CAHİD KAZIMOV
14
fundamental araşdırma ilk dəfə 1990-cı ildə
nəfis şəkildə çapdan çıxmışdır. Türk dünyasın-
da çox böyük nailiyyət kimi qiymətləndirilmiş
həmin atlas bütün türkoloji aləmdə bu sahədə
atılmış ilk və ən uğurlu addımlardan biridir.
III. Azərbaycan dilində qıpçaq qrupu
elementləri. M.Şirəliyev «Azərbaycan dilində
qıpçaq elementləri» [5] adlı məqaləsində dia-
lekt və şivə qaynaqları əsasında Azərbaycan
dilinin fonetik və morfoloji təbəqələrində qıp-
çaq elementlərinin varlığını aşkar etmiş və
həmin faktları qədim türk yazılı abidələri və
müasir qıpçaq qrupu türk dilləri ilə müqayisə
etmişdir. Müəllifin gəldiyi tarixi nəticə budur
ki, Azərbaycan dilindəki qıpçaq elementləri
qıpçaq qəbilələrinin Azərbaycana IV–VI əsr-
lərdəki yürüşləri ilə əlaqədardır.
IV. Türkologiyada dialekt və şivələrin
təsnifi məsələsi. M.Şirəliyev Azərbaycan dili
dialekt və şivələrinin təsnifində həm coğrafi,
genetik, həm də mədəni-tarixi prinsiplərdən çı-
xış etdiyinə görə, onun bölgüsü bütün türko-
loqlar tərəfindən, əsasən qəbul edilmiş və bu
təsnif indiyə qədər türkologiyada ən münasib
və əlverişli təsnif kimi (başqa təsnifatlar təklif
olunsa da) qəbul edilməkdədir.
Türkiyənin elmi jurnallarında M.Şirəli-
yevin Azərbaycan dialektologiyasının mühüm
problemlərinə aid xeyli məqaləsi çap edilmiş-
dir. O, Türkiyə türkcəsinin ağızlarını dilin
müxtəlif səviyyələrində (fonetik, leksik və
qrammatik) Azərbaycan dialektləri ilə müqa-
yisə etmiş, ciddi elmi nəticələr əldə etmişdir.
Ən görkəmli sovet-rus türkoloqu N.K.Dmit-
riyev yazırdı ki, M.Şirəliyev yeni dialektoloji
məktəbin əsasını qoymuşdur. M.Şirəliyevin «Azər-
baycan dialektologiyasının əsasları» monoqrafiya-
sı bütün türkologiyada türk dillərindən birinin dia-
lektologiyasına həsr edilmiş ən böyük əsərdir.
M.Şirəliyevi türk filologiyası və rəhbərlik
etdiyi jurnalın «Sovetskaya türkologiya» jurna-
lının bu sahədə qarşısında duran vəzifələr ciddi
narahat edirdi. O, «“Sovet türk filologiyası” və
“Sovetskaya türkologiya” jurnalının vəzifələri»
(«Советская тюркская филология и задачи
журнала “Советская тюркология”») [6. S.3–15]
məqaləsində türkoloji dilçilikdə problemlərin
bir sıra mühüm aspektlərini müəyyənləşdirmiş-
dir. Birinci aspekt: türk ədəbi dillərinin inkişaf
qanunauyğunluqlarını xalqın sosial inkişafı ilə
paralel öyrənmək; ikinci aspekt: müasir türk
dillərini kompleks şəkildə öyrənmək; üçüncü
aspekt: azlıqda qalan türklərin dilini müqayisəli
öyrənmək.
M.Şirəliyevi türk dialektologiyası məsə-
lələri daha çox maraqlandırmışdır. O, «Azər-
baycan milli ədəbi dilinin dialekt əsasları» («О
диалектной основе азербайджанского наци-
онального литературного языка») [7. S.5–14]
məqaləsində dilimizin dialekt sistemini türk dil-
lərinin dialekt sistemi ilə qarşılaşdıraraq müqa-
yisə etmişdir.
O, coğrafi və mənşə prinsipindən çıxış
edərək dilimizə məxsus on dialekt və beş şivə
olduğunu göstərmişdir.
M.Şirəliyev türkcələrin dialektlərinin
müqayisəli yolla tədqiqini zəruri sayırdı. Belə
ki, o, tədqiqatlarında müqayisənin dairəsini
daha da genişləndirərək, Azərbaycan dialekt-
ləri ilə türk dillərinin dialektləri arasında olan
ümumi və fərqli cəhətlərin aşkara çıxarılması-
nı istəyirdi. Xüsusən də, xaricdəki bir çıxı-
şında Türkiyə türkcələrinin çoxsaylı ağızları
ilə (Anadolu ağzı və s.) Azərbaycan dialektlə-
rini qarşılaşdırmaq və müəyyən qanunauyğun-
luqları öyrənməyi tövsiyə etmişdir.
M.Şirəliyev böyük türkoloq-alim kimi
Rusiyada da tanınırdı. Onun Moskvada çap
olunan «Təsviri qrammatikanın tətbiqi məsələ-
ləri» («Вопросы составления описательных
грамматик» – 1961) kitabında «Azərbaycan
dilində tabeli mürəkkəb cümlə problemi» adlı
məqaləsi mütəxəssislərin diqqətini xüsusi ola-
raq cəlb etmişdi. Məqalədə türk dillərində bu-
daq cümlələrin sadə cümlələrə transforma-
siyası (çevrilməsi) hadisəsi, analitik, sintetik
və analitik-sintetik tip budaq cümlələr fonunda
təhlil olunmuşdur.
AKADEMİK ŞİRƏLİYEV MƏMMƏDAĞA ŞİRƏLİ OĞLU
15
Müxtəlif tədbirlərdə M.Şirəliyevin tür-
koloji fəaliyyəti yüksək qiymətləndirilmişdir.
Onları nəzər-diqqətinizə çatdırırıq.
Türk Dil Qurumunun baş yazarı Ömər
Asım: «Türk Dil Qurumundan anadan olmağı-
nızın altmışıncı və türkoloji aləmdəki dəyərli
izlərinizin otuz beşinci ildönümünü təbrik edir,
sağlığınızı və elm aləmində daha neçə-neçə
əsərlər ərməğan etməyinizi arzu edirik».
Hamburqdakı Ural-Altay Cəmiyyətinin
sədri, prof. J.Qunnar: «Türk dillərinin dilçilik
coğrafiyası üsulu ilə öyrənilməsi sahəsində
M.Şirəliyevin xidmətləri danılmazdır».
İ.İ.Meşşaninov: «Azərbaycan dili dia-
lektlərindən birini sistemə salmış geniş və bit-
miş tədqiqi ilk dəfə olaraq M.Şirəliyev verir.
O, ən xarakterik dialekt olan Bakı dialekti üzə-
rində araşdırma aparmış və onu son dərəcədə
uğurla tədqiq edə bilmişdir»
Türkmənistan EA-nın prezidenti, akad.
P.Əzimov: «Türkmənlər dialektoloji atlasın tərtibi
işlərini M.Şirəliyev məktəbindən əxz etmişlər...».
B.N.Serebrennikov: «SSRİ məkanında
türkologiya sahəsində çox geniş ölçüdə və mü-
hüm əhəmiyyəti olan fundamental tədqiqatlar
aparılırdı. Həmin ərazidə bütün türk dilləri
təmsil olunurdu. Türkologiyanın çox aktual
problemləri öz həllini tapırdı. Bu işə rəhbərlik
edənlərdən biri də M.Şirəliyev idi».
A.N.Kononov: «Türkologiyada dialekt
və şivələrin təsnifi məsələsi uzun müddət mü-
rəkkəb və eyni zamanda, mübahisəli problem-
lərdən biri sayılmışdır. Bu məsələnin digər
türk dillərinin dialekt və şivələrinin öyrənilmə-
sində də aktual olduğunu görkəmli türkoloq
M.Şirəliyev göstərmişdir».
Qazax dilçisi Ş.Sarıbayev: «Qazax dia-
lektologiyasında mübahisəli məsələlər çoxdur.
Onların biri dialektlərin təsnifidir. Bu məsələ-
nin türkoloji aləmdə obyektiv yolunu Azərbay-
canın görkəmli türkoloqu M.Şirəliyev müəy-
yənləşdirmişdir».
Prof. M.Rəhimov: «1950-ci ildən sonra
türkologiyada, eləcə də Azərbaycan dilçiliyin-
də tərkib və budaq cümlə probleminin tədqiqi,
bunlar arasında sərhədin müəyyənləşdirilməsi
ən mühüm məsələ kimi qarşıda dururdu.
Akademik M.Şirəliyev dialektoloji araşdırma-
larını davam etdirməklə bərabər, bu mühüm
problemin də tədqiqinə girişdi və Azərbaycan
dilinin materialları əsasında tərkiblərlə budaq
cümlə arasındakı ümumi və fərqli cəhətləri də-
qiq surətdə müəyyənləşdirdi».
M.Şirəliyev Azərbaycan türkologiyasını
dünya arenasına çıxarmışdır. Ümumittifaq tür-
koloji konfrans və simpoziumların həm təşki-
latçısı olmuş, həm də orada türk dillərinin
problemlərini qaldırmışdır.
M.Şirəliyev türkologiyanın müxtəlif problem-
ləri ilə məşğul olan B.Serebrennikov, N.Hacıyeva,
E.Tenişev, E.Qrunina, A.Kononov, N.Baskakov,
A.Şerbak və b. görkəmli türkoloqlarla canlı ünsiy-
yətdə olmuş, onların elmi məruzələrini dinləmişdir.
Akad. M.Şirəliyevin rəhbərliyi dövründə
oğuz qrupu türk dillərinin müqayisəli foneti-
kası və qrammatikası sahəsində gərgin elmi
axtarışlar aparılmış və nəticədə «Oğuz qrupu
türk dillərinin fonetikası» (müəllif M.Yusifov)
və «Oğuz qrupu türk dillərinin müqayisəli mor-
fologiyası», «Oğuz qrupu türk dillərinin müqa-
yisəli sintaksisi» (kollektiv monoqrafiya – II h.:
morfologiya) kimi maraqlı monoqrafiyalar
meydana gəlmişdir.
Akad. Şirəliyevin elmi irsi dilçiliyimiz
üçün tarixən dəyərli olduğu kimi bu gün də
aktual və faydalıdır. Ən nəhayət deyə bilərik
ki, Azərbaycan dilçiliyinin, həmçinin dialekto-
logiyanın, ümumi türkologiyanın formalaşması
və inkişafı tarixini tam müəyyənləşdirmək
üçün «M.Ş.Şirəliyev məktəbi»nin daha dərin-
dən öyrənilməsi mühüm önəm daşıyır.
Ə D Ə B İ Y Y A T
1. Axundov A. Dil və ədəbiyyat. Bakı,
2003. C. 1.
2. Hacıyev T. Dilçiliyimizin bayramı: Elmi
əsərlər // Dil və ədəbiyyat. 1968. № 5–6.
Dostları ilə paylaş: |