2
Yekun rəy aşağıdakı meyarlar əsasında formalaşmışdır:
1. Dərsliyin məzmunu baxımından;
2. Dil və yazı üslubu baxımından;
3. Dərsliyin bədii tərtibatı, dizaynı baxımından;
4. Çalışmaların məzmuna uyğunluğu baxımından;
5. “Müəllim üçün metodiki vəsait” in (MMV) məzmunu baxımından.
1. Dərsliyin məzmunu baxımından
Dərslikdə təlim materiallarının dəqiqliyi müəyyən mənada gözlənilib. Tapşırıq
və çalışmalarda yaradıcılıq və rəngarənglik gözlənilsə də, bəziləri 1-ci sinif
səviyyəsinə uyğun deyil. Məsələn, səhifə 20-də şəhər şəkillərinin bayraqlarla
əlaqələndirilməsi tapşırığında 1-ci sinif şagirdləri ABŞ, Fransa, Misir paytaxtlarını və
bu ölkələrin bayraqlarını tanıyıb əlaqələndirə bilməzlər.
Materialların sadədən mürəkkəbə doğru ardıcıllığı gözlənilib. Yalnız 11-ci
səhifədəki “Məktəbim” şeirinin sonrakı dərslərdə keçirilməsi daha məqsədəuyğun
olardı. Ümumiyyətlə, dərslikdə yeddi şeir verilib və bütün bu şeirlərin öyrənilməsi 1-
ci sinif şagirdləri üçün müəyyən çətinlik törədir. Səhifə 27–dəki şeir isə
ümumiyyətlə, 1-ci sinif şagirdləri üçün çətindir. Fəndaxili və fənlərarası inteqrasiya
gözlənilib. Dərslikdə ilkin tələffüz bacarıqlarına yiyələnmə, dinləyib-anlama,
danışma, sözləri və sadə cümlələri təkrar edib yadda saxlamaq üçün materiallar
verilmişdir. Gender, irq, etnik və din məsələlərinə həssas yanaşma təmin olunub.
Dərslikdə ictimai və milli-mənəvi dəyərlər təbliğ olunub. İnteraktiv təlimə imkan
yaradılıb. Nəzəri məlumatlarla praktik tapşırıqlar arasında mütənasiblik gözlənilib.
Lakin dərslik komplektində audio disk verilmədiyindən dinləyib-anlama məzmun
xətti üzrə standartlar tam reallaşmamışdır.
2. Dil və yazı üslubu baxımından
Dərslikdə dil qaydalarına əməl olunub. Üslub cəhətdən şagirdlərin yaş
səviyyəsinə uyğundur. Söz ehtiyatı və nitq inkişafı nəzərə alınıb. Lakin ərəb dilinin
xüsusiyyətlərinə görə bəzi sözlərdə hərəkə səhvləri olub. Məsələn: 4-cü səhifədə
"
ملاًّ سلا
"
sözü
"
ملاَّسلا
"
, 5-ci səhifədə
"
َناَجْيَبر َِذآ
"
sözü
"
َناَجْيَب ْرَذآ
"
yazılmalı idi. 36, 38
3
və 43-cü səhifələrdə əlifin üzərindəki “damma” işarələri ümumiyyətlə səhv yazılıb.
Səhifə 45-də
"
ةَه كَف
"
sözündə “ha” hərfi deyil “hə” hərfi yazılmalı idi. 48-ci səhifədə
"
فؤرح
"
sözündə “vav” hərfinin üzərində “həmzə “ işarəsi səhvən yazılıb. Səhifə 44-
də
"
رَوُص
"
əvəzinə
"
رَوُص
"
yazılmalı idi. Səhifə 34 və 36-dakı 2-ci çalışmada
"
ةرابع
"
sözünün bir dəfə artikllı, ikinci dəfə artiklsız verilməsi, həmçinin
"
ةملاع
"
sözünün
əvvəl tənvinsiz, sonra isə tənvinli verilməsi düzgün deyil.
3. Dərsliyin bədii tərtibatı, dizaynı baxımından
Rəsm və illüsrasiyaların mətnə uyğunluğu, ifadəliliyi və aydınlığı gözlənilsə də,
səhifə 25-dəki “Peşələr” mövzusunda inəklərə yem verən şəxsin geyimi və peşəsi
məlum deyil. Səhifə 21-dəki “Ərəb atalar sözləri” dərsində verilmiş şəkillər mövzuya
uyğun deyil. 28-ci səhifədəki rəsmlərin daha cəlbedici və şagirdlərdə maraq oyadan
şəkillərlə əvəz edilməsi daha məqsədəuyğun olardı. Səhifə 32-də “uzun-qısa”
sözlərinin müqayisəsi üçün oturan kişi ilə ayaq üstə duran oğlanın müqayisəsi
düzgün verilməyib. Həmin səhifədə “yeni-köhnə” sözlərinə görə verilmiş kitab
şəkilləri bir-birindən fərqlənmir. Dərsliyin üz və arxa qabığının tərtibatı sadədir.
Daha cəlbedici və orijinal verilməlidir.
4. Çalışmaların məzmuna uyğunluğu baxımından
Dərslikdəki bütün tapşırıqlar məzmuna uyğundur. Yalnız səhifə 17-dəki 5-ci
çalışmanın şərti “Cümləni tamamla” deyil, “Bu nədir?” kimi verilməli idi.
5. “Müəllim üçün metodiki vəsait” in (MMV) məzmunu
baxımından
Metodik vəsaitdə təlim məqsədləri standartlara uyğundur, məqsədlərdə əlaqəlilik
və mərhələlilik gözlənilib. Təlim texnologiyaları idrak taksonomiyasının
mərhələlərinə uyğundur. İllik və gündəlik planlaşdırmaya dair nümunələr verilib.
Təlim materialları üzrə işin texnologiyası şərh olunub və daha çox diqqət yetirilməli
məsələlər qeyd olunub. Qiymətləndirmənin müxtəlif növlərinə aid vasitələr verilib.
Mənbələrin və resursların təqdimolunma səviyyəsi kifayət qədər yüksəkdir.
4
Nəticə
1. Dərsliyin forzas səhifəsində Dövlət Himni “Azərbaycan Respublikasının
Dövlət Himni haqqında” 1992-ci il 27 may tarixli Qanununun tələblərinə uyğun çap
olunmayıb. Himnin adı (“Azərbaycan marşı”) ixtisar olunub. Həmçinin forzas
səhifəsində Dövlət Gerbinin rəngli təsviri Dövlət Gerbi haqqında Əsasnamənin
təsdiq edilməsi barəsində Azərbaycan Respublikasının 1993-cü il 23 fevral tarixli
Qanununun tələblərinə uyğun çap olunmayıb.
2. Dərslik komplekti fənn üzrə məzmun standartlarının reallaşmasına imkan
verir. Yuxarıdakı çatışmazlıqlar aradan qaldırılmaq şərtilə dərslik yararlı və
qənaətbəxş hesab olunur. Bəzi dərslərdə mürəkkəblik təşkil edən materialların
sadələşdirilərək təkmilləşdirilməsinə ehtiyac duyulur.
3. Dərsliyin məzmunu baxımından dərsliyə 4 irad bildirilib və onlardan 1-i
müəlliflər tərəfindən qəbul olunub.
4. Dil və yazı üslubu baxımından dərsliyə 10 irad bildirilib və onlardan 2-si
müəlliflər tərəfindən qəbul olunub.
5. Dərsliyin bədii tərtibatı, dizaynı baxımından dərsliyə 6 irad bildirilib və
onlardan 3-ü müəlliflər tərəfindən qəbul olunub.
6. Çalışmaların məzmuna uyğunluğu baxımından dərsliyə 1 irad bildirilib və
müəlliflər tərəfindən qəbul olunub.