23
İmam Hüseyn (ə) atasının şəhadəti günündən başlayaraq həmin gün üçün mücahidlər hazırlayırdı. O Bədr və
Ühüd səhabələrindən, atası Əlinin (ə) tərəfdarlarından fədakar fərdlər tərbiyə edə bilmişdi. Bu iki gecədə qeyd
olunduğu kimi, bəşər tarixi Kərbəla hadisəsinədək bir bu qədər fədakarlıq göstərən din yardımçıları tanımır.
Hadisədən sonra da bu yolda addımlayanlar özlərini həmin şəxslərə oxşatdılar, onlardan öyüd götürdülər.
Həmin şəxsiyyətlərdən biri qılıncını əlində oynadaraq, gülümsəyir, zarafat edirdi. Yoldaşı ondan soruşdu:
“Sənə nə olub? Axı zarafat vaxtı deyil!” O cavab verdi ki, ömrümdə belə xoş gün olmayıb. Bir saat qılınc və
nizələrlə oynayacağıq, ardınca Allah və Onun peyğəmbəri (s) ilə görüş nəsibimiz olacaq.” Həmin 72 nəfərdə
belə bir kamal vardı. Onlardan neçəsini tanıyırıq? Bəlkə də onlardan bəzilərinin adını bir dəfə olsun
eşitməmişik. Onlardan birinin adı Yəzid ibn Əbu-Məhasir idi. Onun künyəsi Əbül-Şəsa idi. O, imam Hüseynin
yanına gəlib dedi: “İcazə verin, sizin qarşınızda döyüşüm.” O Kufənin ən yaxşı oxatanı idi. Bu şəxs diz üstə
oturub, imam Hüseynin (ə) hüzurunda 100 ox atdı. Rəvayətçi nəql edir ki, and olsun Allaha, onun oxlarından
yalnız beşi hədəfə dəymədi! O ox atdığı vaxt imam Hüseyn (ə) dua edirdi: “Pərvərdigara! Onun oxunu hədəfə
çatdır.”1 Oxu qurtardıqdan sonra bu mücahid qılınca əl atdı. Rəcəz oxuya-oxuya qızmış şir tək özünü düşmən
cərgəsinə vurdu. Kafirlər onun qılıncı qarşısında qaçırdılar. O mömincəsinə vuruşdu və şəhid oldu.
Kərbəla şəhidlərinin məqamı
Soruşula bilər ki, imam Hüseynin səhabələri şəhadət məqamı baxımından hansı dərəcədə olublar? İynə ucu
qədər şübhə etməməliyik ki, Kərbəla şəhidləri ən uca şəhadət məqamında olublar. İmam Hüseyn özü şəhidlər
ağası olan şəhidlər zümrəsinin seyyididir. Bu şəhidlər şəhadət məqamı baxımından şəhidliyin zirvəsindədirlər.
Hətta aşura sübhünə qədər düşmən qoşununun komandanlarından olan, bir ömür Bəni-Üməyyəyə xidmət etmiş
Hürr şəhidlik məqamı baxımından o birilərlə eynidir. Amma şücaət baxımından şəhidlərin biri o birindən üstün
ola bilər.
Müsibət zikri
İlahi hidayət və vilayət Hürrün qəlbini işıqlandırmışdı. O özü ilə danışır, özünü behiştlə cəhənnəm, küfrlə
iman arasında görürdü. Qəfildən təhlükəli bir qərara gəldi. İmam Hüseyn gördü ki, bir şəxs ona doğru gəlir.
Kimliyini soruşdu. Səhabələr dedilər ki, Hürdür, amma savaş halında deyil. Hürr başı aşağı yaxınlaşıb, səs
çatacaq bir yaxınlıqda dayandı. İmam “başını yuxarı qaldır, kimsən” deyə soruşdu. Hürr peşiman olub, tövbə
qıldığını bildirdi və tövbəsinin qəbul olub-olmaması barədə soruşdu. İmam buyurdu: “Allah sənin tövbəni qəbul
etdi. Gəl, atdan düş.” Hürr dedi: “İcazə ver süvari qalım. Olsun ki, süvari qalmağım sizin üçün daha yaxşı ola.”
Zənnimcə, Hürr əhli-beytdən xəcalət çəkdiyi üçün hərəmə yaxınlaşmaq istəmirdi. O Zəhra övladlarını qorxuya
salmış birinci şəxs idi. Hürr meydana getdi. O, qarşı tərəfə moizə-nəsihətdən sonra rəcəz oxudu və savaşa
başladı. Bir dəstəni öldürdü və nəhayət onu mühasirəyə aldılar. Yerə yıxıldığı vaxt imam Hüseynə (ə) salam
verdi. İmam Hüseyn (ə) sürətlə ona yaxınlaşdı və buyurdu: “Anan sənə yaxşı ad qoyub, sən həqiqətən, dünya və
axirətdə Hürr-azadsan.”2
Mərhum Mühəddis Qummi “Nəfsul-məhmum” kitabında nəql edir ki, şah İsmayıl Xətai Kərbəlaya çatdığı
vaxt ona dedilər: “Bilinmir ki, Hürrün tövbəsi qəbul olunub, yoxsa yox!” Şah İsmayıl göstəriş verdi ki, Hürrün
qəbrini açsınlar və vəziyyətin nə yerdə olduğunu görsünlər. Qəbri açdılar və Hürrün şəhadət vaxtı basdırıldığı
halda qaldığını gördülər. Onun alnında dəsmal vardı. O sanki torpağın qoynunda yatmışdı. Şah İsmayıl dedi:
“Bu dəsmal nədir?” Alimlərdən biri dedi: “Bu dəsmalı qan gözünə tökülməsin deyə imam Hüseyn (ə) onun
yarasına bağlayıb. Şah dedi: “Bu dəsmal bizim üçün qələbə rəmzi ola bilər, onu açın.” Dəsmalı açdıqları vaxt
yaradan qan gəlməyə başladı. Dəsmalı bağladılar, qan dayandı. Başqa bir dəsmal gətirdilər ki, imam Hüseynin
(ə) dəsmalını götürə bilsinlər. Amma gətirilən dəsmal qanı saxlamadı. Şah İsmayıl dedi: “Bəli, imamın dəsmalı
1
“Məqtəlil-Hüsəyni-müqərrəm”, s. 243
2
Həmin mənbə
24
onun alnında qalmalıdır. (Rəvayətə görə şəhidlərin cəsədi çürümür. Şah İsmayıl Hürrün cənazəsinin hansı
vəziyyətdə qaldığını bilmək və onun yüksək məqama nail olduğunu sübut etmək üçün qəbri açdırmışdı).
İmam Hüseynin (ə) yoldaşlarından hansı şəhid olurdusa, imam onun yanına gəlirdi. Qardaşı Əbül-Fəzl də
yerə yıxılanda imam onun yanında idi. Yalnız bir şəhidin başı üstündə dayanan olmadı. O da imam Hüseyn (ə)
özü idi. Bəzi rəvayətlərdə nəql olunur ki, babası Peyğəmbər (s) onun başı üzərində dayanmışdı. Çox keçmədi
ki, imamın məzlum bacısı Ömər Sədin dayanıb tamaşa etdiyini gördü. Ona xitabən dedi: “Ey Səd oğlu,
qardaşımın necə öldürülməsinəmi baxırsan?” İbn Səd üzünü çevirdi. Zeynəb kimsənin yardım etmədiyini görüb
əllərini başına qaldıraraq fəryad çəkdi: “Ey insanlar, sizin aranızda bir müsəlman yoxdurmu?!”1
Altıncı məclis
Batil cəbhəsinin (Bəni-Üməyyə və əhdi pozanlar) haqq sahiblərinə qarşı qurğuları nəhayət onlar üçün yol
açdı və istəklərinə çatdılar. Müsəlmanlara hakimiyyət, onların mal və canının ixtiyarı batil cəbhəsinin əlinə
düşdü. Birinci plan bu idi ki, hakim olsunlar. Bu plan həyata keçdi. İkinci plan bu idi ki, Bəni-Haşimin ərsəyə
gətirdiyini məhv etsinlər. Bəni-Üməyyə öz hakimiyyətini davam etdirmək üçün Quran, peyğəmbər sünnəsi və
əhli-beyt göstərişləri əsasında etiqad və rəhbərliyi aradan götürməli idi.
Əlbəttə ki, onlar tədricən hərəkət etməli idi. Çünki, onların dinlə düşmənçiliyinə qarşı çıxan etiqadlı insanlar
vardı. Baxmayaraq ki, xalqın əksəri dünyaya qul idi və Müaviyə də bu nöqtəyə diqqət yetirirdi. İmam Sadiqin
(ə) hüzurunda ağıldan söhbət düşərkən həzrət buyurdu: “Ağıl odur ki, onun vasitəsi ilə Allaha bəndəlik edilsin,
Allahın mərhəmət dolu məqamı əldə olunsun.” Rəvayətçi soruşur ki, bəs Müaviyədə olan nə idi?” Həzrət
buyurur: “O şeytənət və hiyləgərlik idi. Adi camaat bu sayaq zirəkliyi ağıl sayır!”2
Müaviyə bəşər tarixində şeytənət baxımından misilsiz olmuşdur. Belə ki, o zahirən Əlini (ə) meydandan
uzaqlaşdıra bilmişdir. O, İslamın bünövrəsini sarsıtmaq üçün planlar hazırlamışdır. Bu proqram uzun bir
müddətə gerçəkləşməli idi. Müaviyə dinin əsasını sarsıda bilməsə də, xalqın etiqadını süstləşdirdi. Zahirdə
Quran qiraəti, məscid, minbər və moizə qalsa da, xalqa təlqin olunmuşdu ki, bu məsələlərə ciddi yanaşmasınlar.
Şərabxorluq və qumarbazlıq üçün maneə yox idi, zinaya yol vermək qorxulu sayılmırdı. Müaviyə ilahi
hökmlərə etinasızlığın təlqininə öz ətrafından başladı. Yəni öncə saray adamları, hakimlər və məclis rəisləri
şərab və zinaya aludə oldu. Onların bu münasibəti uyğun məsələlərə başqalarının da baxışını dəyişdi.
İdeoloji (mədəniyyət) hücumlar
Artıq bir neçə ildir ki, bu mövzuda söhbət gedir. Amma ideoloji (mədəniyyət) hücum yeni bir mövzu deyil,
Müaviyənin dövründən həyata keçirilir. Dinin bünövrəsini sarsıtmaq məqsədi ilə Müaviyənin ətrafı, saray
mollaları, Bəni-Üməyyənin muzdur natiqləri fəaliyyət göstərirdi. Onlar xalqı Qurana bağlılıqdan
uzaqlaşdırmaq, onları vəsiqə müsəlmanı etmək istəyində idilər. Təbii ki, bu ruhiyyə xalqın dini prinsiplərə
biganəliyi ilə nəticələnir. (İngilislər quldur Rza xanı İrana hakim etmək üçün onu din yolu ilə meydana
çıxardılar. O, başına torpaq tökür, boynuna qara şal bağlayır, ayaqyalın vəziyyətdə əzadarların qabağına
düşürdü. Amma zaman ötdükcə proqramlar dəyişdi. Elə ki, Rza xan taxta oturdu, Qacarı güc meydanından,
alimləri məclisdən uzaqlaşdırdı. Ayətullah Müdərris sürgün olundu. Din adı ilə meydana atılan bu şəxs çox
keçməmiş arvadı və qızını hicabsız vəziyyətdə milli şura məclisinə gətirdi və dedi: “Biz bu ləkəni, qadınların
qarğa görkəmini azadlıq və hürriyyətə çevirmək istəyirik. Bu səbəbdən də öncə öz arvadımı və qızımı hicabsız
gətirmişəm. Siz də sabahdan bu işi görməlisiniz!” Bəli, bu sayaq hücumlara tarix şahiddir.) Müaviyə və onun
ətrafının planı İslamı aradan götürmək idi.
1
“Məqtəlil-Hüsəyni-müqərrəm”, s. 284
2
“Kafi”, c. 1, s. 11