15
Göründüyü kimi, məşğələ zamanı tələbələrdə diqqət və iradə kimi psixoloji
qüvvələri inkişaf etdirmək imkanları var. Bu cür imkanların olduğunu bilmək və
onları işə salmaq, tələbələri bu işə cəlb etmək müəllimin öhdəsinə düşür.
Hafizə ilə əlaqədar misal gətirək. Müəllim növbəti məşğələdə mövzunu
konkret tələbədən soruşacağını ona bildirir. Məşğələnin vaxtı çatır. Müəllim
sözünя əməl edir. Həmin şagirdə deyir:
-Buyur, mövzunu danış!
Tələbə ayağa qalxır. Bir qədər danışır, səsinin tonu aşağı düşür, yazıq-yazıq
müəllimin üzünə baxıb and-aman edir:
-Müəllim, vallah mövzunu bir neçə dəfə oxumuşam, amma yadımda qalmır;
sizə baxanda her şeyi unuduram.
Söhbətdən müəllimə aydın olur ki, tələbə mətndə işlənən bəzi sözlərin
mənalarını başa düşmədən əzbərləmək yoluna üstünlük verir. Müəllim onu da
müəyйənləşdirir ki, mətndə işlənən sözlərin (məfhumların) mahiyyətindən tələbə
ona görə hali deyil ki, həmin sözlərin işlədildiyi və öyrənildiyi məşğələlərdə iştirak
etməmişdir.
Vəziyyəti və onu doğuran səbəbləri dəqiqləşdirən müəllim bu cür tələbələrə
qısa izahat vermək qərarına gəlir:
-Əziz tələbələr! Keçdiyimiz mövzuları dərinдən mənimsəməyin və yadda
saxlamağın bir sıra şərtləri vardır. Bu şərtlərdən biri də oxuduğumuz mətnlərdə
işlədilən sözlərin (məfhumların) hər birinin ifadə etdiyi mənanı dərk etmək, başa
düşməkdir. Bundan ötrü məşğələляrin hamısında iştirak etmək zəruridir;
məşğələlərdə ara-sıra olmaq böyük nöqsandır. Nəzərə alın ki, hər sonrakı mövzu
юzцndən əvvəl gələn mövzular əsasında öyrənilir; hər hansı mövzunu qavramaq,
başa düşmək və mənimsəmək üçün ondan əvvəlki mövzuları dərindən öyrənmək
tələb olunur.
Təlim, tərbiyə, təhsil və psixoloji inkişafın vəhdətini, bunların bir-birini
tamamladığını bilmək, nəzərə almaq yalnız tələbəlik fəaliyyəti üçün faydalı deyil.
Bu, tələbəyə gələcək müəllimlik fəaliyyətində daha çox gərəkli olacaq. O, pedaqoji
prosesin tamlığına dair ali məktəbdə qazandığı bilik və bacarıqdan sinif müəllimi
16
kimi istifadə edəcəkdir; çalışacaqdır ki, ibtidai təhsili həyata keçirərəkən onun
tərbiyəvi və psixoloji inkişaf imkanlarını araşdırsın və bu imkanları reallaşdırsın;
təşkil edəcəyi sırf tərbiyəvi tədbirlərdə təhsilləndirici və inkişafetdirici məqamları
unutmasın, biliklərin və mənəvi keyfiyyətlərin şagirdlərdə uğurla formalaşmasına
yardımçı olan diqqət, iradə, təxəyyül, təfəkkür, hafizə kimi psixoloji qüvvələri
hərəkətə gətirsin.
3.Pedaqoji proses və cəmiyyət arasında qarşılıqlı asыlılıq.
Real həyatda pedaqoji proses cəmiyyətdən, cəmiyyət isə pedaqoji prosesdən
asılıdır. Asılılıq qarşılıqlıdır.
Pedaqoji prosesin, yəni təlimin, tərbiyə və təhsilin cəmiyyətdən asılılığı bir
sıra cəhətdən aydınlaşdırılır. Əvvəla, respublikamızda uşaq bağçasından tutmuş
universitetlərə, təhsil verən akademiyalaradək bütün tədris müəssisələri ya dövlət
tərəfindən açılır, yaxud açılmasına döвlət icazə verir. Azərbaycan Respublikasında
dövlətин razılığı olmadan heç kəs, heç bir təşkilat tədiris müəssisəsi aça və ya
istifadəyə verə bilməz.
İkincis, dövlət tədris müəssisələrini müvafiq bina ilə, avadanlıqlarla, tədris-
texniki vasitələrlə, dərslik və dərs vəsaitləri ilə, torpaq sahəsi ilə təmin edir.
Üçüncüsü, tədris müəssisələrinin kadr təminatı ilə müvafiq dövlət orqanları
məşğul olur; aşağıdan yuxarıyadək kadrların elmi və pedaqoji səviyyələrini
artırmaq üçün zəruri şərait yaradılır.
Dördüncüsü, dövlət tədris müəssisələri dövlət tərəfindən maliyyələşdirilir.
Beşincisi, tədris müəssisələrinin fəaliyyəti üzərində nəzarəti də dövlət
orqanları həyata keçirir.
Altıncısı, zərurət yarandıqda bu və ya digər tədris müəssisəsinin fəliyyətinə
xitam vermək, yaxud onun fəalyyətinə başqa istiqamət vermək hüququ dövlətə
məxsusdur.
Nəhayət, tədris müəssisələrinə qəbul planının müəyyənləşdirilməsi, ixtisaslar
üzrə kadr hazırlığının tənzimlənməsi də dövlətin səlahiyyətindədir.
Sadalanan faktlar göstərir ki, Azərbaycan Respublikasında pedaqoji proses,
yəni təlim, tərbiyə və təhsil, habelə onlardan ayrılmaz olan psixoloji inkişaf
məsələləri cəmiyyətdən, dövlətdən asыlıdır. Onu da nəzərə alamalıyıq ki,
mövcudluğu dövlətdən, cəmiyyətdən asыlı olan pedaqoji proses də, öz növbəsində,
cəmiyyətə, dövlətə təsir göstərir.
17
Əvvəla, tədris müəssisələrində xalqın, cəmiyyətin, dövlətin gələciyi
formalaşdırılır. Ölkəmizin bütün sahələrində, həm sosial-iqtisadi və həm də
mədəni-siyasi sahələrində indi fəaliyyət göstərən və gələcəkdə də fəaliyyət
göstərəcək mütəxəssislər orta ümumtəhsil məktəblərindən, ali və orta ixtisas-peşə
təhsili məktəblərindən keçib gedirlər. Tədris müəssisələrində gənc nəslin aldığı
təlim, tərbiyə və təhsilin səviyyəsi, gənc nəsildə formalaşan psixoloji qüvvələrin
səviyyəsi ölkəmizin bütün sahələrində əks səda verir. Tədris müəssisələrimizdə
həyata keçirilən təlim, tərbiyə və təhsilin səviyyəsi nə qədər yüksək olursa, sosial-
iqtisadi və mədəni-siyasi həyatda uğurlarımız da bir o qədər artır; təhsildə qüsurlar
olduqda isə cəmiyyət əziyyət çəkir, dövlət narahatlıq keçirir, yeni-yeni problemlər
yaranır.
Sual olunur: Pedaqoji proses və cəmiyyət arasında qarşılıqlı əlaqənin
olduğunu indiki tələbənin - gələcək sinif müəlliminin bilməsi ona nə verir?
Belə hesab edirik ki, bu məsələnin tələbəyə də, gələcəkdə sinif müəllimi
olacaq şəxsə də, şagirdə də bilavasitə dəxli vardır. Sözü gedən qarşılıqlı asılılıqdan
xəbərdar olan tələbə, əvvəla, cəmiyyətdə öz yerini və rolunu çətinlik çəkmədən,
asanlıqla müəyyənləşdirəcək. Bir tələbə kimi, o, daha yaxşı oxumalı olacaq.
İkincisi, xalqımıza, dövlətimizə ləyaqətlə xidmət etmək məqsədi ilə özünü
nümunəvi müəllim kimi hazırlamağa çalışacaq. Üçuncüsü, özündə formalaşdırdığı
həmin keyfiyyətləri sabah şagirdlərinə də aşılamağa səy göstərəcək. Sinif müəllimi
kimi fəaliyyətdə olarkən gənc nəslin təhsilə dövlət qayğısından söz açacaq, yeri
gələndə şagirdlərinə müraciətlə soruşacaq:
-Uşaqlar, gəlin belə bir sual ətrafında düşünək və fikirlərimizi bildirək:
Sizин- uşaqların təhsilinə göstərilən dövlət qayğısına biz nə ilə, necə cavab verə
bilərik?
Uşaqların söylədikləri müxtəlif fikirləri müəllim belə yekunlaşdıra bilиr:
dövlətin qayğısına yaxşı oxumağımızla, nümunəvi davranışımızla cavab verərиk,
dövlətimiz üçün ləyaqətli vətəndaş olmağa çalışmaqla cavab verərik.
Yönəldici və düşündürücü çalışmalar.
1. Pedaqoji prosesin tamlığıны, yəni təlimин, tərbiyəнин, təhsil və psixoloji
qüvvələrin vəhdətdə olduğunu bilən və öz fəaliyyətində nəzərə alan ali məktəb
müəllimlərinin işində səmərəlilik necə olar?
2. Pedaqoji prosesin tamlığıны, yəni təlimин, tərbiyəнин, təhsil və psixoloji
qüvvələrin vəhdətdə olduğunu bilib öz fəaliyyətində nəzərə alan sinif müəlliminin
Dostları ilə paylaş: |