22
ATƏT-in KİV AZADLIĞI ÜZRƏ NÜMAYƏNDƏSİ
XANIM DUNYA MİYATOVİÇİN BAŞÇILIQ
ETDİYİ NÜMAYƏNDƏ HEYƏTİ
İLƏ GÖRÜŞ
Prezident sarayı
11 may 2011-ci il
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
mayın 11-də ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi xanım
Dunya Miyatoviçin başçılıq etdiyi nümayəndə heyətini qəbul
etmişdir.
Görüşdə Azərbaycanda kütləvi informasiya vasitələrinin
fəaliyyəti, media sahəsində Azərbaycan ilə ATƏT arasında
əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir
mübadiləsi aparılmışdır.
23
BAKIƏTRAFI QƏSƏBƏLƏRİN SOSİAL-İQTİSADİ
İNKİŞAFI İLƏ BAĞLI MƏRDƏKANDA
GÖRÜLMÜŞ İŞLƏRLƏ TANIŞLIQ
Xəzər rayonu
12 may 2011-ci il
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı
Şəhər İcra Hakimiyyətində şəhərətrafı qəsəbələrin sosial-iqtisadi
inkişafına həsr olunmuş müşavirədə kənd və qəsəbələrdə abadlıq
və quruculuq işləri ilə bağlı verdiyi tapşırıqların icrası ilə tanış
olmaq üçün ayrı-ayrı yaşayış sahələrində olmuşdur.
Mayın 12-də prezident İlham Əliyev Bakının Xəzər rayo-
nunun Mərdəkan qəsəbəsində görülmüş işlərlə yaxından tanış
olmuşdur.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov
qəsəbənin sxemi əsasında həyata keçirilmiş quruculuq işləri
barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, Bakının
digər kənd və qəsəbələrində olduğu kimi, Mərdəkanda da
qəsəbədaxili yolların əsaslı yenidən qurulması işlərinə başlan-
ılmışdır. Buradakı yolların 16 min 500 kvadratmetr sahəsinə artıq
yeni asfalt döşənmiş, əlavə olaraq 19 min kvadratmetr əraziyə isə
asfalt salınması nəzərdə tutulur. Mərdəkan qəsəbəsində su və qaz
xətlərinin yeniləri ilə əvəzlənəcəyi, Bakının digər kənd və qəsəbə-
lərində olduğu kimi, bu qəsəbədə də kanalizasiya sisteminin
qurulacağının Dövlət Proqramına salındığı qeyd edilmişdir.
Görülən işlərlə yaxından tanış olan dövlətimizin başçısı
qəsəbə sakinləri ilə görüşdü.
İ l h a m Ə l i y e v: Bilirsiniz ki, Bakıətrafı qəsəbələrin
inkişafı üçün xüsusi proqram hazırlanıbdır, kompleks tədbirlər
nəzərdə tutulur. Bu ayın əvvəlində proqram təsdiq olunub və
24
yaxın zamanlarda işlər sürətlə aparılacaqdır. Artıq işlərin müəyyən
hissəsi, o cümlədən Mərdəkan qəsəbəsində yolların çəkilişi
başlanmışdır. Bu işlər geniş vüsət alacaqdır. Bütün qəsəbələrdə
infrastruktur layihələrinin həyata keçirilməsi nəzərdə tutulur.
Proqram mətbuatda dərc edilib. Hər bir qəsəbə üzrə konkret
tapşırıqlar verilmişdir. O ki qaldı Mərdəkan qəsəbəsinə, burada
məktəbin, uşaq bağçalarının təmiri nəzərdə tutulub. Xəstəxana
əsaslı təmir olunacaqdır. Yollar çəkiləcəkdir. Qazlaşdırma layihəsi
nəzərdə tutulur. Əlbəttə ki, su və kanalizasiya layihələri də öz
həllini gözləyir.
Beləliklə, proqramın icrası nəticəsində 2013-cü ilə qədər hər
bir qəsəbədə bütün sosial və iqtisadi məsələlər öz həllini
tapmalıdır. Mən bu ərəfədə bir neçə qəsəbədə vəziyyətlə tanış
olmuşam, sakinlərin arzularını dinləmişəm. Artıq proqram
qəbul edilib. Gərək həm mən, həm də siz bu proqramın icrasını
yoxlayaq, ona nəzarət edək.
Mən istəyirəm ki, bütün qəsəbələrdə işlər qısa müddətdə
sürətlə aparılsın ki, insanları narahat edən məsələlər həll
olunsun. Biz bu məsələləri, bu problemləri bilirik. Ona görə
hesab etdim ki, Bakı və Bakıətrafı qəsəbələrin inkişafı üçün
xüsusi Dövlət Proqramı qəbul edilməlidir və biz bunu etdik.
Bütün dövlət qurumlarına tapşırıqlar verilmişdir ki, fəal
işləsinlər və yerli sakinlərin xahişləri, arzuları da mütləq nəzərə
alınmalıdır. Biz çalışmışıq ki, proqramda bütün məsələləri əhatə
edək. Ancaq təcrübə göstərir ki, bəzi hallarda bu, mümkün
olmur. 2004-cü ildə regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramı qəbul olunanda orada bəzi məsələlər nəzərdə
tutulmamışdı. Ona görə də biz vaxtaşırı o proqrama əlavələr
etmişik.
Bu proqramla da bağlı oxşar vəziyyət yarana bilər. Ona görə
əlavə təkliflər olan zaman onlara da baxılacaqdır. Çalışmışıq ki,
insanları narahat edən əsas infrastruktur məsələləri orada öz
həllini tapsın. Artıq işlər başlanmışdır. Əminəm ki, bütün
tapşırıqlar vaxtında yerinə yetiriləcəkdir.