FARUQ SÜMƏR
20
maklar, Qritdəki müsəlmanlar, albanlar və bosniyalılar kimi öz ana dillərin-
də danışan görəcəkdik. Şərqi və Cənub-Şərqi Anadoluya keçməzdən əvvəl
belə bir ümumi qaydanı xatırlatmaq yerinə düşərdi. O qayda budur ki, bir
qövmün bir yerdəki siyasi hakimiyyəti nə qədər uzun sürürsə-sürsün və o
yerdəki yerli xalqın mədəni səviyyəsi nə qədər aşağı olursa-olsun, əgər hə-
min qövm lazımi qədər əhali çoxluğuna malik deyilsə, başda dili olmaq üzrə
milli mədəniyyətinin o yerdə hakim mövqeyə yüksəlməsi mümkün deyil.
Bu gün doqquz əsrlik çox uzun bir siyasi hakimiyyətə baxmayaraq Şərqi və
Cənub-Şərqi Anadolu ərazisinin bəzi yerlərində xalqın türkcə danışmaması
bununla əlaqədardır. Şərqi Anadolu ilə Cənubi Anadolu
1
öz coğrafi vəziy-
yəti və iqlim xüsusiyyətləri ilə Anadolunun orta və qərb bölgələrinə nəzərən
türk oymaqlarının yerləşməsinə daha az əlverişli idi. Digər tərəfdən, bu böl-
gələrdə şəhər həyatının xeyli inkişaf etdiyini və vergi qayğısı ilə yerli xalq
üstündə əsən dövlətin də qısa bir müddətdə möhkəm hakimiyyət qurduğunu
bilirik. Bu səbəblər üzündən türk əhalisi adı çəkilən bölgələrin ancaq Ərzu-
rum, Axlat və Harput kimi bəzi yerlərində və digər bəzi şəhər və qəsəbələ-
rində öz güclü təsirini göstərə bilmişdir. Bununla bərabər, monqol istilası
səbəbilə gələn türkmənlərin bir qismi də bu bölgələrdə yurd salmışdı. Bu
türkmən elatını başlıca olaraq ağqoyunlular və qaraqoyunlular təmsil edirdi.
Bundan başqa, yenə həmin bölgələrə oyratlar, sutaylar və bu kimi monqol
tayfaları da gəlmişdilər. Bu türk və monqol əhalisi bölgələrin qövmi çöhrə-
sini dəyişdirəcək çoxluqda olub təsirini də göstərməyə başlamışdı. Lakin da-
xili çəkişmələr üzündən monqol ünsürünün çoxu buradan getdi. Çox keçmə-
dən XV əsrdəki fütuhatları ilə əlaqədar qaraqoyunlulardan böyük bir hissə
İrana köçdü. Ağqoyunlulara gəlincə, onlar Şərqi və Cənub-Şərqi Anadolu-
dakı bütün yerli hakim və əmirlərin siyasi fəaliyyətinə son vermək qayəsini
şüurlu bir şəkildə daşıyırdılar. Uzun Həsən bəy zamanında yorulmadan tət-
biq edilən bu qayə həyata keçmişdi. Ancaq ağqoyunluların qaraqoyunluları
ortadan qaldıraraq onların torpaqlarını ələ keçirmələri əhəmiyyətli dərəcədə
ağqoyunlu türkünün də İrana getməsinə səbəb olmuşdur. Səfəvilərlə eyni
məzhəbdən olan və ya onların xidmətinə girmək istəyən türk oymaqlarının
gedişi də bunun ardınca baş verdi. Bölgələrin bugünkü qövmi vəziyyəti isə
osmanlı hakimiyyətindən qalmışdır. Əgər bu bölgələr səfəvilərin əlində qal-
saydı, türk dilinin oralarda rəqibsiz bir dil halına gəlməsi ehtimalı çox idi.
Səlcuqlu hakimiyyəti 1240-cı ildə özünün ən yüksək nöqtəsinə çatmışdı.
Bu ərəfədə onların qərb hüdudu ümumiyyətlə Muğla vilayətindəki Dalaman
çayından başlayaraq Dənizli və Kütahya önlərindən keçib Sakaryaya çatırdı.
Cənubda Çuxurova ərazisi də səlcuqlu sərhədinin xaricində qalırdı. Ancaq
buradakı erməni krallığı səlcuqlulara vergi verir, müharibə zamanı isə əsgər
göndərirdi. Səlcuqlu hüdudu şərqdə Ərzrum və Diyarbəkir ətrafını öz içinə
1
Cənub-Şərqi Anadolu sözü ilə Urfadan Hakkariyə qədər olan ərazini nəzərdə tuturuq.
OĞUZLAR (TÜRKMƏNLƏR)
21
alırdı. Trabzon bölgəsindəkı yunan dövləti də səlcuqluların vassalları arasın-
da idi. Bundan başqa, Hələb və Şam əyyubilərinin də səlcuqlulardan asılı ol-
duqlarını bilirik.
Yuxarıda göstərilən dövrdə Türkiyə abad və varlı bir ölkə vəziyyətində
idi. Səlcuqlu xanədanı şüurlu bir iqtisadi siyasət güdərək birinci dərəcəli
beynəlxalq ticarət yollarının Türkiyədən keçməsinə müvəffəq olmuşdu. Bu
məqsədlə ölkəsini içində təbib, baytar, hamam, hətta çalğıçı dəstəsi olan
karvansaralar şəbəkəsi ilə örtmüş, çaylar üstündən böyük daş körpülər sal-
mışdı. Digər tərəfdən səhiyyə işlərinə də əhəmiyyət verərək əsas səlcuqlu
şəhərlərində xəstəxanalar inşa edilmiş və çoxsayda mədrəsələr açılmışdı.
Türk dilinin ədəbi üslubunu məhz bu mədrəsələrdə yetişənlər yaratmışlar.
Əlbəttə, bunlardan bəhs edərkən səlcuqlu dövrünün təxminən 230 il sürdü-
yünü, bunun bir əsrinin Bizansla fasiləsiz mübarizədə, 50 ilinin isə monqol
hakimiyyəti altında keçdiyini unutmamalıyıq. Beləliklə, səlcuqlular Türki-
yənin qurucusu olduqları, ölkəsini abad, xalqını rifahlı qıldıqları və bir çox
baxımlardan orijinal sayıla biləcək mədəniyyət yaratdıqları üçün türk millə-
tinin heyranlıq və minnətdarlığını qazanmışlar. Tədqiqatlar dərinləşdikcə
onların siyasi, iqtisadi və mədəni sahələrdə qazandıqları uğurların əhəmiy-
yəti, şübhəsiz, daha dolğun bilinəcəkdir.
Yuxarıda göstərilən dövrdə Anadoludakı xristianların əksəriyyəti şəhər-
lərdə yaşayırdı. Dövlət onları ən təhlükəsiz şəkildə şəhərlərdə qoruya bilirdi.
Xristianların siyasi həyatda heç bir rolları yox idi, onların əhəmiyyəti yalnız
dövlətə müntəzəm vergi verən müstəhsil adamlar olmalarında idi. İctimai
həyatdakı mövqelərinə gəlincə, bu, İraq və Suriyadakı xristianların mövqe-
yindən fərqlənmirdi. Böyük səlcuqlu şəhərlərində iğdişlər adlanan, başların-
da iğdişbaşılar duran zümrələr də vardı. Bu zümrələrin yaşadıqları şəhəri
düşmən hücumlarından müdafiə etmək kimi xüsusi hərbi vəzifə daşıdıqları
məlumdur, ancaq onların bu sahədə o qədər də əhəmiyyətləri yoxdu. Bu
zümrələr XIII əsrin sonlarında tamamilə ortadan qalxmışdı. İğdişlərin milli
mənşəyi yaxşı bilinmir. «İğdiş» türk sözü olub «mələz» deməkdir, yəni vali-
deynlərindən biri türk olmayan adam mənasına gəlir və ərəb dilinə «müvəl-
ləd» (anası ərəb olmayan) kəlməsilə tərcümə edilir. Doğrudan da, XII əsrdə
yerli qadınlardan doğulmuş türklərə də ərəbdilli əsərlərdə «ətrak ül-müvəl-
lədin» (yəni mələz türklər) deyilirdi. Əcəba, Anadoludakı iğdişlər də belə
idilərmi? Ancaq belə bir ehtimalı təsdiq edən dəlillər hələ tapılmamıdır.
Gerçək olan xüsus odur ki, onlar siyasi və hərbi sahədə olduğu kimi, digər
baxımdan da əhəmiyyətli bir zümrə olmamışlar. Qaynaqlarda onlardan nadir
hallarda və mübhəm bir şəkildə bəhs edilmələri də bu cəhətlə bağlıdır.
Bununla belə, iğdişlərin dönmə olmaları da mümkündür. Səlcuqlu şəhər-
lərində türklərdən başqa, əksərən İrandan gəlmiş sənətkar, tüccar və ziyalı-
lardan ibarət digər müsəlmanların da yaşadıqları məlumdur. Kəndlərə gəlin-