8
20 Yanvar – Ümumxalq Hüzn Günü, (1990)
“Azərbaycan xalqı bu günü heç vaxt yaddan çıxarmayacaq və gələcəkdə də hər il
bu gün qeyd olunmalıdır. Azadlıq, müstəqillik uğrunda özlərini qurban verən
şəhidlərimizin hamısının xatirəsini həmişə qəlbimizdə yaşatmalıyıq. Hesab edirəm
ki, bugünkü müstəqil, qüdrətli Azərbaycan xalqımızın ən böyük sərvətidir.
Şəhidlərimizin, canlarını qurban vermiş insanların bu işdə böyük xidməti olubdur.
Bu da heç vaxt yaddan çıxarılmamalıdır”.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
20 Yanvar faciəsi 1990-cı il yanvarın 19-dan 20-
nə keçən gecə sovet ordusunun erməni quldur
dəstələri ilə birgə Azərbaycan xalqına qarşı həyata
keçirdiyi terror aktıdır.
Yanvarın 19-dan 20-nə
keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan
edilmədən, sovet ordusu Azərbaycana qarşı
hərbi
əməliyyatlara başlayıb. Faciə zamanı 137 insan
öldürülüb, 744 nəfər ağır xəsarət alıb, 841 nəfər isə qanunsuz həbs edilib. 17 yanvar
1992-ci ildə Ali Sovetin Milli Şurası (1991-1992-ci illərdə qanunverici orqan
funksiyasını yerinə yetirən orqan) “20 Yanvarın Şəhidlər Günü elan olunması
haqqında” qanun qəbul edib. Qanuna əsasən yanvarın 20-si ölkə ərazisində qeyri-iş
günü elan olunub. 1994-cü ildə Qanlı Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət
verilib, faciənin günahkarlarının adları açıqlanıb. Ölkəmizə qarşı ərazi iddiaları irəli
sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara
havadarlığından hiddətlənən, küçələrə və meydanlara çıxaraq qəti etirazını bildirən
xalq kütlələrinə qarşı Azərbaycan ərazisinə ordu hissələrinin yeridilməsi 1990-cı ilin
20 yanvarında misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz
ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd vətən
övladları canlarından keçərək, şəhidlik zirvəsinə ucaldılar.
Kitablar: R.Səməndər “Şəhidlər” (1990), V.Babanlı “Hoydu, dəlilərim, hoydu!”
(1993), M.Ələkbərli “Ağlama şəhidlərə” (2002), Hidayət “Azərbaycan harayı” (2002),
N.Kəsəmənli “20 Yanvar ; Qar yağır Şəhidlər xiyabanına” (2002), Qabil “Çalsın
Azərbaycan haray zəngini” (2002), B.Vahabzadə “Şəhidlər” (2002), B.Eyyubova
“20 Yanvar” (2003), A.Kamal “Şəhidlər xiyabanı” (2003), N.Əyyub “Qanlı Yanvar”
(2004), M.Gülgün “Şəhid balaları”, O.Hacıyeva “Şəhidliyə qovuşaq” (2004),
Y.Hüseyn “Şəhidlər” (2004), İ.Allahverdiyev “Şəhidlər xiyabanı” (2005), M.Aslan
“Ağla, qərənfil, ağla” (2006), Aslan M. “Məzarsız şəhidə ağı” (2006), R.Buzovnalı
“Şəhidlər” (2007), Z.Dəmirçi “20 Yanvar” (2008) və s. Filmoqrafiya: “Azadlığa
gedən yollar”(1990), “20 yanvar” (1990), “Matəm” (1990) və s.
İnternetdə:
www.az.wikipedia.orq;
www.books.google.com
9
21 Yanvar – Beynəlxalq Qucaqlaşma Günü, (1986)
Yanvarın 21-də bütün dünyada ən qeyri-adi bayramlardan biri – Beynəlxalq
Qucaqlaşma Günü qeyd olunur (İnternational Hug Day). Bu bayramın əsası 1986-cı
ildə ABŞ-da qoyulmuş, sonradan bütün dünyada yayılmışdır. Bayramın ənənəsinə
görə həmin gün hətta tanımadığın insanlarla belə dostcasına qucaqlaşa bilərsən.
Bu bayramın çox gənc olmasına baxmayaraq, onun müəllifinin kimliyi və nə
üçün məhz bu günü seçməsi müəyyənləşdirilməyib. Belə hesab olunur ki, bayramın
təşəbbüskarı tələbələr olmuşlar.
Son illərdə gənclər bu bayramı geniş qeyd edirlər. Bayramın tərəfdarları hesab
edirlər ki, insanlar qucaqlaşan zaman bir-birlərinə müsbət enerjilərini, qəlblərindən
gələn istiliyi ötürürlər.
Psixoloqlar belə hesab edirlər ki, sizi qucaqlamaq istəyən insanlar təhlükəsizlik,
komfort və sevgi hisslərini yaşamaq istəyirlər. Qucaqlaşma bizi bütün ömrümüz boyu
müşayiət edir. Biz görüşdüyümüz zaman və ya uzun ayrılıqdan sonra doğmalarımızı
və dostlarımızı qucaqlayırıq, öz sevincimizi və minnətdarlığımızı bildirmək istəyərkən
də qucaqlaşırıq. Bu bayram heç bir maddi xərcə səbəb olmur. Siz sevdiklərinizi yalnız
qəlbinizin hərarəti ilə, ürəkdən qucaqlaşaraq, sevginizi ifadə edərək təbrik edirsiniz,
mükafatlandırırsınız.
İnternetdə:
www.books.google.com
10
23 Yanvar – Əl Yazısı (xətt) Günü
Dövrümüzdə kompüterlərin, elektron
poçtların, elektron bloknotların, SMS-lərin və
digər sürətli ünsiyyət vasitələrinin ildən-ilə
populyarlıq qazanması müasir insanı öz
fikirlərini əli ilə yazaraq ifadə etməkdən
uzaqlaşdırır. Bəlkə də, yaxın gələcəkdə əl ilə
yazılmış məktub və ya açıqca arzu olunan
hədiyyə olacaq.
Hər il yanvarın 23-ü Xətt Günü və ya
daha gözəl deyimlə, Əl Yazısı Günü (National Handwriting Day) qeyd olunur. Bu
günün qeyd olunmasında əsas məqsəd insanlara əl yazısının unikallığını, hər bir
insanın əl yazısının özünəməxsusluğunu, əl ilə yazı yazmağın vacibliyini
xatırlatmaqdır.
Bu bayramın qeyd olunması ABŞ-ın WIMA təşkilatı tərəfindən təklif olunub.
WIMA ABŞ-ın yazı ləvazimatları istehsalçılarının assosiasiyasıdır. Təşkilatın məqsədi
əl yazısının dəyərini xatırlatmaq və onun populyarlığını artırmaq olmuşdur. Bu
məqsədlə qeyd olunacaq bayramın tarixi ABŞ-ın məşhur dövlət xadimi Con Xenkokun
anadan olduğu gün seçilmişdir. C.Xenkok ABŞ-ın Müstəqillik Bəyannaməsinə ilk
imza atan şəxs olmuşdur.
Çində, Yaponiyada və bir çox digər Asiya ölkələrində gözəl yazmaq bacarığı
incəsənət hesab olunur və bu gün hətta kalliqrafiya ustaları çox yüksək
qiymətləndirilir. Başqa ölkələrdə gözəl əl yazısı çox yüksək qiymətləndirilməsə də,
yaxşı xətt, gözəl əl yazısı hər yerdə hörmətə layiq görülür. Odur ki, belə bir bayramın
qeyd olunması çox mənalıdır.
İnternetdə:
www.books.google.com