Publication1


A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ VI nömrə



Yüklə 1,27 Mb.
Pdf görüntüsü
səhifə17/89
tarix19.02.2023
ölçüsü1,27 Mb.
#101107
1   ...   13   14   15   16   17   18   19   20   ...   89
A Z Ə R B A Y C A N V Ə K İ L İ ‐ VI nömrə
­
15
­
2. Başqa miras qoyanın əmlakına miras almaq hüququ
MM‐in 1141‐ci maddəsinə (Başqa miras qoyanın əmlakını miras almaq hüququ) əsasən, vərəsə
lik
hüququndan məhrum edilmə vərəsəlik hüququndan məhrum edilmiş həmin şəxsin başqa miras
qoyanın əmlakının vərəsəsi olmasına maneçilik törətmir. (2)
Ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsi yalnız müəyyən bir miras qoyan
barəsində onun yol verdiyi hüquqazidd və nalayiq davranışa görə sanksiyadır. Bu sanksiyaya görə
nalayiq davranışa yol verən şəxs başqa miras qoyanın yox, məhz həmin miras qoyanın vərəsə
si
olmasından kənarlaşdırılır. Bu isə o deməkdir ki, ləyaqətsiz vərəsə, barəsində hər hansı ləyaqə
tsiz
davranışa yol vermədiyi digər miras qoyanların vərəsəsi olmaq hüququndan məhrum edilə bilməz
(MM‐in 1141‐ci maddəsi). Məsələn, vəsiyyət üzrə vərəsə mirasın açılmasını tezləşdirmək məqsədilə
vəsiyyət edəni (qardaşını) öldürür. Həmin vərəsə buna görə ləyaqətsiz vərəsə kimi vərəsəlikdən
kənarlaşdırılır. Lakin bu hal əsas vermir ki, göstərilən vərəsə ləyaqətsiz vərəsə kimi digə
r miras
qoyanların (məsələn, valideynlərin, bacısının və s.) vərəsəsi olmaq hüququndan məhrum edilsin.
Həmin vərəsə digər miras qoyanlar barəsində nalayiq davranışa yol verməmişdir ki, ona vərəsə
lik
hüququndan məhrum etmək kimi sanksiya tətbiq edilsin. (2, 7, 9)
Şərh edilən normanın məzmunundan görsənir ki, vərəsəlik hüququndan məhrum edilmiş şəxs yalnız
m
əhrum olunduğu miras üzrə vərəsə ola bilməz, o, başqa miras qoyanın əmlakının vərəsə
si olmaq
hüququndan məhrum edilmir. Əgər şəxsin birinci miras qoyanın əmlanının vərəsəsi olmaq hüququ
əlindən alınmışsa və buna ikinci miras qoyanın vərəsələri istinad edərək şəxsin ikinci miras qoyanın
v
ərəsəliyindən məhrum etmək istəyirlərsə bu, mümkün düzgün
deyildir.
Eyni zamanda miras qoyanın özü də mirasçını başqa bir mirasa görə ləyaqətsiz vərəsə kimi
vərəsəlikdən kənarlaşdırılması halına istinad edərək onu öz vərəsəsindən uzaqlaşdırması özlüyündə
qanun pozuntusudur.
Lakin bu halı MM‐in 1176‐cı (Vəsiyyət üzrə vərəsəlik hüququndan
m
əhrumetmə) maddəsində nəzərdə tutulmuş hal ilə əlaqələndirmək düzgün deyildir.
Ləyaqətsiz vərəsə tərəfindən başqa miras qoyanın əmlakına miras almaq hüququnun olması Türkiyə
Respublikasının Mülki Məcəlləsində də nəzərdə tutulmuşdur
(Ətraflı məlumat üçün bax: Türk Medeni
Kanunu, İçtihadı Birleştirme Karaları ve Madde Atıfları ile Birlikte, “Seçkin Yayınevi”, Ankara‐2009, 464
sayfa.)

Yüklə 1,27 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə