______________________________________________________ Poetika.izm
10
kimi, “nəbzini tutub, ürəyinə yaxşı qulaq asdıqda” – mətnin bətninə
girdikdə bu hissləri onun çap etdirdiyi əsərlərdə də sezmək, duymaq
mümkündür.
Tədqiqatçıları şairin əsərlərinin bulaq suyu kimi saf, təmiz, aydın
olmasına istinadən belə bir mülahizə də irəli sürürlər ki, Vurğunun şeir-
lərinin özü hər şeyi deyir, onların şərhə, izaha ehtiyacı yoxdur. Doğrudur,
Vurğunun əsərlərində çətin anlaşılan sözə, demək olar ki, təsadüf olunmur
və mətnin anlaşılmasında, təbii ki, onun dilinin aydın olmasının əhəmiy-
yəti böyükdür. Bununla yanaşı, müşahidələr təsdiq edir ki, mətndəki söz-
lərin başa düşülən, aydın olması, heç də əsərin məzmununun, müəllif ide-
yasının tam, axıradək anlaşılmasına, dərk olunmasına kifayət etmir. Bun-
dan ötrü mətnin tarixçəsi, mühit-müəllif-mətn əlaqələri dərindən, incəlik-
lərinə qədər öyrənilməlidir. Mülahizələrimizin təsdiqi üçün Vurğunun bə-
zi əsərlərinə müraciət edək.
S.Vurğun 1934-cü ildə belə bir qitə yazmış, onu həmin ildə çıxan
“Könül dəftəri” kitabına salmış, sonrakı kitablarına daxil etməmişdir:
Üzərimdə qara-qara,
İlan başlı buludlar var.
Gəril, sinəm hücumlara,
Ayğır dalınca toz qopar.
Bir il sonra, 1935-ci ilin 5 yanvarında şair başqa bir qitə (6 iyun
tarixli “Kirovabad bolşeviki” qəzetində çap etdirsə də, kitablarına daxil
etməyib) yazır:
Döyür pəncərəmi qışın rüzgarı,
Vaxtsız ölümmüdür üstümə gələn?!
Çəkilsin gecənin qaranlıqları,
Ömrə son sözümü deməmişəm mən,
Vaxtsız ölümmüdür üstümə gələn?!
Göründüyü kimi, qitələrdə mənası anlaşılmayan bircə söz belə yox-
dur. Amma, sözlərin mənasının anlaşılması mətnin dərk olunmasına kifa-
yət etmir: şairin hansı “qara buludlar”dan, ona yönələn hansı “hücum-
lar”dan danışdığı, üstünə nəyə görə “vaxtsız ölüm”ün gəlməsinin səbəbi
məlum olmur.
Analoji ədəbi faktlar şairin əsərlərində istənilən qədərdir. Hətta, hər
kəsin, heç olmasa, bir neçə bəndini əzbər bildiyi “Azərbaycan” şeirində
belə məzmunu kifayət qədər dərk edilməyən məqamlara təsadüf edilir.
Məsələn, anlaşılmır ki, S.Vurğun dillər əzbərinə, doğma yurdumuzun vi-
zit vərəqinə çevrilmiş məşhur “Azərbaycan” şeirində niyə Vətəni sevdi-
yinə eli şahid çəkir? İnsan övladını, anasını sevdiyini kimlərəsə nümayiş
______________________________________________________ Poetika.izm
11
etdirirmi? Bu, insanın borcu – vəzifəsi deyilmi? Vətən-Ana sevgisinin şa-
hidə ehtiyacı varmı? Təbii ki, yoxdur. Bəs bu müəmmalı çağırışın şeirdə
yer almasının səbəbi nədir? Yaxud, şeirdəki “Ayrılarmı könül candan?!”
misrası ilə şair nə demək istəyir? Əgər, könül – Vurğun, can – Azərbay-
candırsa, könülün candan, şairin Vətəndən ayrıla biləcəyinin səbəbi nədir?
Burada hansı ayrılıqdan söhbət gedir?
Ümumiyyətlə, şairin vaxtsız ölüm – qətlə yetirilmək, Vətəndən ay-
rılmaq xofu, təhdidi onun sonrakı əsərlərindən də keçir (Bir gün ömrüm
gedər bada // Məni yelkən kimi qərq etsə də dəryada Zaman və s.). Əgər
S.Vurğun yaradıcılığının ilk dövrlərində özünü bir şair kimi təsdiqə çalı-
şırsa, 1930-cu illərin ortalarından Vətənə, dövlətə sədaqətini təsdiqə cəhd
edir. Əlbəttə, bütün bu ədəbi faktların gerçək səbəbləri var və onlar öyrə-
nilmədən şairin yaradıcılığını dərk etmək mümkün deyil. Mülahizəmizin
təsdiqi üçün şairin bir neçə əsərinə qısa nəzər yetirmək belə kifayət edər.
S.Vurğunun 1936-cı ilin 2 avqustunda qələmə aldığı “Azad ilham”
adlı bir şeiri var. Şair burada haqsızlığın hökm sürdüyü – “sadə fırıldağın
həqiqəti boğduğu” bir dövrdə yaşayan, “haqq adlı divan qurmaq” istəyən,
müqabilində “diri-diri soyulan” Nəsimini, “göz yaşlarından doymayan”,
“karvanı dərd adlı səhrada qalan” Füzulini, “fars dilinə sinə gərən”, “ürək
nəğməsi daşlara dəyib, şüşə kimi çiliklənən”, “səsi boğulub, ahını min
dağ, min dərə əks etdirən” Vaqifi yada salır, onların dövrü və həyatı ilə öz
həyatı və dövrünü qarşılaşdırır, müqayisə edir və yazır:
Başımın üstündə nə yumruq durur,
Nə hicran səsi var mənim sazımda.
Nə qanun qoluma qandallar vurur,
Nə göylər darıxır xoş avazımda...
Bu və sonrakı bir neçə misrada demokratik bir ölkədə yaşadığını və
ilhamının azad olduğunu təsdiq üçün nümunələr gətirən, üstəlik Bayronu
da yarışa çağıran şair, sanki sadaladıqlarını “unudur” və haşiyə çıxıb
şeirin ümumi ruhundan kənara çıxır:
Kaman qaşlarını çatma, günəşim,
Min sızıltı qopar dost ürəyindən!
Dərin dəryalara batma, günəşim
Əzəldən düşmənəm qaranlığa mən!
...Mən ki qranlıqdan – qəfəsdən uzaq,
Könüllər yolçusu azad bir quşam.
Sən ey kinli baxış, tənəni burax,
Mən öz zəhmətimlə azad olmuşam!
...Kim keçər bu yerin daşından, deyin?
Vətəndən ayrılar hansı şərəfsiz?!
______________________________________________________ Poetika.izm
12
Bu misralarla yuxarıda təqdim edilənlər zərrəcə də olsa, təmas-
laşmır. Bunlar, sanki əvvəlkilərin davamı, eyni əsərin misraları yox, başqa
bir əsərin parçasıdır. Bu misralarda “ilhamı azad” olan yox, əksinə adları
çəkilən sənətkarlarla oxşar tale yaşayan bir şairi görürük.
Bu misralarla şairin kimə və nəyə işarə etməsi, ilk baxışdan, bir o
qədər də aydın olmur. Çünki, onlar yuxarıda təqdim edilən misralarla,
nəinki təmaslaşır, hətta başqa bir əsərdən götürülmüş təsiri bağışlayır. Bu
misralarda “ilhamın azad” olduğu bir ölkədə yaşayan şairi yox, əksinə,
adları çəkilən sənətkarlarla oxşar tale yaşayan bir şairi görürük. Bu mis-
raları şairin bioqrafiyası və xüsusilə ömürlüyünün 1930-cu illər mərhələsi,
eləcə də digər əsərləri və əsərləri haqqında yazılan tənqidlərlə tutuşdur-
duqda deyilənlərin – şairin özünə aid olduğu, işarə edilən sarsıntıları,
məhz özünün yaşadığı məlum olur.
Diqqət yetirdikdə, təqdim etdiyimiz parçanın əvvəlki misralarının
“Vaqif” dramından bir səhnəni xatırlatdığı da məlum olur:
Şairdir... qəlbi var, şirin sözü var,
Böyük bir ölkənin onda gözü var.
O, ölsə... dağlar da dil deyib ağlar,
Əfv edin... yaxşılıq qalır yadigar.
Yaxud, “Azad ilham”dan təqdim etdiyimiz parçanın son iki misra-
sının köməkliyi ilə “Azərbaycan” şeirində şairin Vətəni sevdiyinə eli
şahid gətirməsi (El bilir ki, sən mənimsən) və könülün candan ayrıla bil-
mək təhlükəsinin (Ayrılarmı könül candan?) səbəbini anlamaq mümkün-
dür. Beləliklə, məlum olur ki, S.Vurğun bu şeirində Nəsimini, Füzulini,
Vaqifi xatırlamaqla, təkcə onların halına yanmır, özünün də təqiblər, təz-
yiqlər, təhlükələr altında ömür sürdüyünü, adlarını çəkdiyi sənətkarlarla
oxşar tale yaşadığını nəzərə çatdırmaq istəyir.
Qeyd etdik ki, bu hissləri, bu duyğuları şair başqa əsərlərində də ya-
şamışdır. S.Vurğun 1937-ci ilin 2 sentyabrında alleqorik səpkidə “Bülbül
və bağban” adlı şeir yazmış, lakin onu çap etdirməmişdir (C.Abdullayev
şeiri üzə çıxarmış və 1968-ci ildə oxuculara təqdim etmişdir). Bu şeir də,
düşünürük ki, adlarını çəkdiyimiz əsərlərin məzmununun anlaşılmasına
işıq tutur.
“Bülbül və bağban” şeiri bülbülün (şairin), bağa – vətənə səda-
qətinin təsviri ilə başlayır:
Gözəl bir bağçada bir bülbül vardı,
Budaqdan-budağa uçub qonardı.
Onun yuvasıydı gülün yarpağı,
Dilindən düşməzdi vətən torpağı.
Dostları ilə paylaş: |