VENESUELADAKI MÜCADİLƏ
Dünyanın ən zəngin neft yataqlarına sahib olan dövlətlərdən birisi şübhəsiz ki, Venesueladır. O
Venesuela ki, eyni adı daşıyan körfəzin tam qarşısında mərcan qayalıqlarından təşəkkül etmiş olan və
dünənə qədər insanların maraqlanmadığı kiçik bir adaya-Kürazao adasına axacaq ingilis qızıllarının
önündə boyun əyəcəkdi. Eyni zamanda müstəbid bir adamın, polkovnik Qomezin hökumət çevrilişi ilə
bu məmləkətdəki bütün neft imtiyazları ingilislərin əlinə keçəcəkdi. Çox qəribədir ki, bu adacıq özü
kimi kiçik, ancaq müstəmləkəçilikdə böyük bir dövlət olan Hollandiyaya məxsus idi. Kürazao adası
bu gün dünya üzərindəki ingilis neft hakimiyyətinin ən mühüm mərkəzlərindən biridir və Amerikanın
maraqlarının ən əhəmiyyətli sahələrindən birini təşkil edən Panama kanalından isə bir neçə yüz mil
məsafədədir. Bu adanın çox böyük və beynəlmiləl bir qüdrəti vardır və bu qüdrəti də illərdən bəri
mühafizə etməkdədir.
Təqribən Birinci Dünya müharibəsinin başlamasından üç-beş il öncə gəmilərin də yan almadığı bu
adada qızğın bir canlanma başladı. Gəmilər gedib-gəlir və adanın gələcək sakinləri olan qara rəngli
insanlarla bərabər gətirdikləri malları buraya boşaldırdılar. Təqribən 12 minə qədər olan bu qara
rəngli insanlar durmadan evlər inşa edir, yollar salır və dənizkənarı limanlar tikirdilər. Adada gedən
bu qızğın iş qısa zamanda dünyanın hər tərəfinin diqqətini çəkdi. Amerika da bu adanın
məskunlaşdırılmasını çox yaxından izləyirdi. Hər kəsin marağına səbəb olan, dünənə qədər insanların
yaşamadığı bu adacıqda işlərin hansı məqsədlə görülməsi idi. Sonradan hamıya məlum oldu ki, ada
ser Henry Deterdinq tərəfindən satın alınmışdı. Bu xəbər Amerikada böyük əks-səda verdi və nəti-
cədə dünyanın digər böyük neft şirkəti «Standard Oyl» dərhal hərəkətə keçdi. Amerika Hollandiyaya
bu işlərlə bağlı rəsmi etirazını bildirdi. Lakin bu etirazların heç bir nəticəsi olmadı, Hollandiya Ame-
rikanın bu rəsmi etirazına rədd cavabı verməklə yanaşı Amerikanı onun daxili işlərinə qarışmaqda da
ittiham etdi.
Bu sərt cavab Amerikanı çox təəccübləndirdi. Deterdinq isə Amerikanın narazılıqlarına əhəmiyyət
verməyərək dünyanın ən böyük neftayırma zavodunu burada qurdu. Adada həm neft buruqlarında, həm
də neftayırma zavodunda işləmək üçün Afrikanın Atlas dənizi sahillərində yaşayan sakinlərdən çoxlu
sayda işçi gətirildi. Bundan sonra Hollandiya hökuməti adaya bir vali də təyin etdi. Adada bütün bu
işlər davam edərkən Deterdinqin adamları da Venesuelada hərəkətə keçərək neft imtiyazlarını əldə
etməyə çalışırdılar. Nəhayət Deterdinqin pulunun köməyi və cəsusların fəaliyyətinin nəticəsi olaraq
imtiyazlar ələ keçirildi.
Bütün Latın Amerikasında cari olan üsul burada da öz təsirini göstərdi. Pul Cənubi Amerikada bütün
qapıları açmaq hünərinə sahib idi.
«Royyal Datç-Şell Qrup»un mütəxəssisləri bu üsula müraciət edərək qısa zamanda hədəflərinə
çatdılar. Onlar bununla kifayətlənməyərək bir çevriliş də həyata keçirəcəkdilər. Onların axtardıqları
tək şey bu çevriliş və çevrilişdən sonra da ingilislərin arzusuna uyğun Venesuelaya hakim ola biləcək
bir şəxs idi. Uzun axtarışlardan sonra bu şəxs də tapıldı. Bu şəxs Venesuela ordusunun polkovniklə-
rindən biri olan Qomez adlı bir zabit idi. Deterdinqin adamları dərhal fəaliyyətə keçərək on minlərlə
silah və tonlarla hərbi ləvazimatı qısa zamanda qiyamçı polkovnikə çatdırdılar. Polkovnik Qomez qi-
yam qaldıraraq çevrilişi reallaşdırmaq üçün hərəkətə keçdi. Polkovnik Qomezin qiyamı
müvəffəqiyyətlə nəticələndi və o Venesuela tarixinin ən qorxunc müstəbidi olaraq iqtidara yiyələndi.
Qomezin ilk işi əvvəllər müəyyən güzəştlərlə amerikalılara verilmiş olan bütün imtiyazları və
səlahiyyətləri ləğv etmək oldu. Amerika Qomezin bu hərəkətinə qarşı etiraz etdi və eyni zamanda
Amerika donanması Venesuelanın sahil sularında manevrlər etməyə başladılar. Ancaq, Amerikanın nə
etirazlarına, nə də hərbi dəniz donanmasının manevrlərinə əhəmiyyət verən olmadı. Qomez onu
hakimiyyətə gətirənin kim olduğunu bilir və bu səbəbdən də Amerikaya əhəmiyyət vermirdi.
Deterdinq Venesuela neftinin də tam sahibi olduqdan sonra dərhal kiçik şirkətlər təsis etdi. Bu
şirkətlər Venesuelanın hər tərəfində yenidən neft axtarmağa başladılar və yeni zəngin neft yataqları
aşkara çıxardılar. Bundan sonra Deterdinq bütün gücü ilə Venesuelada fəaliyyətə keçdi və bütün
ingilis neft şikrətlərini birləşdirərək «Royyal Datç-Şell Qrup»un ətrafında toplamaq layihəsini tətbiq
etdi. Beləliklə Venesueladakı kiçik ingilis neft şirkətləri onun tərəfindən Qomez vasitəsilə
Venesuelada çevriliş edilməsindən əvvəl ələ keçirmiş olduqları imtiyazları əzəmətli İngiltərə İmpe-
riyasının nəhəng şirkətinin ətrafında topladı.
O, bu iş üçün James Rotşildi göndərdi. James Rotşild ona tapşırılan işi uğurla yerinə yetirdi. O,
yalnız ingilis sərmayəsini deyil, xüsusi olaraq bəzi şəxslərin əllərindəki imtiyazları da aldı. Onun bu
hərəkəti dünya miqyasında ingilis neft şirkətlərinin birləşməsinə xeyli təsiri oldu.
Artıq Venesuelada əldə edilən hər damla neft ser Deterdinq ilə İngiltərə Dəniz Birinci Lordluğu və
beynəlmiləl qorxunc bir təşkilat olan Entelijans Servisin kassalarını sterlinqlə doldurmağa başladı.
Venesuelanın hər tərəfində qazılmış olan yeni neft quyularından çıxarılan neft sürətlə sahilə çatdırılır
və oradan yüzlərlə yelkənli və buxarla işləyən gəmi ilə Kürazaoya daşınırdı. Venesuela körfəzi neft
tapıldığı andan bəri dünyanın ən işlək körfəzi olmuşdur. Gündə yüzlərlə gəmi Kürazaoya xam neft
gətirir və orada təmizlənən neft böyük tankerlərlə Amerika qitəsi də daxil olmaqla dünyanın müxtəlif
tərəflərinə daşınırdı.
İngilislər Venesuela nefti sayəsində milyonlar qazanırdı. İngilislərin dünya hakimiyyətini təmin edən
neftin həddindən çox olduğu Kürazao adasının valisinin iqamətgahının üzərində Hollandiyanın
bayrağı dalğalanırdı. «Royyal Datç-Şell Qrup»un Venesuelada həyata keçirdiyi dövlət çevrilişindən
sonra amerikalıların əlindəki imtiyazların ləğv edilməsi «Standard Oyl»un rəhbərlərini çətin
vəziyyətə salmışdı. Amerika prezidenti Hardinq «Standard Oyl»un təzyiqi ilə bütün qüdrəti və
diplomatik imkanları ilə Venesuelanı hədələyirdi. Artıq Amerika bu işə dövlət səviyyəsində müdaxilə
etməyə qərar vermişdi. Amerika hökuməti Venesuelanın yeni diktatoru polkovnik Qomezə dalbadal
notalar göndərdi. Ancaq, bu notaların heç bir nəticəsi olmadı. Amerikanın «Standard Oyl» şirkətinin
ən təcrübəli cəsusları Venesuelada toplaşdılar. Bunların vəzifəsi gələcəkdə bir çevriliş hazırlayaraq
polkovnik Qomezin hakimiyyətini devirmək idi. Ancaq, bütün çalışmalara baxmayaraq «Standard
Oyl»un adamları bu məmləkətdə belə bir üsyanı həyata keçirə bilmədilər. Qomez amerikalıların plan-
larını qabaqcadn bilmiş və əks tədbirlər görmüşdü.
Amerikalılar istədiklərinə nail ola bilmədikdən sonra başqa plan düşündülər və ingilis sterlinqini
dəyərdən salmaq üçün hərəkətə keçdilər. Onlar bir tərəfdən dollar-sterlinq mücadiləsini davam
etdirərkən o biri tərəfdən də əllərini Kürazao adasına uzatmağa başladılar.
Amerikalılar yavaş-yavaş adanın qara dərili sakinləri arasına yeritdikləri cəsusları vasitəsilə güllü
miqdarda dollar dağıdaraq Kürazao adasında bir inqilab havası yaratmağa başladılar. Amerikalılar
bu təbliğatı adanın əsas sahibi olan hollandiyalılara qarşı yönəltməklə siyasi bir gedişə üstünlük
verməyə çalışırdılar. Çünki, onların ayrı yolu yox idi. Adanın sakinləri olmaqla bərabər işçi qüv-
vəsinin əksəriyyətini təşkil edən bu qara dərili insanlar ingilislərdən daha çox ingilispərəst idilər və
İngiltərənin əleyhinə olmalarını ağıllarına da gətirmirdilər.
Dostları ilə paylaş: |