ölümdən bir az əvvəl uşaqların da yaşlılar kimi sifətlərinin cizgisi
dəyişir, fikirləri sanki kənarda olan nəyəsə yönəlir. Kyubler Ross bu
vəziyyəti ölümün yaxınlaşması əlaməti kimi izah edir. Uşaqlar bu
vaxt artıq rəhmətə gedənləri, xüsusən də çox istədikləri adamları
görə bilərlər. Ölüm qabağı uşaqla söhbət edən Kyubler Rossa xəstə
qız demişdir: ’’İndi özümü rahat hiss edirem, atam və qardaşım məni
gözləyirlər.” Qızın atası və qardaşı rəhmətə getmişdirlər.
Arxiyepiskop Luka yazır ki, xəstə oğlanı rəhmətə gedən qardaşı
yanına çağırırdı. Xəstə qız bir neçə dəfə rəhmətə gedən bibisinin
səsini eşitmişdir,bibisi onu axirət dünyasına çağırmışdır.
Uşaqlar hər dəfə doğmalarının, həm də rəhmətə gedən
yaxınlarının onları gözlədiklərini görmüşlər. Həyatlarının son
məqamlarında onlar heç vaxt sağ olan qohumlarının onlar
gözlədiklərini görməmişlər. Eyni zamanda avtomobil qəzası vaxtı
həlak olanları “orada” qohumlarla qarşılaşa bilərlər- onun ölümünü
hələ orada bilən yoxdu. Qohumlardan başqa onlar nə vaxtsa
oynadıqları uşaqları, himayədar mələkləri də görə bilərlər.Bu
uşaqları gedəcəyi yerlə tanış etməyə kömək edir. ”Ana, narahat
olma,hər şey qaydasındadır,atam məni gözləyir!” İki yaşından yeddi
yaşma qədər ağır xəstə olan uşaqlarda ruhun bədəndən
yanunudulmuş və yuxuda çıxması epizodları olur. Tibbi jurnallardan
birində bir hadisə verilmişdir. Bir qız bədəndən bir neçə dəfə
çıxdıqdan sonra gördüklərinin çox yaxşı olduğunu demişdir. Bu
ananın xoşuna gəlmir, çünki “uşağın xoşuna evdən başqa haranınsa
gəlməsini analar xoşlamırlar”. Nəhayət qız atasına danışır ki, o
qardaşı ilə rastlaşmışdır və bu görüş olduqca gözəl idi.Söhbəti
qurtarıb “axı mənim heç vaxt qardaşım olmayıb”deyə köks ötürdü.
Atası ağladı və dedi ki, əslində onun qardaşı olub və onun
doğulmasından üç ay əvvəl ölüb-ona görə də qıza bunu heç vaxt
danışmayıblar. Xəstə uşaqlar adətən təklikdən çox qorxurlar. Onlar
analarından və tibb bacısından xahiş edirlər
500
ki,heç hara getməsinlər. Birdən uşaq qayğı ilə anasına deyir: ”Ana,
get evə dincəl, mən artıq tək deyiləm. ’’Bəlkə uşaq ölən atasını və ya
qardaşını görür-bilir ki, onlar mütləq kömək edəcəklər, onu
gözləyirlər. Məlumdur ki, həm xəstə, həm də sağlam uşaqlar, bəzən
yaşlılar da yuxuda uçurlar, bu vaxt özlərini yüngül, inamlı və
olduqca real hiss edirlər. Uşaq artıq bilir ki, 0 istənilən vaxt anasının
yanına gələ,onunla ola bilər-o artıq təklikdən qorxmur. Əgər xəstə
uşağın valideynlərindən hansısa ölübsə ona deyir ki, o valideyn onu
gözləyir və onu qarşılayacaqdır. Bəzən elə də olur ki, valideynlər
xəstə uşağı heç vaxt tək qoymurlar, ancaq birdən az müddətə
aralanan kimi uşaq ölür. Valideynlər özlərini günahkar hesab
edəcəklər-onlar uşağı ən ağır dəqiqədə tək qoymuşlar. Onların
kədərini azaldın,başa salın ki, uşaq bütün vaxt ərzində onların qayğı
və məhəbbətini hiss etmişdir. Əgər uşağın ölümü onun
mövcudluğunun sonu olsaydı bu təkcə ədalətsizlik yox, həm də
mənasızlıq olardı. Ancaq təbiətdə mənasız heç nə yoxdur. Allahın
iradəsi heç də həmişə bizlərə aydın deyildir. Yaxın adamın ölümü
həmişə kədərli olur, uşaq itirən valideynlərin kədəri lap ağır olur.
”Nə üçün mən yox, o? O hələ çox balaca idi, 0 yenicə yaşamağa
başlamışdır. ”Bu inamda böhran yarada bilər:onlar Allahı ədalətsiz
və qəddar hesab edə bilərlər. Uşaq günah işlər görə bilmədən ölür,
axirət dünyasında onun ruhu xoşbəxtdir. Sadə,təbii həyat yaşayanlar
bunu hiss edir. Bir qocanın iki yaşlı nəvəsi suda batır-meyidi
yaxınlıqdakı xəstəxanaya aparırlar. Dəfndən bir gün sonra qoca
uşağın valideynlərinin yanına gəldi. Oğlu və gəlini stol arxasında
əyləşib siqaret çəkir və sakitcə qarşılarında olan stəkandakı soyuq
kofeyə
baxırdılar.
Onlar
qəmdən,kədərdən
sanki
donmuşdular,hərəkətsiz ,əzgin, sükut içində oturmuşdular. Qoca nə
baş verdiyini hiss edib onlarla söhbət etməklə onları
sakitləşdirdi-əgər valideynlər uşağın ölümünün həqiqi mənasını
dərk etsələr xeyli yüngülləşərlər.
501
Sevimli insanın ölümünün kədəri dərin və uzun olarsa, bu sağ
qalanların sonrakı həyatını qəmli edəcək, ovqatları həmişə pis
olacaqdır-bu kədər onların ruhi tarazlığına və sağlamlıqlarına ağır
təsir edə bilər. Bizim üçün ölüm həm də ona görə çətindir ki, müasir
ictimai quruluş ölümü hiss etməyə qoymur, o gələndə isə biz nə
edəcəyimizi bilmirik, onu qarşılamağa hazır olmuruq. İndi dəfn
mərasimi də gündəlik həyatımız kimi sürətlə həyata
keçir-qəbirstanlığa da əvvəlki dövrlərdə olduğu kimi tez-tez
getmirlər. Tanışlar çox vaxt qohumlara məsləhət verirlər ki,’’dəfnə
getmək lazım deyildir. ’’Qohumlar da bu fikirlə razılaşır və
düşünürlər ki, nə qədər az görsələr bir 0 qədər ağrı yüngülləşər.Bu
düzgün deyildir. Yad adamın yanında ağlamaq düz deyil, açıqca
kədər bildirmək də səhvdir. Çox vaxt neçə illər bir yerdə yaşayan
qadına ərini qəbirstanlığa yola salmağa icazə vermirlər, guya
bununla onun ağrılarını yüngülləşdirmək istəyirlər. Yaxın adamın
ölümünə bu cür münasibət səhvdir. Kədərdən qaçmaq olmaz, onu
yaşamaq lazımdır. Kədər qısa və uzun müddətli ola bilər. Kədəri
qəbul etmək və onu yaşamaq lazımdır. İtkini yalnız əqllə yox, həm
də ürəklə,yalnız intellektlə yox, həm də emosiya ilə qarşılamaq
lazımdır. Kədərin uzanması xroniki depresiyaya,həyat eşqinin
itməsinə və ümumiyyətlə yaşamaq istəməməyə səbəb ola bilər-bi’
ağır xəstəliklər yarada bilər.Adətən kədərin uzun sürməsi,ağrmın
keçməməsi ölən doğma adamla münasib vidalaşma oimayanda
güclü olur:ölənin cəsədini görmür,dəfndə iştirak edə bilmir,
məsələn,əsgər və zabitin arvadı ərinin ölüm kağızını alır,ancaq heç
nədən xəbəri olmur,0 ölü bədəni görməyib və onda ölümün reallığını
inkar etmək arzusu yaranır.Onun sağalmaz dərdi uzun müddətli olur
və bu təhlükəli sonluqla yekunlaşa bilər - bəzən belə qadını normal
həyat rejiminə salmaq çətin olur.Təbabət bunu “sağalmaz kədər
psixoloji çatışmamazlıq yaradır”sözləri ilə təsvir edir.Quru sözlər
olsa da doğru səslənir.Kədər-qəm hissi yaşayanlar yaxşı
olurlar,onlar yetkinləşirlər.Ölümlə hər
502
Dostları ilə paylaş: |