Sənaye inqilabı
272
Onu da qeyd etmək lazımdır ki, bu dövrdə təhsil alanların böyük
hissəsi sənayedə yox, dövlət sistemində məmur kimi çalışmaq üçün
seçilirdilər. Beləliklə, politexnik məktəbləri ikili tapşırığı yerinə
yetirirdi. O həm mühəndis, həm də məmur hazırlığı ilə məşğul idi.
Məmur vəzifəsi alan mühəndislər sənayedə gedən işlərə dövlət
tərəfindən aparılan nəzarətə rəhbərlik edirdilər.
1830-cu ildə Fransada pambıq ıstehsalı sənayesində texniki yeniliklər
aparilmış və müəssisələrdə istehsalın yeni formada təşkili artıq başa
çatdırlmışdır. Bu sənaye sahəsi toxuculuq və ipəyirən maşınlara artan
tələblərlə əlaqədar olaraq, başqa sənaye sahələrinin inkişafı ücün aparıcı
rol oynayaraq coxlu iş yerlərinin acılmasına şərait yaratmısdır.
Tekstil sənayesində Cenni maşınlarının tətbiqindən sonra pambıq
toxuculuğu
ölkənin
mütərəqqi
sənaye
sektoruna
çevrilmişdir.
Yayılmaqda olan mexanikləşdirmə prosesi öncə aparıcı sahələri, əsasən
isə
tekstil
sənayesinin
inkişafına
şərait yaradaraq, ölkədə
sənayeləşmənin geniş yayılmasına təkan vermişdir [2.17].
Tekstil və başqa sənaye sahələrində texniki və təskilatı dəyisikliklər
XIX əsrin birinci yarısında çox ləng gedirdi. 1815-ci ildən başlayaraq
yun və ipəyirmə prosesləri mexanikləşdirilir. 1850-ci ilə qədər bu proses
ləng davam edir. Ümumiyyətlə toxuculuğun mexanikləşdirilməsi böyük
peşəkar və ucuz işçi qüvvəsinə malik olan ölkədə o qədər də, uğur
gətirəcək yenilik kimi qarşılanmırdı. Əl ilə toxuculuq qurğusunda evdə
görülən işlərin qiymətinin aşağı olması toxuculuq maşınlarına rəqabət
yaradırdı. Yalnız maşınlarla həddən artıq məhsul istehsal edildikdən
sonra əks proses baş verir, kəndlilərə təzyiq artır.
1850-ci ildən başlayaraq maşınlarla təchiz olunmuş fransız tekstil
firmalarının geniş yayılması nəticəsində kəndlərdə əl ilə toxuculuqla
məşğul olan işçilər üçün çətin vaxtlar başlayır. Onlar ya aşağı əmək
haqqı ilə razılaşmalı, ya da başqa işlə məşğul olmalı idilər. Bu təzyiq
altında Yaquard toxucu maşınları geniş yayılmağa başlayır.
Bu onunla bağlı idi ki, Yaquard maşını genial işləmə sisteminə malik
olsa da, proses tam mexanikləşdirilməmişdi. Yəni maşında
işçilərin tət-