Əvvəllər Azərbaycan Respublikası vətəndaşı olmuş və ya Azərbaycan Respublikası vətəndaşlığına
xitam verilmiş şəxsin öz vəsatəti əsasında o, Azərbaycan Respublikası vətəndaşlığına bərpa edilə
bilər. Azərbaycan Respublikası vətəndaşlığına bərpa barədə Azərbaycan Respublikası Prezidentinin
adına yazılmış vəsatətləri Azərbaycan Respublikası ərazisində yaşayan şəxslər Dövlət Miqrasiya
Xidmətinə, xarici dövlətlərdə yaşayan şəxslər isə Azərbaycan Respublikasının diplomatik
nümayəndəliklərinə və ya konsul idarələrinə təqdim edirlər. Bununla əlaqədar Azərbaycan
Respublikası Prezidentinin adına yazılmış müraciət edilir.
•
Vətəndaşlığa bərpa ilə bağlı tələb olunan sənədlər:
•
Azərbaycan Respublikasının Prezidentinin adına ərizə (səbəbini göstərmək şərti ilə);
•
tərcümeyi-hal;
•
Azərbaycan Respublikası vətəndaşlığına xitam verilməsi barədə sənəd;
•
şəxsiyyəti təsdiq edən sənədin surəti (notarial qaydada təsdiq olunmuş);
•
ailə tərkibi haqqında arayış;
•
ədəd fotoşəkil (3x4 sm ölçüdə);
•
QİÇS müayinəsindən keçməsi və sağlamlıq haqqında arayış (vətəndaşlığa bərpa olunmaq üçün
müraciət edən şəxs respublikanı tərk etməyibsə, bu sənəd tələb olunmur);
•
dövlət rüsumunun ödənilməsi barədə qəbz (110 manat).
8. Azərbaycan Respublikasının vətəndaşlığından çıxma ilə əlaqədar tələb olunan sənədlər
hansılardır?
Azərbaycan Respublikası vətəndaşlığından çıxma barədə Azərbaycan Respublikası Prezidentinin
adına yazılmış ərizə-anketi Azərbaycan Respublikası ərazisində yaşayan vətəndaşlar Dövlət
Miqrasiya Xidmətinə, xarici dövlətlərdə yaşayan vətəndaşlar isə Azərbaycan Respublikasının
diplomatik nümayəndəlikləri və ya Konsulluq idarələri vasitəsi ilə Xarici İşlər Nazirliyinə təqdim
edirlər.
Vətəndaşlıqdan çıxma ilə bağlı tələb olunan sənədlər:
•
Azərbaycan Respublikasının Prezidentinin adına ərizə (səbəbini göstərmək şərti ilə);
•
tərcümeyi-hal;
•
şəxsiyyəti təsdiq edən sənədin surəti (notarial qaydada təsdiq olunmuş);
•
yaşayış yerindən ailə tərkibi haqqında arayış;
•
4 ədəd fotoşəkil (3x4 sm ölçüdə);
•
dövlət qarşısında icra edilməmiş öhdəliklərinin olmaması və ya Azərbaycan Respublikasında
hüquqi və fiziki şəxslərin mənafeləri ilə bağlı olan əmlak öhdəliklərinin olmaması barədə
müvafiq sənədlər (siyahısı Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlıq
Məsələləri Komissiyası tərəfindən təsdiq edilmişdir);
•
dövlət rüsumunun ödənilməsi barədə qəbz (110 manat).
9. Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə
müvəqqəti olma müddətinin uzadılması ilə əlaqədar hansı sənədlər tələb olunur?
•
müvəqqəti olma müddətinin uzadılması barədə ərizə-anket - 1 ədəd;
•
əcnəbinin ölkə ərazisinə daxil olması üçün əsas olmuş pasportunun və ya onu əvəz edən sənədi,
vətəndaşlığı olmayan şəxsin isə şəxsiyyətini təsdiq edən sənədi;
•
3x4 ölçüdə fotoşəkil - 2 ədəd (qırmızı fonda);
•
müvəqqəti olma müddətinin uzadılmasına əsas olan halların mövcudluğunu təsdiq edən sənəd;
•
Azərbaycan Respublikasında 30 gündən artıq yaşamaq istəyən əcnəbinin və ya vətəndaşlığı
olmayan şəxsin qeydiyyata alınmasını təsdiq edən sənədi;
•
14-18 yaşlarında olan şəxslərin notarial qaydada təsdiq edilmiş yazılı razılığı;
40
•
yaşayış sahəsinə köçmək üçün əsas verən sənədin (mülkiyyət hüququnun dövlət qeydiyyatına
alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə
müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa
sənədin) notarial qaydada təsdiq olunmuş surəti;
•
vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi (Dövlət Miqrasiya Xidmətinin rəisinin adına
olmaqla notarial qaydada təsdiq olunmuş);
•
vətəndaşa yaşayış sahəsi verən şəxsin şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş
surəti.
Qeyd: Aşağıda sadalanan hallarda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan
Respublikasının ərazisində müvəqqəti olma müddəti uzadılır:
a) əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikası ərazisində təcili
müalicə olunmasına zərurət yarandıqda;
b) əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında yaşayan
yaxın qohumları ağır xəstələndikdə və ya vəfat etdikdə;
c) xidməti zərurətlə əlaqədar Azərbaycan Respublikasına gəlmiş əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər tərəfindən nəzərdə tutulmuş işlərin başa çatdırılmadığına dair həmin
şəxsləri ölkəyə dəvət etmiş təşkilat tərəfindən əsaslandırılmış vəsatət verildikdə.
10. Əcnəbilərin Azərbaycan Respublikasında qaçqın statusunu əldə etmələri ilə əlaqədar
hansı sənədlərtələb olunur?
Qaçqın statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində qaçqın statusu verilməsi
xahişinin səbəblərini göstərməklə xüsusi anket (Əlavə 7) blankını doldurmalı, özünün, habelə
(himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları
göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və
şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Azərbaycan Respublikası Dövlət
Miqrasiya Xidmətinə təhvil verməlidir.
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olma, yaşama və ya
Azərbaycan Respublikası ərazisindən tranzitlə keçmə qaydalarını pozmasına, yəni:
•
Azərbaycan Respublikasında olma və ya yaşama hüququ verən sənədlər olmadan, habelə
qeydiyyatsız yaşamasına;
•
etibarsız sənədlərlə Azərbaycan Respublikasının ərazisində olmasına və ya yaşamasına;
•
Azərbaycan Respublikasının ərazisində müvəqqəti olduğu və ya müvəqqəti yaşadığı dövrdə
Azərbaycan Respublikasına gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə
məşğul olmasına;
•
işə düzələrkən qanunvericilikdə müəyyən edilmiş qaydaları pozmasına;
•
bir yerdən başqa yerə getmə və yaşayış yeri seçmə üçün qanunvericilikdə müəyyən olunmuş
qaydaya əməl etməməsinə; qanunvericilikdə müəyyən edilmiş qalma müddəti qurtardıqdan
sonra getməkdən boyun qaçırmasına;
Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçmə qaydalarına əməl etməməsinə görə -
əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənara
inzibati qaydada çıxarılmaqla və ya çıxarılmamaqla 300 manatdan 400 manatadək miqdarda cərimə
edilir.
Əcnəbiləri və ya vətəndaşlığı olmayan şəxsləri Azərbaycan Respublikasına dəvət etmiş və onlara
yaşayış sahəsi vermiş Azərbaycan Respublikası vətəndaşları və ya Azərbaycan Respublikasında
daimi yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən həmin şəxslərin Azərbaycan
Respublikasında müvəqqəti olma müddəti bitdikdən sonra müəyyən olunmuş qaydada vaxtında
ölkə ərazisindən çıxmasının təmin edilməsi üçün tədbir görülməməsinə görə - 300 manatdan 400
manatadək miqdarda cərimə edilir.
41