Talelər
NƏ SƏNİNLƏ, NƏ DƏ SƏNSİZ...
Varis
Qara üzlü dəftərçədir. Titul səhifəsində Şəklidir. Binaya söykənərək onun
qarŞısındakı pilləkəndə dayanıb. Divarda kimlərsə qara rənglə baŞ hərfləri və sevgi
iŞarələri yazıblar, ürək Şəkli çəkiblər. Onun həyatında artıq bu iŞarələr heç bir önəm
daŞımır. Çünki onun sevgisi indi ölüb, yoxdur. Divarda sual iŞarələri də var. Bax bu
sual iŞarələri birbaŞa ona aiddir. Çünki həyatı, xüsusən indiki dönəmi büsbütün
müəmmalıdır.
Mənə 2 dəftər verib. İkinci dəftərsə bozdur. Təkidlə xahiŞ edir ki, taleyini yazım.
«Sonuncu ölən ümidlərdir» romanının qəhrəmanı Nailənin oxucular arasında hədsiz
populyarlığını görüb ürəklənib. Deyir mənim taleyimi yazsanız, ondan da maraqlı
bir əsər yaranar.
Əslində, heç mənim müdaxiləmə ehtiyac da yoxdur. Özü hər Şeyi yazıb, aydın, səlis.
Ora-burasına azacıq düzəliŞ verib oxucuların ixtiyarına buraxıram.
Onun həyat tarixçəsinə elə dəftərçəsindən tapdığım bu misraları isə epiqraf seçirəm:
Həyat bir gün.
O da bu gün.
Nə səninlə,
Nə də sənsiz...
Yenə tək...
Yenə danıŞa bilmədiyim, öz-özümlə tək qalanda fikirləŞməkdən belə qorxduğum
Şeylər məni rahat buraxmır...
Bir ay olar ki, anam mənim ən çox sevdiyim əŞyanı - gündəliyimi götürüb. Mən
Bakıda olanda çantamdan götürüb, oxuyub. İndi ürəyim gəlmir ki, öz Şəxsi əŞyamı
downloaded from KitabYurdu.org
ondan alım. Bilirəm ki, oxuyub. Mən istəsəm, onda oxuduqlarını üzümə vurar. Artıq
səbrim yoxdu söz-söhbətə. Evdə ruh kimi gəzirəm. Çox sakit oluram. Əslində, heç
də sakit deyiləm axı...
İndi yenə də evdə təkəm, hava tutqundu. Səhər oyananda yenə narahat idim. Amma
bu dəftəri də yazmağa ürəyim gəlmirdi. Bu dəfə də kiminsə oxuyacağından
qorxurdum. Amma yazmasam, rahat ola bilmərəm.
Sevimli günlüyüm, niyə mən tək qalmalıyam? Mənim həmiŞə Allahıma duam bu
olub ki, «layiq olduğum həyatı qismət elə mənə, artıq heç nə istəmirəm». Yəni mən
bunlara həqiqətən də layiqəm?..
Heç nə yadımdan çıxmır, unutmaq istəsəm də, çalıŞsam da alınmır. Bu gün saat
13:58, 24.08.08 tarixidir. Amma bütün həyatım tam dəqiqliyi ilə yadımdadı.
Səhər oyananda da oyanmaq istəmirdim. Bilirəm ki, bu gün tək olacam evdə.
Təklikdən də çox qorxuram. Yenə yaŞadıqlarım bir-bir gözümün qabağına gələcək.
Eyni həyəcanla, eyni streslə yenə də o hadisələri yaŞayacam elə bil. Hava tutqundu,
yavaŞ-yavaŞ yağıŞ yağır, elə bil mənim bu gün özümdən asılı olmadan fikirləŞmək
məcburiyyətində olduğum taleyimə hava da ağlayır.
11/02/1989. Anam onda çox cavan idi, həm də ki, böyük bacım çox balaca idi. Mənə
hamilə qaldığını biləndə anam heç sevinməyib. Əksinə, mənim doğulmamağım üçün
hər Şey eləyib. Onda Mərdəkanda yaŞayırlarmıŞ. Hovuzun üstünə çıxıb tullanıb,
ağır Şeylər qaldırıb, nə qədər eləyibsə mənə heç nə olmayıb. Bəlkə də
imkansızlıqdan ikinci uŞağı istəməmiŞdilər. Onları da baŞa düŞürəm. Çünki
mamagil imkanlı ailə olublar, papagil isə poçtalyon uŞaqları. Ona görə də mamanı
papaya verməyiblər. Papa mamanı xalasıgilə qonaq gələndə qaçırıb. Evləri olmayıb,
kirayə qalıblar. Nəysə... Axır ki, mən doğuldum. Mənim həyatımın çətin keçəcəyini
təsəvvür etmək hələ ana bətnində olanda arzulanmayan uŞaq olmağımı və doğuŞda
sol ayağımın zədələndiyini (ayaqdan doğulmuŞam) bilmək bəs edərdi. Təzə-təzə
yeriyəndə axsayırammıŞ. Sən demə, sol ayağımda sümük çatıŞmazlığı varmıŞ. Bir
downloaded from KitabYurdu.org
uŞaqçün yaŞamağın ən gözəl çağlarında mən 2 il gipsdə qalmıŞam ayağımdan. Qaça
bilmirdim. HəmiŞə bir məclis qurulanda dayım məni qucaqlayıb bu əhvalatı danıŞır:
«Nərgiz təzə dil açırdı, ayağını gipsə qoymağa hazırlaŞırdılar. UŞağı xəstəxanaya
aparanda mən də getdim. Amma məni içəri girməyə qoymadılar ki, təkcə ata və ana
girə bilər. Nərgiz də mənə elə bağlı idi ki... Nəysə... UŞağın ayağına gips qoymaq
istəyirlər, uŞaq qoymur, ağlayır ki, dayı gəlsin. Axır ki, iŞçilərin biri bayıra çıxıb
dedi ki, bu uŞağın dayısı kimdisə o gəlsin yanına. Mən içəri girdim, məni qucaqlayıb
ağladı-ağladı. Bir az sakitləŞdirəndən sonra gipsi qoydular. Nədənsə bu hadisəni
danıŞanda hər dəfə dayımın gözləri dolur, axıra yaxın səsi titrəyir».
Mən atamı doyunca görməmiŞəm. Çox kasıb olmuŞuq. HəmiŞə nəsə çatmayıb.
Papa çox vaxt Almaniyada olurdu. Usta idi. Biz də nənəgillə qalırdıq - Göyçayda.
Öz evimiz yox idi. 2 mərtəbəli evdi – yuxarıda 1 otaq, balkon, aŞağıda 2 otaq, 1
aynabənd və balaca balkon, çox balaca da həyətimiz vardı. Yuxarıda biz qalırdıq,
aŞağıda nənəgil.
Elə vaxt olurdu ki, papa yaxŞı pul qazanırdı, elə olurdu ki, heç pulu olmurdu. Elə
bir vəziyyət yenə yaranmıŞdı. Heç pulumuz yox idi. Böyük bacımla mən oruc
tuturduq. QonŞu bizi orucaçdıya çağıranda doyunca yeyəcəyimiz səbəbindən o
qədər sevinirdik ki. Balaca bacım isə evdə olan bir tikə yavan çörəklə bir təhər
keçinirdi...
Mən 5-ci sinfə keçirdim. Yayda Bakıya getdim, bütün tətili orda qaldım. Dayı məni
gəlməyə qoymurdu. O vaxt dayımgil köhnə avtovağzalın yanında qalırdılar. Həyət
evi idi. 15 ailə bir həyətdə qalırdı. Dayımın balaca oğlu vardı - Rasim. Hələ onda
dayı məni övladlığa götürmək istəyirdi. O biri il bu evlər söküləcəkdi və təzə ev
alacaqdılar. Onu gözləyirdi ki, ev alsın, mən onlarda qalım. Artıq mən 6-cı sinifdə
oxuyurdum. Soyuq yanvar ayının axırıncı günü idi. Gecə qapı döyüldü. Xəbər gəldi
ki, babam – anamın atası rəhmətə gedib. Onların ata yurdu Ucar idi. Səhər məni də
özləri ilə götürüb getdilər. Dayıgilin iŞləri olduğundan cəmi 3 gün qala bilərdilər.
downloaded from KitabYurdu.org