49
- Gedək, Məmmədbəy, gedək. Gecələr də qorxumdan
yata bilmirəm. Adamlar da belə bir təhərdilər ey, vəhşilərə
oxşayırlar.
- Qorxma, əzizim, sənnən, mənnən kimin nə işi var ki?!
Onların davası özləriynəndi.
Şəfəqnurun əl çəkmədiyini görəndə Məmmədbəy onu
sinəsinə sıxdı, şümal saçlarına sığal çəkdi.
- Darıxma, yaxın günlərdə mənim yerimi dəyişəcəklər.
Ola bilsin Bakıya göndərdilər. Onda olarsan şəhərli balası, heç
kimdən də qorxun, hürkün olmaz.
- Bakıda adamlar bir-birlərini döymürlər?
- Yəqin ki, yox. Axı orda heç kim bir-birini tanımır. Bir-
birini döyənlər doğma adamlardır.
Şəfəqnur day bir söz demədi.
Günlər bir-birini əvəz edir, Məmmədbəy hər gün çıxıb
gedəcəklərini deyir, Şəfəqnur darıxa-darıxa o anın çatacağı
vaxtı gözləyirdi. Gözləyə-gözləyə, darıxa-darıxa hələ imkan
tapıb bu qəliz kənddə özünə dostlar da tapmışdı; Çimnaz xala,
Bəsti bacı, Nabat, Sürəyya. Təklikdən üzüləndə həyətə çıxırdı,
onlardan birini tapırdı. Söhbətləşir, dərdləşir, həyatlarındakı
maraqlı məqamlardan xatirələr danışırdılar. Xatirələr
köhnəlmir, axı. İnsanı ömrü boyu izləyir, yaxşı aura yaradır,
insanın hər zaman yaddaş məqamında olur.
Məmmədbəy kənddə hər gün hörmətinin üstünə hörmət
gətirirdi. Xatirini çox istəyirdilər, məsləhət üçün yanına
gəlirdilər. Bəzən yaşlı adamlar belə onunla görüşüb, bəzi
məsələlərə aydınlıq gətirməyi özlərinə rəva bilirdilər.
Bəlkə belə deyildi, ancaq Şəfəqnura elə gəlirdi ki, bu
dörd-beş ayda kəndin adamları da dəyişmişdilər. Daha heç
nəyin üstündə əvvəlki kimi dava salmır, bir-birinin etdiklərini
çətinliklə də olsa həzm etməyə çalışırdılar.
50
Bunu Məmmədbəyə deyəndə Məmmədbəy güldü.
Zarafata salıb «bəlkə Tanrı bizi buraya barışıq mələyi
göndərib?» - dedi.
Şəfəqnur bu zarafatın içində böyük həqiqətin olduğuna
inanmağı gəlirdi.
Və Məmmədbəy dərsdən qayıdıb onun işini başqa kəndə
dəyişdiklərini xəbər verdi.
Şəfəqnur Çimnaz xalayla, Bəsti bacıyla, Nabatla,
Sürəyyayla vidalaşdı, görüşüb, öpüşüb ayrıldı.
Bu kənd gəldikləri kənddən çox uzaq idi. At arabası ilə
bir günə yaxın yol gəlmişdilər. Elə bil, iqlim də başqaydı,
adamlar da. Bu kənd o kənddən çox böyük idi. Kəndi dağ çayı
iki hissəyə ayırırdı. Yazda sellər-sular aşıb-daşanda, deyirdilər,
kəndin bu hissəsindən o hissəsinə keçmək mümkün olmurdu.
Məmmədbəyi rayon maarif şöbəsinə çağırıb bu kənd
məktəbinə direktor təyin etdiklərini dedilər. Maarif şöbəsinin
ağsaqqal müdiri çal saçlarını əlləri ilə darayıb, sınayıcı
nəzərlərlə Məmmədbəyə baxdı.
- Hə, cavan oğlan, mənə de görüm, Sarıqaya məktəbinin
direktoru işləyə bilərsənmi?
Məmmədbəy çiyinlərini çəkib, bir söz demədi.
- Deməli, işləyə bilərsən… Get, sənə uğurlar olsun…
Ancaq, yadında saxla, bu kənd sən gördüyün kəndlərdən deyil.
Çox mürəkkəb kənddir. Bir az özünü yava apardın, adamı
divara dırmaşdırarlar.
Maarif müdirinin sözlərini Şəfəqnura deyəndə, gəlin
dərindən ah çəkdi. Sonra qəmgin-qəmgin xəyala daldı. Heç
bilmədi nəyə görəydi, gəldikləri kəndi elə arzuladı ki...
Bir həftə məktəbdə, gözətçinin otağında yaşadılar. Sonra
məktəbin yanında üçgözlü otaqda yerləşdirdilər.
Bura Nargilə xalanın eviydi. Əri müharibədə həlak
olmuşdu. Bir qızı vardı, o da başqa kəndə ərə getmişdi. Bir-
birlərini çox az-az görürdülər. Kürəkəninin xasiyyəti ağır
51
olduğundan qızı anasının yanına gətirmirdi. Ana da hərdənbir,
lap ürəyi darıxanda qızıgilə gedir, qızını, nəvələrini görüb, tez
də geri qayıdırdı.
Çox xanım-xatun, işini-gücünü bilən, adam yeri tanıyan
bir qadın idi Nargilə xala. Elə ilk günlərdən Şəfəqnur ona
öyrəşdi, mehrini, məhəbbətini bu qadına saldı. Qadın öz taleyi
haqqında məlumat verəndən sonra kəndə keçdi. Dedi, kəndimiz
yaxşı kənddi, amma… Bu ammalar kəndin mənzərəsini,
adamların xarakterini az-çox Şəfəqnura anlatdı.
Bu dağ kəndinin dağ kimi sərt qanunları vardı. İki yerə
parçalanmış kəndin hər tayında özünəməxsus adət-ənənələr
hökm sürürdü. Bu adət-ənənələrdəki bəzi uyğunsuzluqlar
adamların bir-birinə olan mehr-məhəbbətinə qaranlıq bir kölgə
salırdı. Yaşlı adamların dediyinə görə, bu kəndin hər tayına
başqa-başqa yerlərin adamları köçmüşdülər. Əvvəllər bu kənd
bir bəyin örüş yeri olubmuş. Bəy öləndən sonra örüş yeri
dağılmış, adamlar bu yerlərə köçərək, özlərinə məskən
salmışdılar.
Bu kənddən bir az aşağıda Çobanoba adında bir kənd var
imiş. Və bu kəndin adamları ilə Çobanoba kəndinin adamları
bir-biriylə
düz gəlmirmişlər. Gündə davalar, şavalar,
qırğınlar… Polis də buraları öz cilovunda saxlaya bilmirmiş.
Bunların davasını ayırmaq üçün gələn polislərə də hücum çəkir,
bəzən polislərə silah da qaldırırdılar. Axırıncı davada üç polis
nəfərini vurub öldürmüşdülər. İşin qəlizliyini görən yuxarı
dairələr Çobanoba kəndini bularalardan köçürmüş, adamların
başqa yerdə yurd yeri salmalarına məcbur olmuşdular.
Çobanobanın yerində ruslar hərbi hissə yerləşdirdilər.
Burada olan silah-sursat anbarını mühafizə etmək üçün xeyli
əsgər gətirmişdilər. Əsgərlər silah-sursatı qoruyurdular, vaxt
tapanda isə başqa işlərə girişirdilər. Ətraf kəndlərdən qoyun-
quzu, toyuq-cücə, hətta, at oğurlayır, cavan qızlara, gəlinlərə
sataşırdılar. Üç-dörd qızı gecəynən oğurlayıb aparmışdılar,
Dostları ilə paylaş: |