tayfaya və tirəyə mənsubluq bildirir: Ustacallı (Ustacəlilli),
Qırağlı, Ərəb, Gödəkli, Hülövlü, Qaraqurdlu, Çaxmaqlı və s. belə
oykonim lərdəndir.
Bu tip məntəqə adı kimi, sabitləşən komponentlər oykonimiya
baxı mından sadə, qrammatik cəhətdən isə düzəltmə quruluş -
ludurlar. Çünki, göstərilən adların tərkibindəki -lı
4
elementləri ilkin
olaraq oykonimləri deyil, etnonimləri yaratmışdır. Bu qayda digər
qrammatik elementlərdən (-lar
2
, -çı
4
, -lıq
4
) ibarət olan yaşayış
məntəqələrinin yaranmasına da aid edilir. Deməli, bu qəbildən
olan yaşayış məntəqələri ilkin etnonimlərdən düzəlməklə
oykonimləşmişdir.
Günəş, dalğa, meşə kimi sadə isimlərə -lı, -li, -lu, -lü şəkilçiləri
artırmaqla Günəşli (kosmonim mənşəli), Dalğalı (hidronim
mənşəli), Meşəli (coğrafi məkan anlamlı) oykonimləri morfoloji
yolla yaradılmışdır.
-lar, -lər şəkilçisi vasitəsilə yarananlar. Bölgə oykonimlərinin
yaranmasında iştirak edən şəkilçilərdən biri də cəmlik bildirən -
lar, -lər şəkilçiləridir. Tədqiqatlar göstərir ki, bu topoformant
coğrafi relyeflə bağlı müxtəlif obyektləri ifadə edən terminlərə,
hər hansı bir tayfa, xalq, nəsil və şəxs adlarına qoşularaq onların
çoxluğunu bildirir. Rayon ərazisində qeydə alınmış Şıxlar,
Seyidlər, Hacılar, Sahillər kimi oykonimlər belə yaranmışdır.
Nümunədən göründüyü kimi, -lar
2
şəkilçisi ilə düzəlmiş Şıxlar,
Seyidlər, Hacılar etnonimləri həmin etnosun adını bildirən
oykonimlərə çevrilmişdir. Bu şəkilçi Azərbaycan dilində topon-
imik vahidlərin yaranmasında topoformant kimi iştirak edən ən
məhsuldar şəkilçilərdən biridir.
-çı, -çi, -çu, -çü şəkilçisi vasitəsilə yarananlar. Bu şəkilçi
dilimizdə sənət, peşə, məşğuliyyət və mənsubiyyət kimi
məzmunları ifadə edir və dilimizin söz yaradıcılığı prosesində
məhsuldarlığı ilə seçilir. -çı
4
şəkilçisi dilimizdə leksik şəkilçi ol-
maqla, toponim yaradıcılığında topoformant kimi çıxış edir. Xaç-
maz rayonu ərazisində qeydə alınmış Bostançı, İlxıçı (paralel
toponimdir) oykonimləri bu qəbildəndir.
40
-lıq, -lik, -luq, -lük şəkilçisi vasitəsilə yarananlar. Dilimizin
söz yaradıcılığında iştirak edən -lıq, -lik, -luq, -lük şəkilçiləri çox
vaxt -lı, -li, -lu, -lü şəkilçilərinin ekvivalenti kimi çıxış edir.
N.A.Baskakova görə -lı
4
şəkilçisi mənşəcə - lıq, -lik, -luq, -lük
şəkilçilərindən yaranmışdır (52, 577). Rayon ərazisində bu şəkilçi
ilə yaranan Qarğalıq oykonimi mövcuddur.
-ka şəkilçisi vasitəsilə yarananlar. Bu şəkilçi vasitəsilə
yaranan oykonimlərin əksəriyyəti rus dilinə məxsusdur.
Azərbaycanın rus mənşəli toponimlərinin tədqiqatçısı L.H.Qu -
liyeva onları iki qrupa ayırır:
1. Mənşəcə rus dilinə məxsus olub, rus dili vahidləri və
topoformantları əsasında formalaşanlar (Alekseyevka, Pavlovka,
Krasnı(y) Xutor və s.).
2. Qeyri-rus mənşəli vahidlərdən rus sözdüzəldici formantları
vasitəsilə düzələnlər (56, 5). Aranovka (Əzizli).
Azərbaycan toponimlərinin az bir qismi -ka şəkilçisi vasitəsilə
yaranmışdır. Bu da təsadüfi deyil.
XIX əsrin əvvəllərindən Azərbaycanın Rusiya tərəfindən işğal
olunması nəticəsində ana dili quruluşuna məxsus bir çox
toponimlər dəyişdirildi və iki əsrə yaxın rus antroponimlərinə,
coğrafi anlayışlarına, -ka şəkilçisi qoşularaq müxtəlif oykonimlər
yaradıldı. Bu şəkilçi ilə əmələ gələn oykonimlərə, demək olar ki,
Azərbaycanın bütün bölgələrində rast gəlmək olur. Azərbaycan
müstəqillik qazanana qədər bu şəkilçi ilə formalaşan oykonimlər
Xaçmaz bölgəsində də çoxluq təşkil edirdi. Məsələn: Pavlovka,
Rodnikovka, Zaliyevka, Alekseyevka, Aranovka, Vasilyevka və s.
1992-ci ildən sonra demək olar ki, bu tipli oykonimlərin əvvəlki
adları qaytarıldı. Təəssüf ki, Alekseyevka kəndinin adı (Xuc
palasa) hələ də qaytarılmayıb yaxud da başqa cür adlandırılmayıb.
41
Sintaktik üsul
Dilimizdə mürəkkəb-analitik yolla sözyaratma sintaktik üsul
adlanır. Yəni burada iki və daha artıq söz müxtəlif münasibətlər
əsasında birləşərək bir mürəkkəb leksik vahid əmələ gətirir. Ono-
mastik vahidlərin bu yolla əmələ gəlməsinə dair Azərbaycan
dilində çox müxtəlif dil fiqurlarına rast gəlinir. Özü də bu ono-
mastik dil hadisəsi bütün xüsusi adlar qrupunda özünü göstərir
(30, 467).
Məlumdur ki, mürəkkəb tərkibli toponimlər söz birləşmələri
əsasında yaranır. Bu zaman ən azı iki müxtəlif məzmunlu söz -
lərdən istifadə olunur ki, bunlardan biri konkretləşdirici əlaməti,
digəri isə ümumi coğrafi obyekti ifadə edir (13, 97).
Mürəkkəb tərkibli sözlərdən yaranan oykonimlər bölgə
oykonimlərində ən çox I növ təyini söz birləşmələri şəklində
özünü göstərir.
Mürəkkəb leksik vahid kimi formalaşan oykonimlərin müəy -
yən hissəsi zahirən I növ tipinə oxşasa da, mənaca II və III növ
təyini söz birləşmələri funksiyalarını yerinə yetirir. Məsələn:
Fərzəlioba, Ağaşirinoba, Əhmədoba, Aslanoba, Əbilyataq,
Qədiməliqışlaq və s. kimi oykonimlərin birinci tərəfləri yiyəlik
hal, ikinci tərəfləri isə mənsubiyyət şəkilçiləri qəbul etməsə də,
onlar semantik yükü və çalarlarına görə II və III növ birləşmələrlə
eynilik təşkil edir: Fərzəlioba – Fərzəlinin obası, Ağaşirinoba –
Ağaşirinin obası, Əhmədoba – Əhmədin obası, Aslanoba –
Aslanın obası, Əbilyataq – Əbilin yatağı və s.
Professor Q.Kazımov söz birləşmələrindən bəhs edərək yazır
ki, söz birləşmələrinin ən çox istifadə olunan modellərindən biri
ası lı tərəfi atributiv xarakterdə olan substantiv birləşmələr modeli -
dir. Bu modelə isim, sifət ... heç bir morfoloji əlamətə ehtiyac
olma dan atributiv şəkildə bu və ya digər ismə yanaşır və birləşmə
əmə lə gətirir (24, 35). Bu cür birləşmələr mürəkkəb coğrafi adlarda
– oykonimlərdə də özünü göstərir.
42
Dostları ilə paylaş: |