A Z
R B A Y C A N
X Z R D N Z G M
L Y
И
ИЧИ И И
28 oktyabr 2016-cы il № 69-72 (9075)
4
Bütün xidMətlər üzrə artıM MüŞahidə olunuB
Bu ilin 9 ayı ərzində “Bakı Bey-
nəlxalq Dəniz Ticarət Limanı” QSC-də
(Bakı Limanı) göstərilən bütün xidmət-
lər üzrə artım müşahidə olunub.
“Bakı Beynəlxalq Dəniz Ticarət Li-
manı” QSC-nin mətbuat xidmətindən
bildirilib ki, ən böyük artım irihəcmli
nəqliyyat vasitələrində (TIR), o cümlə-
dən qoşqu və digər avtotexnikanın daşın-
ması üzrə qeydə alınıb. Belə ki, keçən ilin müvafiq dövrü ilə müqayisədə Bakı
Limanının xidmətlərindən istifadə edən bu tipli nəqliyyat vasitələrinin sayı 3,2
dəfə artıb və əksər hallarda yükün son ünvanı Qazaxıstan və Türkmənistan
olub.
Ümumi yükaşırmanın həcmi ötən ilin müvafiq dövrünə nisbətdə 41 faiz
artaraq 3,25 milyon tona çatıb. Ümumi yükaşırmanın 86,8 faizi tranzit yükaşır-
manın payına düşüb. Yük dövriyyəsinin artması ilə gəmi yanalmalarının sayı
da 82 faiz artıb.
Son doqquz ayda Bakı Limanı vasitəsilə 16 min 255 ədəd irihəcmli nəq-
liyyat vasitələri və digər avtotexnikanın aşırılması həyata keçirilib. Bu rəqəm
keçən ilin müvafiq dövrü ilə müqayisədə 11 min 110 ədəd artım deməkdir.
Bunların 9323 ədədi (57,4 faiz) Bakı-Aktau-Bakı istiqamətində, 6932 ədədi
(42,6 faiz) isə Bakı-Türkmənbaşı-Bakı istiqamətində hərəkət edib.
2015-ci ilin doqquz ayı ilə müqayisədə TEU ekvivalentində konteynerlə-
rin aşırılması 73 faiz artaraq 13 min 859 TEU təşkil edib. Neft və neft məhsul-
larının aşırılması isə 79,8 faiz artaraq 1,24 milyon ton olub. Ələt qəsəbəsində
yerləşən yeni Bərə Terminalında vaqon aşırılması 13 faiz artaraq 25 min 582
ədədə çatıb. Bunlardan 7240 vaqon (28 faiz) Bakı-Aktau-Bakı istiqamətində,
18 min 342 (72 faiz) Bakı-Türkmənbaşı-Bakı istiqamətində hərəkət edib. Hər
iki istiqamətdə sərnişindaşıma isə keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,3
dəfə artaraq 17 min 11 nəfər olub.
Bakı şəhərində yerləşən Əsas Yük Terminalında aşırılan yüklərin miqdarı
2016-ci ilin son doqquz ayında keçən ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz
artaraq 324 min ton olub. Aşırılan yüklərin böyük hissəsi tranzit konteynerlə-
rin və tikinti malların idxalının payına düşüb.
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri
Cavid Qurbanovun başçılıq etdiyi nümayəndə
heyəti oktyabrın 23-də İran İslam Respublika-
sında səfərdə olub.
Qurumun mətbuat xidmətindən bildirilib ki,
səfər çərçivəsində Tehran şəhərində Azərbaycan,
İran, Gürcüstan dəmir yollarının rəhbərləri və
dünyanın aparıcı dəmir yolu şirkətlərindən sayı-
lan “Deutsche Bahn” dövlət şirkətinin nümayən-
dələri arasında dördtərəfli görüş keçirilib.
Görüşdə “Azərbaycan Dəmir Yolları” QSC-
nin sədri Cavid Qurbanov, İran Dəmir Yolunun
baş direktoru Mohsen Purseyid Ağayi, “Gürcüs-
tan Dəmir Yolları” SC-nin baş direktoru Mamuka
Baxtadze və “Deutsche Bahn” şirkətinin icraçı
direktoru Andre Hempel iştirak ediblər.
Danışıqlar zamanı Cənub-Qərb beynəlxalq
nəqliyyat dəhlizinin inkişaf perspektivləri müza-
kirə olunub. Həmin marşrutla Hindistan və İran
körfəzi ölkələrindən Avropaya və əks istiqamət-
də yükdaşımaların həyata keçirilməsi mexanizmi
ətrafında fikir mübadiləsi aparılıb. Bildirilib ki,
Cənub-Qərb dəhlizi bu istiqamətdə yüklərin nəql
edilməsi üçün ən əlverişli marşrutdur. Görüşdə
“Deutsche Bahn” şirkətinin qeyd olunan dəhliz
vasitəsilə yükdaşımalarda iştirakı məsələsi mü-
zakirə edilib. Alman dəmiryolçuları Avropadan
İrana, İran körfəzi ölkələri və Hindistana yüklə-
rin nəql edilməsi zamanı bu marşrutdan istifa-
də edilməsində maraqlı olduqlarını bildiriblər.
Tərəflər arasında uzun müddətdir müzakirə olu-
nan “Deutsche Bahn” şirkətinin iştirakı ilə sınaq
qatarının göndərilməsinə dair texniki məlumatlar
dinlənilərək, noyabr ayının sonunda Cənub-Qərb
marşrutu ilə test qatarının göndərilməsi haqda qə-
rar qəbul olunub. Qərara əsasən, 41 konteynerdən
ibarət olacaq test qatarı Rumıniyanın Konstanta
limanından yola salınacaq və 8 gün ərzində Teh-
rana çatacaq. Konteynerlər Konstanta limanından
gəmi ilə Gürcüstan limanına nəql edilərək, oradan
dəmir yolu ilə Azərbaycanın Astara stansiyasına,
Astaradan yük avtomobilləri ilə İranın Qəzvin
stansiyasına yola salınacaq və oradan yenidən
dəmir yolu vasitəsilə Tehrana çatdırılacaq. Belə-
liklə, Almaniyanın “Deutsche Bahn” şirkəti Cə-
nub-Qərb marşrutunda yüklərin nəql edilməsində
iştirak edəcək və bu marşrutda əməli fəaliyyətə
başlayacaq.
Xatırladaq ki, Cənub-Qərb nəqliyyat dəhlizi
Fars körfəzi-Hindistan–İran–Azərbaycan–Gür-
cüstan–Qara dəniz–Avropa marşrutu üzrə fəaliy-
yət göstərir. Cənub-Qərb nəqliyyat dəhlizı “Azər-
baycan Dəmir Yolları” QSC-nin sədri Cavid
Qurbanovun təşəbbüsü ilə yaradılıb. Marşrutun
ilk təqdimatı 2016–cı il yanvarın 14-də Bakıda
keçirilib və elə həmin zaman Azərbaycan, Gür-
cüstan, İran və Ukrayna dəmir yolları arasında
müvafiq razılaşma imzalanıb. Cənub–Qərb tran-
zit dəhlizinin digər marşrutlarla müqayisədə (xü-
susilə Süveyş kanalından keçən dəniz yolu) əsas
üstünlüyü tranzit məsafəsinin və tranzit vaxtının
iki-üç dəfə az olmasıdır. Misal üçün, əgər dəniz
yolu ilə daşıma İran körfəzi və Hindistandan Av-
ropaya təqribən 30-40 gün təşkil edirsə, Cənub–
Qərb tranzit dəhlizi ilə bu müddət 15 gün təşkil
edir.
İrana səfəri çərçivəsində “Azərbaycan Də-
mir Yolları” QSC-nin sədri Cavid Qurbanov İran
Dəmir Yolunun baş direktoru Mohsen Purseyid
Ağayi ilə görüş də keçirib. Görüşdə Astara (Azər-
baycan)–Astara (İran) stansiyaları arasında dəmir
yolunun və iki ölkə sərhədində Astaraçay üzərin-
də inşa edilən dəmir yolu körpüsünün tikintisi ilə
bağlı son məlumatlar dinlənilib, inşaat işlərinin
gedişinə dair müzakirələr aparılıb. Eyni zamanda,
İranın Astara stansiyasında inşa edilən yük termi-
nalının texniki imkanları haqda danışan tərəflər
terminalın gələcək fəaliyyəti ilə bağlı fikir müba-
diləsi aparıblar.
cənuB-qərB Beynəlxalq nəqliyyat dəhlizinin
inkiŞaf perspektivləri Müzakirə olunuB
Oktyabrın 24-ü Birləşmiş Millətlər Təşkilatı
özünün 71-ci ildönümünü qeyd etdi. 1945-ci il
oktyabrın 24-də BMT-nin yaranması haqqın-
da qanun qüvvəyə minib. Qanun Çin, Fran-
sa, Sovet İttifaqı, Böyük Britaniya, Amerika
Birləşmiş Ştatları və digər dövlətlər tərəfindən
imzalanıb. BMT-nin qanunu 1945-ci il aprel
ayının 25-26-da San-Fransiskoda keçirilən
beynəlxalq təşkilat yaratmaq üçün Birləşmiş
Millətlər konfransında razılaşdırılıb. Sənəd
1945-ci il iyunun 26-da imzalanıb.
Təşkilata “Birləşmiş Millətlər” adı ABŞ Pre-
zidenti Franklin Ruzvelt tərəfindən təklif olunub.
Bu ad Birləşmiş Millətlərin 1942-ci il 1 yanvar
deklarasiyasında 26 ölkənin faşizmə qarşı müba-
rizəni davam etdirmək öhdəliyindən sonra qüv-
vəyə minib. 1948-ci ildən etibarən isə oktyabrın
24-ü BMT günü kimi qeyd edilir. Həmin gün
münasibətilə bütün dünyada BMT-nin məqsədlə-
ri və nailiyyətlərinə həsr olunan iclas, diskussiya
və sərgilər keçirilir. 1971-ci ildə Baş Məclisin
tövsiyəsi ilə bu tarix BMT-nin üzvü olan bütün
ölkələrdə bayram kimi qeyd edilir.
Azərbaycan BMT-nin fəal üzvlərindən biri
kimi bu təşkilatın fəaliyyətində özünəməxsus yeri
ilə seçilir. Azərbaycan Respublikası müstəqil-
liyini bərpa etdikdən sonra 1991-ci il oktyabrın
29-da Birləşmiş Millətlər Təşkilatına üzv olmaq
məqsədilə BMT-nin Baş Məclisinə və dünya
dövlətlərinə müraciət edib. BMT Baş Məclisinin
1992-ci il martın 2-də keçirilmiş 46-cı sessiyasın-
da Azərbaycanın bu təşkilata üzv olması ilə bağlı
qətnamə qəbul edilib. BMT-nin Nyu-Yorkdakı
iqamətgahı qarşısında təşkilatın 181-ci üzvünün
- Azərbaycanın dövlət bayrağı qaldırılıb.
1992-ci il martın 6-da Azərbaycanın BMT
yanında daimi nümayəndəliyinin fəaliyyətə baş-
laması ölkəmizin bu qurum ilə əməkdaşlığının
qurulmasına əlverişli imkan yaradıb. Həmin ilin
noyabrında isə BMT-nin ölkəmizdə daimi nü-
mayəndəliyi açılıb. Azərbaycanın BMT yanında
daimi nümayəndəliyi qısa müddətdə həm təşki-
lat, həm də onun ixtisaslaşdırılmış qurumları ilə
siyasi, iqtisadi, elmi-texniki, mədəni və humani-
tar sahələrdə əməkdaşlıq qurub.
Azərbaycanın BMT-yə üzv kimi qəbul olun-
ması Ermənistanın ölkəmizə qarşı təcavüzünün
genişləndiyi bir vaxtda beynəlxalq birliyin diqqə-
tinin münaqişə bölgəsində baş verən hadisələrə
cəlb edilməsi və dünya ictimaiyyətində obyek-
tiv rəyin formalaşdırılması istiqamətində vacib
rol oynayıb. 1992-1993-cü illərdə Ermənistanın
Azərbaycana qarşı təcavüzünün genişlənməsi ilə
əlaqədar Təhlükəsizlik Şurası sədrinin 6 bəya-
natında, eləcə də qurumun 822, 853, 874 və 884
saylı qətnamələrində Azərbaycanın ərazi bütöv-
lüyü, suverenliyi və sərhədlərinin toxunulmazlı-
ğının zəruriliyi bildirilib. İşğalçı ölkənin silahlı
qüvvələrinin zəbt olunmuş Azərbaycan ərazilə-
rindən dərhal çıxarılması, atəşkəsin təmini və
münaqişənin danışıqlar yolu ilə həlli tələb edilib.
2011-ci il oktyabrın 24-də Azərbaycanın hə-
yatında çox əlamətdar və tarixi hadisə baş verib.
BMT Təhlükəsizlik Şurasına seçkilərdə Azərbay-
can bu mötəbər təşkilatın üzvü seçilib. Gərgin şə-
raitdə keçən və bir neçə turdan ibarət səsvermədə
155 ölkə Azərbaycanın namizədliyini dəstək-
ləyərək, etimad göstərərək ölkəmizi bu mötəbər
təşkilata üzv seçib. Prezident İlham Əliyev bu
əlamətdar hadisə münasibətilə bəyanatında de-
yib: “Bu qələbə Azərbaycan xalqının qələbəsidir.
Bu qələbə Azərbaycan dövlətinin qələbəsidir, si-
yasətimizin təntənəsidir”.
Prezident İlham Əliyevin bəyan etdiyi kimi,
ədalətin və beynəlxalq hüququn norma və prin-
siplərinin qorunmasını BMT Təhlükəsizlik Şu-
rasında özünün prioritet məqsədi kimi qarşıya
qoyan ölkəmiz iki il ərzində qurumun qeyri-da-
imi üzvü kimi uğurlu fəaliyyətini davam etdirib,
sədrliyi dövründə beynəlxalq sülh və təhlükə-
sizliyin qorunmasına töhfələrini verib, Şuranın
gündəliyində duran məsələlərin müzakirəsində
fəal rol oynayıb və daim öz qətiyyətli mövqeyini
ortaya qoyub.
2012-ci il mayın 4-də Azərbaycan Respub-
likasının Prezidenti İlham Əliyevin sədrliyi və
BMT-nin baş katibi Pan Gi Munun iştirakı ilə
Təhlükəsizlik Şurasının “Terror aktlarının bey-
nəlxalq sülh və təhlükəsizliyə törətdiyi təhdid-
lər: Terrorçuluqla mübarizə üzrə öhdəliklərin
yerinə yetirilməsində beynəlxalq əməkdaşlığın
gücləndirilməsi” mövzusunda yüksək səviyyəli
iclası keçirilib. 2013-cü ilin oktyabrından eti-
barən Təhlükəsizlik Şurasında başlayan ikinci
sədrlik dövründə BMT tarixində ilk dəfə ola-
raq ölkəmizin təşəbbüsü ilə oktyabrın 28-də
qurumun “Birləşmiş Millətlər Təşkilatı və İs-
lam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaş-
lıq əlaqələrinin gücləndirilməsi” mövzusunda
yüksək səviyyəli iclası keçirilib. Azərbaycanın
sədrliyi dövründə Afrikanın Böyük Göllər regi-
onu, Sudan-Cənubi Sudan münasibətləri, Soma-
li, Mərkəzi Afrika Respublikası, Suriyada kim-
yəvi silahlar məsələsi və humanitar vəziyyət,
Mali, Konqo Demokratik Respublikası, Somali,
Qərbi Səhra bölgəsi, Livan və Fil Dişi Sahili
üzrə çoxsaylı müzakirələr keçirilib, qətnamələr
və bəyanatlar qəbul olunub. Beləliklə, Azərbay-
can Təhlükəsizlik Şurasına iki illik qeyri-daimi
üzvlüyü müddətində bu təşkilatda sadiq olduğu
ideallara, sülhə, təhlükəsizliyə, demokratiyaya,
ədalətə uğurla xidmət edib.
Azərbaycan beynəlxalq sülhün və təhlükə-
sizliyin möhkəmləndirilməsi və qorunmasında,
davamlı inkişaf və demokratikləşmə prosesində
BMT-nin vacib rol oynadığını qəbul edir. Eyni
zamanda, rəsmi Bakı BMT-nin XXI əsrdə dün-
yanı narahat edən təhdid və problemlərə qarşı
mübarizə apara bilməsi üçün qurum çərçivə-
sində islahatların həyata keçirilməsi ideyasını
dəstəkləyir.
24 oktyabr BMt günü idi
azərbaycan beynəlxalq sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi və qorunmasında,
davamlı inkişaf və demokratikləşmə prosesində BMt-nin vacib rol oynadığını qəbul edir
“Şahdağ” gəmisi yenidən transxəzər Beynəlxalq
nəqliyyat Marşrutunda yükdaşımalara cəlb ediləcək
Azərbaycan Xəzər
Dəniz Gəmiçiliyinin
“Şahdağ” gəmi-bərə-
si “Zığ” Gəmi Təmiri
Zavodunda əsaslı
təmirdən çıxıb.
Keçən ayın sonun-
dan start verilən təmir
işləri qısa vaxtda və
yüksək
keyfiyyətlə
həyata keçirilib. “Şah-
dağ”ın baş və köməkçi
mühərrikləri, su, yağ,
yanacaq, ballast və sair sistemləri əsaslı təmir olunub. Braşpil, lövbər qurğu-
ları və zəncirləri saz hala gətirilib, sükan qurğusu və digər mexanizmlərdə
zəruri təmir işləri görülüb.
Eyni zamanda, gəminin bütün sualtı və suüstü hissələri tam təmizlənərək
rənglənib, yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində təmir edi-
lib.
Qeyd edək ki, “Şahdağ” yenidən Transxəzər Beynəlxalq Nəqliyyat Mar-
şrutunda istismar ediləcək, Bakı-Türkmənbaşı-Bakı və Bakı-Aktau-Bakı xət-
lərində müntəzəm çıxacağı səfərlərdə dəmir yolu vaqonları və sərnişin daşı-
yacaq.
“DƏNİZ”
doqquz ayda 164,4 milyon ton yük daşınıb
Azərbaycanın nəqliyyat sektorunda
fəaliyyət göstərən müəssisələr və fiziki
şəxslər tərəfindən 2016-cı ilin yanvar-sent-
yabr aylarında 164,4 milyon ton yük və
1406,1 milyon sərnişin daşınıb.
Dövlət Statistika Komitəsinin mətbuat
xidmətindən bildirilib ki, yüklərin 63,8 faizi
avtomobil nəqliyyatı, 27,0 faizi boru kəməri,
6,7 faizi dəmir yolu, 2,4 faizi dəniz, 0,1 fai-
zi isə hava nəqliyyatı ilə daşınıb. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə
sərnişin daşınması 1,9 faiz artıb. Sərnişinlərin 88,6 faizi avtomobil, 11,2 faizi
metro, qalanları isə hava və dəniz nəqliyyatı vasitələri ilə daşınıb.
Alman şirkətinin nümayəndələri Azərbay-
can ərazisindən keçən dəhlizdən istifadə edərək,
Asiya ilə Avropa arasında yükdaşımalar həyata
keçirməkdə maraqlı olduqlarını bildiriblər.
“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat
katibliyindən bildirilib ki, bu barədə “Azərbaycan
Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovun
başçılıq etdiyi nümayəndə heyətinin Çin Xalq
Respublikasında səfəri zamanı Çinin Şanxay şəhə-
rində Azərbaycan dəmiryolçuları ilə Almaniyanın
məşhur nəqliyyat-loqistika şirkəti olan DHL-in bir
qolu sayılan “DP DHL global forwarding” kompa-
niyasının nümayəndələri arasında keçirilən görüş
zamanı deyilib.
Danışıqlarda “Azərbaycan Dəmir Yolları”
QSC-nin sədri Cavid Qurbanov, “DP DHL global
forwarding” şirkətinin Şanxay bölgəsinin rəhbəri
Allen Chen və digər rəsmi şəxslər iştirak ediblər.
Söhbət zamanı, ümumilikdə Şərq-Qərb marş-
rutu və onun tərkib hissəsi olan Transxəzər Bey-
nəlxalq Nəqliyyat Marşrutunun inkişafı, pers-
pektivləri və yüklərin cəlb olunması məsələləri
müzakirə olunub. Alman şirkətinin nümayəndələri
Azərbaycan ərazisindən keçən dəhlizdən istifadə
edərək, Asiya ilə Avropa arasında yükdaşımalar
həyata keçirməkdə maraqlı olduqlarını bildiriblər.
Qeyd edilib ki, Transxəzər Beynəlxalq Nəqliyyat
Marşrutunun tərkib hissəsi olan Bakı-Tbilisi-Qars
dəmir yolu istifadəyə verildikdən sonra, bu nəq-
liyyat dəhlizi ilə yükdaşımaların həcmi dəfələrlə
artacaq, Asiya ölkələri ilə Avropa arasında yük-
lərin çatdırılma vaxtı qısalacaq. Görüşdən sonra,
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Ca-
vid Qurbanov və onu müşayiət edən rəsmi şəxs-
lər “DP DHL global forwarding” kompaniyasının
Şanxaydakı yük anbarlarına baş çəkərək, şirkətin
iş prinsipləri ilə tanış olaraq, burada cəmləşdirilən
yüklər, onların həcm və tərkibi haqda məlumatlar
əldə ediblər.
Qeyd edək ki, Almaniyanın DHL şirkətinin
ümumilikdə dünya üzrə 220 ölkədə nümayəndəli-
yi, ofisi və 500 mindən artıq əməkdaşı var, dünyada
ilk 10 işəgötürənlərin siyahısında yerləşib, 1 saat
ərzində 1 milyon müştəriyə xidmət göstərir, Çində
500 min kvadratmetr anbar sahəsinə malikdir.
Bu vaxta kimi, DHL Azərbaycandan keçməklə
5 sınaq qatarı yola salıb. 2015–ci il noyabrın 29-
da Çinin Lianyungang limanından ilk test qatarı,
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu vasitə-
si ilə Türkiyənin Manisa şəhərinə yola salınıb. Bu
il iyul ayının 9 və 31-də, həmçinin avqustun 20-də
və sentyabrın 6-da isə Çindən ardıcıl olaraq 4 blok
qatarının nəqli həyata keçirilib.
alManiya Şirkəti azərBaycan ərazisindən keçən dəhlizlə
yükdaŞıMalar həyata keçirMəkdə Maraqlıdır
Bakı limanı dünya səviyyəli
yaşıl liman kimi inkişaf edir
BMT-nin
Qlobal Ətraf
Mühit Fondunun
nümayəndə heyəti
Ələt qəsəbəsində
yerləşən Bakı
Beynəlxalq Dəniz
Ticarət Limanında
olub.
BMT nümayəndə heyətinin səfərlərinin əsas məqsədi - Yaşıl Liman la-
yihəsinin ərazisi ilə tanış olmaq olub. Bakı Limanın İstismar Xidmətinin mü-
diri Yevgeni Si qonaqları liman ərazisi ilə tanış edərək bildirib ki, Bakı Limanı
ən qabaqcıl ekoloji təcrübələrdən yararlanaraq dünya səviyyəli Yaşıl Liman
(Green Park) kimi inkişaf edir.
O bildirib ki, bu inkişaf tədbirləri enerji, tullantıların idarə edilməsi, su və
hava keyfiyyətinə nəzarət, eləcə də dayanıqlı biznes təcrübələri kimi sahələri
əhatə edir. Yaşıl limanlar yüklərin paylanması, o cümlədən materialın idarə
edilməsi (saxlanması və paketlənməsi), tullantıların idarə edilməsi, fiziki
paylaşdırma kimi əməliyyatların ekoloji və enerji nəticələrinin azaldılmasına
yönələn fəaliyyət həyata keçirir.
Ələt qəsəbəsində tikilməkdə olan yeni Liman karbon tullantılarının həc-
mini azaldan müxtəlif təsirli texnologiyalar tətbiq etməklə Yaşıl Liman statu-
sunu əldə etməyə çalışır və bu məqsədlə materialdan təkrar istifadə, emal və
gübrələşdirmə vasitəsilə liman əməliyyatlarının tullantılarını azaltmağa yönəl-
miş proqram tətbiq edəcək. Yaşıl zonalar sahil boyunca limanın şimal və qərb
hissəsində yaradılacaq. Bu zonalar təbii yarımsəhra landşaft üzrə müsbət təsir
ilə nəticələnən torpağın zənginləşdirilməsi və yerli mikroiqlimin saxlanılması
işlərinə yönəlib. Tikililərin damlarında toplanan yağış sularından bu estetik
landşaftları inkişaf etdirmək və sulamaq üçün istifadə ediləcək.