Nizami GƏNCƏVİ İSKƏNDƏrnamə Şərəfnamə "Lİder nəŞRİyyat"


Çəkdim hər qapıda aynca əmək



Yüklə 2,27 Mb.
Pdf görüntüsü
səhifə14/121
tarix02.06.2018
ölçüsü2,27 Mb.
#47021
növüYazı
1   ...   10   11   12   13   14   15   16   17   ...   121

Çəkdim hər qapıda aynca əmək

64

.

Üç qapı, ya bu üç inciylə yenə 

Tökərəm dünyaya ağır xəzinə. 

Vuraram elə rəng, elə bir zivər,

Bütün ölkələrdən işığı gələr.

Dəftərlər topladım incidən parlaq, 

Hayıfdır üstünə çöksün toz, torpaq.

Bir dövlət sarayı göstərin ban,

Vurum divanna bu naxışlan.

Bu naxışlanmla durduqca dövran, 

Qurtann onu bu dünya tozundan. 

Şerimlə yaradım elə bir dastan,

Əbədi həyata yaratsın imkan.

Adım naməmlə edərəm uca,

Adıyla yaşayım dünya durunca.

Bu taxtdan sazlayım elə oturaq, 

Onunçun olsun bir əbədi otaq.

Adma bağlayım elə naxışlar,

Dövran dövr etdikcə qalsın bərqərar. 

Zehnindən silməsin onu bu fələk, 

Yumasın, pozmasın yağış və külək.

Bu şərtlə dünyada tutunca aram, 

Başım günəşə, aya ucaltsam,

Mənə də qurulsun elə bir dəsgah, 

Başım ölçüsündə verilsin külah. 

işığı günəşdən mümkündür almaq,

Bu işdən kölgənin yolu çox uzaq. 

Qarğaya göyərçin olarmı şikar,

Bu ovu padşahın əl quşu ovlar.

Nizami işidir incə söz düzmək, 

incilər yaratmaq ona yarar tək.

Vurar bu naməyə elə naxışlar,

Bu naxış hər qəlbə işıq bağışlar. 

Dostların qəlbinə nur damar ondan, 

Düşmənin gözündən qaçsın hər zaman. 

Bülbültək ötsə də düşmənin səsi, 

Qəlbim dələn bir oxdur tənəsi.

49


Mən bu dastanıma vurarkən bəzək, 

Öz ulu tanrımdan istədim kömək. 

Versin dastanıma əzizlik, şöhrət, 

Əziz tutanlara göstərim şəfqət. 

Açsın bu naməmə elə qol-qanad,

O faldan doğsun ən uğurlu həyat. 

Ürəkdən sevinsin hər bir oxuyan, 

Zövq alsın fikrimi dərindən duyan. 

Hər qəlbi qınğa yeni can olsun.

Hər ağır dərdliyə əl tutan olsun. 

Hər xəstə ürəyə göstərsin şəfqət, 

Hər bağlı qapım açsın bu sən ət. 

Oxumaq istərsə aciz bir nəfər, 

Haqq olsun ona bu diləkdə rəhbər. 

Əlinə alsa hər ümidsiz kimsə,

Hər dilək, hər ümid gülsün o şəxsə. 

Hər dilək istədim, verdi, çox şükür, 

Öz uca tanrıma etdim təşəkkür.

Bu namə mübarək olacaq, bişəkk. 

Şahın məclisində olsa mübarək

65

.

NÜSRƏTƏDDİN ƏBUBƏKR 

PADŞAHIN TƏRİFİ

Yaquta bənzəyən suyu, saqi, dur,

Bu yaqut yağdıran qədəhə doludur.

Bu saxsı cama mey həyat axıdır,

Onun reyhanının öz torpağıdır

66

.

Ey uca günəş, dur, bayrağım aç,

Ey xuraman bulud, müşkin ətir saç.

Gurla, ey ildınm, şahın təblitək,

Dan dodağı kimi gül, gül, ey şimşək.

Sən də saf qətrəm yağdır, ey bulud,

Ey sədəf, qətrəm qucağında tut.

Ey inci, üzə çıx söz dənizindən,

50


Sultanın tacında get elə məskən

67

.

Şah ki, yüksəlməm eyləyir arzu,

Sənə şanlı tacdır yolunun tozu. 

İskəndər qurduğu dövlət, əzəmət,

Ona verilmişdir indi o şövkət.

Yerlərə, göylərə odur can verən, 

Böyük cahangirdir, düşmən devirən. 

Məğribdə mərdlikdə hökmü rəvandır, 

Məşriqdə hünərlə o qədərxandır. 

Cahan pəhləvandır, Nüsrətəddindir, 

Hökmü düşmənlərə qılınc təkindir. 

Düşmən son düşünən, ürəyində kin, 

istiqbal görəndir, ləqəbi Bişkin

68

. 

Qılınc sahibidir, tac verən şahdır,

Üç növbət vurandır, beşə pənahdır

69

. 

Atım Rüstəmlər üstünə sürər,

Həm taxtı bəzəyər, həm də tac verər. 

Adətdir, dünyamn ulu şahlan 

Xəznəyə dəmirdən vurar açan.

Bunun tək qılıncdan xəzinəsi var, 

Dəmirdir xəznəsi, qızıldır açar. 

Fərattək səmimi bir dostluğu var,

Nil kimi düşməm gizlində boğar

7

. 

Günəşə salsa o öz kölgəsim,

Suyuyla söndürər od çeşməsim.

Bir nəzər salsa o yeni hilalə, 

Bədirlənib o da yetər kəmalə.

Onun bəxşişim sayan bir nəfər 

Nə qədər ömrü var ona şükr edər.

Ona şükr etməklə neməti artar,

Belə nemət verən, söylə, harda var? 

Fələktək hər kəslə girsə meydana, 

Atar qalxamm torpaqtək suya

71

. 

Döyüşdə buluddur, elə ki, kükrər 

Dağlann başım qılıncla sökər. 

Meydanda açdığı hünərlər ki, var,

Nə Rüstəm göstərmiş, nə İsfəndiyar.

51


Yüklə 2,27 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə