Press-reliz
“Avropa və Mərkəzi Asiyada artan qütbləşmə zəminində nəzərə
çarpmayan iqtisadi artım” Dünya Bankının Hesabatı belə qənaətə gəlir
Buxarest, 22 noyabr 2016 – 2016-cı ildə Avropa və Mərkəzi Asiya (AMA) regionu ölkələrində ÜDM-nin
nəzərə çarpmayan artımı müşahidə olunacaq. “Neft və digər əmtəə qiymətlərinin aşağı olması, Avropa
İttifaqında investisiya reytinqinin azalması və həyata keçirilən struktur dəyişiklikləri regionda iqtisadi
artımı əngəlləyir və populizm və qütbləşmənin artmasına töhfə verir” – Dünya Bankının AMA üzrə sonuncu
İqtisadi Hesabatında belə deyilir.
Bu gün Rumıniyanın paytaxtı Buxarestdə ictimaiyyətə təqdim olunacaq hesabata görə region 2015-ci ildə
1,4 faizdən bir qədər artaraq 2016-cı ildə 1,6 faiz kiçik iqtisadi artım nümayiş etdirmişdir, lakin gəlirlər və
istehlakda azalmalar nəzərə çarpmayan iqtisadi artımı yumşaldacaq. Bu tendensiyanın müvafiq olaraq 1,5
faiz və 1,8 faiz iqtisadi artım ilə 2017 və 2018-ci illərdə də davam edəcəyi proqnozlaşdırılır.
Şərqi Avropa və Mərkəzi Asiyada iqtisadi artımın 2016-cı ildə 0,7 faiz, 2017-ci ildə 2,3 faiz və 2018-ci ildə
2,6 faiz təşkil edərək müsbət zonada qalacağı proqnozlaşdırılır. Eyni zamanda, Avropa İttifaqında artım
tempinin bir qədər azalacağı, Qərbi Balkanlarda isə 2016-cı ildə gözlənilən 2,7 faizdən 2017-ci ildə 3,2 faizə,
2018-ci ildə isə 3,5 faizədək yüksələcəyi gözlənilir.
“Breksit və qaçqınlarla bağlı böhran Avropa əməkdaşlığını sınağa çəkir, eyni zamanda regionun şərq hissəsi
neft qiymətlərinin azalmasına uyğunlaşmaq üçün mübarizə aparır”- Dünya Bankının AMA regionu üzrə baş
iqtisadçısı Hans Timmer belə deyir. “Regionda İqtisadi artımın yeni mənbələrinin aşkarlanması ilə bağlı
uğursuzluqlar populizm və qütbləşmənin, eləcə də institutlara olan etimadsızlığın artmasına töhfə verir.”
Hesabatla bağlı sorğular nümayiş edir ki, iqtisadi zəmində dəyişikliklərlə bağlı narahatlıqlar, xüsusilə, iş
yerləri ilə bağlı təhlükəsizliyin olmaması AMA ölkələrində siyasi qütbləşmənin artmasına təkan verir.
Müvəqqəti və yarımştat iş yerlərinin sürətlə artması və yeni rəqəmsal texnologiyaların meydana
çıxmasından qaynaqlanan kvalifikasiyalar üçün tələbatda yerdəyişmələr regionun əhalisi arasında
narahatlıqları artırır və mərkəzi siyasi spektordan dəstəyi yayındırır.
Hesabatda qeyd olunur ki, güclü siyasi cavab tədbirlərinin olmaması, regionun iqtisadiyyatlarına əngəl
törədən, davam edən struktur dəyişiklikləri uzun müddətdə iqtisadi artım və yoxsulluğun azaldılması ilə
bağlı tədbirləri zəiflədir. Bu çağırışların aradan qaldırılmasına nail olmaq üçün dövlət və cəmiyyətlər
keçmişdə çox fərqli şəraitdə işlək olan həll yollarını tətbiq etməklə geriya addım atmadan yeni iqtisadi
dövrdə yeni perspektivləri təmin etməlidir.
“Müşahidə etdiyimiz məhdud iqtisadi artım düzgün istiqamətə atılan bir addımdır, lakin iqtisadi
perspektivlərlə bağlı narahatlıq keçirən region əhalisinin təlaşını sakitləşdirmək üçün kifayət deyil” –
Dünya Bankının AMA regionu üzrə Vitse-Prezidenti Siril Müller belə deyib. “Ölkələr yardım etmək üçün
fəaliyyətə keçə bilər. Misal üçün insanlara səmərəli iş yerlərinin tapılması və əldə saxlanılmasına yardım
etmək məqsədilə ömürlük təlim fəaliyylətlərini artıra bilər. Onlar, həmçinin daha çevik məşğulluq
imkanlarının dəstəklənməsi məqsədilə uşaq və yaşlılar üçün qayğını təmin edə bilər. Bu tədbirlər
imkanların bərabərliyini və ümumi iqtisadi artımın gücləndirilməsini təmin edə bilər.”
Digər siyasət seçimləri emal sənayesi üçün daha rəqabətli mühitin təmin olunması, yeni bizneslərin
yaradılması və bazara daxil olması üçün tələb olunan xərc və zamanın azaldılması və işçi qüvvəsinin yeni
fəaliyyətlərə qoşulması ilə bağlı məhduiyyətlərin azaldılması ilə təklif olunan yeni ixrac imkanlarının
istismarında şirkətlərə dəstəyi ehtiva edir. Bu tədbirlər, həmçinin əsas əmək və sosial müdafiə
mexanizmlərinin, xüsusən həssas qrupların sosial həmrəyliyinin ziyan görməsi və zədələnməsinin qarşısını
almaq məqsədilə təmin edilməli və dəstəkləməlidir – hesabatda qeyd olunur.
Hesabatda, həmçinin qeyri-bərabərliklə bağlı tədqiqat və məlumatların, o cümlədən qeyri-bərabərlikdə
dəyişikliklərlə bağlı insanların anlayışları üzrə göstəricilərin təkmilləşdirilməsinə çağırılır. Bacarıqlar üçün
tələbat və həyatdan məmnunluqla bağlı dəyişikliklər arasında əlaqələr üçün növbəti faktlar mühüm
iqtisadi dəyişikliklərə uyğunlaşmaq, sosial və siyasi narahatlıqların azaldılması üçün zəruri olan siyasi
dəyişikliklərin idarə olunmasına da yardım edə bilər.
Press-reliz:
2017/AMA/041
Əlaqələr
:
Vaşinqtonda
: Yelena Karaban, +1 (202)
473-9277,
ekaraban@worldbank.org
AMA regionunda Dünya Bankının fəaliyyəti ilə bağlı daha ətraflı məlumat üçün:
http://www.worldbank.org/eca
Facebook s
ə
hif
ə
sind
ə
bizi b
ə
y
ə
nin:
http://www.facebook.com/WorldBankEuropeCentralAsia
Tvitterd
ə
bizi izl
ə
yin:
https://twitter.com/WorldBankECA
Müzakir
ə
y
ə
qoşulun
:
http://blogs.worldbank.org/europeandcentralasia