arasında siyasi münasibətlər qısa bir müddətdən sonra kəsilmiş və ingilis diplomatları bu vəziyyət
qarşısında Tehranı tərk etməyə hazırlaşaraq pasportlarını tələb etdilər. İran ilə İngiltərə arasında artıq
heç bir münasibət qalmamışdı.
Müsəddiq, Tehrandakı ingilis diplomatları İranı tərk edərkən İngiltərənin baş naziri Çörçillə vermək
üçün hazırladığı bir məktubu səfirə təqdim etmişdir. Ancaq səfir bu məktubu götürməmişdir.
Beləliklə, Müsəddiqin İngiltərəyə çatdırmaq istədiyi son təklifi də beləcə uğursuzluqla
nəticələnmişdi.
İngilis diplomatlarının Tehrandan, dolayısı ilə İrandan ayrıldıqdan bir neçə gün sonra ingilislər ilk
addımlarını atdılar. Bu ilk addım ortalığı alt-üst etdi. Günlərin birində solçu qəzetlərindən başqa
İranda çıxan bütün mətbuat orqanlarının səhifələrində Rusiyanın İranı istila etmək planları öz əksini
tapdı. Ortaya belə bir sual çıxırdı: Bu xəbər mətbuata necə sızmışdır? Çünki xəbər həqiqətən də
rusların İranı necə istila edəcəklərini bütün açıqlığı ilə ortaya qoyurdu.
Qəzetlər plan haqqında məlumat verərkən rusların Qafqazdan edəcəkləri hərbi müdaxilə ilə birlikdə
tüdəçilərin məmləkətin hər tərəfində sabotajlar gerçəkləşdirəcəyi də bildirilirdi.
Qəzetlərin verdikləri bu qorxunc istila planları İranı bir anda alt-üst etdi. Şah dərhal baş nazir
Müsəddiqi hüzuruna dəvət etdi. Ancaq Müsəddiq xəstələndiyini bəhanə edərək İranın düşdüyü belə
bir vəziyyətdə şahın hüzuruna getməkdən imtina etdi.
Artıq ingilis kəşfiyyatı bu planı çap etdirməklə Rusiyanın 1942-ci ildən bəri İranda qurduğu təşkilatın
bütün fəaliyyətini sıfra endirməyə nail olmuşdu.
Müsəddiqin bu hərəkəti Rza şah Pəhləviyə təsir etdi və o artıq ölkənin bir ruhi xəstənin əlində
oyuncağa çevrildiyini görməyə başladı. Şah ilə baş vəzir arasındakı gərginlik artaraq yüksək nöqtəyə
çatmışdı. Nəhayət şaha imza üçün göndərilən iki hökumət qərarnaməsi bu anlaşılmazlığı üsyana
çevirən son səbəb oldu. Bu qərarnamələrdən biri İranın qətlə yetirilmiş baş naziri Razmaranın qatali
Abdulla Rasteşarın azadlığa buraxılması ilə əlaqədar idi. Digər qərarnamə isə İran dövlət
xadimlərindən biri olan əski baş vəzirlərdən Qəvamüssəltənənin var-dövlətinin müsadirə edilməsinə
aid idi. Şah hər iki qərarnaməni imzalamaqdan imtina etdi və hökumətə qaytardı.
Tehranda bu hadisələr cərəyan edərkən o biri tərəfdən amerikalılar da neft ixtilafını həll etmək üçün
ciddi bir neçə təşəbbüs etdilər. Amerikanın Tehrandakı səfiri Loy Henderson xarici işlər naziri Dean
Achesondan aldığı bir təlimatla İranda neft müzakirələrinə başlayır. Üç gün davam edən bu
görüşmədə heç bir nəticə hasil olmur.
Müsəddiq artıq müstəqilliyini itirmiş və rus səfiri İvan Sadxıkovun əlində bir alətə çevrilmişdi.
Amerikalılar bir anlaşma zəmini əldə edə biləcəklərinə dair olan son ümidlərini də beləcə itirdilər.
Ruslardan dəstək alan Müsəddiq planlarını axıra qədər davam etdirməkdə qərarlı idi. Bundan sonra
ruslar Orta Şərqdəki fəaliyyətlərini daha da artırmışdılar. Orta Şərqdə vəziyyətin ağırlığı göz
qabağında idi. Hər an İrana rus müdaxiləsi gözlənilirdi. Qərb dövlətləri gözlənilən təhlükənin
qarşısını almaq üçün rusların hərbi qüvvələrinə qarşı hərbi qüvvələrlə çıxmağı qərara aldılar. Onlar
dərhal qərarlarını reallaşdırmağa tələsdilər, yəni Aralıq dənizindəki 6-cı amerikan donanmasının 16
gəmisindən ibarət bir donanma İstanbula göndərildi. Aralarında dünyanın ən qüdrətli hərbi gəmilə-
rindən biri olan “Des Moins”in də daxil olduğu eskadriya İstanbul limanında lövbər saldı.
Güclü donanmalar daima neft ixtilafının davam etdiyi bölgələrdə və ya ona yaxın məntəqələrdə
dolaşırdılar. Donanmalar neft istehsalçılarının mənfəətlərini qorumaq üçün yenə hərəkətə gətirilmiş-
di. Çünki neft olmadıqca bu hərb maşınlarının hərəkət etmələri qeyri mümkün idi. Neft istehsalçıları
arzuladıqları anda donanmalar hərəkətə keçməyə məcburdu.
Rus təzyiqinin İranda kuliminasiya nöqtəsinə çatdığı anda dünyanın gözləri Orta Şərqdən Orta
Avropaya çevrilmişdi.
Üç böyük dövlətin gizli kəşfiyyat orqanları gözəgörunməz mübarizə apararaq öz dövlətlərinə ən
əlverişli imkanları yaratmaq üçün qüvvə sərf edirdilər.
Orta Avropada qarışıqlıqlar çıxmışdı. Çexoslovakiya və Macarıstanın kommunist idarəçiləri
Rusiyanın israrlı tələbi ilə milli qüvvələrə divan tutdular. Rusiyanın Dövlət Təhlükəsizliyi Komitə-
sinin (DTK) əmri ilə bu iki dövlətin yüksək vəzifəli şəxsləri, xüsusilə Çexoslovakiyanın dövlət
xadimlərindən Slanski Klements və Qanimer həbs olunmuşdu. Macarıstanda isə milli qüvvələrin küt-
ləvi həbsləri keçirilirdi. Qarşıya belə bir sual çıxır: Orta Avropada baş verən bu hadisələr görəsən
təsadüfənmi baş vermişdi?
Orta Şərqdə ən nikbin insanların da qəbul etdikləri bir müharibə havasının yaşandığı zamanlarda Orta
Avropadakı bu hadisələri sadəcə təsadüf kimi anlamaq çox səhv fikir olardı. Bu ölkələrdə baş vermiş
hadisələr Rusiyanın İran üzərindəki təzyiqlərini zəiflətmək üçün törədilmiş ola bilərdi. Bu
qarışıqlıqları törədən gizli kəşfiyyat orqanlarının – İngiltərənin Engelidans Servisinin və ABŞ-ın
Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) - işi olduğunu da ehtimal etmək olardı.
Çexoslovakiya və Macarıstandakı həbslər hələ bitməmiş, Orta Şərqdə neft ölkəsi olan İraqda dövlət
çevrilişi baş verir və bir general hakimiyyəti ələ alır. General Nurəddin Mahmudun hakimiyyəti ələ
alması tam zamanında baş vermişdi. Çünki ordunun İraqda idarə etməni ələ aldığı gün Bağdadda və
ölkənin digər şəhərlərində İngiltərə əleyhinə nümayişlər başlamışdı.
Rusiyanın İraqdakı siyasəti də iflasa uğramışdır. Yəni, hadisələr ingilislərin xeyrinə cərəyan etmişdir.
General Nurəddin Mahmud ilk andan partiyaların fəaliyyətini qadağan etdi və ingilislərin əleyhinə
fəaliyyət göstərən minlərlə adamı həbs etdirdi. İraq sanki səyyar bir həbsxanaya dönmüşdü. İraqın
Qahirədəki səfiri isə ölkəsində cərəyan edən hadisələr haqqında mətbuata geniş məlumat vermiş və
İraqdakı qarışıqlıqların kommunistlər tərəfindən planlaşdırıldığını bildirmişdir. Səfir, general
Nurəddin Mahmudun idarəetməyə müdaxiləsinin kommunistlərin ölkələrini bir vətəndaş müharibəsinə
sürükləmək planlarının qarşısını almaq məqsədi ilə edildiyini də bildirmişdir.
Ruslar İranı ələ keçirmək istədikləri zamanı Çexoslavakiya və Macarıstan hadisələri ilə
qarşılaşmışdır. Lakin Rusiyanın Dövlət Təhlükəsizlik Komitəsi (DTK) bu məmləkətlərdəki
məğlubiyyətini həzm edə bilməmiş, əvəzini İraqda çıxmaq istəmişdi. Təbii ki, «Standard Oyl» da
İraqda DTK-nın fəaliyyətini dəstəkləmişdir. İngilislər həm rusların, həm də amerikalıların İraqdakı
fəaliyyətlərini öyrəndikdən sonra dərhal hərəkətə keçərək İraq Ordusunun Baş Qərargah rəisi general
Nurəddin Mahmudu hakimiyyətə gətirdilər. Vəliəhddən də razılıq alınmışdı.
İngilislərlə amerikalıların arasındakı münasibətlər də gərginləşmişdi. Buna baxmayaraq İngiltərə də,
Amerika da qərb dövlətlərinin təhlükəsizlik sisteminin zəiflədilməsinə imkan verməməyə çalışırdılar.
Ancaq bütün bu münasibətlərə baxmayaraq İngiltərə ilə Amerika arasındakı anlaşılmazlıq 1952-ci
ilin dekabrında daha da gərgjnləşdi.
Bu anlaşılmazlığa səbəb olaraq amerikalıların Orta Şərqdə və Avropada qarşılaşdıqları neft sıxıntısı
göstərilə bilər. İngilislər İrandan və İraqdan amerikalılara neft satılmasında çətinliklər yaradırdılar.
Amerika neft istəyirdi və bu səbəbdən də ingilislərə təzyiq edirdi.
İngilislər gözlərini dörd açmışdılar. Orta Şərqdə cərəyan edən hadisələrin arxasında «Standard
Oyl»un ruslarla birlikdə çalışdıqlarını da təsbit etmişdi.
Bundan sonra da İngiltərənin xarici işlər naziri Mr.Anthony Eden bütün dünyaya ingilis hökumətinin
«Anglo İranian» şirkətinin haqlarını qoruyacağını və İrandan amerikalılara neft satmayacaqlarını
Dostları ilə paylaş: |