A Z
R B A Y C A N
X Z R D N Z G M
L Y
И
ИЧИ И И
25 noyabr 2016-cы il № 77-80 (9083)
7
Sloveniya Avropa İttifaqında ilk
dövlət olaraq içməli sudan istifadə
hüququnu konstitusiya ranqına
qaldıraraq təməl hüquqlar sırasına
daxil edib.
Ölkə parlamentinin deputatları
konstitusiyaya əlavə fəslin daxil edil-
məsinə dair qərarı yekdilliklə dəstək-
ləyiblər. Həmin fəsildə “hər bir şəxsin
içməli sudan istifadə hüququ” olduğu
göstərilib və içməli suyun “əmtəə ol-
madığı” qeyd edilib. Əhalinin içməli
su ilə təchizatı dövlət tərəfindən bələ-
diyyələr vasitəsilə həyata keçirilməli
və bu, “birbaşa və qeyri-kommersi-
ya” formasında olmalıdır.
Bununla da içməli su mənbələri
və içməli su ilə təchizatın özəlləşdi-
rilməsinə dair ölkədə uzun müddət-
dən bəri aparılan müzakirələrə son
qoyulub. Müxtəlif cəmiyyətlər tərə-
findən özəlləşdirməyə qarşı qaldırı-
lan təşəbbüsə Baş nazir Miro Tserarın
rəhbərlik etdiyi mərkəz-solçu hö-
kumət də qoşulub.
Parlamentdə aparılan müza-
kirələrdə çıxış edən M.Tserar depu-
tatları “XXI əsrin maye qızılı”nı ən
yüksək hüquqi müdafiə ilə təmin et-
məyə çağırıb.
İndiyədək dünyanın 15 ölkəsin-
də içməli sudan istifadə konstitusiya
ranqlı təməl hüquq kimi qəbul edilib.
İtaliyanın sahil mühafizə
xidməti noyabrın 14-də gecə
Aralıq dənizində Avropaya keçmək
istəyən 550 nəfərə yaxın qey-
ri-leqal mühaciri xilas edib.
Interfax informasiya agentliyi
xəbər verir ki, bundan başqa, xila-
sedicilər axtarış əməliyyatı zamanı
dənizdə 5 nəfərin cəsədini də aşkar-
layıblar.
içMəli SU təMəl hüQUQlAR
SIRASINA DAXil eDiliB
550 NəfəRə YAXIN MühAciR XilAS eDiliB
YARIZARAfAt,
YARIGeRçək
Sirkə nə qədər tünd olsa, ona o qədər də su
çox əlavə etmək olar.
Deyəsən yandan pis görünürəm axı?! Yoxsa
niyə mənə daha çox ya yuxarıdan aşağı baxır, ya
da aşağıdan yuxarı yaxşı-yaxşı süzürlər?
Başa düşdüm ki, papaq dəbdən düşüb. kişi-
lik yox ki!
Bəzilərinə elə gəlir ki, yalnız tox olanda
başqasının haqqını yemək günahdır.
Zəmanədən niyə narazıyıq? Bütün günahla-
rımızı zəmanənin boynuna yıxmırıq məgər?!
istəyirsən bütün ömrün boyu aş bişirmə,
fərqi yoxdur, elədiklərin bir gün qarşına çıxa-
caq.
Yadımda deyil, bığım olmayanda da sözüm
keçmirdi?
Asfalt yolların xeyirdən çox, ziyanı var. An-
caq hamar yollarda yeriməyə öyrəşirik.
Gərək at sürməyi öyrənəm. özgənin atına
minənlər yaman bərk gedirlər.
Bilmirəm fikir vermisiniz, yoxsa yox,
həqiqətlə yalanı qarışdıranda çox qəribə bir şey
alınır.
özünü apara bilməməyin ilk göstəricisi özü-
nü çoxbilmiş kimi aparmaqdır.
Görəsən göndərilən hər yerdən əli ətəyindən
uzun qayıdanların ətəyini uzatmağın faydası
olar?
Pişiyin ağzı ətə çatmır, deyir “vegetarian”am.
Yaxşı ki, heç kəs mən deyəni demir. hərə öz
dediyinə cavabdehdir.
Bəziləri ürəyi yumşaqlıqdan pambıqla baş
kəsirlər?
Az bilən, baş çox aparar.
Dəryalardan heç xoşum gəlmir. hamı özünü
ağıl dəryası kimi aparır.
iştah diş altındadırsa, vurub dişini sındırma-
lıyam?
Zaman hər şeyi yerinə qoyur? Deyəsən tən-
bəlləşib axı. Yox?
Savadlıdan müəyyən vaxtadək, ağıllıdan isə
həmişə öyrənmək lazımdır.
Səhv etmədiyini düşünənlər öyrənmək
istəməyənlərdir.
heç kəsə yuxarıdan-aşağı baxmayın. Yuxarı-
dan baxan var.
Ucuz ətin təkcə şorbası yox, heç torbası da
bir şey olmur.
Niyə yaltaqlara elə gəlir ki, onlardan təkcə
mənim zəhləm gedir?
ermənilər əvvəlcə yalan danışırlar. Son-
ra özləru bu yalanlara inanmağa başlayırlar.
Daha sonra başqalarını inandırırlar. hər halda
kişilikdən əsər-əlamət olmayan millətdə bu, pis
alınmır.
hətta itə də it günündə yaşamağı arzulamı-
ram.
Yaxşı adam olmaq pis şey olsaydı, hətta ən
pis adamlar da özlərini yaxşı adam kimi təqdim
etməyə çalışmazdılar.
“kitayski” olmasa, hər şeyin təzəsi yaxşıdır.
çox adamın piyada olduğu piyada gəzərkən
yox, ağzını açarkən bilinir.
əsl dostunuzla aranızda o qədər məsafə sax-
layın ki, başqaları girə bilməsin.
idarəetmənin ən çətini özünü idarə etməkdir.
Adamın gözü nə boyda olanda ona gözüaçıq
deyirlər?
Suallardan yox, verdiyiniz cavablardan
qorxun.
“kişinin başına iş gələr”ə əmin olduqları
üçün çoxu nakişiliyə meyl edir?
Ağlım kəsəndən dünyanın düz vaxtını gör-
mədim. Siz görmüsünüz?
Mənim sözüm xoşuna gəlməyə bilər. ən azı
mən sözü kiməsə xoş gəlmək üçün demirəm.
heç kəsə həsəd çəkməyin. həsəd çəkdiyiniz
adamın bir dərdi sizin bütün dərdlərinizi çəkə
bilər.
Bir adam uzağı neçə yerə işləyə bilər?
cılız, küt, lovğa adamlarla danışmaqdan
çətin şey yoxdur.
Məni oxusan da sağ ol, oxumasan da. Amma
mənə oxuma.
çox adam başa düşmür ki, başa düşmədiyi
çox şey var.
heç kəsin faciəsinə sevinməyin. Sevinməyə o
qədər yaxşı şeylər var ki...
əvvəllər elə bilirdim yalnız hindistanda fil
qulağında yatırlar.
indi başa düşdüm ki, bəziləri niyə pullu
adamların ya sağında dayanır, ya da solunda.
Adətən imkanlılar pullarını daha çox sağa-sola
xərcləməyi xoşlayırlar.
heç vaxt elə yerə getməyin ki, başqaları heç
nə deməsə də, özünüz özünüzü qınayasınız:
“Mənim burada nə işim var?”
Bütün nifrətimizi bir-birimizə yönəltdiyimiz
üçün düşmənə nifrətimiz yoxdur?
Bəzilərinin dilindən tez-tez eşidirik: “Başıma
haranın külünü töküm?” külün nə fərqi var?
Bəziləri yalanı elə iştahla danışır ki...
hər gün ünsiyyətdə olduğum dostumu tanı-
ya bilmədimsə, düşmənimi necə tanıyım?
ən yaxşı “yalan” dilə gətirilməyən, ən yaxşı
həqiqət isə vaxtında deyilən həqiqətdir.
kağız-qələmlə işləyirəm. çörəyim niyə daş-
dan çıxsın?
Alın bizimdirsə, yazısını da özümüz yazma-
lıyıq.
Görəsən min namərdi qovmaqla heç olmasa
birini mərd etmək olar?
Qırıq iplərdən nə isə düzəltmək olmur? Gör
nə qədər ipiqırıq var...
çörəkdə bərəkət qalar?! Gör nə qədər ada-
mın çörəyi düz üstədir?
Doğru olan yerdə oğru olmaz.
Rasif TAHİROV
Neft axtarışına mane olub
Barak Obama ABŞ-ın enerji şirkətlərinin qütb
bölgələrində neft axtarışı fəaliyyətini əngəlləyib.
ABŞ Prezidenti Barak Obama vəzifə müddətinin
bitməsinə iki ay qalmış ABŞ-ın Alyaska ştatı sahillə-
rində neft-qaz axtarışı və hasilatı fəaliyyətinə mane
olub.
Belə ki, Obama hökuməti neft-qaz axtarışı və ha-
silatı fəaliyyətləri üçün enerji şirkətlərinə verilən icarə
haqlarını ləğv edib. Sözügedən qanun 2017-ci il iyu-
lun 1-dən qüvvəyə minəcək, Alyaska ştatının şimalın-
dakı Bofort və Çukot dənizlərində işləyən şirkətləri
əhatə edəcək.
Partlayış nəticəsində 73 nəfər
həlak olub, 100 nəfər yaralanıb
Mozambikin
Malavi sərhədi
yaxınındakı Tete
şəhərində yanacaq
tankerində partlayış
baş verib. Partlayış
nəticəsində 73 nəfər
həlak olub, 100-ü
yaralanıb.
Anadolu agentliyi xəbər verir ki, yaralılar ətrafdakı
xəstəxanalara yerləşdirilib.
Sözügedən yanacaq tankerinin hadisədən qabaq aş-
dığı və partlayışa isə tankerdən neft çəkməyə çalışan
insanların səbəb olduğu bildirilir.
çirkli su hövzələrindən tutulan
balıq sağlamlıq üçün təhlükəlidir
ABŞ-ın Skrip-
ps Okeanoqrafiya
İnstitutunun alim-
lərinin sözlərinə
görə, çirkli su höv-
zələrində tutulan
balıqlarla qidalan-
maq zəhərlənmə
riskini xeyli artırır.
Məsələ bundadır
ki, həmin hövzələrdəki davamlı üzvi çirkləndiricilər
bəzi balıqların əzələ toxumasında toplanır.
“meddaily.ru” saytı xəbər verir ki, bu birləşmələr
pestisidlərdə, neft-kimya sənayesi məhsullarında və
odadavamlı materiallarda var. Həmin birləşmələr im-
mun müdafiəsini asanlıqla yararaq, orqanizmə daxil
olur və maddələrin hüceyrə membranı ilə daşınmasını
təmin edən P-qlikoprotein zülalına yapışır.
Gəmidə qaynaq işlərinin
aparıldığı bildirilsə də...
İndoneziyanın
Batam adası lima-
nında “MT Sone-
con” tankerində baş
vermiş yanğın və
partlayış nəticəsində
bir nəfər həlak olub,
üç nəfər isə yarala-
nıb. Bu barədə yerli
hərbi hissənin kapi-
tanı məlumat verib.
Kapitanın sözlərini sitat gətirən Detik.com saytı ya-
zır: “Heyət üzvlərindən ikisi ciddi yanıq yaraları alıb və
hazırda vəziyyətləri ağırdır. Daha bir nəfər isə yüngül
yanıb”.
Hadisə zamanı gəmidə qaynaq işlərinin aparıldı-
ğı bildirilsə də, hələlik partlayışın başvermə səbəbləri
dəqiq müəyyənləşdirilməyib.
Hazırda istintaq davam edir.
işiNi itiRMəkDəN QoRXANlAR DiABetə DAhA çoX tUtUlURlAR
Bir qrup tədqiqatçı sübut edib
ki, işini itirməkdən qorxan kişi və
qadınlar diabetə daha çox tutu-
lurlar.
“healthvesti.com” saytı xəbər
verir ki, Bristol Universitetinin (Bö-
yük Britaniya) əməkdaşlarının müşa-
hidələrinə görə, işini itirmək qorxusu
mürəkkəb xəstəliklərin əmələ gəlmə-
sinə şərait yaradır. Layihələrin icrası
zamanı həkimlər dünyanın müxtə-
lif ölkələrində yaşayan on minlərlə
respondentin sağlamlıq durumunu
təhlil ediblər.
Məlum olub ki, iş yerini itirmək-
dən qorxan insanın şəkərli diabetə tu-
tulması ehtimalı xeyli artır. Bildirilir
ki, təcrübə müəllifləri Avropa, Avst-
raliya və ABŞ-ın klinik mərkəzlərinin
məlumatlarına əsaslanıblar.
Noyabrın 19-dan etibarən
Bakı-Sumqayıt-Bakı istiqamətində
hərəkət edən elektrik qatarlarına
Biləcəri və Xırdalan stansiyalarında
dayanacaq verilir.
“Azərbaycan Dəmir Yolları” QSC-
nin mətbuat katibliyindən bildirilib ki,
Biləcəri stansiyasında tək istiqamət-
də (Sumqayıta gedən istiqamətdə)
250 metr uzunluğunda platforma, 7
ədəd oturacaq, 12 ədəd turniket, cüt
istiqamətdə (Sumqayıtdan gələn is-
tiqamətdə) isə 140 metr uzunluğunda
platforma, 1 ədəd turniket, 4 ədəd otu-
racaq quraşdırılıb.
Xırdalan stansiyasında isə 450
metr uzunluğunda platforma, 2 ədəd
turniket, 10 ədəd ikitərəfli oturacaq
tikilib.
Bakı-Sumqayıt-Bakı marşrutu
üzrə hərəkət edən elektrik qatarla-
rında gediş haqqı tarifləri
BAkI-SUMQAYIt-BAkI QAtARlARI BiləcəRi
və XIRDAlAN StANSiYAlARINDA DA DAYANIR
Milli rəqəmsal valyutasını
buraxmağı planlaşdırır
İsveç yaxın iki il
ərzində "ekrona" adlı
milli rəqəmsal valyuta-
sını buraxmağı plan-
laşdırır.
Bu barədə "banks.
eu" saytı xəbər verir.
İsveçin "Riksbank"
Mərkəzi Bankının müdirinin müavini Sesiliya Skinqs-
ley bildirib ki, İsveç ölkədə nağd vəsaitlərin istifadə-
sinin kəskin düşməsindən atılacaq addımları nəzərdən
keçirir. Belə ki, 2009-cu ildən ölkədə dövriyyədə olan
banknot və sikkələrin sayı 40 faiz düşüb.
Bu ilin əvvəllərində Böyük Britaniyanın Daxili
İşlər Nazirliyi rəqəmsal valyutanın ölkə üçün bir sıra
üstünlüklərə malik olduğunu deyib.
Qeyd edək ki, 1660-cı ildə İsveçin "Riksbank" ban-
kı dünyada kağız əsginaslar buraxmağa başlayan ilk
Mərkəzi Bank olub.
Alimlər insanı daha çox acdıran ərzaq məhsullarını
müəyyən ediblər.
“healthvesti.com” saytı xəbər verir ki, kompleks mü-
şahidələri İtaliyada yerləşən klinik mərkəzin əməkdaşla-
rı aparıblar. Dietoloqların fikrincə, ağ çörəyin tərkibində
çoxlu faydalı maddələr var, lakin onu cem və ya kərəyağı
ilə yemək lazımdır. Yumurtada zülal çoxdur, lakin onu ye-
dikdən sonra insan yağ və kalori ilə zəngin əlavə yeməklər
istəyir.
Yağsızlaşdırılmış süd məhsulları orqanizmi zəruri miq-
darda vitaminlərlə təmin etmir, ona görə də kişilərdə və qa-
dınlarda aclıq hissi yaranır. Bu cür yoqurtların əvəzinə adi
süd içmək daha yaxşıdır. Konservlərdə və duza qoyulmuş
məhsullarda aclıq yaradan və iştahanı artıran çoxlu duz var.
Kəpəkli undan hazırlanan krekerlər və ağ düyü aclıq his-
si yarada bilər, bu səbəbdən onları axşam yemək məsləhət
deyil.
iNSANI DAhA çoX AcDIRAN əRZAQ MəhSUllARI
Beynəlxalq Miqrasiya Təşkilatı
ilin əvvəlindən bəri Aralıq dənizi
vasitəsilə Avropa ölkələrinə gələn
mühacir və qaçqınların sayının 335
min nəfəri keçdiyini bildirib.
TASS informasiya agentliyi xə-
bər verir ki, təşkilatın noyabrın 4-də
Cenevrədə dərc olunan məlumat bül-
letenində noyabrın 2-dək Avropaya
335031 qaçqın gəldiyi qeyd olunur.
Onların əsas hissəsini Yunanıstan (170
min nəfərə yaxın) və İtaliya (158 min
nəfərdən çox) qəbul edib.
Həmçinin cari ilin əvvəlindən in-
diyədək Aralıq dənizində 4220 nəfər
həlak olub və ya itkin düşüb. Hazırda
ən təhlükəli miqrasiya marşrutu Şimali
Afrikadan İtaliyaya gedən dəniz yolu
sayılır. Bu marşrutda 3743 nəfər həya-
tını itirib. Türkiyədən Yunanıstana ge-
dən dəniz yolunda isə 415 nəfər həlak
olub.
Beynəlxalq Miqrasiya Təşkilatı-
nın rəsmi nümayəndəsi İtayi Virrinin
sözlərinə görə, bu il Avropaya keç-
mək istəyərkən həyatını itirən müha-
cir və qaçqınların sayı ötən ilin ana-
loji dövrü ilə müqayisədə 725 nəfər
artıb. Bu siyahıya noyabrın 2-də Ara-
lıq dənizinin Liviya və İtaliya sahillə-
ri arasında baş verən iki gəmi qəzası
nəticəsində ölən 240 nəfər də əlavə
edilib.
BU il DəNiZ YolU ilə AvRoPAYA 335 MiN MiQRANt GəliB
iStiQAMət
tARif (MANAtlA)
ekonom
Biznes
Bakı - Sumqayıt (Sumqayıt - Bakı)
0.80
1.20
Bakı - Biləcəri (Biləcəri - Bakı)
0.30
0.80
Bakı - Xırdalan (Xırdalan - Bakı)
0.40
1.00
Biləcəri - Xırdalan (Xırdalan - Biləcəri)
0.20
0.40
Biləcəri - Sumqayıt (Sumqayıt - Biləcəri)
0.60
1.00
Xırdalan - Sumqayıt (Sumqayıt - Xırdalan)
0.40
0.80