müharibəsinin başlamasına qədər davam etdi. Birinci Dünya müharibəsinin başlaması ilə Deterdinq,
dünya neft sənayesində yenə dünyanın hakimi oldu.
Müharibə müddətində iki şirkət arasında müqavilə bağlandı. Bu müqavilə ilə “Standart Oyl” və
“Royyal Datç-Şell Qrup” aralarında olan hər cür umu-küsünü bir tərəfə qoyub, ümumi düşmənə qarşı
mübarizəyə başladılar. Birinci Dünya müharibəsinin şərtlərinə görə qorxunc dərəcədə artan və
müharibənin udulmasında böyük rol oynayan neft istehsalının bir qismini Deterdinq təmin edirdi.
Birinci Dünya müharibəsinin başladığı tarixdən 30 il əvvəl, Hollandiya Hindistanında ayda təxminən
50 frank qazanan adam, müharibənin xərcləri qarşısında duruş gətirə bilməyən Fransaya neft satın ala
bilməsi üçün üç yüz milyon qızıl frank borc verirdi. Bu adam, “Royyal Datç-Şell Qrup”un mütləq
hakimi, dünya neft sahələrinin üçdə ikisinə sahib və İngiltərə və Britaniya İmperiyasını, neft barelləri
üzərində dünya xəritəsini dəyişdirməyə qadir olan bir imperiya halına gətirən ser Villiam Auqustus
Henri Deterdinq idi...
Birinci Dünya müharibəsində iştirak edən dövlətləri idarə edənlər hərb maşınlarını hərəkətə gətirə
bilmək üçün, qanuni və ya qanunsuz yollarla Deterdinqdən neft satın alırdılar. Hərb bütün şiddəti ilə
davam edərkən, Deterdinq sadəcə bir şeyi, Orta Şərqin neft sahələrini düşünürdü.
Deterdinq Orta Şərqin neft sahələrini əldə edə bilmək üçün o torpaqların sahibi olan türkləri neft
məntəqələrindən qovmanın, uzaqlaşdırmanın yollarını da arayardı. Türklər, Ərəbistan yarımadasın-
dan mütləq çıxarılmalı idi. İngilis ordularının Ərəbistan yarımadasında apardıqları bütün
müharibələrin hədəfini dünyanın ən zəngin neft sahələrinə və neft ehtiyatlarına sahib İraq torpaqları
təşkil edirdi.
Neft üçün çöllər qana bulanırdı. Nəsillər qırılırdı. İngilis qoşunlarının baş komandanı nəyin bahasına
olursa olsun, İraqı mütləq zəbt etmək, hər gün bir az daha çox artan neft ehtiyaclarına cavab vermək
üçün bu sahələri əlinə keçirmək istəyirdi. Əslində bu sahələri almaq istəyən Deterdinq idi. İngilis
komandirləri, bu işi gerçəkləşdirmək üçün gecə-gündüz çalışdıqdan sonra bir hərəkət planı cızdılar
və səfərə hazırlaşan hərbi dəstənin başına xüsusi seçilmiş bir komandir təyin etdilər.
Türklərin general Tovnsend kimi tanıdığı bu komandirin əlində müasir silahlarla təchiz olunmuş 45
min nəfərlik bir ordu vardı. Bu ordu ilə çox şeylər edə biləcəklərinə ümid edən İngiltərə Ərəbistan
cəbhəsindən hücuma keçdi. İngilis ordusu başçılarının təxminlərinə uyğun olaraq, İraq səhralarında
rahatca irəliləyirdilər. Onlara görə, Mosulun neft sahələrinin işğalı, bir günün işi idi. Lakin yüksək
çinli ingilis hərbçilərinin də, general Tovnsendin də, hətta Deterdinqin də ağıllarına gəlməyən bir
hadisə baş verdi. General Tovnsendin Mosulun neft sahələrinə doğru sürətlə irəliləyən ordusu
Kütülammarədə bir qayaya çarpdı. Hələ qırx yaşına girməmiş, məğlubiyyət nədir bilməyən,
firənglərin “Aleksan”, türk tarixinin və türk ordusunun Ali İhasan paşa olaraq tanıdığı əsgər, sürətlə
irəliləyən ingilis ordusunun hərəkətinin qabağını saxlaya bildi. Aparılan döyüşlərin sonunda
Tovnsendin və ingilislərin bel bağladıqları ordu, Kütülammarədə komandirləri ilə birlikdə bu gənc
türk paşasına əsir oldu...
Dövrün ən müasir silahları ilə təchiz edilmiş 45 min əsgərlik ordunun məğlub olması və komandirinin
əsir edilməsi, Deterdinqin gözlərini açdı. Bu məğlubiyyət ona, türklər məğlub edilmədikcə Mosulun
neft sahələrini ələ keçirə bilməyəcəyini anlatdı. Bu hadisədən çox təsirlənən Deterdinq yenidən ən
mahir casuslarını türk ordusunun və dövlətinin çökdürülməsi üçün səfərbər etdi. Bu casus ordusunun
içində bütün dünyanın çox yaxından tanıdığı Lavrens də vardı. 1916-cı ildən etibarən Ərəbistan
yarımadasında işə başlayan bu adam, heç bir zaman klassik mənada casus olmamış, həyatı boyunca
neft sahibkarlarının xidmətində olmuş və onların tabeliyində çalışmışdır. Bu casuslardan biri də türk
cəmiyyətinin çox yaxından tanıdığı, Kiprin valisi olmuş ser Food idi. Lakin bu casusların arasında bir
nəfər xüsusilə seçilmişdir. Bu, Ərəbistan yarımadasındakı bütün neft sahələri üzərindəki haqları
İngiltərəyə tək başına qazandıran miss Gertrud Bell idi. Bu müdhiş qadın Lavrensin əmrinə verildiyi
ana qədər, Lavrens Ərəbistan yarımadasında heç bir müvəffəqiyyət qazanmamışdır.
Lavrens Qahirədəki bürosunda Qertrud Bell ilə görüşdüyü zaman belə demişdir:
“- İngiltərənin, 1913-cü ilin oktyabrında “Quin Elizabet” zirehli gəmisinin dənizə endirdiyini bilirəm.
Mazut yandıran ilk zirehli gəmimiz üçün indi ağır yağlar məsələsini həll etmək lazımdır!”
Lavrensin Qahirədə, yardımçısı miss Qertrud Bellə söylədiyi bu sözlər, İngiltərənin Birinci Dünya
müharibəsinə səbəbkar olduğunu ifadə etmək baxımından çox diqqətəlayiqdir. Bu tarixdən çox illər
sonra, bir başqa ingilis, Cörçill, İngiltərənin aşağı palatasında belə söyləyəcəkdir:
“Əfəndilər, bunu yaxşı bilirik ki, bir damla neft bir damla qandan daha qiymətlidir!”
Lavrens və Gertrud Bell İngiltərə üçün ən mühüm məsələ olan ağır yağılar məsələsini həll etmək
haqqında vaxt itirmədən hərəkətə başladılar. Lavrensin Osmanlı İmperiyasına sadiq şeyxləri başa
salmaq üçün girişdiyi təşəbbüs müvəffəqiyyətsizliyə uğradı. Lavrens ərəb dilini çox yaxşı bildiyi
halda, niyə müvəffəqiyyət qazanılmamışdır? Bunun səbəbi bilinməməkdədir. Ancaq, Lavrensin
müvəffəq olmamağının səbəblərindən biri kimi Əmir Feysəli qurmaq istədiyi Suriya dövlətinin
başına gətirmək istəməsinə, vəhhabilərin başçısı Səud bin Əbdüləzizin razılıq verməməsi söylənilə
bilər.
Lavrensin müvəffəqiyyətsizliklə nəticələnən təşəbbüsünün səbəblərini dərindən araşdıran miss
Qertrud Bell hərəkətə başladı. Qertrud Bell Oksford universitetinin şərq dilləri fakültəsinin məzunu
idi. Bütün ərəb ləhcələrini çox yaxşı bilirdi.
Dəvə üstündə, yanından əskik etmədiyi mədən sodası şüşələri yüklü bir dəvə karvanı ilə çöllərdə
aylarla dolaşdı. Bir qadın üçün bu çox ağır iş idi. Çölün bir tərəfində əsgərlər bir-birlərini boğazla-
yarkən, o bir tərəfində də miss Qertrud Bell “İngilis Neft İmperiyası”nın tərkibinə İraq və Hicazın
neft sahələrini də əlavə etmək üçün xaincəsinə bir mübarizə aparırdı. Miss Gertrud Bell aylarla
davam edən bu çöl yolçuluğunun sonunda, Əmir Feysəlin Böyük Suriya kralı olmasına qarşı üsyan
edən qırxa qədər qəbilə şeyxini günün birində, bir vahədə toplamağa müvəffəq oldu və bol miqdarda
ingilis qızılı xərcləyərək, bu qırx adamı, əmir Feysəlin krallığını tanımağa razı saldı. Artıq Səud ibn
Əbdüləziz bitərəfləşdirilmiş oldu. Osmanlı İmperiyasının Məkkə şərifi Hüseyinin oğlu Feysəl, bu
toplantıdan sonra 1920-ci ildə imzalanan San Remo müqaviləsinin bağlanmasına qədər Böyük Suriya
kralı Feysəl adını qazanarkən, İraqdakı zəngin neft sahələrinin imtiyazını da ingilislərə verirdi.
Birinci Dünya müharibəsinin Osmanlı İmperiyasından qopardığı Ərəbistan yarımadasında bir çox
dövlətlər yarandı. Bu yeni və böyük dövlətlərin sərhədləri Deterdinqin mütəxəssisləri tərəfindən
cızılır və bu sərhədlər Millətlər Cəmiyyətində rəsmi ingilis nümayəndə heyəti tərəfindən dünya
dövlətlərinə zorla təsdiq etdirilirdi. Deterdinqin adamları yeni təşəkkül edən bu dövlətciklərdə pərdə
arxasında olmalarına baxmayaraq, ən mühüm müşavirlik vəzifələrini yerinə yetirməkdə idilər.
Lavrens, Qertrud Bell, Sidney Reyi (Roznblum) Fransanın “Böyük Suriya” layihəsinə qarşı mübarizə
aparmaqla yanaşı sadəcə İraq kralı I Feysəl ünvanını alan kral Feysəlin ən yaxın adamı oldular. Filbi
(Abdullah)
1
*
isə Səudiyyə Ərəbistanının əmiri Səud ibn Əbdüləzizin xüsusi müşaviri oldu.
Ancaq, bütün bu hadisələrin arxasında bəzi gerçəklər saxlanılırdı: Bu dövlətlər necə təşəkkül
etmişdi? İngilislər, bu dövlətlərin təşəkkülündə hansı məqsədi əsas olaraq qəbul etmişdilər? Bunun
cavabı bu günə qədər bir çox nöqtədən verilməyə çalışıldığı halda hələ məsələnin həqiqi məzmununa
dair açıqlama verilməmişdir. Biz burada bu mövzuda bəzi misallar verməklə ingilislərin neft
Dostları ilə paylaş: |