «Şeirə dönən duyğular» (2003) kita-
bı da çap edilmişdir. Tbilisidə gürcü dilində oxuculara təq-
dim olunmuş «Ömrün poeziyası» (2004) şeir kitabı poeziya-
sevərlərin rəğbətini qazanıb. Şeirləri məşhur tərcüməçilər
tərəfindən digər dillərə də çevrilmişdir. Hazırda şairin 3 şeir
kitabı Rusiyada, Türkiyədə və Çində çapdadır.
Şeirlərinə bəstələnmiş musiqilər
Hamlet İsaxanlının şeirləri musiqi ilə dolu, ürəyəyatan
və könülləri ehtizaza gətirəndir. Məhz buna görə də onun
müxtəlif şeirləri Azərbaycanın tanınmış bəstəkarlarının diq-
qətini cəlb edib. Bu baxımdan şairin «Xəzər Universitəm»
şeirinə xalq artistləri Ramiz Mustafayev və Vasif Adıgözə-
lov, «Xəzərimin sorağında» şeirinə Ramiz Mustafayev,
«Hicran» şeirinə Vaqif Gərayzadə, «Səni sevdim çox sadə-
cə», «Lalə», «İnciçiçəyi» «Gözəldir», «Külək və qız», «Tək
qalmaq istəyirəm» şeirlərinə Nailəxanım İsayeva, «Baş aç-
madım bu dünyadan» şeirinə Elza Seyidcahan, «Qədim
sual», «Möcüzə gecə» və digər şeirlərinə Dilarə Qulamova
könülaçan musiqi bəstələyiblər. Bu və başqa mahnılar Bril-
liant Dadaşova, Lütfiyar İmanov, Manana Caparidze, Rəşidə
Behbudova, Elza Seyidcahan, Samir Cəfərov, Dövlət sim-
fonik orkestri və xoru, «Şaron» qrupu və b. tərəfindən usta-
lıqla ifa olunur, dinləyici və tamaşaçıların ürəyini oxşayır.
25
Şeirlərinin başqa dillərə tərcümələri
Hamlet İsayevin (İsaxanlının) şeirlərini tanınmış şair-
tərcüməçi Alla Axundova rus dilinə, İmir Məmmədli gürcü
dilinə, Firəngiz Nəsirova, Şəhla Nağıyeva, Mərufə Mədə-
tova ingilis dilinə tərcümə etmişlər. Onun şeirləri həmçinin
fars, Türkiyə türkcəsi və Çin dillərinə də qismən çevril-
mişdir və bu istiqamətdə işlər davam edir.
Rus, ingilis, fransız poeziyasından
azərbaycancaya tərcümələri
Hamlet İsayev (İsaxanlı) yaradıcılıq fəaliyyətinin bir
hissəsini poetik tərcüməyə həsr etmişdir. O, V.A.Jukovski,
F.İ.Tütçev, A.Fet, N.S.Qumilyov, A.Axmatova, S.Yesenin,
F.Baratınski, G.Bayron, W.Bleyk, R.Herrik, G.De Nerval
kimi məşhur şairlərin əsərlərini ruscadan, ingiliscədən və
fransızcadan Azərbaycan dilinə ustalıqla çevirmiş, oxucu və
mütəxəssislərin rəğbətini qazanmışdır.
«Qızıl Qələm» və «Səməd Vurğun»
mükafatları laureatı
Hamlet İsayevin (İsaxanlının) ədəbi-bədii sahədəki sə-
mərəli fəaliyyəti nüfuzlu mükafatlarla qiymətləndirilib.
Onlardan «Qızıl Qələm» mükafatını və maarifçilik, milli
elmimizin tərəqqisi, Azərbaycan mədəniyyəti və ədəbiyyatı
26
qarşısında xidmətlərinə görə layiq görüldüyü «Səməd Vur-
ğun» mükafatını qeyd etmək olar.