R. H. MƏMMƏdov, tofđq bəHƏRÇĐ


II. DÜNYANIN MÜASĐR SĐYASĐ VƏ ĐQTĐSADĐ XƏRĐTƏSĐ



Yüklə 2,56 Mb.
Pdf görüntüsü
səhifə10/53
tarix31.12.2021
ölçüsü2,56 Mb.
#82187
1   ...   6   7   8   9   10   11   12   13   ...   53
dunyanin-iqtisadi-ve-sosial-cografiyasi (2)

II. DÜNYANIN MÜASĐR SĐYASĐ VƏ ĐQTĐSADĐ XƏRĐTƏSĐ 

 

Đnsan  cəmiyyətinin  inkişafını  özündə  əks  etdirən  dünyanın 



müasir siyasi xəritəsinin formalaşması uzun tarixi yol keçmişdir. Bu 

formalaşma  min  illər  boyu  davam  edib  və  yeni  ölkələrin 

yaranmasında  və  dağılmasında,  sərhədlərin  dəyişilməsində,  yeni 

torpaqların  kəşfində,  metropoliya  və  koloniyaların  yaranmasında, 

dünyanın  təkrar-təkrar  bölüşdürülməsində  öz  əksini  tapmışdır. 

Xüsusilə  siyasi  xəritənin  dəyişilməsində  siyasi  hadisələrin,  həm  də 

müharibələrin gedişi təsiredici amillər sayılır. 

Siyasi xəritə bir neçə formalaşma mərhələlərinə bölünür. Bu 

dövrləşmədə  tarixi-  coğrafi  yanaşmanın  xüsusi  əhəmiyyəti  vardır. 

Bu  yanaşma  bəşər  tarixinin  dövrlərə  bölünməsinə  əsaslanır.  Bu 

dövrləşmənin  müxtəlif  variantları  vardır.  Məlumdur  ki,  tarix  qədim 

dövrə,  orta  əsrlərə,  yeni  və  ən  yeni  dövrlərə  bölünür.  Bu  şəkildə 

bölgü  ictimai-iqtisadi  formasiyaların  xüsusiyyətlərinə  əsaslanır. 

Bundan  əlavə,  bəşər  tarixi  sivilizasiyalara  da  bölünərək  öyrənilir. 

Buraya  kənd  təsərrüfatı  sivilizasiyasi,  sənaye  sivilizasiyası,  elmi-



texniki  sivilizasiyalar,  informasiya  sivilizasiyası  aiddir.  Sinfi  bölgü 

olmayan yanaşma dünyada daha geniş yayılmışdır. 

Qədim dövr eramızın V əsrinə qədərki dövrü əhatə edir. Đlkin 

coğrafi  biliklər  hələ  ibtidai  icma  quruluşu  dövründə  meydana 

gəlməyə başlamışdır. Bu biliklər öz əksini əvvəllər əfsanələrdə, sadə 

rəsmlərdə  -  "xəritələrdə"  tapırdı.  Müasir  dövrə  gəlib  çıxmış  ən 

qədim rəsmlər Qədim Şərqdə (Babil, Misir), Çində yaşamış xalqlara 

məxsusdur.  Salamat  qalmış  qayaüstü  rəsmlərə  Cənubı  Amerikanın 

və  Cənubi  Asiyanın  dağlıq  rayonlarında  da  rast  gəlinir.  Deməli, 

insanların  ətraf  mühit  haqqında  empirik  təsəvvürləri  əmək 

fəaliyyətləri  ilə  birlikdə  meydana  gəlmiş  və  onların  malik  olduqları 

informasiyaların  əsasını  təşkil  etmişdir.  Yəni  siyasi  xəritədə 

dəyişikliklər  öz  başlanğıcını  ictimai  əmək  bölgüsü  və  şəxsi 

mülkiyyətin yaranması, eləcə də ictimaiyyətin siniflərə parçalanması 

dövründən  götürür.  EIə  o  dövrdən  sosial  hadisə  kimi  dövlət,  yəni 

dünyanın siyasi xəritəsi ilə əlaqəsi olan əsas ərazi taksonomik vahidi 

yaranır.  Bu,  quldarlıq  quruluşu  dövrünü  əhatə  edir.  Quldarlıq 

dövründə hərbi rəhbərlər, sonralar meydana gələn irsi hökmdarlar iri 

torpaq  və  pul  sahibi  olmuşlar.  Onların  yaşadıgı  malikanələrin 

yanında  isə  zadəganlar,  qoşunlar,  onlara  yaxın  sənətkarlar,  tacirlər, 

azad  əkınçilər  məskunlaşırdı.  Bu  yaşayış  məntəqələrindən  də 

sivilizasiyanın  əsasını  qoyan  şəhər-dövlətlər  yaranmışdır.  Beləliklə, 

hələ eramızdan xeyli əvvəl IV-III minilliklərdə çaylararası hövzədə-

Mesopotamiyada,  Çində,  Misirdə  ilk  quldarlıq  dövlətlərinin 

formalaşması başlamışdır. 

Feodal  ıstehsal  münasibətlərinin  yaranması  bu  prosesə  daha 

qüvvətli  təkan  vermişdir.  Lakin  qədim  şahər-dövlətləri  çox  zəif 

idilər.  Onlar  üçün  ən  qorxulu  təhlükə  köçəri  xalqların  basqını  idi. 

Sonralar  onlardan  qorunmaq  üçün  daha  güclü  mərkəzləşdirilmiş 

dövlətlər yaranmışdır. Onların yaranmasında coğrafı mövqe və ətraf 

mühit  mühüm  rol  oynayırdı.  Məsələn:  Qədim  Misirdə  bir  tərəfdən 

Liviya  səhrası,  digər  tərəfdən  Qırmızı  dəniz  ilə  xarici  basqınlardan 

yaxşı  qoruna  bilirdilər.  Bu  səbəbdən  də  işğal  müharibələri 

aparmamış,  silahlı  dəstələrin  sayını  artırmamışdılar.  Nəticədə  isə 

eramızdan  əvvəl  VIII  əsrin  əvvəllərində  Efiopiya  şahları  asanlıqla 

Misiri işğal etmişlər. O vaxtdan başlayaraq Misir əldən- ələ keçmiş 

və  yalnız  XX  əsrin  əvvəllərində  öz  müstəqilliyini  bərpa  edə 

bilmişdir.  Đlk  şəhər  dövlətlərinə  e.ə  III  minillikdə  egeyellin 




sivilizasiyasını  (Hind  vadisində  ),  şəhər  dövlətlərə  II  minillikdə 

Xuanxe  vadisində  Đn  şahlığını  misal  göstərmək  olar.  E.  ə.  III 

minilliyin  birinci  yarısında  isə  Đran  imperiyası  formalaşmışdır. 

Feodal istehsal münasibətlərinin yaranması bu prosesə daha qüvvətli 

təkan  vermişdir.  Avropa  miqyasında  bu  hadisə  eramızın  V-XI 

əsrlərinə təsadüf edir. 

Yeni  Dünyada  isə  ilk  şəhər-dövlətlər  eramızın  ilk 

minilliyinin  birinci  yarısında  müasir  Meksika  və  Perunun 

ərazilərində  yaranmışdır.  Bu  sivilizasiyaların  nailiyyətləri  Köhnə 

Dünyada olan nailiyyətləri təkrarlamışdır. 

Mesopotamiya 

sivilzasiyası 

ətrafında 

vəziyyət 

fərqli 

olmuşdur.  Çaylararası  düzənliklərdəki  xalqların  vəziyyəti  daha  ağır 

idi.  Ona  görə  ki,  burada  yerləşən  köçəri  xalqların  basqını  üçün  hec 

bir  çətinlik  yox  idi.  Elə  bu  səbəbdən  də  yaranmış  Şummer, 

Babilistan  impeıyalarının,  daha  sonra  isə  Assuriya  dövlətlərinin 

ömürləri  uzun  olmamış  və  nəhayət  e.ə.  ilk  minilliyin  birinci 

yarısında bu əraziyə Đran sivilizasiyası daxil olmuşdur. Bu imperiya 

üç əsr hökm sürmüşdür. 

Dünya  sivilizasiyalarınm  inkişafında,  xüsusilə,  qədim  Yunan  və 

Roma  regional  sivilızasiyalarının  böyük  xidməti  olmuşdur.  Onların 

dilləri,  ədəbiyyatları,  incəsənət  və  memarlığı,  hərbi,  ticarət-bank 

əməliyyatları, Yunan demokratiyası və Roma hüququ bu günə qədər 

öyrənilir və tətbiq edilir. 


Yüklə 2,56 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə