|
Qafqaz müSƏlmanlari idarəSİAzərbaycan və Əhli-beyt irsiAzerbaycanda-Ehlibeyt-irsiAzərbaycan və Əhli-beyt irsi
302
yayılan bu ənənənin tamamilə ortadan qaldırılmaq mümkün
olmamışdır. Bütün şəri məsələlərdə yuxarıda adı çəkilən müctəhidləri
təqlid edən bir çox insan, əzadarlıq məsələsində verdikləri fətvalara
məhəl qoymayıb özlərinə əziyyət verməyə və qan tökməyə davam
edir.
Son olaraq qeyd etmək istəyirik ki, tarixi roman olan “Əli və
Nino” müxtəlif cəhətləri ilə yanaşı, Azərbaycan xalqının milli-mənəvi
dəyərlərini göstərən önəmli bir əsərdir.
Burada Azərbaycan xalqının Əhli-beyt sevgisi geniş bir
şəkildə əks olunmuşdur. Xüsusilə İmam Hüseyn (ə) və onun
Kərbəlada şəhid olması münasibətilə təşkil edilən aşura mərasimi
dolğun bir şəkildə öz təsvirini bu romanda tapmışdır. Görünən odur ki,
çətin zamanlarında belə Azərbaycan xalqı Əhli-beytə olan bağlılığını
göstərən bu cür mərasimləri təşkil etməkdən çəkinməmişdir.
Romanda bəhsi keçən zaman kəsiyindən sonra qurulan Sovet
rejimi bütün cəhdlərinə rəğmən Azərbaycan xalqının qəlbindən İslamı,
o cümlədən Əhli-beyt sevgisini silə bilməmişdir. Bütün təzyiqlərə və
təqiblərə baxmayaraq, xalqımız Əhli-beytə sahib çıxmış və əminik ki,
qiyamətədək də çıxacaqdır.
Dostları ilə paylaş: |
|
|