AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
N Ə S İ M İ a d ı n a D İ L Ç İ L İ K İ N S T İ T U T U
TÜRKOLOGİYA
B E Y N Ə L X A L Q E L M İ J U R N A L
1970-ci İLDƏN NƏŞR OLUNUR
Jurnal Azərbaycan Respublikası Prezidenti yanında
Ali Attestasiya Komissiyası tərəfindən rəsmi qeydiyyata alınmışdır
(Filologiya elmləri bölməsi, № 18)
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Mətbu nəşrlərin reyestrinə
daxil edilmişdir. Reyestr № 3378
İ l d ə 4 d ə f ə ç ı x ı r
№ 2
Bakı – 2011
2
BAŞ REDAKTOR A. AXUNDOV
REDAKSİYA HEYƏTİ
K. ABDULLAYEV, N. CƏFƏROV,
T. HACIYEV, N. XUDİYEV, A. MƏMMƏDOV, A. NƏBİYEV,
B. NƏBİYEV, S. SÜLEYMANOVA (baş redaktorun müavini), F. VEYSƏLOV
BEYNƏLXALQ MƏSLƏHƏTÇİLƏR
Ş. H. AKALIN ( Türkiyə), ÇONQ JİN OH (Cənubi Koreya),
HAYASI TOORU (Yaponiya), K. KONAKBAYEV (Qırğızıstan),
İ. KORMUŞİN (Rusiya), F. QƏNİYEV (Rusiya),
V. QƏRƏNFİL (Moldova), T. MƏLIKOV (Rusiya),
M. MUSAOĞLU (Türkiyə), M. SOYEQOV (Türkmənistan)
JURNALIN TƏSİSÇİSİ
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ
NƏSİMİ adına DİLÇİLİK İNSTİTUTUDUR
İngilis mətnin elmi redaktoru G. AXUNDOVA
Ünvan: Az-1143, Bakı-143, Hüseyn Cavid prospekti, 31. Dilçilik İnstitutu.
«Türkologiya». Tel.: 5372081, 5372083. E-mail: ilinguistics@lan.ab.az
turkologiya2010@mail.ru
Адрес: Az-1143. Баку-143, пр. Гусейна Джавида, 31. Институт языкознания.
«Тюркология». Тел.: (+99412) 5372081, 5372083. E-mail: ilinguistics@lan.ab.az
turkologiya2010@mail.ru
Adress: Az-1143. Baku-143, Hussein Javid avenue, 31. The İnstitute of Linguistics.
«Turkologia». Tel.: (+99412) 5372081, 5372083. E-mail: ilinguistics@lan.ab.az
turkologiya2010@mail.ru
№ 2 2011
RƏHİLƏ
MƏHƏRRƏMOVA,
ŞƏHRİBANI ALLAHVERDİYEVA
XV–XVI ƏSRİN ƏVVƏLLƏRİNDƏ
KLASSİK AZƏRBAYCAN ƏDƏBİ DİLİNDƏ
ONOMASTİK VAHİDLƏR
X ü l a s ə. Məqalədə XV–XVI əsrin əvvəllərində klassik Azərbaycan
ədəbi dilində işlənmiş onomastik vahidlər – toponimlər, kosmonimlərdən
bəhs edilmişdir. Toponimlər: dövlət, qitə, ölkə adları bildirən xoronimlər;
şəhər adları bildirən astionimlər başlıqları altında; kosmonimlər – göy, göy
cismlərindən Ay, Günəş (sinonimləri ilə), planet adları (sinonimləri ilə) kimi
iki qrupda verilmişdir. Toponimlər, kosmonimlərin bədii ədəbiyyatda işlənmə
məqamları, poetik xüsusiyyətləri, üslubi funksiyaları zəngin faktlar əsasında
təhlil edilmişdir və belə nəticəyə gəlinmişdir ki, torpaqla, yerlə bağlı məkan
adlarını bildirən onomastik vahidlərdən klassik ədəbi dildə, bədii mətndə daha
çox poetik məqsədlərlə istifadə olunmuş, fikrin obrazlı, ekspressiv, emosional
ifadəsinə xidmət etmişdir.
Açar sözlər: onomastika, toponim, xoronim, astionim, kosmonim,
planet, klassik
«Azərbaycan bədii təfəkkürünün ən fundamental təzahür olunduğu
mənbə klassik poeziyadır. Azərbaycan klassik poeziyası sözün tam mənasında
fəlsəfi poeziyadır və çox elmlər üçün – ədəbiyyat, dilçilik, tarix, təbabət,
fəlsəfə və s. zəngin material verəcək mənbədir» [1. S. 5]. Həqiqətən də,
klassik poeziyada insan, onu əhatə edən maddi dünya, insana məxsus sevgi,
məhəbbət, mənəvi-ruhani saflaşma, bilik, kamillik kimi yüksək keyfiyyətləri
şairlər müxtəlif janrlardakı əsərlərində sənətkar qələmilə bədii obrazlı şəkildə
tərənnüm etmişlər. Bunları xalqımızın böyük klassikləri Nizami, Nəsimi,
Xətai, Füzuli və digər yazıçılarımızın yaradıcılığında görürük. Odur ki, klassik
ədəbi dilimizi – onun söz xəzinəsini dilin müxtəlif səviyyələrində hərtərəfli
tədqiq etmək ədəbiyyatımızın, dilimizin tarixini, onun poetikasını, söz sənətini
öyrənmək baxımından faydalıdır, gərəklidir.
Xalqın tarixini özündə əks etdirən onomastik vahidlər Azərbaycan dili
lüğət tərkibinin ayrılmaz hissəsini təşkil edir. Bu vahidlər hər bir xalqın
ТЦРК ОЛОЭИЙА
4
ictimai-tarixi keçmişi, onun məişəti ilə sıxı surətdə bağlıdır. «Toponimlər
xalqımızın tarixi dili və coğrafiyası ilə bağlı adlardır. Onlarda xalqımızın
etnogenezində vaxtilə iştirak etmiş, sonralar qaynayıb-qarışaraq aradan çıxmış
tayfa və qəbilələrin, onlara məxsus tirə və nəsillərin, ayrı-ayrı şəxslərin
qalaların dini sitayiş yerlərinin və s. adları qalmışdır» [2. S. 139].
Bu vahidlərin dilçilik baxımından tədqiq edilməsi xalqın tarixinin
öyrənilməsi, digər tərəfdən, bədii ədəbiyyatdan onomastik vahidlərin
seçilməsi, tədqiq olunması poetik onomastika məsələlərinin həlli, klassik
ədəbi dil materialları əsasında işlənməsi isə tarixi onomastika üçün faydalı ola
bilər. Çünki Azərbaycan onomastikasının öyrənilməsi mənbələrindən biri də
qədim və orta əsr yazılı abidələrimizdir. Bədii ədəbiyyatda işlənmiş
onomastik vahidlərlə bağlı S. Mollazadənin də fikrini yada salmaq yerinə
düşər: «XIII–XIX əsrlərə aid yazılı abidələrimiz Nəsimi, Kişvəri, Xətai,
Füzuli, Əmani, Qövsi Təbrizi, Vaqif, Vidadi kimi şairlərimizin əsərlərindən
toponimləri toplamaq, işləmək, Azərbaycan toponimikasının elmi-nəzəri
cəhətdən daha da inkişaf etdirilməsi üçün, xüsusən tarixi toponimika
məsələlərinin işıqlandırılması üçün bir sıra maraqlı və giymətli faktlar verə
bilər» [3. S. 113].
Onomastik vahidlərdən bədii ədəbiyyatda geniş istifadə olunur, bu da
daha çox janr və mövzularla bağlı olur. «Dilin ümumi leksik sistemində ono-
mastik leksikanın xüsusi mövqeyi vardır. Buraya daxil olan vahidlər müxtəlif
cəhətlərinə görə ayrı-ayrı sistem və yarımsistemlər təşkil edir» [4. S. 274].
Azərbaycan dilçilik ədəbiyyatında onomastik vahidlər antroponimlər,
etnonimlər, toponimlər, hidronimlər, zoonimlər, kosmonimlər, ktematonimlər
qrupları altında təsnif olunur. Məqalədə toponimlər və kosmonimlərdən bəhs
olunur.
Toponimlər
Toponimlər torpaqla, yerlə bağlı məkanların adlarını bildirdiyi üçün
coğrafiya, tarix elmləri ilə sıx bağlıdır. Bu adlarda xalqın tarixi, mənşəyi,
etnoqrafiyası yaşayır. Toponimlərin müxtəlif növləri vardır və bunların
hamısına bədii ədəbiyyatda rast gəlmək mümkündür.
Dostları ilə paylaş: |