Rical Elmi Bidətdir!
Hazırladı: İmam Mehdinin (ə) Ənsarı
1
Rical elmi bidətdir!
ical elminin yaranmasının səbəbi bizə gəlib çatan hədislərin səhihliyi və
doğruluğunu ölçməkdən ibarətdir. Bu mövzunu diqqətə aldıqlarında hədisi nəql
edənlər haqqında araşdırmalar edib bu şəxslərin kim olduqlarına və bu şəxslərin
yalançı olub-olmadığına baxarlar, yəni daha doğrusu qərar verərlər. Və bu şəxslər üçün bir
kitab hazırlanar və hamısının adları o kitabda etibarlıdır yaxud etibarlı deyil deyə siyahı
şəklində hazırlanar və filan şəxsin Rical kitabı deyilər (Ricalul-Nəccaşi, Ricalul-Tusi kimi).
Yəni hədisi nəql edən şəxs əgər etibarlı şəxsdirsə hədisi qəbul edərlər, və əgər bu hədisi
nəql edən şəxsi tanımaq üçün yetərincə məlumat toplaya bilməzlərsə və ya hədisi nəql edən
şəxsin etibarlı olduğu qənaətinə gəlməzlərsə, hədisi rədd edərlər. Bu şəkildə yola
çıxdığımızda hədis nəql edən ravilərin fasiq yaxud yalançı olduqları ortaya çıxarsa, hədisi
bir kənara qoyarıq, və əgər sadiq və etibarlı biridirsə, hədis ələ alınar, təbii ki bunun doğru
olub-olmadığına isə Quran, Peyğəmbər (s) və onun əziz Əhlibeytinin (ə) hədislərində
baxacayıq.
Ondan öncə bilməyimiz lazım olan bir xüsus da vardır ki, ravilərin Etibarlılığının ən önəmli
maddəsinə nümunə bir Əhli Sünnət alimi ilk əvvəl hədis ravisinin sünni olmasına diqqət
edər, halbuki Peyğəmbərimizin (s) dövründə məzhəb yox idi, yəni hədisi eşidən ilk ravinin
məzhəbi olmaz, şiələr də eyni xətaya düşmüşlər. Hər məzhəbin dəyişilməz qanunu:
1.
Ravi öz məzhəbindən olacaq
2.
Ravi haqqında yaşadığına və yalançı olmadığına dair dəlil olacaq
Hər iki şərtin səbəbi etibarlı bir ravi tapmaqdan gəlir, yəni sadiq. Əhli sünnət şiə olan
raviləri sadiq saymaz, şiələr də əhli sünnət ravilərini sadiq saymaz və hər ikisi də bir-birini
rədd edər. İndi özümüzün Peyğəmbərimizin (səas) dövründə olduğumuzu hesab etsək bu
hökmün etibarlılığını məzhəblərə baxmadan, Qurandan baxacayıq:
Ey iman edənlər! Sizə bir fasiq bir xəbər gətirərsə, bilməyərək bir insanlara zərər verib
etdiyinizdən peşman olmamaq üçün o xəbərin doğruluğunu araşdırın. (Hucurat (49):6)
Fasiq = Yalançı
Burada gördüyünüz kimi, Quran ayəsi buyurur ki, biri sizə bir xəbər gətirirsə, bu şəxs
yalançı olsa belə, gətirmiş olduğu xəbərin mövzusunu və mətnini araşdırın, yəni bu şəxsin
kimliyi haqqında bizi xəbərdar etməkdədir, çünki əgər sırf fasiq olaraq görüb inanmasaq,
insanlara zərər verə biləcəyimizi anlatmaqdadır, yəni Rical elminin bəhs etdiyi mövzu
tamamilə insan düşüncəsindən meydana gəlmiş bir baxış məsələsidir, çünki Quran və
hədislər üzərindən çıxarılan bir hökm deyildir. Ancaq rical elminə inanan şəxslər bu üsula
tək çarə olaraq baxdıqları üçün az qala Peyğəmbərimizin (s) tövsiyə etdiyi bir yol imiş kimi
R
2
özlərini zənnə və konkretlik olmayan bir dənizin içinə atmış vəziyyətdədirlər. Halbuki
bütün rical kitablarında ravilər haqqında müxtəlif qərarlar verilmişdir və rical elminin öndə
gələn isimləri belə bir-birinin qərarlarına qarşı çıxmışlar. Məsələn, Buxari öz kitabında ələ
aldığı ravilərinin 400-ə yaxınını Səhih Müslim sağlam ravi saymamışdır və digər raviləri
etibarlı saymışdır. Buxari də səhih Müslimin 600 ravisinin etibarlı olmadığını demişdir, və
ya Rical elminin ən öndə gələnlərindən Nəccaşi və Şeyx Tusi də bəzi ravilər barədə fərqli
görüşlərə sahibdirlər. Məsələn, bir şəxsə Şeyx Tusi etibarlıdır deyər, ancaq Nəccaşi deyildir
deyər, və ya əksinə, hətta bəzən bir kitabında etibarlıdır deyər, başqa bir kitabında isə
etibarsızdır deyər. Nümunə olaraq, Şeyx Tusi Rical kitabında birinə etibarlı demişdir, ancaq
Kataloq (Fihristi) kitabında etibarlı deyil demişdir.
Bu mövzunu Seyyid Əhməd Əl Həsən (ə) Quran yolu ilə açıqladığı zaman bizə kafi (yetərli)
gəlmişdi, çünki Quran bütün inananların ortaq olaraq haqq saydıqları kitabdır, ancaq ayəni
kafi saymayanlar üçün Nəccaşi və Şeyx Tusinin kitablarında ortaq olaraq səhih saydığı bir
neçə hədisi gözdən keçirəcəyik ki, bu durumun önəmini başa düşək. Və əgər Nəccaşi və
Tusinin səhih saydıqlarını müdafiə ediriksə, bizim üçün etibarlı olduğundan deyil, Rical
elmini etibarlı sayanlar üçündür, çünki öz inandıqları kitablar üzərindən mövzunu davam
etməyimiz lazımdır və bunun tövsiyəsini də İmam Riza (ə) bizlərə nəql etmişdir:
İmam Riza (ə) buyurmuşdur: “Onların özləri üçün zəruri saydığı yöndən danışın.” Bunu bu
şəkildə etdiyimizdə qarşımızdakı şəxs nə mövzudan kənara çıxa biləcək, nə də inkara gedə
biləcək, hər nə qədər də Quran ayəsi verdiksə də, bu vəziyyəti Rical elminin təsdiq etdiyi
hədislərlə dəqiqləşdirəcəyik inşallah.
Əhli Beyt (ə) hədisləri inkar etməməyimiz üçün ciddi bir şəkildə xəbərdarlıq vermişlər.
Ravi deyir: İmam Sadiqə (ə) ərz etdim ki, “sizin hədislərinizi bizə nəql edən bir şəxs var
və bu şəxs yalançılıqla məşhurdur və sizdən hədis nəql etdiyində biz inanmırıq.” İmam
Sadiq (ə) buyurdu: “Görəsən gecənin gündüz və gündüzün gecə olduğunumu iddia
edir?” “Xeyr” dedim. Buyurdu: “Əgər bunu da desə onu inkar etməyin, çünki əgər inkar
edib yalanlasan, məni rədd etmiş olarsan.”
Müxtəsərul Dəracat, Həsən ibn Süleymani-Xəlil, səh.76; Və fi Tab’ağ Axri, səh.234
Hədis ravilərinin Ricalı:
Ravi: Əhməd ibn Muhəmməd ibn İsa: Xilasətul Qavalul-Xəlil, səh.61 Ravinin etibarlı
olduğunu deyir.
Ravi: Hüseyn ibn Səid: Ricalul-Tusi, səh.355, No 5257 Ravinin etibarlı olduğunu deyir.
Ravi: Muhəmməd ibn Xalidul-Bərqi: Ricalul-Tusi, səh.363, No 5391 Ravinin etibarlı
olduğunu deyir.
Ravi: Abdullah ibn Cundub: Ricalul-Tusi, səh.340, No 5059 Ravinin etibarlı olduğunu
deyir.
3
Ravi: Süfyan ibn Səməd: Ricalul-Tusi, səh.220, No 2926 Ravinin etibarlı olduğunu deyir.
İmam Sadiq (ə) buyurdu: Hədisləri inkar etməyin, əgər çoxunu və ya bir miqdarını, hətta
bir kölgə və ya ruzigarını bizə nisbət edərlərsə, yenə inkar etməyin, çünki içində haqq ola
biləcək bir şey ola bilər və siz bilməyə bilərsiniz və əgər bunu etsəniz, Allahı ərşi
ucalığında yalanlamış olarsınız.
Əl Məxasənəl Əhməd ibn Muhəmməd ibn Xalidul-Bərqi, cild 1, səh. 230; Ələl Şəraiq, cild
2, səh.395
Hədis ravilərinin Ricalı:
Ravi: Əhməd ibn Xalidul-Bərqi: Ricalul-Nəccaşi, səh.76, No 182 Ravinin etibarlı olduğunu
deyir.
Ravi: Muhəmməd ibn İsmail: Ricalul-Nəccaşi, səh.330, No 893 Ravinin etibarlı olduğunu
deyir.
Ravi: Cəfər ibn Bəşir: Ricalul-Nəccaşi, səh.119, No 304 Ravinin etibarlı olduğunu deyir.
Ravi: Əbul Hasin Zahar ibn Abdullahul-Əsədi: Ricalul-Nəccaşi, səh.176, No 465 Ravinin
etibarlı olduğunu deyir.
Ravi: Əbu Bəsir Yəmi’əbni-Qasım: Ricalul-Nəccaşi, səh.441, No 1187 Ravinin etibarlı
olduğunu deyir.
Əbu Cəfər (ə) buyurdu: Allaha and olsun ki, nəzdimdə ən sevdiyim əshabım ən inanclı
və ən fəqih olanı, hədislərimə ən gözəl şəkildə sarılandır, və əshabımın ən pisi və ən çox
düşmənim olmuş olanı o kəsdir ki, bizə bir hədis nisbət etdiklərində və ya rəvayət
etdiklərində, onu pisləyər və inkar edərək rədd edər, və hər kim hədislərə inanarsa, onu
kafir sayar, halbuki, o bilməz bəlkə o hədis bizim tərəfimizdən deyilmişdir, və etdiyi inkar
üzündən bizim vilayətimizdən çıxmış olacaq.
Əl-Kafi, cild 2, səh.223; Müxtəsərul Bəsairul-Dərəcat, səh.98; Vəsailul-Şiə (Əhlil-beyt)
cild 27, səh.87; Müstədəril Vəsail, cild 1, səh.80
Hədis ravilərinin Ricalı:
Ravi: Muhəmməd ibn Yəm’i: Ricalul-Nəccaşi, səh.353, No 946 Ravinin etibarlı olduğunu
deyir.
Ravi: Əhməd ibn Muhəmməd: Xilasətul Qavalul-Xəlil, səh.61 Ravinin etibarlı olduğunu
deyir.
Ravi: Həsən ibn Məhbub: Fihristul-Tusi, səh.96, No 162 Ravinin etibarlı olduğunu deyir.
Ravi: Cəmil ibn Saleh: Ricalul-Nəccaşi, səh.127, No 329 Ravinin etibarlı olduğunu deyir.
Ravi: Əbu Əbidə Əl Həza: Ricalul-Nəccaşi, səh.170, No 449 Ravinin etibarlı olduğunu
deyir.
Aşağıdakı hədislər yuxarıdakı hədislərlə uyğun gəldiyindən artıq Rical sənədi qoymadıq.
4
İmam Sadiq (ə) buyurdu: İnsanlarla mənim kəlamım ilə dəlil verin, əgər sizi inkar
edərlərsə, doğrusu məni inkar etmiş olacaqlar. (Təshihul-Etiqad Mufid)
Rəsulullah (s) buyurdu: Məndən sona yetişən bir hədisi inkar edən bir kimsənin Qiyamət
günündə düşməni olacağam, o zaman əgər məndən sizə tanımadığınız bir hədis gələrsə,
Allah bilir deyin (Allahu-Alim).
- Biharul-Ənvar, cild 2, səh.21
Ey Cabir, əgər bizdən sənə bir şey gələrsə və qəlbin onu qəbul etməzsə, Allah-Təalaya
həmd et və onu bizə geri göndər, bu necə mümkün olar, necə gəldi, o necədir və s. demə.
And olsun bu sözlər Allaha şübhə duymaq deməkdir.
- İxtiyar Məğfirətul-Rical (Şeyx Tusi), cild 2, səh.439
Həzrət Əbül Həsən (ə) buyurdu: Bizdən sənin əlinə yetişən və ya hətta bizə nisbət edənləri
əsla batildir demə, hətta əgər ona qarşı hökmünü bilsən belə, çünki sən nə bilirsən ki, biz
bunu nə üçün, hansı sifət və hansı səbəbdən ötrü söylədik.
- Əl-Kafi cild 8, s.25; Biharul-Ənvar, cild 2, s.209
Bu şəkildə Rical elmi özünü deşifrə edərək təkzib etmişdir. Yəni, önünüzə gələn hədisləri
inkar etməyin, bəlkə bizdəndir, yəni bir açıq qapı qalmaqdadır. Yaxşı, bəs biz bu bəlkə
kəliməsi ilə necə əminliyə çata bilərik? Və əmin bir şəkildə bizə gələn hədislərin
Əhlibeytdən (ə) və ya Peyğəmbərimiz (s) tərəfindən gəldiyinə necə inana bilərik? Bunları
oxuduğumuzda ağlımıza bu sual da gələ bilər, madam ki, biz raviləri sorğulaya bilməsək,
nə edəcəyik? Əslində hər iki sualın cavabı eynidir, amma çox önəmli bir mövzunu
vurğulamaq lazımdır. Əgər biz Rical elmini irəli sürsək, Əhlibeyti (ə) və Peyğəmbərimizi
(s) təhqir etmiş olacağıq, çünki bizi çıxılmaz bir yolun ortasında atmış və bizə yol
göstərməmiş olduları üçün çarəni Ricalda tapdıq ehtimalını söyləmiş olacağıq ki, bu əsla
mümkün deyildir. Mütləq bizə yol buraxmış olmaları gərəkdir, çünki Rical elminin
ardından getsək, ixtilafların boğuşduğu bir çıxılmaz yola girərik ki, Allah-Təala bizi
ixtilafdan və ayrılığa düşməkdən çəkindirmişdir. Anladığımız kimi ravilik mövzusunda nə
Əhlibeyt (ə) tərəfindən, nə də Peyğəmbərimiz (s) tərəfindən heç bir hədis yoxdur, şiə və
sünni inancına görə Peyğəmbərimizdən (s) sonra dində nə əlavə edilərsə, bidət sayılır,
bidətin mənası isə özündən bir şey əlavə etməkdir və bu da iman edəni şirkə götürər.
“Sonradan ortaya çıxan hər şey bidətdir, hər bidət pozğunluqdur və hər pozğunluq insanı
atəşə sürükləyər.”
Müslim, Cumua, 43; Əbu Davud, Sünnət 5; Nəsai, İydeyn, 22; İbn Macə, Müqəddimə, 7
İmam Əli (ə): “Bir bidət çıxdığında mütləqdir ki, bir sünnət tərk edilmişdir. Bidətdən
çəkinin. Açıq-aydın yoldan ayrılmayın. İşlərin ən pisi isə yeni çıxan şeylərdir.”
Şərhi-Nəhcul Bəlağa-i İbn Əbil Hədid, 9/93
Üstəlik bir bidətin sonunda alimlər belə fikir ayrılığına düşdüklərindən bu ayənin tərsinə
hərəkət etmiş olurlar ki, bu da bu fikir ayrılığının İslamda yeri olmadığını açıqlayar.
5
“Dini ayaqda tutun və onda
ayrılığa düşməyin”
deyə Allah Nuha tövsiyə etdiyini, sənə
vəhy etdiyimizi, İbrahimə, Musaya və İsaya tövsiyə etdiyimizi sizə din seçdi. Lakin sənin
dəvət etdiyin bu (din) müşriklərə ağır gəldi. Allah istədiyini Özünə seçər və (Ona)
yönələni də doğru yola yetişdirər. (Şura (42):13)
Bildiyimiz kimi bir insanın etibarlı olub olmadığına qərar vermək çox çətindir, çünki, Musa
(ə) 70 nəfəri etibarlı bilərək yanında götürmüşdü, ancaq hamısı dindən çıxmışdılar, yəni
məsum bir peyğəmbər belə bunun qərarını verə bilməmişdi.
Əhlibeyt (ə) buyurur: Gələn hədisin mətninə baxın, çox eşitdik deyə səhih qılmayın.
Ğərrul Hökm, fəsil 30, hədis 11
Hz.Əli (ə) buyurdu: And olsun ki, haqq və batil kişilərin özəllikləri ilə tanınmaz (rical
alimləri kimi), əvvəlcə haqqı tanıyın, sonra onun əhlini tanıyacaqsınız.
Şərh-i Nəhcul Bəlağa İbn Xəlil
İndi keçək səhih hədisin səhihliyinə necə qərar verəcəyimiz sualına. Bəli, bu mövzu ilə
bağlı həm hədislərdə keçmişdir, həm də Quranda onun üçün ən etibarlı olan ayə ilə
başlayacağıq. Allah-Təala buyurdu:
Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar (əmr)
sahiblərinə itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və qiyamət gününə
inanırsınızsa, onu Allaha və Rəsuluna həvalə edin! Bu daha xeyirli və nəticə etibarilə
daha yaxşıdır. (Nisa (4):59)
Yəni, bir hədisin doğru olub olmadığını anlaya bilməyimiz üçün Qurana müraciət edəcəyik
və Quran ilə uyğun olub olmadığına baxacayıq, bu şəkildə ixtilaflı olduğumuz hədisləri
Quran və mütəvatir hədislərlə müqayisə edəcəyik, yəni həm Qurana müraciət etmiş
olacağıq, həm də Allahın Rəsuluna (s).
Xeyr! Sənin Rəbbinə and olsun ki, onlar öz aralarında baş verən çəkişmələrdə səni
hakim hesab etməyincə, sonra da verdiyin hökmlərə görə özlərində bir sıxıntı duymadan
tam təslim olmayınca iman gətirmiş olmazlar. (Nisa (4):65)
İbn Əbi Yafur deyir: İki hədisin ixtilafı barədə (yəni bir mövzu ilə bağlı fərqli hökm verən
iki hədis) hədis rəvayət edən ravilərdən əgər biri etibarlıdırsa və digəri etibarsızdırsa, nə
etməyimiz lazım olduğunu İmam Sadiqdən (ə) soruşdum və belə cavab verdi: Əgər sizə
bir hədis gəlsə və Allahın kəlamında və Peyğəmbərin (s) kəlamında bir təsdiq tapa
bilsəniz, o hədisi saxlayın, əgər təsdiq edəcək hökm yoxdursa, günaha görə məsuliyyət
daşıyan o hədisi gətirəndir.
Təfsirul-Burhan, cild 1, s.72; Üsul Əl-Kafi, cild 1, s.88
6
Peyğəmbərin (s) tutun dediyi bölüm
İmam Sadiq (ə) buyurdu: Ey Muhəmməd, saleh və ya pis bir insandan Qurana uyğun
olan bir hədis gələrsə, onu qəbul et və saleh və ya pis bir insandan Quranla ziddiyyət
təşkil edən bir hədis gələrsə onu burax.
Burhan, cild 1, s.73; Biharul-Ənvar, cild 2, s.244
Əhli Sünnət kitablarında da eyni ölçü üzərindən Peyğəmbərimizdən (s) nəql edilən hədislər
mövcuddur.
Rəsulullah (s) buyurdu: Əgər sizə bir hədis söylənilərsə, onu Allahın kitabına ərz edin,
əgər onunla uyğun gəlirsə, qəbul edib əməl edin, əgər uyğun gəlmirsə, onu divara çırpın.
Haşim Avalil lə’ali, cild 1, s.68
Rəsulullah (s) buyurdu: Məndən sonra sizə bir çox hədis nəql ediləcək, o zaman sizə
gələn hədisləri Allahın kitabına ərz edin.
Əl-Məsailul Fiqh, Seyyid Şərəful-Din, s.90
İndi isə gəlin bəzi məşhur fəqihlərimizin rical elmi barədə olan fikirləri ilə tanış olaq.
Məsələn Şeyx Hürr Amili Şeyx Tusini rical elmi mövzusunda tənqid edərək belə
buyurmuşdur:
“Şeyx (Tusi) çox vaxt hədisin ravisinin zəif olduğuna görə, hədisi də zəif sayır... Ancaq,
Şeyxin, hədisləri bu səbəbdən ötrü, yəni ravisinin zəifliyindən ötrü zəif sayması qeyri-
həqiqi bir şeydir... Məsələn, (Tusi) deyir ki: Bu ravi zəif olduğuna görə, onun rəvayət
etdiyi hədis də zəifdir. Sonra biz görürük ki, o, başqa bir yerdə elə bu zəif ravinin rəvayəti
ilə əməl edir. Hətta, bəzi yerlərdə ondan da zəif olan ravini qəbul edir. Çox yerdə hədisi,
Mürsəl olduğuna görə (yəni sənədi tam olmadığına görə) zəif sayır, sonra elə özü (başqa
bir yerdə) Mürsəl hədisi dəlil gətirir. Hətta o, çox vaxt sənədi qırıq (mürsəl) və zəif
rəvayətləri qəbul edir, amma Müsnəd (sənədi tam) və raviləri güclü olan hədisləri isə
rədd edir.” (Bax! “Vəsailuş-şiə: 20/111 və ya 30/279)
Bundan başqa Tusinin kitablarında, "hədisi zəif sayaraq, dəlilini gətirməməsi", "bəzi
yerlərdə hədis araşdırarkən sünnülərin hədis üsullarından istifadə etməsi" kimi hallar
müşahidə olunur. Elə bu şeylər bəzən şiələrin məzhəbdən dönməsinə və imanlarının
zəifləməsinə səbəb olmuşdur. Əlbəttə biz bu kitablarda yol verilən xətaların Şeyx Tusiyə
aid olduğunu qəti şəkildə iddia edə bilmərik. Çünkü arada uzun bir zaman ötmüş və Hülakü
xan bir dəfə Şeyxin kitabxanasını yandırmışdı.
Şiənin ən məhşur mühəddislərindən biri olan Hürr Amili demişdir: “Yeni istilahlar (yəni
hədisləri “səhih” və “zəif” kimi növlərə ayırmaq) əhli-sünnətin etiqadına və qaydalarına
müvafiqdir. Hətta bu elm onların kitablarından götürülmüşdür.” (Vəsailuş-şiə: 20/100 və
ya 30/260)
7
“Məlum olduğu kimi, bu istilahlar Əllamə Hillinin və ya onun şeyxi Əhməd ibn.Tavusun
zamanında ortaya çıxmışdır.” (Vəsailuş-şiə: 20/102 və ya 30/262)
Yusuf əl-Bəhrani də bunu təsdiqləmişdir ki, hədisləri “səhih” və “zəif” kimi növlərə ayıran
ilk şiə alimləri Əllamə Hilli və onun ustadı ibn.Tavus olmuşdur. (“əl-Hədaiqun-
Nədira”1/53)
Baqir əl İrəvani yazır: “Rical alimi Nəcaşinin öz kitabını yazmasına səbəb müxaliflər
tərəfindən Şiələrin kitablarının olmaması iradlarına cavab olmuşdur.”(“Durrus təmhidiyyə
fi ulumul ər rical”səh 86)
DİRAYƏ BARƏDƏ
Hairi (öl.h.965) demişdir: “Heç bir şübhə yeri olmadan məlumdur ki, bizim alimlərimizdən
Şəhidus-sənidən qabaq dirayətul-hədisə (hədisdən hökm çıxarmağın qaydalarından bəhs
edən
bir elmdir) dair kitab yazan olmayıb. Bu elm də, əhli-sünnətin
elmlərindəndir.”(“Muqtəbisul-əsər” 3/73)
Şeyx Hürr Amili yazır: “Şəhid Sani İmamilərdən ilk hədis elmi haqqında kitab yazan alim
olmuşdur.Amma,O oğlu və digərlərinin dediyinə görə hədis terminalogiyasını əl əmmənin
(Sünnilərin) kitablarından götürmüşdür. (Hürr Amili “Əməl əl amil” c.1,səh 86)
Ümid edirəm, mövzu ilə bağlı bütün suallarınızı cavablandıra bilmişik, sizə son bir
xəbərdarlıq vermək istəyirəm ki, ümid edirəm heç hədisdəki kimi olmayacaqsınız:
İmam Sadiq (ə) buyurdu: Bizim Əhlibeytimizdən (ə) olan ilk Qaimimiz qiyam etdiyi
zaman sizinlə elə hədislərlə danışacaq ki, siz ona təhəmmül etməyib onun əleyhinə qiyam
edəcəksiniz. (Biharul Ənvar, cild 52, s.175)
Vəl həmdulilləhi Rəbbil Aləmin,
Və Sallallahu əla Muhəmmədin və Al-i Muhəmməd,
Əl Əimmətə vəl Mehdiyyin və səllim təslimən kəsira,
Vəssəlamun əleykum və rəhmətullahi və bərəkatuh.
İmam Mehdinin və İmam Əhməd əl Həsənin (ə) Ənsarı
Dostları ilə paylaş: |