Ш
KİV-ə informasiya ötürülmə prinsipləri və məqsədləri
Ш
Təşkilatın adından çıxış edən səlahiyyətli şəxslər
Ш
Sorğuların qəbulu, cavablandırılması və ötürülməsi
Ш
İctimaiyyət və KİV üçün cari məlumatların toplanması
Ш
KİV üçün xüsusi razılıq tələb edən məlumatların
toplanması
Ш
KİV-də yayımlanması qadağan edilən (konfidensial)
məlumatın toplanması
Ш
KİV üçün məlumatların işlənməsi və təhlükəsizlik
baxımından qiymətləndirilməsi
Ш
Təşkilatın rəhbər şəxslərinin müsahibələrinin təşkili
Ш
Press-relizlər, bəyanatların hazırlanması, brifinq və
mətbuat konfraslarının keçirilmə qaydaları
Qeyd edilənlərdən əlavə analitik bölmə dünyada baş verən
proseslər, beynəlxalq və yerli KİV-in xülasəsini də hazırlayıb,
rəhbərliyə təqdim etməlidir. Mətbuatın mütəmadi olaraq
monitorinqi istənilən böhran zamanı pereventiv addımların
atılmasına çox böyük töhfə verir.
Böhrandan uğurla çıxmağın yolları haqda danışarkən təşkilat
və onun tərəfdaşlarının qarşılıqlı əlaqəsinin vacibliyini də
unutmamalıyıq. Tərəfdaşlar da bilməlidir ki, təşkilatda hansı
problemlər mövcuddur. Proseslər necə gedir? Hansı həll yolları
axtarılır? Bu adətən, qurumun nüfuzunun xeyrinə işləyir və onun
tərəfdaşların gözündə yüksəlməsinə, tərəfdaşların da mövcud
problemin həllinə öz töhfəsini verməsinə xidmət edir.
28
Araşdırmalar zamanı müəyyən etdim ki, ən uğurlu kommuni-
katorlar məhz Reyqan, Kennedi, Nikson kimi siyasətçilər olub.
Onlardan bəzi “hiylələr”i öyrənmək olar. Məsələn, bilirik ki,
insanlar cavabı sualdan daha yaxşı yadda saxlayır. Adətən,
siyasətçilərin sual xoşlarına gəlmirsə, onda sualın mahiyyətinə o
qədər də fikir vermirlər. Əksinə, həmin sualın öz xeyirlərinə
dəyişdirilməsinə çalışırlar. Onların cavabları tez-tez bu sözlərlə
başlayır: “Bəli, bu, çox maraqlı sualdır, amma cavab verməyə
başlamazdan əvvəl, qeyd etmək istəyirəm ki,..., "Mən əminəm ki,
bunu bilmək daha vacibdir ki....” və ya “Sözsüz ki, bu da nəzər
nöqtələrindən biridir, amma hesab edirəm ki, bu problemin
baxılmasına bu cür yanaşma daha doğrudur...”. Digər bir misal:
“Adətən, mənə bu sualı verəndə hiss edirəm ki, insanlar bilmək
istəyir ki,...” və s.
Jurnalistlərin sualını kəsmək də düzgün addım deyil. Bəzən
bir sualın içindən bir neçə sual doğa bilər. Odur ki, suala diqqətlə
qulaq asıldıqdan sonra bu cür cavab vermək olar: “ Siz sualınızda
bir neçə məsələyə toxundunuz, mən isə ən başlıca məsələni
vurğulamaq istəyirəm”. Unutmayaq: suallara cavab verən
şəxs ən başlıca məsələnin hansı məsələ olduğunu özü
müəyyənləşdirir. Jurnalistlərə nəyinsə yanlış olaraq sizin
adınızdan verməsinə şərait yaratmaq olmaz! Əgər jurnalist
bildirirsə, “Sizin dediklərinizdən mən belə anladım ki....” Dərhal
düzəliş etmək lazımdır: “Tamamilə elə deyil... mən bildirdim
ki,....”
Əgər sizin cavabınız jurnalistin korrektə olunmayan
replikaları ilə müşayiət olunursa, bu hala da pozitiv baxmaq olar.
Bu, sizə müsahibə zamanı sualın cavabını formalaşdırmaq üçün
əlavə vaxt qazanmaq şansı verə bilər. Belə ki, siz suala bir dəfə
cavab verirsiniz, (adətən, bu, canlı müsahibə vaxtı baş verir)
jurnalist sualın cavabına bir daha aydınlıq gətirmək üçün öz
replika və fikirlərini əlavə edir. Əgər siz bu fikirlərlə razı
deyilsinizsə, ona qulaq asa-asa cavabınızı daha da korrektə
edilmiş şəkildə düşünüb, yenidən səsləndirirsiniz.
Uğurlu kommunikatorlardan öyrənək
29
Adətən, siyasətçilər və diplomatlar nəzakət qaydalarını
qorumaq üçün “aydınlıq gətirək” və ya “bu haqda bunları da
əlavə edim ki,...” yaxud da “yenidən bu məsələyə qayıdaraq qeyd
edim ki...” kimi ifadələrdən istifadə edirlər.
Böhran zamanı müştərilərlə münasibət
Böhran və əməkdaşlar
Böhran zamanı təşkilat öz müştəriləri ilə iş strategiyasını
dəyişməlidir: müştəri mühitində informasiya gözləntisi
yaratmalı, daha sonra isə bu gözləntilərə uyğun informasiya ilə
cavab verilməlidir. Bu prosesdə KİV-lə sistematik işləmək,
təşkilatın rəhbər işçilərinin qəzet və jurnallarda, televiziya
efirlərində çıxış və müsahibələrinin verilməsi vacibdir. Böhran
zamanı təşkilat haqqında qurumun özünə faydalı informasiyanın
mətbuata ötürülməsi də arzuolunandır. Təcrübə göstərir ki, bu cür
informasiyaların ötürülməsi gec və ya tez informasiya, nəzərdə
tutulmuş auditoriya tərəfindən müsbət qarşılanır. Bir çoxları
anoloji addımı atır, lakin böhran zamanı hər növ informasiyaya
skeptisizmin hissəsi kimi yanaşmaq lazımdır.
Böhran zamanı təşkilatın təhlükəsizliyinin ən vacib ele-
mentlərindən biri də əməkdaşların gözündə onun nüfuzunun
qorunmasıdır. Böhran zamanı əməkdaşlarla da düzgün
kommunikasiya qurulmalıdır. Böhranın ilkin vaxtlarında
əməkdaşlar arasında qorxu yaranır. Onları ixtisarlar, əməkhaq-
qının azaldılması və gələcək karyeralarının taleyi qorxudur.
Böhran baş verərkən ilk növbədə mövcud vəziyyət barədə
məlumat verilməlidir. Çünki yanlış məlumatlar şaiyə və
qeybətlərin yayılmasına, hətta təşkilatdan kənara çıxmasına
səbəb ola bilər. İctimaiyyət nümayəndələri təşkilatın əməkda-
şının fikirlərinə daha çox inanır.
30