QəRİb məMMƏdov, mahmud xəLİlov



Yüklə 6,99 Kb.
Pdf görüntüsü
səhifə91/94
tarix30.04.2018
ölçüsü6,99 Kb.
#40785
1   ...   86   87   88   89   90   91   92   93   94

 
199 
Məlum olduğu kimi, biosferdə gedən bütün proseslərin əsas mənbəyi Yerin üfüqi səthinə orta sıxlığı 1,36 
kVt/m
2
 olan Günəş ererjisi hesab olunur. Günəş enerjisinin ümumi axınının yalnız 0,01%-dən istifadə etməklə 
dünyanın enerji tələbatını tamamilə ödəmək olar.  
Aparılan  hesablamalar  göstərir  ki,  il  ərzində  Günəşdən  Yerə  bütün  qazıntı  elektrik  daşıyıcılarının 
ehtiyatından 10 dəfə çox enerji düşür.  
Bərpa  olunan  perspektivli  enerji  mənbəyi  küləkdən  sonra  Günəş  işığı  sayılır.  Bu,  nisbətən  yeni  enerji 
mənbəyidir. 1952-ci ildə Nyu-Cersi ştatında Prinston şəhərində Bella laboratoriyasının üç alimi günəş işığının 
tərkibində silisium olan materialın səthinə düşdükdə elektrikin ayrılmasını aşkar etmişlər. Beləliklə, fatoqalvanik 
və ya günəş elementləri ixtira edilərək, elektrik istehsalı üzrə dünya qarşısında yeni imkanlar açdı.  
Günəş enerjisi ənənəvi üzvi və nüvə yanacaqları ilə müqayisədə bir sıra üstünlüklərə malikdir. Bu mütləq 
təmiz enerji olub, ətraf mühiti çirkləndirmir və ondan istifadə heç bir bioloji təhlükə yaratmır.  
Günəş enerjisi hər yerdə mövcuddur və praktiki olaraq tükənməz olub, bu və ya digər formada sonsuz 
dövr ərzində əlverişlidir. Bəşəriyyətin enerjiyə olan tələbatını 2100-cü ildə təmin etmək üçün Yer səthinə düşən 
günəş  enerjisinin  0,1%  -i  və  ya  səhraya  düşən  günəş  enerjisinin  qırxda  biri  kifayət  edər  (Xotuncev, 2002). 
Lakin Günəş enerjisi aşağı sıxlığa (800-1000 Vt/m
2
) malik olub intensivliyi sutka ərzində dəyişir və mövsümdən 
asılı olur. Həm düzdüşən, həm də səpələnən günəş radiasiyası  günəş enerjisinin vasitəsiz növünə aid edilir. 
Günəş  enerjisinin  vasitəli  növlərinə  isə  külək,  dalğa,  qabarma,  okeanın  istilik  qradiyenti,  hidroenerji  və 
fotosintez nəticəsində alınan (yaranan) enerji aiddir.  
Şərti olaraq Günəş enerjisindən dörd istifadə istiqamətini ayırmaq olar: istilik-texniki, fotoelektrik, bioloji 
və  kimyəvi.  İstilik-texniki  istiqamət  (günəş  istilik  təchizatı)  istilik  daşıyıcılarının,  məsələn,  suyun  adi  günəş 
şüaları və ya xüsusi kollektor qurğularında zənginləşdirilmiş günəş şüaları ilə qızmasına əsaslanır. Bu üsuldan 
artıq ABŞ, Yaponiya və MDB-nin cənub rayonlarında suyu saflaşdırmaq, isti su almaq, qışda binaları qızdırmaq, 
yayda  isə  soyutmaq,  müxtəlif  məhsul  və  materialları  qurutmaq  və  başqa  məqsədlər  üçün  istifadə  olunur. 
Bugünkü  effektliyinə  görə,  günəş  kollektorları  56-cı  en  dairəsinə  qədər  (təxminən  Moskva  şəhəri  enliyi) 
yerləşən  rayonlar  üçün  faydalı  sayıla  bilər.  Bir  çox  ölkələrdə  elektrik  enerjisindən  istifadə  işində  fotoelektrik 
üsula daha çox diqqət ayrılır. Burada son 10-20 ildə fizika və kimyada əldə olunan yarımkeçiricilərin kəşf 
edilməsi  əhəmiyyətli  tərəqqi  hesab  edilir.  Onların  əsasında  fotoelektrik  dəyişdiricilər  –  günəş  batareyaları 
yaradıldı,  onlardan  hazırda  kosmik  gəmilərdə  geniş  istifadə  edilir.  Lakin  yarımkeçirici  dəyişdiricilərdən  Yer 
şəraitində  geniş  istifadə  olunmasına  hələlik  başlanılmamışdır  (şəkil  8.3).  Buna  görə  də  burada  başlıca 
istiqamət ucuz dəyişdiricilərdən, məsələn plyonkalı və üzvi dəyişdiricilərdən və onların baha olmayan istehsalı 
texnologiyasından istifadə etməkdir.  
İtaliya və ABŞ-da artıq günəş elektrik stansiyaları yaradılmışdır. Onların ekoloji baxımdan çatışmayan cəhəti 
çoxlu material sərf olunması və günəş batareyalarının bir neçə hektar tutduğu ərazinin tarazlığını pozmasındadır.  
 


 
200 
 
 
Şəkil 15.10. Günəş və külək enerjisi hesabına alınan  
elektrik enerjisinin qiyməti 
 
Bununla yanaşı, bioloji dəyişdiricilərdən də istifadə edilməsi ehtimal olunur. Nisbətən tez həyata keçirmək 
baxımından, daha cəlbedici aşağıdakı ikipilləli metod hesab edilir: əvvəlcə bitkilərə təsiri altında üzvi biokütlə 
toplamaq lazımdır, sonra isə xüsusi batareyaların köməyi ilə ondan yüksək kaloriyalı yanacaq, məsələn, metan 
alınır.  
Gələcəkdə  daha  perspektivli  günəş  radiasiyasının  təsiri  altında  suyun  hidrogen  və  oksigen ə 
parçalanması prosesi sayılır. Məlumdur ki, Yer üzərində suyun ehtiyatı praktiki olaraq tükənməzdir, hidrogen isə 
qiymətli  kimyəvi  məhsul  olub  zərərli  tullantısız  ekoloji  təmiz  yanacaq  kimi  istifadə  edilə  bilər.  Məlum  yanacaqlar 
arasında hidrogen ən yaxşı yanacaq sayılır: vahid kütləyə görə istilikkeçirməsi təbii qazdan 2,2 dəfə, neftdən isə 3,3 
dəfə yüksəkdir. Bir sıra alimlərin fikrincə, hidrogen boru vasitəsilə uzaq məsafəyə elektrikin ötürülmə qiymətinə yaxın 
məsariflə  verilə  bilər. Qeyd  edək  ki, günəş  enerjisi  axınları  Yer  səthinə  gün  ərzində  və  ya  ilin  müxtəlif  vaxtlarında 
verilməsi  daim  (arası  kəsilməz)  olmadığından  akkumulyator  enerjisind ən  istifadə  olunması  lazım  gəlir.  Suyun 
parçalanmasından əldə edilən hidrogenin özü belə yaxşı akkumulyator ola bilər.  
Texnologiyanın  inkişafında  ən  təsirli  nailiyyətləri  Yaponiya  nümayiş  etdirir  və  orada  fotoqalvanik 
taxtapuş materialı yaradılır. Tikinti təşkilatları, günəş elementləri əldə edən müəssisələr və ölkə hökumətinin 
birgə  proqramının  həyata  keçirilməsi  nəticəsində  2010-cu  ilə  gücü  4600  meqavat  olan  energetik  qurğular 
yaradılacaqdır, bu Estoniya kimi bir ölkəni elektrik enerjisi ilə təchiz etməyə kifayət edir.  
Fotoqalvanik taxtapuş materialı örtüklü binalar, elektrik stansiyalarına çevrilir. Bəzi ölkələrdə, o cümlədən 
Almaniya və Yaponiyada günəş panelləri ilə təchiz olunmuş binalarda sayğaclar qoyulur, onlar istehsal (hasil) 
olunan  elektrik  enerjisinin  ölçüsünü  göstərir.  Bu,  elektrik  normadan  artıq  olduqda  onu  yerli  məişət 
kompaniyalarına satmağa, çatmadıqda isə almağa imkan verir.  
ABŞ,  Almaniya  və  İsveçrədə  fotoqalvanik  materiallar  hazırda  yeni  ofis  binalarının  fasadlarında  qurulur. 
Təsadüfi  buradan  ötən  adam  bu  evlərin  güzgülü  divar  və  pəncərələrinin  əslində  miniatyur  (kiçik)  elektrik 
stansiyası olmasını ağlına belə gətirə bilməz.  
1990-cı illərdə fotoqalvanik elementlərin satışı təxminən ildə 20%, 2000-ci ildə isə 43% artdı.  Beləliklə, 
son on illiklərdə fotoelementlərin satışı həcmi dünyada 6 dəfədən çox – 1990-cı ildə 46 meqavatdan 2000-ci 
ildə 288 meqavata qədər çoxaldı.  
Günəş  elementləri  istehsalçılarının  «böyük  üçlüyü»nə  Yaponiya,  ABŞ  və  Avropa  şurası  daxildir. 1999-cu 
ildə yalnız Yaponiyada ümumi gücü 80 meqavat olan günəş elementləri istehsal edildi, bu ABŞ-ı ötüb keçməyə 
(60 meqavat) imkan yaratdı. ABŞ-da istehsal olunan günəş elementlərinin böyük hissəsi inkişaf etməkdə olan 


Yüklə 6,99 Kb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə