361
gəlir. Bunun müqabilində isə ədəbiyyatımızın ən qiymətli nü-
munələrini “arxiv”də saxlayır, üzə çıxarmırıq. Halbuki bu nü-
munələrə ehtiyacımız var və onlardan faydalanmağımız çox
vacibdir.
Professor Əhməd Musa Salim hesab edir ki, ərəb ədəbiy-
yatı erkən dövrlərdən korlanıb. Korlanmış ədəbiyyatın ən
bariz nümayəndələri Əbu Nüvas, İbn Rumi və başqalarıdır.
Çünki kökü-əsilləri ərəb deyildir...
Professorumuza olan böyük ehtiramıma baxmayaraq, bu
məqamda onunla razılaşmıram. Əsilləri təmiz ərəb olan elə
şairlər vardır ki, ədəbiyyatda ən aşağı səviyyəyə enmişlər. Mə-
gər İmrulqeys özünün gülünc şerlərində şərəfli-izzətli nümu-
nə idi?!
Düşünürəm ki, İmrulqeys ibn Maliki
∗
gündəmə gətirib
məşhurlaşdırmaq, ədəbi yaradıcılığı çox da olmayan, amma
əxlaqda zirvəyə ucalmış, həyatın ehtirama layiq gərdişinə sinə
gərmiş şairlərə, o cümlədən Ürvə ibn əl-Vərd əs-Sə`luka
∗∗
isə
“sanki heç belə şair olmayıb” münasibəti bəsləmək bir cina-
yətdir.
∗
İmrulqeys (500-540): Cahiliyyət dövrü şairlərindəndir. “Müəl-
ləqə”si çox məşhurdur – tərcüməçinin qeydi.
∗∗
Ürvə ibn əl-Vərd ibn Zeyd əl-Əbəsi (vəfatı – 594): Cahiliyyət
dövrü poeziyasının ən qüdrətli nümayəndələrindən biridir – tərcü-
məçinin qeydi.
362
Əbu Təmmamın
∗
“Həmasə” divanı, Əbu Əli əl-Qalinin
“Əmali”si və “əl-İqd əl-Fərid” ilə tanışam; mədhiyyə və həcv-
ləri, əxlaqi-didaktik qəzəlləri, vəsfiyyələri oxumuşam; həyatın
enişli-yoxuşlu, sevincli-kədərli, ağlamalı-gülməli məqamların-
dan, duyğulardan, müdriklikdən bəhs edən ədəbiyyat nü-
munələrinə də vaqifəm. Görmüşəm ki, klassik ədəbiyyatımızın
İngilis, Fransız və Rus ədəbiyyatı ilə müqayisədə daha qiy-
mətli, daha faydalı tərəfləri vardır...
Ərəb dili vəhyin dilidir, islamın da, həmçinin. Elə isə ərəb-
lərə onu yayğın hala gətirmək vacibdir...
Əslində, risalətin ümumbəşəriliyi dilin də ümumbəşəriliyi
mənasına gəlir. Bu səbəbdən erkən dövr müsəlmanları is-
lamla yanaşı ərəb dilini də yaymışlar. Onların bu işdəki zəh-
məti diqqətəşayandır.
Həmçinin, qeyri-ərəb xalqlar ərəb dilini əməlli-başlı öy-
rənməyə, ərəbcə yazıb-danışmağa xüsusi əhəmiyyət vermiş-
lər.
Ərəblilik soy-əsil olaraq deyil, əksinə, dil olaraq qəbul
edildiyində ərəbcə danışan hər kəs dinində də, millətində də
ərəbə çevrilir; o, hər bir şeydə əsil ərəblərə oxşayır, hətta öz
elmi dühası ilə onlardan üstün ola bilir; onlara məscidlərdə
imamlıq edir, Quran və hədis elmlərini öyrədir. O da mə-
lumdur ki, tabein dövründə və sonralar qeyri-ərəb millət-
∗
Əbu Təmmam (vəfatı – 845): Abbasilər dövrü şairlərindəndir. Şerlə-
rində sözlərə müxtəlif mənalar vermiş və bununla da məşhurlaş-
mışdır – tərcüməçinin qeydi.
363
lərin mənsubları sözügedən sahələrdə ərəbləri qabaqlamışdı-
lar.
Qeyd edək ki, xalq kütlələri bu vəziyyət qarşısında heç bir
narahatlıq keçirməmişdir; onlar bu reallığı könülsevənliklə
qəbul etmişdilər. Müttəqilərə irqi təəssübkeşlik yaddır!
Quran və hədislərin aşıladığı insanpərvərlik imkan verdi ki,
fateh ərəblər fəth etdikləri ölkələrin əhalisi arasında “əri-
sinlər”. Hər kəs ərəb-müsəlman oldu; gələnlərlə yerlilər ara-
sında fərq qalmadı.
Amma bəzi kəmağıl və qısır zehniyyətli insanlar görəndə
ki, zəhmət və fədakarlığa aparan yol çala-çuxurludur, irqi
çəkişmələri, qəbilələrarası qan davalarını qızışdırmaq yolu ilə
öz geriliklərini ört-basdır etmək istədilər. Beləliklə, şüubiyyə
və ərəb millətçiliyi təmayülü yarandı.
Bu iki təmayüldən hansının digərinin səbəbi rolunu oy-
nadığını araşdırmaq fikrim yoxdur. Bir onu bilirik ki, sözü-
gedən mənfur təmayüllər islamın təmiz abı-havasına yaxşı
şey bəxş etməyib...
Amma xalq kütlələri ixlasla, ruh yüksəkliyi ilə islama
xidmət edirdilər. Onlar başa düşürdülər ki, milli mən-
subluqları ilə öyünüb haray-həşir salanlar öz alçaqlıqlarını
ört-basdır etmək istəyən düşüncəsizlərdir...
Özlərini əvvəlki fatehlərin nəvələri hesab edən ərəblər
qədim və saf dillərini, ədəbiyyatlarını başqalarına öyrətməkdə
çalışqanlıq göstərməlidirlər. Onlar etinasızlığın qurbanı olmuş
ədəbi irslərində sonsuz sərvətlə qarşılaşacaqlar. Bu sərvətin
içərisindən islam fitrəti ilə, ülvi insanpərvərliklə nurlanmış
yararlı incilər tapmaq mümkündür...
364
Qeyri-ərəblərə gəlincə, onlar öz növbəsində vəhyin dilini
dəqiq şəkildə öyrənməli, yazıda və danışıqda üslublarını gö-
zəlləşdirməklə Allaha yaxınlaşmalıdırlar. Vaxtı ilə onların bu
sahədə gördükləri işləri danmaq mümkün deyildir.
Əbu Nüvasın yaradıcılığını araşdırıram, professor Əhməd
Musanın bəyənmədiyi beytlərə nəzər salıram; müəyyən tə-
rəflərinə görə mən də həmin beytlərə vurğun deyiləm. Sözü-
gedən beytlərə nəzər salaq:
Bədbəxt şair xarabalığın yanından keçib, obasını xəbər alır,
Mən də oradan keçir, amma şərab dükanlarını xəbər alıram.
O, Bəni-Əsədin keçmişinin xarabalıqlarına ağlayır,
(Deyirəm:) etdiyin şey düz deyil
∗
və bir de görək mənə:
Kimdir Bəni-Əsəd, kimdir Təmim və Əkəl, kimdir Yəmən
∗∗
?
Ərəblər Allahın nəzərində heç kimdirlər!
Əbu Nüvas bu həyasızlıq nərdivanında heç də İmrulqeysdən
yuxarı pillədə dayanmır. O İmrulqeys ki, deyib:
Sən boylu bir qadına oxşayırsan
O qadına ki, gecə yanına getdim
Onunla əyləndim və o –
Südəmər uşağını mənə görə kənara atdı.
∗
Yəni, nə üçün ağlayırsan? Onlar ki ağlanılacaq qədər dəyərə sahib
deyillər; onlar nə qoyub gediblər ki, göz yaşı axıdırsan? – tərcüməçinin
qeydi
.
∗∗
Qədim ərəb qəbilələrinin adlarıdır – tərcüməçinin qeydi.
Dostları ilə paylaş: |