216
Amerika prezidentləri
Karterin qeyri-adi idarəetmə tərzi özünü Konqresə olan
münasibətdə də göstərdi. Baxmayaraq ki, hər iki palatada
üstünlük demokratlarda idi, partiya funksionerləri Uoter-
geyt qalmaqalından sonra icraedici aparata qarşı radikallıq-
dan əl çəkmədilər.
Xarici siyasətdə Karter administrasiyası ilk əvvəl bəzi
uğurlar əldə edə bildi. 1973-cü ildən Kissincer tərəfi ndən
aparılan ABŞ-Misir danışıqları bəhrəsini verdi. Karterin
təşəbbüsü ilə Misir prezidenti Sadat və İsrailin baş naziri
Begin arasında Kemp-Deviddə on üç gün davam edən danı-
şıqlar baş tutdu və 1978-ci ilin sentyabrında sülh müqaviləsi
imzalandı.
Sovet İttifaqı ilə münasibətlərini normallaşdırmaq daha
çətin başa gəlirdi. Karter xüsusilə iki məsələdə anlaşmaq
istəyirdi, silahlanmaya birgə nəzarət və insan haqlarının qo-
runması.
Lakin, onun bu istiqamətdə atdığı hər bir addım istər
daxili opponentləri, istərsə də Avropadakı müttəfi qləri
tərə fi n dən təpki ilə qarşılandı. Nəhayət 1979-cu ildə stra-
teji nüvə silahlarının məhdudlaşdırılması haqda OCB-II
müqaviləsi bağlandı. Bununla yanaşı Çin Xalq Respublika-
sı ilə (Tayvanla diplomatik əlaqələrin kəsilməsi bahasına)
münasibətlər tənzimləndi.
Çox keçmir ki, SSRİ-nin Əfqanıstana hərbi müdaxiləsi
bu nailiyyətləri heçə endirir. Birləşmiş Ştatların atdığı ilk
addım SSRİ-yə taxıl satışını qadağan və Moskvada 1980-ci
il Yay Olimpiya oyunlarının boykot edilməsi oldu.
1979-cu ildə İranda ABŞ tərəfi ndən dəstəklənən şah re-
jiminin devrilməsi də Karterin nüfuzuna böyük zərbə vurdu.
Növbəti prezident seçkilərində Karterin namizəd olma-
sı ona partiyadaxili parçalanmalar bahasına başa gəldi.
Seçkilərdə Karterin əsas rəqibi mühafi zəkar respub-
likaçı Ronald Reyqan idi. Reyqan dünyada baş verən bö-
217
Amerika prezidentləri
yük hadisələrə Karter hökumətinin passiv münasibətini
kəskin tənqid edirdi. Karterin Reyqanı bütün dünyada
sülhə təhlükə olacaq çıxışlar etməkdə ittiham etməsi də ona
köməklik göstərmədi. Seçkilərdə 51 % səs toplayan Rey-
qan prezident seçildi.
Seçkilərdəki məğlubiyyətdən məyus olan Karter qısa
fasilədən sonra, yenidən ictimai-siyasi fəaliyyətə başlayıb.
İlk olaraq Atlantada prezident kitabxanasını yaradır. Onun
təsis etdiyi «Karter Mərkəzi» beynəlxalq problemlərin həlli
ilə məşğuldur. Bu yöndə o bəzi uğurlar da əldə edib.
1994-cü ilin sentyabr ayında Haitiyə diplomatik səfəri
ərəfəsində o, hakimiyyətdən uzaqlaşdırılmış prezident
Aristidin öz vəzifəsinə qaytarılması tərəfdarı kimi çıxış
edib. 1995-ci ilin əvvəllərində isə Bosniya münaqişəsinin
həllində vasitəçilik etmişdir. Karter kasıblar üçün mənzillər
tikilməsi layihəsinin gerçəkləşməsində də yaxından iştirak
edir.
218
Amerika prezidentləri
RONALD REYQAN
(RONALD REAGAN)
(1981-1989)
Ronald Reyqan D.Eyzenhauerdən sonra iki tam
müddətə hakimiyyətdə olmuş ilk prezident idi. O, böyük
ictimai nüfuz sahibi kimi vəzifədən gedib. Bəzi tarixçi, jur-
nalist və politoloqların rəylərinə görə F.D.Ruzveltdən sonra
219
Amerika prezidentləri
ABŞ xarici və daxili siyasi kursunda R.Reyqan qədər əsaslı
dəyişikliklər etmiş ikinci prezident yoxdur.
Ronald Uilson Reyqan 6 fevral 1911-ci ildə İllinoys
ştatının Tampiko şəhərciyində irland əsilli ailədə dünyaya
gəlib. Atası Edvard Reyqan ayaqqabı ticarəti ilə məşğul
olsa da, qazancı ailəni dolandırmağa güclə çatırdı. Elə bu
səbəbdən Ronald ilk yeniyetməlik çağlarından işləməyə
məcbur olur, hələ orta məktəbdə oxuduğu illərdə 14 yaşında
ikən tikintidə işləyir. Növbəti altı ildə Diksondakı (İllinoys
şt.) kurort zonasındakı çimərlikdə xilasetmə stansiyasında
işləyir. Yaxşı idmançı olması ona yarımtəqaüd almaq şərtilə
Yurik kollecində təhsilini davam etdirməyə imkan yaradır.
Bu ərəfədə özünü dolandırmaq məqsədilə qabyuyan, üzgü-
çülük müəllimi, qadınlar yataqxanasında aşpaz kimi çalı-
şır. Çətin şəraiti onun təhsilə ciddi yanaşmasına mane olub.
Kollecdə də göstərdiyi əsas səy futbol komandasının üzvü
olmağa yönəlib.
1932-ci ildə kolleci bitirən Reyqan valideynlərinin ya-
nına qayıdır. Daha bir il xilasetmə stansiyasında işlədikdən
sonra Davenport radiostansiyasında futbol şərhçisi olur.
1934-cü ildən «WHO» radiostansiyasında idman şərhçisi
kimi işə qəbul edilir və burada «Kabz» və «Uayt soks» ko-
mandalarının oyunlarına şərhçilik edir.
1937-ci ildə «Kabz» komandası ilə birlikdə Katolinada
olarkən «Uorner brazerz» kinoşirkəti onu sınaq çəkilişlərinə
dəvət edir. Uğurlu keçən sınaqdan sonra şirkət onunla
müqavilə imzalayır. İlk əvvəl ikinci dərəcəli fi lmlərdə çəkilir.
Getdikcə kino aləmində tanınan Reyqan 29 yaşında
ikən kinoaktirisa Ceyn Uaymenlə ailə qurur. Lakin nikah
uğursuz olmuş və onlar səkkiz il birgə yaşadıqdan sonra ay-
rılmışlar. Gələcək prezident 1952-ci ildə ikinci dəfə Nensi
Devislə evlənmişdir.
İkinci Dünya Müharibəsi başladıqda orduya çağırılsa da
görmə qabiliyyəti zəif olduğu üçün arxa cəbhəyə göndərilir
220
Amerika prezidentləri
və əsasən təbliğat xarakterli fi lmlərin səsləndirilməsində iş-
tirak edir.
50-ci illərin əvvəllərindən tədricən kinodan uzaqlaşır.
1954-cü ildə «Ceneral Elektrik»də işə düzəlir. Bununla ya-
naşı televiziyada «Ceneral Elektrik Teatr» verilişinin apa-
rıcısı olur. Müqaviləyə əsasən o, həmçinin şirkətə məxsus
müəssisələrə gedərək təbliğat-təşviqat xarakterli çıxışlar
etməli idi. Etdiyi standart çıxışlar bəzən siyasi məzmunda
olurdu. O əsasən Amerika demokratiya idealını mədh edə-
rək, kommunist təhlükəsindən danışırdı. Bu tədricən onun
siyasətlə ciddi maraqlanmasına səbəb oldu.
İlk vaxtlar özünü Ruzveltsayağı demokrat hesab edən
Reyqan 1962-ci ildə rəsmi olaraq respublikaçılar partiyası-
nın üzvü olur.
Bu ərəfədə iş yerini itirir. Və iki il işsiz qalır. Çox keç-
mir ki, respublikaçılar onu Kaliforniya ştatının qubernato-
ru seçkilərinə namizəd göstərirlər. 1966-cı ilin payızında
keçirilən seçkilərdə o, demokrat Pet Brauna qalib gələrək
qubernator seçilir.
1974-cü ilədək Kaliforniya qubernatoru kimi fəaliyyət
göstərən Reyqan 1976-cı il prezident seçkilərində respubli-
kaçıların namizədi olmaq istəsə də, bu istəyinə nail olmur.
Lakin növbəti seçkilərdə bütün mərhələləri uğurla keçərək
prezident seçilir.
Reyqanın ABŞ daxili və xarici siyasətində etdiyi önəmli
dəyişikləri «mühafi zəkar inqilab» adlandırırlar. İnqilabın
nüvəsini «reyqanomika» adlandırılan və 70-ci illər iqtisa-
di problemlərinin həllinə yönəlmiş təklifl ər paketi təşkil
edirdi. Burada əsas hədəf kimi vergilərin azaldılması və
dövlətin investisiya qoyuluşuna əngəl törədən maneələri
aradan qaldırmaqla iqtisadi inkişafa nail olmaq götürül-
müşdü. Ümumiyyətlə Reyqan hökuməti, iqtisadiyyatı in-
kişaf etdirmək, infl yasiyanın qarşısını almaq məqsədilə
dövlətin iqtisadiyyata müdaxiləsini minimuma endirmək
Dostları ilə paylaş: |