Tədrisi
Əllamə 1946-cı ildə Qum şəhərində məskunlaşaraq,
orada təfsir və hikmət dərslərinin tədrisinə başlamışdır.
Ustad uzun illər boyu yorulmaq bilmədən din və hikmət
müxalifləri ilə elmi mübahisələr təşkil etmiş, qərb və
şərqdən məqsədyönlü şəkildə müsəlmanları azdırmaq
üçün göndərilən ideoloji məktəblərlə elmi mübarizələr
aparmışdır. Əql və məntiq əsasında aparılan bu
misilsiz fəaliyyətlər əcnəbi təsirə qapılmış bir
çox alim və ziyalıların doğru yola
hidayətində müstəsna rol oynamış, həqiqət
axtarışında olanları dini həqiqətlərlə
yaxından tanış etmişdi. O, həyatının son
20 ilində təkcə ruhani təbəqəsinə deyil,
ziyalı sinfinə və qərbdə təhsil alan alim və
tələbələrə də əvəzsiz bir təsir mənbəyi
olmuşdur.
Əsərləri
“İslam və hər əsrin aktual ehtiyacları”,
“Fəlsəfənin əsasları və realizm metodu”,
“Sual və cavab”, “Əl-Mizan təfsiri (20 cild)”,
“Ölümdən sonrakı həyat”, “Çoxarvadlılıq və
İslamda
qadının
məqamı”,
“İslam
təlimlərinin xülasəsi”, “Sonu olmayan yeni
yaranış”, “Tövhid risaləsi”, “Müasir dünyada
şiənin vəzifəsi”, “İslamda şiəlik”, “Əli (ə) və
ilahi fəlsəfə”, “Dini əqidə və proqramlar”,
“İslamdan açıqlamalar”, “İslamda Quran”, “İslam
baxışında həzrət Məhəmməd (s)” və s.
Vəfatı
Əllamə Təbatəbai, öz yorulmaz səyləri ilə zəngin fəlsəfi-
teoloji məktəb ərsəyə gətirmiş mütəfəkkir 1981-ci ildə
haqq dünyasına qovuşmuşdur. Qətiyyətlə demək olar ki,
Əllamə Təbatəbainin İslam fəlsəfəsi üzrə hazırladığı
kadrlar, yetişdirdiyi alimlər, yazdığı dəyərli əsərlər və
göstərdiyi digər mühüm xidmətlər günümüzdə dünya
elminə və bəşəriyyətin səadətə çatmasına öz bəhrəsini
verməkdədir.
1
1- www.allametabatabaei.ir
Ayətullah Misbah Yəzdi buyurub:
Əllamə Təbatəbai (r.ə) mətanət, vüqar,
izzəti-nəfs,
təvəkkül, ixlas, təvazökarlıq
və digər yüksək əxlaqi keyfiyyətlərdə
misilsiz bir şəxsiyyət idi.
Əllamə Təbatəbai adı ilə tanınan Seyyid Məhəmməd
Hüseyn Təbatəbai (Allah qəbrini nurla doldursun) İslam
dünyasının iftixarı, son üç əsrdə ən məşhur müfəssir,
filosof və dahi İslam alimlərindən biri olmuşdur. Ustadın
ən mühüm əsəri müasir dövrdə böyük, əzəmətli və nəfis
təfsirlərdən sayılan iyirmi cilddə yazdığı «Əl-Mizan»
təfsiridir. Bu əsər indiyə qədər dəfələrlə çap olunmuş və
müxtəlif dillərə tərcümə olunmuşdur. Qədim dövrlərdə
yazılan təfsirlərin əksəriyyəti müasir tələblərə cavab
vermədiyindən, ustad belə bir əsər yazaraq İslam
dünyasına misilsiz xidmət göstərmiş, onu hal-hazırkı və
gələcək nəsillər üçün yadigar qoyub getmişdir. Əllamə
Təbatəbai həmin təfsirdə bir ayənin sair ayələr
vasitəsilə təfsir olunması metodundan geniş
istifadə etmişdir. Allahın lütfü sayəsində bu
əzəmətli kitab Azərbaycan dilimizə tərcümə
olunmaqdadır.
Təvəllüdü
Əllamə Təbatəbai 1904-cü ildə Təbrizdə
tanınmış bir ailədə dünyaya göz açmışdır.
Onun, ardıcıl olaraq on dörd nəsli, Təbrizin
məşhur seyyid və alim sülaləsindəndir. Əllamə
Təbatəbainin doğulduğu və böyüyüb boya-başa
çatdığı yer Təbriz şəhəri idi. Onun nəsli əvvəldən təkcə
bu şəhərdə deyil, bütün şiə aləmində elm və fəzilətlə
məşhur olmuş və ata-babası Təbrizin adlı-sanlı alim və
mütəfəkkirlərindən sayılmışlar. Əllamə Təbatəbainin
ömründən beş bahar keçməmişdi ki, bu körpənin həyat
səması qaranlıq və tutqunluğa büründü. O, əziz anasını
itirdi. Dörd ildən sonra doqquz yaşlı bu uşaq ata
itkisindən kədərə qərq oldu.
Təhsili
Təbrizdə mövcud olan ibtidai dini məktəbi bitirdikdən
sonra, 1925-ci ildə təhsilini davam etdirmək üçün
Nəcəfi-Əşrəf şəhərinə yola düşmüş və on il bu yüksək
elmi-dini mərkəzdə öz elmini təkmilləşdirməyə, müxtəlif
İslam elmlərinə yiyələnməyə başlamışdır. Əllamə
Təbatəbai təkcə fiqh və üsul elmi ilə kifayətlənməmiş,
ərəb dilinin qrammatikasında çox yüksək nailiyyətlər
əldə etmiş, qədim və müasir riyaziyyat sahəsində
müvəffəqiyyətlər qazanmışdır. Ustadın fəlsəfə, kəlam,
irfan və təfsir elmlərində qazandığı uğurlar hamını
heyrətləndirmiş, o, bu sahələrdə ictihad dərəcəsinə nail
olmuşdur.
Ustadları
Ayətullah Naini, Seyid Əbülhəsən İsfahani, Şeyx
Məhəmmədhüseyn İsfahani, Seyid Həsən Badkubei,
Seyid Əbülqasim Xansari, Ayətullah Höccət, Əliağa Qazi
Təbatəbai Təbrizi və s.
ƏLLAMƏ
TƏBATƏBAİNİN HƏYATI
İslam alimlərinin hüzurunda
Şəhid Ayətullah Mürtəza
Mütəhhəri (r.ə) əl-Mizan təfsiri
haqqında buyurub:
Bu son dərəcə dəyərli təfsirin
hamısı yalnız fikirləşməklə
yazılmayıb. Mən inanıram ki,
bu yazının əksər hissələri
qeybi ilhamlardır. İslami
mövzularda axtardığım əksər
sualların cavabını əl-Mizan
təfsirində tapmışam.
26
27
İmam Həsən Əskərinin (ə) şəhadəti
Məşhur nəzərə əsasən İmam Həsən Əskəri (ə) hicri təqvimi ilə 260-cı
il, rəbiül-əvvəlin 8-ci günü Samira şəhərində 28 yaşında şəhadətə
çatıb. O qərib İmam 28 yaşında ikən Mötəmid Abbasinin əli ilə
zəhərləndi və şəhadətə çatdı. Onun pak bədəni, Samirada məsum atası
İmam Hadinin (ə) pak məzarının yanında dəfn olundu.
1
Həzrət Peyğəmbərin (s) mübarək təvəllüdü
Rəbbiül-əvvəl ayının (12) və 17-si, bütün dünya müsəlmanları İslam
Peyğəmbəri həzrət Məhəmmədin (s) mübarək mövlud, yəni doğum
gününü qeyd edirlər (azğın vəhhabilərdən başqa). Eyni zamanda bu
günlər bir çox yerlərdə müsəlmanların birliyinə, yaxınlaşmasına,
vəhdətinə xidmət edərək “Vəhdət Həftəsi” kimi də qeyd olunur.
Peyğəmbərlərin sonuncusu gəldi ki, bəşəriyyəti nadanlıq və küfr
əsarətindən xilas etsin, onları nur və səadət yoluna tərəf hidayət etsin.
Minlərlə peyğəmbərlərin ən ağır işkəncələrə qatlaşıb daşıdıqları
peyğəmbərliyi kamal nöqtəsinə və zirvəyə çatdırsın. Əziz
peyğəmbərimizin (s) təvəllüdü münasibəti ilə başda İmam Mehdi (ə.f)
olmaqla, bütün islam aləmini təbrik edirik!
İmam Cəfər Sadiqin (ə) mübarək təvəllüdü
Hicri təqvimi ilə 83-cü il, rəbiül-əvvəl ayının 17-ci günü bazar ertəsi,
İmam Cəfər Sadiq (ə) Mədinədə dünyaya göz açdı və varlıq aləminə
camalının nuru ilə səfa və təravət bağışladı. Onun uca atası İmam
Məhəmməd Baqir (ə) və əziz anası Ümmü-Fərvə pəhrizkar, imanlı və
yaxşı əməl sahibi olan qadınlardan idi. İmam Cəfər Sadiq (ə) şiə bilik
ocağının təsis edilməsində böyük işlər görmüşdür. Həqiqətləri açmaq
üçün yaranan münasib vəziyyət, İmam Sadiqdən (ə) başqa məsum
İmamların heç bir üçün irəli gəlməmişdi. O həzrət, geniş şəkildə
mədəni, elmi inqilab edərək, həqiqi İslam maarifini bütün İslam
aləminə yaydı. Belə bir şərait İmamlardan heç birinə nəsib olmamışdı.
Bu münasibətlə bütün müsəlmanları təbrik edir, imamlarımızın
gətirdiyi dəyərləri daha dərindən başa düşməyi, yaşamağı, yaşatmağı
hər birinizə arzu edirik.
Həzrət Peyğəmbərin (s) Məkkədən Mədinəyə hicrəti
Həzrət Peyğəmbəri-Əkrəm (s) 13 il müddətində Məkkə şəhərində
insanları tək olan Allaha ibadət etməyə çağırdı. İslam dininə dəvət etdi.
Bu yolda çox əzab-əziyyətlərə dözdü. Lakin Məkkədə çox az insan ona
iman gətirdi. Əlavə olaraq Məkkə müşrikləri müsəlmanları incidir,
onlara işgəncə verirdilər. Vəziyyətin dözülməz hala çatdığı bir zaman
Allah-təala tərəfindən Peyğəmbərin (s) və müsəlmanların Mədinə
şəhərinə hicrət etmələri əmri gəlir. Peyğəmbərin (s) Məkkədən
Mədinəyə köçməsi hicrət adlanır və İslam tarixinin başlanğıcı hesab
olunur.
1- Əl-İrşad, c. 6, səh. 242
Münasibət
“Əminullah ziyarəti”
1
adı ilə tanınmış bu ziyarət son
dərəcə mötəbər ziyarətlərdən
sayılır, bütün ziyarət və dua
kitablarında nəql olunmuşdur.
Əllamə Məclisi buyurmuşdur ki,
bu ziyarət həm mətn, həm də
sənəd baxımından ən üstün
ziyarətlərdən sayılır və onu bütün
müqəddəs hərəmlərdə oxumaq
lazımdır. Bu ziyarət mötəbər
sənədlərlə İmam Məhəmməd
Baqirdən (ə) və o Həzrət də İmam
Zeynəl-abidindən
(ə)
nəql
etmişdir ki, həzrət Zeynəl-abidin
(ə) Əmirəl-möminin Əlinin (ə)
ziyarətinə gəlib, Həzrətin qəbri
yanında duraraq ağladıqdan sonra
belə demişdir:
“Əssəlamu ələykə ya əminəllahi
fi ərzih. Və huccətəhu əla ibadih.
Əssəlamu ələykə ya Əmirəl-
muminin. Əşhədu ənnəkə cahədtə
fillahi həqqə cihadihi və əlimtə
bikitabihi
vəttəbətə
sunənə
nəbiyyihi səlləllahu ələyhi və alihi
hətta
dəakəllahu
civarihi
fəqəbəzəkə iləyhi bi ixtiyarihi və
alzəmə ədaəkəl-huccətə məəma
ləkə minəl-hucəcil-baliğəti əla
cəmii xəlqih. Əllahummə fəcəl-
nəfsi mutməin nətən biqədərik.
1- Duanın tam mətni üçün «Məfatihul
Cinan» kitabına müraciət olunsun.
Raziyətən
biqəzaik.
Muləətən bizikrikə və
duaik. Muhibbətən li
səfvəti
əvliyaik.
Məhbubətən fi ərzikə və
səmaik. Sabirətən əla
nuzuli bəlaik. Şakirətən
lifəvazili nəəmaik. Zakirətən
lisəvabiği alaik. Muştaqətən
ila
fərhəti
liqaik.
Mutəzəvvidətənit-təqva liyəvmi
cəzaik. Mustənnətən bisunəni
əvliyaik. Mufariqətən liəxlaqi
ədaik. Məşğulətən ənid-dunya
bihəmdikə və sənaik.”
Sonra Həzrət mübarək üzünü
qəbirin üzərinə qoyub dedi:
“Əllahummə innə qulubəl-
muxbitinə iləykə və alihətun. Və
subuklər-rağibinə iləykə şariətun.
Və
əlaməl-qasidinə
iləykə
vazihətun. Və əfidətəl-arifinə
minkə faziətun. Və əsvatəd-dainə
iləykə saidətun. Və əbvabəl-
icabəti ləhum mufəttəhətun. Və
dəvətə mə nacakə mustəcabətun.
Və təvbətə mən ənabə iləykə
məqbulətun. Və dəvətə mə nacakə
mustəcabətun. Və təvbətə mən
ənabə iləykə məqbulətun. Və
əbrətə mən bəka min xəvfikə
mərhumətun.
Vəl-iğasətə
limənistəğasə bikə məvcudətun.
Vəl-ianətə limənistəanə bikə
məvcudətun məbzulətun. Və
idatikə liibadikə muncəzətun və
zələlə mənistəqaləkə muqalətunvə
əmaləl-aləminə
lədəykə
məhfuzətun və ərzaqəkə iləl-
xəlaiqi minlədunkə nazilətun. Və
əvaidəl-məzidi iləyhim vasilətun.
Və
zunubəl-mustəğfirinə
məğfurətun. Və həvaicə xəlqikə
indəkə məqziyyətun. Və cəvaizəs-
sailinə indəkə muvəffərətun. Və
əvaidəl-məzidi mutəvatirətun. Və
m ə v a i d ə l - m u s t ə t i m i n ə
muəddətun. Və mənahiləz-zimai
lədəykə mutrəətun. Əllahummə
fəstəcib duai vəqbəl sənai vəcmə
bəyni və bəynə əvliyai bihəqqi
Muhəmmədin və Əliyyin və
Fatimətə vəl-Həsəni vəl-Husəyn.
İnnəkə vəliyyu nəmai və muntəha
munayə və ğayətu rəcai fi
munqələbi və məsvayə”.
“Kamiluz-ziyarət”
kitabında
aşağıdakı sətirlər də yazılmışdır:
“Əntə İlahi və Səyyidi və
Məvlayə iğfir liəvliyaina. Vəkuffə
ənna ədaəna. Vəşğəlhum ən
əzana. Və əzhir kəlimətəl-həqqi
vəcəlhəl-ulya. Və ədhir kəlimətəl-
batil. Vəcəlhəs-sufla. İnnəkə əla
kulli şəyin qədir.”
2
İmam Məhəmməd Baqir (ə)
buyurmuşdur: “Bizim şiələrimiz-
dən hər kəs bu ziyarət və duanı
Əmirəl-möminin Əli (ə) və ya sair
İmamlardan
birinin
qəbri
kənarında oxuyarsa, şübhəsiz
Allah-təala onun bu ziyarət və
duasını nurdan olan bir məktubda
yuxarılara aparar və Həzrət
Məhəmmədin (s) möhürünü ona
vurar və o qorunaraq həzrət
Sahibəz-zamana (ə.f) təhvil
verilər. Həzrət də onun sahibini
müjdə, zəhmət və kəramət ilə
qarşılayar”
3
“Əminullah ziyarəti”, bütün
müqəddəs hərəmlərdə oxunan
ziyarətnamədir.”
4
2- Kamiluz-ziyarət, 11-ci hissə, səh. 39,
hədis 1
3- Məzare-Kəbir, səh. 282
4- Biharül-Ənvar, cild 53, səh. 312-316
Əminullah ziyarəti
Dua
28
29