4(124) /2015
n
VERgİ NƏZƏRİyyƏsİ
47
UoT 336.22:007.5 (479.24)
VERgİ sİstEMİNİN
tƏKMİllƏŞDİRİlMƏsİNİN
ElMİ-NƏZƏRİ ƏsAslARI
Seyfullayev İlqar
Zülfüqar oğlu
i.f.d., dos.
Azərbaycan Respublikası
Vergilər Nazirliyinin
Tədris Mərkəzi
AZ 5600. Şamaxı rayonu
s-ilgar@mail.ru
Xülasə
Tədqiqatın məqsədi – vergi sisteminin təkmil-
ləşdirilməsi prosesinin nəzəri əsaslarının tədqiqi.
Tədqiqatın metodologiyası – sistem və özünü -
təşkil nəzəriyyəsi.
Tədqiqatın nəticələri – vergi sisteminin təkmil-
ləşdirilməsi tədbirlərinin hazırlanması prosesinin
mərhələləri, eləcə də vergitutma prinsiplərinin tək-
milləşdirilməsi istiqamətləri üzrə əsaslandırılmış
təkliflər verilmişdir.
Tədqiqatın məhdudiyyətləri – vergi sisteminin
mövcud və arzu edilən vəziyyətinin qiymət -
ləndirilməsi üsullarına dair tədqiqatların azlığı.
Tədqiqatın praktiki əhəmiyyəti – vergi sisteminin
təkmilləşdirilməsi tədbirlərinin hazırlanmasında
elmi mənbə kimi istifadə edilə bilər.
Tədqiqatın orijinallığı və elmi yeniliyi – vergi sis-
teminin inkişafına özünütəşkil nəzəriyyəsi baxımın-
dan yanaşılmışdır.
Açar sözlər: vergi sistemi,özünütəşkil, fluktu-
asiya, vergitutma prinsipləri.
səh. 47-60
PDF processed with CutePDF evaluation edition
www.CutePDF.com
1. Giriş
Azərbaycanın vergi sistemi inkişaf etmiş ölkələrin vergi sistemi ilə müqayisədə
yaş baxımından kifayət qədər “gənc” hesab olunur. Vergi münasibətlərinin işti-
rakçıları - dövlət, cəmiyyət və vergi ödəyiciləri - arasında yaranan qarşılıqlı
əlaqələrin çoxcəhətliliyi və müxtəlifliyi bu sistemin yetkin (daha təkmil) vəziyyətinə
doğru təkamülü prosesinin mürəkkəbliyini və daimiliyini şərtləndirməklə vergi sis-
teminin təkmilləşdirilməsi, bu sahədə islahatların aparılması, sistemin gələcək
vəziyyətinin proqnozlaşdırılması, planlaşdırılması, təşkili və monitorinqi
məsələlərinin həllinə elmi yanaşmaları zərurətə çevirir.
Qeyd edilən məsələlərin öyrənilməsi iqtisad elminin klassiklərindən başlayaraq
bu günə qədər davam etməkdədir. Aparılmış tədqiqatların xronologiyasının və ver-
gitutma sahəsində elmi təfəkkürün təkamülünün təhlili göstərir ki, vergi sistemi açıq,
qeyri-xətti və mürəkkəb sistemlərə xas olan “sadədən mürəkkəbə doğru hərəkət”,
“dinamik struktur”, “kəmiyyət və keyfiyyət dəyişikliyi”, “ətraf mühitə uyğunlaşma”,
“xaos və qaydanın, dezinteqrasiya və inteqrasiyanın uzlaşması”, “böhranlarla
inkişaf”və digər bu kimi xüsusiyyətlərə malikdir. Hansı təsirlər belə sistemlərin
tərəqqisini və ya tənəzzülünü dəstəkləyir? Hansı hallarda belə sistemlər seçim (də -
yişiklik) qarşısında qalır və ya sabit rejimdə fəaliyyətini davam etdirir? Hansı
kəmiyyət dəyişiklikləri sistemin keyfiyyətcə dəyişməsinə gətirir və əksinə, hansı
keyfiyyət dəyişikliyi kəmiyyət dəyişikliyinə gətirir? Bu proses necə baş verir?
Belə mürəkkəb sualların cavablandırılması üçün kifayət qədər ciddi və dərin
tədqiqatların aparılmasının zəruri olduğunu anlamaq o qədər də çətin deyil. Açıq
sistemlərin, o cümlədən vergi sisteminin təkmilləşdirilməsi üsullarına dair nəzəri
fikirlərin ümumiləşdirilməsinə həsr olunmuş bu məqalə qeyd edilən tədqiqatlar üçün
ideyaların və metodologiyaların seçilməsində faydalı ola bilər.
İqtisad elminin inkişafı vergi sisteminin formalaşmasının ümumi prinsiplərini
müəyyən etməyə imkan vermişdir. Fikrimcə, vergi sisteminin formalaşması prinsip -
lərinin müasir dövrün tələbləri prizmasından tədqiqi Azərbaycanın vergi sistemində
aparılmaqda olan islahatların elmi əsaslarının müəyyən edilməsi üçün əhəmiyyət
kəsb edir. Bu baxımdan, vergitutmanın prinsipləri ilə bağlı nəzəri müddəalarının
tədqiqi məqalənin vəzifəsi kimi qəbul edilmişdir.
2. Açıq və mürəkkəb sistemlərin inkişafının ümumi qanunauyğunluqları
Müasir tədqiqatlarda faktların və amillərin tam və qarşılıqlı təsir kontekstində
öyrənilməsi metodologiyası daha çox istifadə olunur. Sistem, təşkil, oyunlar və in-
formasiya nəzəriyyələri, kibernetika və digər elm sahələrinin inkişafı təbiətdə və
cəmiyyətdə baş verən hadisələrin izahında ümumi prinsiplərdən istifadənin mümkün-
48
İ.Seyfullayev
VERGİ SİSTEMİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNİN ELMİ-NƏZƏRİ ƏSASLARI
4(124) /2015
49
İ.Seyfullayev
VERGİ SİSTEMİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNİN ELMİ-NƏZƏRİ ƏSASLARI
4(124) /2015
lüyünü göstərmiş, müxtəlif təbiətli sistemlərdə hadisələrin baş vermə qanunauyğun-
luqlarında təəccüb doğuran eyniliklərin olduğunu sübuta yetirmişdir. Elmin inkişaf
tarixi göstərir ki, elm sahələri mahiyyət etibarı ilə reallığın müəyyən cəhət və
tərəflərini əks etdirən modellərdir və heç bir elm sahəsi ayrı-ayrılıqda reallığın
bütövlükdə və ya bir cəhətinin tam yəqinliklə izahını verə bilmir. O da məlum ol-
muşdur ki, hər hansı bir elm sahəsinin nailiyyəti digər elm sahələrində də uğurla tət-
biq oluna bilir. Təsadüfi deyil ki, Çarlz Darvin (1809-1882) təkamül nəzəriyyəsinin
“təbii seçmə” prinsipini məhz Adam Smitin (1723-1790) “görünməz əl” ideyasından
bəhrələnərək irəli sürmüşdür [1]. Elmi inkişaf təbiətdə və cəmiyyətdə baş verən
hadisələrin öyrənilməsində sintezin, sistemli yanaşmanın üstünlük qazanmasına
şərait yaratmışdır.
Sistemli yanaşma nəzəriyyələrindən olan özünütəşkil nəzəriyyəsi rus həkimi və
filosofu A.A.Boqdanov-Malinovskiy (1873-1928) və avstriyalı bioloq Lüdviq fon
Bertalanfinin (1901-1972) tədqiqatları əsasında formalaşmağa başlamışdır. Bu al-
imlər sistemlərin yaranması, inkişafı və daxili srtukturun dəyişməsi proseslərini
tədqiq edərək təbiətindən asılı olmayaraq bütün sistemlərin təşkilati strukturlarının
təkamülünün ümumi qanunauyğunluqlarını müəyyən etmişlər [1, 2].
L.Bertalanfi deyirdi: “Əgər canlı orqanizmlərə baxsaq, onda möhkəm qaydanı,
təşkili, fasiləsiz dəyişikliklərin daimiliyini, tənzimləməni... görə bilərik. Buna oxşar
olaraq insan davranışında da məqsədyönlülüyü, müəyyən məqsədlərə can atmanı
görməmək mümkün deyil” [1].
Qeyd edilən nəzəriyyələrə əsaslanaraq özünütəşkil edən sistemlər barədə aşağı-
dakı fikri söyləmək olar: “özünü təşkiledən sistem daxili və kənar amillərin müəyyən
həddlər daxilində olan təsiri ilə daxili elementlərinin qarşılıqlı əlaqələrini, qayda və
təşkilini dəyişərək belə təsirlərə uyğunlaşa və fəaliyyətini davam etdirə bilən sis-
temdir.
Özünütəşkil edən sistemin əlamətlərinə aşağıdakılar aid edilir [2]:
dağıdıcı təsirlərə müqavimət göstərir;
yaşamaq qabiliyyətinin yüksəldilməsi və dayanıqlığın artırılması üçün daxili
strukturunu dəyişdirir (uyğunlaşma qabiliyyəti) və mürəkkəblik dərəcəsini
artıraraq keyfiyyətcə yeni səviyyəyə keçir (mürəkkəb sistem);
daim hərəkətdə olan daxili mühitin qeyri-tarazlıq vəziyyətini dəstəkləmək üçün
xarici mühitlə enerji, resurs və informasiya mübadiləsini edir (açıq sistem).
Özünütəşkil nəzəriyyəsi digər nəzəri yanaşmalardan fərqli olaraq, sistemin taraz -
lıq halını istisna hal kimi qəbul edir. Sistemin daxili elementlərinin qarşılıqı dinamik
təsiri və xarici mühitin təsirləri açıq sistemin tarazlıq vəziyyətini ani hala çevirir və
qeyri-tarazlıq vəziyyəti sistemin adi halı hesab olunur. Bu ideyaya görə sistemləri
öyrənərkən onun qeyri-tarazlıq vəziyyətində davranışının müşahidə edilməsi daha
faydalı nəticələr verə bilər. Nisbətən sabit mühitdə (kənar və daxili amillərin təsiri
çox az dəyişir) fəaliyyət göstərən sistemlər tezliklə tarazlıq halını alır. İlk baxışdan
yaxşı görünən bu hal heç də yaxşı nəticələrə gətirmir: sistemin inkişafında əvvəlcə
durğunluq, sonra isə tənəzzül və dağıdıcı xaos yaranır.
Özünütəşkil nəzəriyyəsinə görə sistemin inkişafı və mühitə uyğunlaşmasını tek-
toloji seçmə müəyyən edir. Belə seçmənin struktur elementlərinə aşağıdakılar aid
edilir [2, 3, 4, 13]:
obyekt - təsirə məruz qalan;
subyekt - obyektə təsir edən amil;
seçmə meyarı - obyektin inkişafı və ya məhdudlaşdırılmasının asılı olduğu
cəhət.
Tektoloji seçmənin vergi sistemində təzahürü belə ola bilər: obyekt -vergi sis-
teminin elementləri: vergi ödəyiciləri, vergi orqanı, vergi qanunvericiliyi, insan
resursları, vergi inzibatçılığı və s.; subyekt - vergi sisteminin təkmilləşdirilməsinə
yönələn tədbirlər (kim tərəfindən, necə, nə zaman, nə üçün, hansı intensivliklə və
s.); seçmə meyarı - obyektin sistem üçün (vergi sistemi bütövlükdə, onun ayrı-ayrı
elementləri və ya elementlər qrupu) prioritetliyi, vergilərin iqtisadi artıma təsiri,
vergi daxilolmalarının miqdarı və s.
A.A.Boqdanov əsas tektoloji qanunlara aşağıdakıları aid etmişdir [4]:
1. Ən kiçiklər qanunu – sistemin dayanıqlığı onun hər bir elementinin ən kiçik
nisbi müqavimətindən asılıdır. Bu qanun inqressiv (birləşmiş, kombinə edilmiş) sis-
temlərə aid olunur. Vergi sisteminin zəif həlqəsinin müəyyən edilməsi və bu həlqənin
gücləndirilməsi onun uyğunlaşma qabiliyyətinin və dayanıqlığının artırılması üçün
əhəmiyyətlidir.
2. Müxtəliflik qanunu – sistemin elementləri (vergi ödəyiciləri, vergi orqanı,
vergi növləri, vergi qanunvericiliyi və s.) ilkin müxtəlifliyə, mühit fərqlərinə, müx-
təlif istiqamətli və kəmiyyətli impulsların təsiri ilə bir-birindən fərqlənirlər.
Hər bir müxtəlifliyin arxasında nisbi eyniliyi, mürəkkəbdən sadəyə, dünyanın
müxtəlifliyindən onun modellərinə keçidi axtarmaq, sistemin elementləri arasında
əlaqələrin kəsilməsindən sonra ayrılan hissələrin labüd müxtəlifliyini nəzərə almaq
lazımdır.
Açıq və mürəkkəb sistemlərin inkişaf strategiyalarını əsasən üç qrupa ayırırlar:
“İmpuls”; “Mühit”; “Dağıtma” [1, 2, 3, 4].
“İmpuls” yanaşmasında sistemin əsas elementlərindən biri və ya bir neçəsi
seçilir, bu elementlərə ilkin təsir göstərməklə sistemin məzmun və forması dəyiş -
dirilir. Bu zaman sistemə yeni elementin daxil edilməsi, sistemin strukturunun
yenidən təşkili və digər startegiyalardan da istifadə edilir. Sistem nəzəriyyəsindən
məlumdur ki, sistemin bir elementində baş verən dəyişiklik onun bütün ele-
mentlərində və beləliklə, ümumi və xüsusi xassələrində dəyişikliyə gətirir. “İmpuls”
yanaşması fizikadan məlum olan rezonans hadisəsinə əsaslanır: kiçik təsirin köməyi
ilə böyük və uzunmüddətli dalğaların yaranmasına nail olmaq mümkündür. Bir kibrit
çöpünün alovu böyük meşə yanğınlarına çevrilə bilir. Bu fiziki hadisə qədim Çin
4(124)/2015
İ.Seyfullayev
VERGİ SİSTEMİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNİN ELMİ-NƏZƏRİ ƏSASLARI
50
fəlsəfəsinin qeyd olunan müddəaları ilə də uzlaşır: “zəif güclüdən güclüdür; yumşaq
möhkəmdən möhkəmdir...”.
Özünütəşkil nəzəriyyəsində “impuls” anlayışı “fluktuasiya” anlayışı ilə sinonim
kimi istifadə olunur. Fluktuasiya dedikdə sistemi tarazlıq vəziyyətindən çıxaran hər
hansı təsir nəzərdə tutulur [4]. Bu təsir xaotik və düşünülmüş ola bilər.
Sistemin fluktuasiya nəticəsində formalaşan yeni strukturunun ilkin struktura
qalib gələ bilməsi üçün müəyyən şərtlər lazımdır [3,4]:
yeni struktur sistemin müəyyən hissəsində formalaşmalıdır (uğurlu olduqda,
tədricən sistemin bütün fəzasını əhatə edir);
sistem daxilində formalaşan yeni strukturun kəmiyyət və keyfiyyət göstəriciləri
kritik ( minimal və maksimal) hədlər daxilində olmalıdır ( köhnə münasibətlərə
qalib gəlmək üçün güclü, sistemin tam dağılmasına, yəni xaosun qələbəsinə
gətirməmək üçün isə müəyyən dərəcədə məhdudlaşdırılmalıdır).
Sistemin yeni halının müjdəçisi olan fluktuasiyanın kritik ölçüləri sistemin bütün
elementlərini əhatə edən diffuziya mexanizminin səmərəliliyindən asılı olaraq artır.
Başqa sözlə, sistemdaxili informasiya kanallarında informasiyanın ötürülməsi sürəti
böyudükcə nəticəsiz fluktuasiyaların sayı da artır, yəni sistemin dayanıqlılığı güc -
lənir. Fluktuasiyanın kritik ölçüsü probleminin bu cəhəti onu deməyə əsas verir ki,
fluktuasiyanı əhatə edən mühit qələbəyədək onu inkar edir. Fluktuasiyanın inkişaf
etməsi və ya sönməsi onunla əhatə mühiti arasında əlaqə kanallarının effektliliyindən
asılıdır. Beləliklə, fluktuasiyanın kritik ölçüləri sistemin birləşdirici gücü və fluktu-
asiyanı gücləndirən mexanizmlərin rəqabəti ilə müəyyən edilir [4].
Yeni sistemlərin fluktuasiyalar vasitəsilə qurulması hadisəsinə təbiətdə də çox
rast gəlinir. Termitlərin (böyük koloniyalarla yaşayan qarışqaya bənzər həşəratlar)
yuvasının tikintisi prosesinin tədqiqi həşəratlar toplumunda kollektiv şüurun
mövcudluğu barədə mülahizələri irəli sürməyə imkan vermişdir. Belə şüurun təza-
hürü qeyri-adi formada baş verir. Belə ki, nəhəng və mürəkkəb yuvaların tikintisi
zamanı termitlər arasında informasiya mübadiləsi çox az olur (həşəratların fəaliyyəti
təşkil edilmiş və düşünülmüş olmur) və yuvanın özülünün qoyulması prosesi zahirən
xaotik hərəkəti xatırladır. Termitlər bu mərhələdə gətirdikləri torpaq dənələrini başqa
termitləri cəlb edən hormonlarla hopdurur və xaotik olaraq səpələyirlər. Daha güclü
həşəratların səyi nəticəsində müəyyən müddətdən sonra termitlərin yaşayış
zonasında hormonlu torpaq dənələrinin bir neçə konsentrasiyası – torpaq təpələri
əmələ gəlir. Bu təpələr ilkin fluktuasiya rolunu oynamağa başlayır, təpələrdə cəlbe-
dici hormonun konsentrasiyası artdıqca onların ətrafında daha çox termit toplaşır və
fluktuasiyanın (cəlbedici hormon) təsiri getdikcə güclənməyə başlayır (təpələr
böyüyür). Beləliklə, termit yuvasının özülü və dayaqları əmələ gəlir. Dayaqlar arasın-
dakı məsafə hormonun yayılma radiusu ilə müəyyən olunur.
Sistemin mürəkkəblik dərəcəsi (elementlərin və struktur səviyyələrin sayı və s.)
artdıqca onun dayanıqlılığına təsir göstərən fluktuasiyalar da artır. Bəs mürəkkəb
4(124) /2015
İ.Seyfullayev
VERGİ SİSTEMİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNİN ELMİ-NƏZƏRİ ƏSASLARI
51
sistemlər olan sosial ( ailə, qəbilə, tayfa, millət, xalq, cəmiyyət, dövlət və s.), iqtisadi
(müəssisələr, korporasiyalar, milli iqtisadiyyatlar və s.) və ekoloji sistemlər öz
dayanıqlılığını necə qoruyur və xaosdan necə yan keçə bilirlər? Müəyyən olunmuş-
dur ki, belə sistemlərin elementləri arasında təkmil əlaqə kanalları sistemin kənar
təsirlərə düzgün reaksiya verməsini təmin etməklə onların dayanıqlılığını artırır [4].
Sistemin struktur dəyişikliklərinə dayanıqlılığı problemini belə təsvir etmək olar:
sistemə az miqdarda yeni elementlərin daxil edilməsi struktur daxilində yeni müna-
sibətlərin və əlaqələrin formalaşmasına gətirir. Yeni münasibətlər sistemin əvvəlki
funksional fəaliyyət üsulları ilə mübarizə aparır. Əgər sistemin struktur dayanıqlılığı
güclüdürsə, onda sistem daxilində yeni münasibətlərin ömrü az olur. Yeni ele-
mentlərin sistemdaxili mühitə uyğunlaşması uğurla nəticələndiyi halda isə sistem
yeni funksional rejimdə işləməyə başlayır və onun fəaliyyəti yeni qaydalar əsasında
qurulmağa başlayır.
Sistemin struktur dayanıqlığına nümunə olaraq genetik quruluşları göstərmək
olar. Araşdırmalar göstərmişdir ki, gen sistemi avtokatalik populyasiyalar tərəfindən
edilən daimi “səhvlərə” - polimer-mutantlara qarşı müqavimət göstərmək qabiliyyə -
tinə və struktur dayanıqlılığına malikdir. Belə sistem iki növ polimer molekullarının
çoxluğundan təşkil olunmuşdur. Birinci çoxluq “nuklein turşuları”nın funksiyalarını
yerinə yetirən molekullardan ibarətdir. Bu molekullar özündəntörəmə qabiliyyətinə
malik olmaqla ikinci növ molekulların - “proteinlər”in funksiyasını icra edən
polimerlərin sintezi üçün katalizator rolunu oynayır. Protein molekulları isə öz
növbəsində birinci çoxluğun molekullarının özündəntörəmə prosesinin katalizatoru
rolunda çıxış edir. İki çoxluğun molekulları arasında qarşılıqlı katalitik əlaqə dövri
xarakter alaraq nuklein turşularının və proteinlərin daim yaranan yeni mutant
polimerlərdən müdafiə qabiliyyətini yüksəldir. Heç bir şey nuklein turşuları və pro-
teinlər arasında yaranan özündəntörəmə dövrünə müdaxilə edə bilmir. Beləliklə,
genetik kodun və növbəti təkamülün meydana gəlməsi üçün möhkəm özül yaranır
[5].
Canlı sistemlərin təkamülü nəzəriyyəsinin əsas problemlərindən biri də
makroskopik strukturlarla mikroskopik hadisələr arasında əks əlaqənin yaranmasıdır.
Mikroskopik hadisələrdən doğan makroskopik strukturlar öz növbəsində mikros -
kopik mexanizmlərdə dəyişikliklərin yaranmasına rəvac verməlidir. Amma belə
qarşılıqlı əlaqə necə baş verir və onu proqnozlaşdırmaq mümkündürmü?
Bioloji sistemlər yaşamaq üçün öz strategiyalarını və bu strategiyaya uyğun gələn
strukturları böyük məharətlə seçə bilirlər. Trematod (yastı qurd - qoyun ciyərinin
paraziti) yaşamaq üçün əvvəlcə qarışqanı yoluxduran infeksion hüceyrəyə çevrilir.
Yoluxan qarışqa özünüqoruma instinktinə uyğun gələn strategiyanın tam əksi olan
qəribə davranışı ilə seçilir: xəstə qarışqa adəti üzrə torpaqda gizlənmək əvəzinə ot-
ların budağının ən yüksək nöqtəsinə qalxır və sanki otlayan qoyunu gözləməyə
başlayır. Beləliklə, qurdun hüceyrəsinin qoyunun orqanizminə düşmə ehtimalı yük-
52
İ.Seyfullayev
VERGİ SİSTEMİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNİN ELMİ-NƏZƏRİ ƏSASLARI
4(124) /2015
səlir. Yastı qurdun çoxalması üçün ən yaxşı mühit qoyunun qara ciyərinin toxu-
malarıdır. Yastı qurd öz məqsədinə nail olmaq üçün belə ağıllı strategiyanı necə
seçib?
Sistemlərin inkişafı üçün “Mühit” yanaşması lazımi mühitin yaradılmasını
nəzərdə tutur. Fəaliyyət mühitində baş verən dəyişikliklər ( xarici fluktuasiya) sis-
temin daxili mühitinə təsir göstərərək onun keyfiyyətcə dəyişməsinə gətirir.
“Dağıtma” yanaşması yeni sistemin qurulması üçün köhnə sistemin böyük
sürətlə dağıdılmasını - xaosu nəzərdə tutur. Bu zaman sistem xaos vəziyyətində ehti-
mallı şəkildə yeni struktur yaradaraq keyfiyyətcə yeni səviyyəyə keçir.
“İmpuls” və “Mühit” yanaşmaları isə təkamül xarakteri daşıyır. Bu yanaşmaların
tətbiqi zamanı məqsədə nail olma böyük zaman kəsiyində baş verir. İnkişaf etmiş
ölkələrin nail olduqları sosial-iqtisadi və elmi-texniki tərəqqi məhz “Mühit” və “İm-
puls” yanaşmalarının birgə tətbiqinin nəticəsidir. Bu ölkələrdə sahibkarlığın dəstək-
lənməsi və iqtisadi sistemin makro səviyyədə tənzimlənməsi “Mühit” yanaşmasının,
yeniliklər əsasında inkişaf isə yenilikçiliyin dəstəklənməsinə yönəlmiş tənzimləmə
tədbirlərinin - “İmpuls” yanaşmasının nəticəsidir.
Sistemlərin təkmiləşdirilməsi üçün tətbiq olunan strategiyaları bir ümumi xassə
birləşdirir: nəticələrin qeyri-müəyyənliyi və ya ehtimallılıq. Açıq və mürəkkəb sis-
temlərin hər-hansı andakı vəziyyəti barədə tam və dəqiq məlumatların mövcudluğu
da (halbuki belə məlumatların əldə edilməsi də kifayət qədər mürəkkəb məsələ hesab
olunur) onun sonrakı vəziyyətinin dəqiqliklə proqnozlaşdırılmasına imkan vermir.
Dəyişmə - bifurkasiya nöqtəsində sistem qarşısında çoxsaylı inkişaf istiqamətləri
meydana gəlir və bu istiqamətlərdən birini seçən sistemin geriyə dönüşü mümkünsüz
olur. Bifurkasiya anı təsadüfi xarakter daşıyır.
Ümumiyyətlə, açıq sistemlərin inkişafında təsadüflər zərurətlər qədər əhəmiyyətli
rol oynayır. Dəyişiklik anınının nə zaman yetişməsi, bu dəyişikliyin uğurlu olması
üçün zəruri şərtlərin tam ödənilməsi, dəyişiklikdən sonra sistemin davranışı təsadüfi
xarakter daşımırmı?
Sistemin mürəkkəbliyinin modelləşdirilməsi qarşılıqlı təsirdə olan çoxsaylı ele-
mentlərdən asılı olan inkişafın idarə edilməsinin çətinliyini göstərə bilər. Hər bir
hadisə və ya lokal təsir açıq sistemlərdə kollektivlik cəhətini qazanır və tamamilə
gözlənilməyən dəyişikliklərə səbəb ola bilir. Açıq və mürəkkəb sistemlərin müəyyən
təsirlərə reaksiyası barədə proqnozlar adətən özünü tam doğrultmur.
İudaizm dininin etik-dini əsaslarına dair qədim yazılar toplusu - Talmud
yazılarında deyilir: “Allah dünyanın yaranması üçün 26 dəfə cəhd etmiş, amma on-
ların hamısı uğursuzluqla nəticələnmişdir. Sonrakı cəhddə yaranmış bəşər dünyası
əvvəlki cəhdlərin xaotik qalıqları üzərində qurulmuşdur. O çox zəifdir və onun
dağılma riski böyükdür. Allah dünyanı yaratdıqdan sonra dedi: “Ümid edək ki, bu
dəfə alındı”. Bu ümid dünyanın və bəşəriyyətin qaçılmaz qeyri-müəyyənliklə
müşaiyət olunan inkişafının daimi yoldaşıdır” [4, s. 386].
53
İ.Seyfullayev
VERGİ SİSTEMİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNİN ELMİ-NƏZƏRİ ƏSASLARI
4(124) /2015
54
İ.Seyfullayev
VERGİ SİSTEMİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNİN ELMİ-NƏZƏRİ ƏSASLARI
4(124) /2015
3. Vergi sisteminin qurulması və inkişafı prinsiplərinin təkamülü
İngilis iqtisadçısı Uilyam Petti (1623-1687) qeyd edirdi ki, vergilərin artımı dövlət
xərclərinin artımı ilə bağlıdır. O, dövlətin vergitutma ilə bağlı xərclərinin artması
nəticəsində vergilərin əhali üçün ağırlığını artıran səbəblər kimi aşağıdakıları
göstərirdi [6]:
1. Əhalinin vergidən yayınması. Belə halın yaranması isə aşağıdakı səbəblərlə
əlaqədardır:
müqavimət göstərməklə və süründürməçilik vasitəsilə vergidən yayınmaya
ümidlərin mövcudluğu;
verginin həddən artıq çoxluğuna dair şübhələrin mövcudluğu;
toplanılan vergilərin düzgün sərf edilməməsinə dair mülahizələrin mövcud-
luğu;
Qeyd edilən səbəblər vergilərin tutulmasına çəkilən xərcləri artırır və dövlətin
vergidən yayınan fərdlərə qarşı cəza tədbirlərinin sərtləşdirilməsinə gətirir.
2. Vergilərin yalnız pul şəklində və müəyyən edilmiş vaxtda ödənilməsi.
Vergilərin ödənilməsi üçün pul vəsaitləri yalnız əmtəənin satışı, işin görülməsi
və xidmətin göstərilməsindən sonra əldə edilir.
3. Vergilərin tətbiq edilməsi hüququnun qeyri-müəyyənliyi və şübhəliliyi.
4. Pulun çatışmazlığı və pul istehsalında qaydasızlıq.
5. Məhsuldar əhalinin, xüsusilə kəndli və sənətkarların azlığı.
6. Əhalinin sayı, məşğuliyyəti və sərvəti barədə məlumatların azlığı və ya qeyri-
müəyyənliyi (təkrar vergitutma xərclərini və səhvlərin düzəldilməsi üçün
yenidən vergiyə cəlb olunma ilə bağlı narahatlığı artırır).
Fiziokratiyanın məşhur simalarından olan fransız iqtisadçısı Fransua Kene (1694-
1774) dövlətin iqtisadi əsasları üçün vergilərin əhəmiyyəti və təhlükələri barədə
yazarkən qeyd edirdi ki, vergilərin alınması üsulu vergilərin özündən daha təhlükəli
ola bilər. Onun fikrincə, vergilərin təbəələrin varidatına proporsionallığını təmin edə
bilən vergitutma formasının tətbiqi üçün sərvətinin mənbələri barədə tam məlumata
malik olmaq lazımdır [7]. O, təbəələrin sayının artması və öz işlərinə daha böyük
inamla yanaşmaları üçün vergitutma dərəcələrinin sabitliyinin əhəmiyyətini, xüsusilə
vurğulayırdı. F.Kenenin vergitutma üçün önəmli olan fikirlərindən biri də belədir
ki, sərvətin yaradıcılarının (istehsalçıları) vergi yükü azaldılmalı, əmlak sahiblərinin
və icarədarların yükü isə artırılmalıdır. O, bu fikrini belə əsaslandırırdı ki, icarədar-
ların sərvətin bölgüsündə rolu sərvətin yaranmasındakı ro lundan daha böyükdür.
Buna görə də vergilərin ağırlığı sərvəti yaradanların deyil, onun bölgüsündə və is-
tehlakında iştirak edənlərin üzərinə qoyulmalıdır. Bu halda torpağı becərən və buna
vəsait xərcləyən təbəələrin istehsal imkanları vergilər vasitəsilə azalmır. Torpağı
icarəyə verən sahibkarın gəlirinin bir hissəsinin vergi vasitəsilə alınması isə torpağın
(sərvətin mənbəyi) becərilməsi üçün çəkilən xərclərin mənbəyini azaltmır [7].
4(124) /2015
İ.Seyfullayev
VERGİ SİSTEMİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNİN ELMİ-NƏZƏRİ ƏSASLARI
55
İqtisad elmində vergitutmanın əsas prinsipləri sistemli şəkildə ilk dəfə olaraq
A.Smitin “Xalqların sərvəti...” əsərində müəyyən edilmişdir. O, fərdlərin gəlirlərinin
üç mənbəyini qeyd edirdi: renta, mənfəət və əmək haqqı. Hər bir vergi son nəticədə
bu və ya digər mənbədən və yaxud, onların hər birindən eyni dərəcədə ödənməlidir.
A.Smit vergitutmanın dörd prinsipini müəyyən etmişdir [8]:
1. Bərabərlik prinsipi
Təbəələr dövlətin saxlanılmasında öz qabiliyyətlərinə və imkanlarına uyğun
olaraq, yəni dövlətin dəstəyi və müdafiəsi altında əldə etdiyi gəlirin müqabilində
iştirak etməlidir. Dövlətin ayrı-ayrı fərdlərə münasibətdə xərcləri bir neçə sahibi olan
əmlakın idarə olunması ilə bağlı xərclərə (hər şərik bu xərclərdə öz payı müqabilində
iştirak etməlidir) bənzəyir. Vergitutmada bu prinsipə riayət olunması bərabərliyə,
onun pozulması isə bərabərsizliyə, başqa sözlə ədalətsizliyə gətirir. Verginin yalnız
bir mənbədən (rentadan, mənfəətdən və ya əmək haqqından) tutulması da bərabər-
sizliyə gətirir, belə ki, digər mənbələr vergitutmaya məruz qalmır. Mənbələr üzrə
ayrı-ayrı vergilərin bərabərsizliyi praktikada daha tez-tez rast gəlinir.
2. Vergilərin müəyyənliyi prinsipi
Hər bir şəxsin ödəməli olduğu vergi ixtiyari deyil, dəqiq müəyyən edilməlidir.
Verginin ödənmə müddəti, üsulu və məbləği vergi ödəyicisi üçün aydın şəkildə ifadə
edilməlidir. Bu müddəanın pozulması vergi ödəyicisinin vergi toplayan qarşısında
mövqeyini xeyli zəiflədir, vergi toplayana vergilərin ödənilməsi ilə bağlı öz istək-
lərinə və maraqlarına uyğun tələblər formalaşdırmağa imkan verir. Vergilərin qeyri-
müəyyənliyi vergi münasibətlərində qeyri-səmimiliyi inkişaf etdirir və sui-istifadə
hallarına şərait yaradır. A.Smit vergilərin qeyri-müəyyənliyini vergitutmanın ən
böyük problemi kimi qəbul etmişdir. O, bir çox ölkələrin vergitutma praktikasında
mövcud olan böyük bərabərsizliyi vergitutmanın ən kiçik qeyri-müəyyənliyi ilə
müqayisədə daha az zərərli olduğunu qeyd edirdi.
3. Vergilərin əlverişliliyi prinsipi.
Hər bir vergi elə üsulla və o zaman tutulmalıdır ki, verginin ödənilməsi ödəyici
üçün əlverişli olsun. Vergi ödəyicisi torpağın və ya əmlakın istifadəsindən gəlirləri
(renta) əldə etdiyi zaman onun vergini ödəmək imkanları daha çox olur. Deməli
rentadan vergilərin belə gəlirlərin əldə edildiyi anda ödənilməsi ödəyici üçün daha
az problem yaradır. Əlverişlilik prinsipi dolayı vergilərin (aksizlər, əlavə dəyər ver-
gisi, yol vergisi) və tətbiqində də təzahür olunur. Belə vergilərin ödəyiciləri onları
istehlak müqabilində, hissə-hissə ödəyirlər. Alıcı istehlak etdiyi məhsulların alın-
masında müstəqil olduğu üçün israfçılıqla bağlı yaranan əlavə vergilərin nara-
hatlığına görə özü məsuliyyət daşıyır.
4. Verginin səmərəliliyi prinsipi
Hər bir vergi elə tətbiq olunmalıdır ki, onun toplanması zamanı xalqın cibindən
ödənilən vəsaitlə büdcəyə daxil olan vəsait arasındakı fərq mümkün qədər az olsun.
4(124) /2015
İ.Seyfullayev
VERGİ SİSTEMİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNİN ELMİ-NƏZƏRİ ƏSASLARI
56
Ödəyicilərin ödədiyi vergi məbləğinin büdcəyə daxil olan vəsaitdən artıq olması
dörd halda mümkündür:
verginin toplanması çox sayda məmurun saxlanmasını tələb edə bilər ki, bu
da büdcənin məmur ordusunun saxlanması xərclərini artıra bilər;
vergi əhalinin zəhmət motivasiyasını azaltmaqla və məşğulluğa maneələr
yaratmaqla vergitutma mənbəyini azalda və ya ümumiyyətlə məhv edə bilər.
əmlakın müsadirəsi və digər cəza tədbirləri ödəyicini müflisləşdirməklə
cəmiyyəti onun fəaliyyətindən əldə edəcəyi faydadan məhrum edə bilər.
Əsassız vergi ondan yayınma istəyini artırır, bu əmələ görə cəza isə yayın-
manın miqdarına uyğun olaraq artır. Bu halda qanun (bütün ədalət prinsip -
lərinə zidd olaraq) əvvəlcə ondan yayınma istəyini yaradır, sonra isə belə
istəyə uyanları cəzalandırır.
vergi məmurlarının gəlişi və sorğu-sualları ödəyicilərdə əlavə gərginlik, həyə-
can və sıxıntılar yarada bilər. Belə xoşagəlməz hallardan qurtulmaq hissi
ödəyicilərdə vergi məmurlarına əlavə vəsaitləri ödəmə motivasiyasını güc -
ləndirir.
Qeyd edilən dörd hal vergilərin “əhali üçün ağırlığı”nın artmasına, “dövlət üçün
faydalılığı”nın isə azalmasına gətirir.
İqtisadi sistemlərin mürəkkəbliliyi artdıqca vergi sisteminin də mürəkkəblik
dərəcəsi artmış, onun fəaliyyət prinsipləri təkmilləşdirilmişdir. Müasir dövrdə tətbiq
olunan vergitutma prinsipləri 4 qrupda birləşdirilir [9-14]:
1. Maliyyə prinsipləri (məhsuldarlıq, elastiklik prinsipləri).
2. Təsərrüfatçılıq prinsipləri (verginin gəlirdən tutulması və kapitalın azaldılma-
ması prinsipi, verginin ötürülməsi prinsipi və s.).
3. Etik prinsiplər (vergitutmanın ümumiliyi, bərabərliyi, ədalətliliyi prinsipləri
və s.).
4. Metodiki prinsiplər (vergilərin hüquqi müəyyənliyi, əlverişliliyi, hesablanması
və tutulma qaydaları və s.).
Bu prinsiplərin mahiyyəti və məzmunu müasir iqtisadi ədəbiyyatda geniş tədqiq
olunduğu üçün əsas diqqətin onların vergi sisteminin təkmilləşdirilməsi baxımından
rolunun öyrənilməsinə yönəldilməsi daha məqsədəuyğundur. Əvvəlki bölmədə qeyd
etmişdik ki, sistemin inkişafı və dayanıqlılığı üçün onun daxili elementləri və xarici
mühiti arasında əlaqə kanallarının kəmiyyət və keyfiyyət xüsusiyyətləri mühüm rol
oynayır. Əgər qeyd edilən prinsiplərin hər birinin mahiyyətinə və təkamülünə
diqqətlə baxsaq, onda bu prinsiplərin vergi sisteminin əsas təşkilediciləri - vergi
ödəyicisi və vergi orqanı (vergini toplayan qurum) - arasında qarşılıqlı əlaqələrin
məzmun və formasının müəyyən edilməsi üçün nə qədər böyük ənəmiyyət kəsb et-
diyini görə bilərik.
Müasir dövrdə iqtisadi sistemlərin miqyasının artması, onun kəmiyyət və key-
fiyyət xüsusiyyətlərinin mürəkkəbləşməsi, daha çox qeyri-tarazlıq halında fəaliyyət
4(124) /2015
İ.Seyfullayev
VERGİ SİSTEMİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNİN ELMİ-NƏZƏRİ ƏSASLARI
57
göstərməsi vergitutmanın da mürəkkəbliyini artırır (vergilərin müəyyən edilməsi,
hesablanması və toplanması, vergilərin iqtisadi proseslərə təsiri və s.). Vergi sis-
teminin daxili və xarici mühitinin mürəkkəbləşməsi onun daxili və xarici əlaqə
kanallarının da keyfiyyətcə təkmilləşdirilməsi zərurətini doğurur. Fikrimcə, vergi-
tutma prinsiplərinin məhz bu istiqamətdə təkmilləşdirilməsi vergi sistemində aparılan
islahatların nəticəliliyi və səmərəliliyi üçün böyük faydalar verə bilər.
5. Nəticə
Vergi sisteminin xarici və daxili təsirlərə uyğunlaşma qabiliyyətinin və dayanıqlı
inkişafının təmin edilməsinə, eləcə də onun daha da səmərəli mexanizmə çevrilməsi-
nə (məqsəd və vəzifələrin icrasının təkmil üsullarının mənimsənilməsinə) yönəlmiş
tədbirlərin (iqtisadi sistemətəsirin) hazırlanmasının aşağıdakı ardıcıllığını təklif
etmək olar:
vergi sisteminə daxili və xarici təsirlərin qiymətləndirilməsi;
vergi sisteminin təkmilləşdirilməsinin məqsəd və vəzifələrinin müəyyən
edilməsi;
vergi sisteminin elementlərinin və onlar arasında əlaqə kanallarının xü-
susiyyətlərinin təhlili və bu əsasda hər bir elementin təkmilləşdirmənin
məqsədinə görə prioritetliyinin qiymətləndirilməsi (təsir obyektinin seçilməsi
üçün);
vergi sisteminin hər bir elementinin daxili və xarici təsirlərə reaksiyasının və
müqavimətinin qiymətləndirilməsi (ən kiçiklərin uyğunlaşma qabiliyyətinin
və nisbi müqavimətinin müəyyən edilməsi üçün);
təsir nəticəsində hər bir elementdə, elementlər arası əlaqə kanallarında və ümu-
milikdə sistemdə baş verə biləcək dəyişikliklərin proqnozlaşdırılması (təsirin
məqsədinin və nəticələri barədə təsəvvürün formalaşdırılması üçün);
aparılan qiymətləndirmələrə və sistemin elementlərinin qarşılıqlı əlaqə kanal-
larının öyrənilməsinə əsaslanaraq müvafiq təkmiləşdirilmə tədbirlərinin
(seçmə amilinin ) işlənməsi və həyata keçirilməsi.
Vergi sisteminin təkmilləşdirilməsi üçün təsir obyektinin seçilməsi səmərəliliyin
mühüm amilidir. Obyektin vergi sisteminin məqsədi baxımından prioritetliyi və digər
elementlərlə qarşılıqlı əlaqələrinin səviyyəsi, təsir nəticəsində obyektdə baş verəcək
dəyişikliklər barədə gözləntilər, bu dəyişikliklərin vergi sisteminə təsir ehtimalları
əsas seçmə meyarları kimi qəbul oluna bilər.
Vergi ödəyiciləri və vergi orqanı vergi sisteminin əsas elementləri hesab olunur,
digər elementlər isə onlar arasında münasibətlərin tənzimlənməsi və qarşılıqlı əlaqə
kanallarının yaranmasına xidmət edir. Öünütəşkil nəzəriyyəsinə görə, vergi sistemi -
nin dayanıqlılığının və uyğunlaşma qabiliyyətinin təmin edilməsi əsas elementlərin
4(124) /2015
İ.Seyfullayev
VERGİ SİSTEMİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNİN ELMİ-NƏZƏRİ ƏSASLARI
58
və onlar arasında əlaqə kanallarının (münasibətlər, informasiya mübadiləsi - diffuziya
kanalları) keyfiyyətindən asılıdır. Məhz bu yanaşma vergitutmanın ümumi prinsip -
lərinin formalaşmasının və təkmilləşdirilməsinin əsasında dayanır.
Ədəbiyyat siyahısı
1. www.evolbio.ru/bertalanfi.htm - Ludviq von Bertalanfy (1962). “General System
Theory - a Critical Review”, “General Systems, vol. VII, p.1-20, пер. Н.С.Юли-
ной” (L.Bertalanfi “Ümumi sistem nəzəriyyəsi - Tənqidi İcmal”, s. 1-20, N.S.Yuli-
nanın tərcüməsi). ( 1962)
2. Богданов А.А. (1989). Тектология: Всеобщая организационная наука. B 2-х
книгах, кн. 1 - 304 с., кн. 2 - 354 с. М.: Экономика,. (Boqdanov A.A. (1989).
Tektologiya: Ümumi təşkilati elm. 2 cilddə, 1-ci cild - 304 s., 2-ci cild, 354 s. M.:
Ekonomika).
3. В поисках новой теории: Книга для чтения по экономической теории с проб-
лемными ситуациями: Учебное пособие. Под.ред.А.Г.Грязновой и Н.Н.Дум-
ной. М.: КНОРУС, 2004, 368 с. (“Yeni nəzəriyyə axtarışında: Problemli
vəziyyətlərlə bağlı iqtisadi nəzəriyyə üzrə oxu kitabı”: Dərs vəsaiti.
A.Q.Qryaznova və N.N.Dumnayanın redaktəsi ilə. M.: KNORUS, 2004 368 s.).
4. Пригожин И., Стенгерс И. (1986).Порядок из хаоса: Новый диалог человека
с природой. Пер. с англ./Общ.ред. В.И.Аршинова, Ю.Л.Климонтовича и
Ю.В.Сачкова. М.:Прогресс, 432 с. (Priqojin İ., Stenqers İ. (1986). Nizamsızlıq-
dan qayda. İnsanın təbiətlə yeni söhbəti. İngilis dilindən tərcümə/ V.İ.Arşinovun,
Y.L.Klimontoviçin və Y.V.Saçkovun redaktəsi ilə. M.:Proqress. 432 s.).
5. Эйген М., Шустер П. Гиперцикл. (1982). Принципы самоорганизации мак-
ромолекул. М.: Мир. 314с. (Eyqen M., Şuster P. Hipersikl. (1982). Makro-
molekulların özünütəşkil prinsipləri. M.:Mir. 314 s.).
6. Петти В. (1993). Трактат о налогах и сборах. Д.Рикардо. Начала политичес-
кой экономии и налогового обложения/Шедевры мировой экономической
мысли. Т.2. Петроком, (Petti U. (1993).Vergilər və yığımlar haqqında traktat.
D.Rikardo. Siyasi iqtisadın və vergitutmanın əsasları/ Dünyada iqtisadi ədəbiy -
yatının inciləri. T.2. Petrokom).
7. Кене Ф. (1960). Избранные экономические произведения. М.:Издательство
социально-экономической литературы. стр. 232-233. (Kene F. (1960). Seçilmiş
iqtisadi əsərlər. M.:Sosial-iqtisadi ədəbiyyat nəşariyyatı. səh. 232-233).
8. Смит A. (1962). Исследование о природе и причинах богатство народов.
М.:Соцэкгиз, (Smit A. (1962). Xalqların sərvətinin təbiəti və səbəbləri barədə
tədqiqat. M.:Soseqiz).
4(124) /2015
İ.Seyfullayev
VERGİ SİSTEMİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNİN ELMİ-NƏZƏRİ ƏSASLARI
59
9. Теория и практика налогообложения. (2010) Под.ред. Н.И.Малис. М.: Ма-
гистр ИНФРА-М. 384 с.(Vergitutmanın nəzəri və praktiki əsasları. (2010)
N.İ.Malisin redaktəsi ilə. M.:Magistr İNFRA-M. 384 s.).
10.Məmmədov F.Ə. və başqaları. (2010). Vergilər və vergitutma. Bakı:“POLI-
GRAPHIC PRODUCTION”, 512 s.
11.Kəlbiyev Y.A. (2012). Vergi siyasətinin konseptual əsasları və praktiki aspektləri.
Bakı: “Elm”, 488 s.
12.Kəlbiyev Y.A. (2005). Fiskal siyasət və milli iqtisadiyyatın tənzimlənməsi prob-
lemləri (monoqrafiya), Bakı: Elm, 468 s.
13.Məmmədov Ə.C., Seyfullayev İ.Z. (2013). Vergi və investisiya mühiti. Bakı:
BESTPACK, 376 s.
14.Məmmədov Ə.C. Yusifov C.R. Seyfullayev İ.Z. (2015). Vergi və tərəqqi. Bakı.:
BESTPACK, 324 s.
Сейфуллаев Ильгар Зульфигар оглы
д.ф.э., доц., Учебный Центр Министерства Налогов Азербайджанской Республики
Научно-теоретические основы совершенствования налоговой системы
Аннотация
Цель исследования – обобщение научно-теоретических основ управления
совершенствованием налоговой системы.
Методология исследования – теории систем и самоорганизации.
Результаты исследования – выдвинуты обоснованные предложения по эта-
пам процесса подготовки мер совершенствования налоговой системы, а также
по направлениям совершенствования принципов налогообложения.
Ограничения исследования – недостаточность исследований по оценке су-
ществующего и желаемого состояния налоговой системы.
Практическая значимость исследования – возможность использования в
качестве научного источника при подготовке мер по совершенствованию на-
логовой системы .
Оригинальность и научная новизна – развитие налоговой системы изучено
с точки зрения теории самоорганизации.
Ключевые слова: налоговая система, самоорганизация, флуктуация, прин-
ципы налогообложения.
4(124) /2015
İ.Seyfullayev
VERGİ SİSTEMİNİN TƏKMİLLƏŞDİRİLMƏSİNİN ELMİ-NƏZƏRİ ƏSASLARI
60
Seyfullayev Ilgar Zulfigar oglu
Ass. Prof., Training Center under the Ministry of Taxes of the Republic of Azerbaijan
Scientific-theoretical bases of improvement of tax system
Abstract
Purpose - generalization of scientific and theoretical bases of management of the
improvement of the tax system.
Design/methodology – theory of systems and self-organization.
Findings – the theoretical put forward proposals on the planning and organization
of improvement of the tax system.
Research limitations – lack of studies to assess the current and desired state of
the tax system.
Practical implications - the possibility of using as a scientific source in the prepa-
ration of measures to improve the tax system.
Originality/value – the development of the tax system is studied from the point
of view of the theory of self-organization.
Keywords: tax system, self-organization, the fluctuation of the principles of ta -
xation.
Jel Classification Codes: E62, H21, K34
Məqalə redaksiyaya daxil olmuşdur: 18.08.15.
Təkrar işləməyə göndərilmişdir: 20.08.15.
Çapa qəbul olunmuşdur: 31.08.15
Dostları ilə paylaş: |