Nəsirova Aytən Vaqif qızının “Separatizm və şovinist millətçiliyin beynəlxalq münasibətlərə təsiri”



Yüklə 0,65 Mb.
Pdf görüntüsü
səhifə22/24
tarix26.09.2017
ölçüsü0,65 Mb.
#2217
1   ...   16   17   18   19   20   21   22   23   24

63 

 

Putin  söhbət  zamanı  diqqəti  ona  yönəldib  ki,  Krım  əhalisinin  iradəsi  BMT 



nizamnaməsinə  əsasən,  beynəlxalq  hüquq  normalarına  tam  uyğun  olaraq  keçirilir. 

Rusiya  prezidenti  həmçinin  vurğulayıb  ki,  Rusiya  Krım  sakinlərinin  seçiminə 

hörmətlə  yanaşacaq.  “Rusiya  prezidenti  Kiyev  hökumətinin  səhlənkarlığı  üzündən 

Ukraynanın  şərq  və  cənub-şərq  bölgələrində  radikal  qruplaşmalar  tərəfindən 

gərginliyin yaranması ilə əlaqədar yenidən narahatlığını bildirib”, – Kremlin mətbuat 

xidməti xəbər verir. 

Bundan  başqa,  Putin  Merkel  ilə  vəziyyətin  monitorinqi  üçün  Ukraynaya 

ATƏT-in  miqyaslı  missiyasının  göndərilməsinin  mümkünlüyünü  müzakirə  edib. 

Almaniya  kansleri  həmçinin,  Soçidə  Paralimpiya  Oyunlarının  uğurlu  keçirilməsi  ilə 

əlaqədar Putini təbrik edib. 

  Qeyd edək ki, Krımda referendumun nəticəsi bir gün sonra elan edilsə də, bir 

sıra  mütəxəssislər  onun  nəticələrinin  artıq  müəyyən  olduğunu  düşünürdülər. 

“Euronews”  kanalının  məlumatına  görə,  yarımadada  aparılan  son  sorğulara  əsasən, 

yerli  əhalinin  80  faizi  Krımın  Rusiyaya  birləşməsinin  tərəfdarı  idi.  Telekanalın 

məlumatında bu nəticənin xüsusən də son həftələrdə yüksəldiyi qeyd olundu. 

  Xatırladaq  ki,  referendumda  seçicilərə  verilən  bülletenlərdə  sual  iki  bənddən 

ibarət  olub.  Birinci  bənddə  sual  “Krımın  Rusiyanın  ərazisi  olmasını  istəyirsinizmi”, 

ikinci  bənddə  isə  “1992-ci  il  Konstitusiyasına  əsasən  Krımın  Ukrayna  torpağı 

olmasını istəyirsinizmi” şəklində idi

116


     Ancaq  müşahidəçilər artıq  nəticələrin  bəlli olduğunu, böyük çoxluğun Rusiya 

ilə birləşməyə dəstək verdiyi qənaətində idilər. Yarımadadakı siyasi proseslər həm də 

rus ordusunun yüksək hərbi hazırlığı ilə müşayiət olunurdu. Ukrayna hökuməti iddia 

edir  ki,  Ukrayna  ordusu  Xerson  vilayəti  ərazisinə  Rusiya  silahlı  qüvvələrinin  desant 

çıxarmasının qarşısını alıb. Bununla belə, Rusiyanın Krıma 4 batareya “S 300″ zenit 

                                                

116


 

Конституція України | від 28.06.1996 № 254к/96-ВР (Сторінка 2 з 4) 




64 

 

raket  kompleksi  gətirdiyi  xəbər  verilirdi.  Məlumata  görə,  seçki  məntəqəsindən  bir 



neçə  metr  aralıda  yerləşən  Ukraynanın  ən  böyük  hərbi  hissələrindən  birini  Rusiya 

qoşunları  mühasirəyə  alıblar.  Yol  kənarlarında  hər  30  metrdən  bir  silahlı  əsgərlər 

keşik çəkirmiş. 

      Bu  arada  isə  Rusiya  ilə  ABŞ-ın  Ukrayna  məsələsində  ilkin  razılığa  gəlməsi 

haqda  da  xəbər  yayılmışdı.  Rusiyanın  xarici  işlər  naziri  Sergey  Lavrov  və  ABŞ-ın 

dövlət  katibi  Con  Kerri  konstitusiya  islahatının  köməyi  ilə  və  ölkənin  bütün 

regionlarının maraqlarına hörmət etməklə Ukraynada böhrandan çıxış yolu axtarmağa 

razılaşıblar

117

.  Rusiya  Xarici  İşlər  Nazirliyindən  verilən  açıqlamada  bildirilir  ki, 



Lavrov  və  Kerri  arasında  telefon  danışığı  zamanı  Ukraynadakı  vəziyyət  və  Krımda 

keçirilən  referendum  müzakirə  olunub.  Lakin  anlaşmanın  reallığa  çevrilib-

çevrilməyəcəyi  bilinmir.      Lakin  bu  problem  dünyada  yaşanan  sonuncu  separatizm 

prosesi  deyil.  Hələ  İkinci  Dünya  müharibəsindən  sonra  dövlətlərin  sərhədlərinin 

dəyişdirilməsini  yasaqlayan  beynəlxalq  təşkilatlar,  böyük  dövlətlər  çalışırlar  ki, 

üçüncü  böyük  müharibəyə  səbəb  ola  biləcək  silsilə  hərəkətlərə  rəvac  verməsinlər. 

Avropanın  özündə  bir-birinin  tarixi  əyalətlərinə  sahib  olan  dövlətlər  var.  Əgər  hər 

dövlət  “öz  əzəli  torpağını  özünə  qaytararaq  tarixi  ədaləti  bərpa  etmək”  təşəbbüsü 

göstərsə, Avropa böyük separatizm dalğası və yeni müharibələrlə üzləşər

118


       Gündən-günə  qloballaşan,  vahid  valyuta  tətbiq  edən,  sərhədləri  götürən 

Avropa 

dövlətləri 



artıq 

böyük 


Avropa 

dövlətində 

birləşmək 

istiqaməti 

götürdüklərindən  qoca  qitədə  separatçılıq  ocaqları  öz-özünə  sönmüş  olub.  Bununla 

belə, problem tam həll olunmayıb. Bir neçə il öncə az qala Belçika əvvəlcə iki, sonra 

üç  hissəyə  bölünəcəkdi.  Bu  ölkədəki  separatçılar  Belçikanı  Flandriya,  Valloniya  və 

Brüsselə  bölmək  istəyirdilər.  Ancaq  bu  ittifaq  könüllülük  əsasında  baş  tutduğu,  heç 

kim  bir-birini  zorla  bir  arada  tutmadığı  üçün  sağlam  düşüncə  qalib  gəldi.  Tərəflər 

                                                

117

 

Dr. Zbigniew Brzezinski - “RUSSIA AND UKRAINE” July 9, 2014 



118

 

Michael Korda, Male Chauvinism! How It Works. New York: Random House, 1973 




65 

 

başa  düşdülər  ki,  bu  sayaq  separatçılıq  hər  tərəfin  zəifləməsinə  gətirib  çıxaracaq, 



arada cırtdan dövlətlərin sayını artıracaq. 

 

3.2. Şovinist millətçilik nədir, müasir dünyada şovinist millətçiliyin özünü 



göstərməsi 

Şovinist  millətçilik  deyə  bir  ifadənin  olması  ağla  batan  deyil,  çünki 

şovinizm; yəhudi milliyyətçiliyinin digər adıdır. Bu məzmunda milliyyətçilik fikri bir 

az araşdırılsa, bu anlayış 6 fərqli alt başlıqda şərh ediləcək. Bunlar sırasıyla;

119

 

- Ictimai millətçilik 



- Sosial mədəni millətçilik 

- Mədəni millətçilik 

- Etnik millətçilik 

- Siyasi millətçilik 

-antropolojik irqçilik. 

Eyni  zamanda  millətçilik  cəmiyyətdə  milli  mədəniyyəti  gücləndirmək  və 

hakim  qılmaq,  mənsub  olunan  millətə  aid,  xüsusilə  mənəvi  dəyərlərin  ucaldılmasını 

məqsəd bilmək,  milli  ideal  və əməllərlə ənənələrə sahib çıxan  və bənzərləri arasında 

onlara  prioritet  vermək,  milli  dəyərləri,  idealları,  ənənələri  tamamilə  milli 

mədəniyyəti  xarici  təsir  və  təxribatın,  elə  və  ya  belə,  o  və  ya  bu  səbəblə  meydana 

gələn  pozulmalara  qarşı  qorumaq  və  müdafiə  etmək,mənsub  olunan  millətin 

 dövlətinə səmimi bir sədaqət hissi içində bağlı olmaq, millət və dövləti üçün hər cür 

fədakarlığı  edə  biləcək  bir  ruhiyyənin  və  əxlaqi  yaşayış  içində  olmaq,  millətinin 

tarixinə  şüurla  bağlanmaq,  milli  zəfərlərlə  fəxr  etmək  və  qürurlanmaq,  milli  fəlakət 

və  iztirablara  yanmaq  və  kədərlənmək,  millətinin  gələcəyi  haqqında  ümidli  və 

optimist  olmaq,  dinamik  bir  inkişaf  içində  çətinlikləri  məğlub  edərək  millətini 

millətlər cəmiyyətinin azad, bərabər, şərəfli və qüdrətli bir üzvü etmək, millətinin var 

                                                

119

  Newman,  Gerald  G.  (1987). The  Rise  of  English  Nationalism:  A  Cultural  History,  1740–1830. 



New York: St. Martin's

 



Yüklə 0,65 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©www.genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə