MİLLİ GÖRÜŞ
69
“Quranın ipindən yapış və onu özünə nəsihətçi
qəbul et. Onun halalını halal və haramını isə haram
bil. Keçmişə dair Quranda xəbər verilən həqiqətləri
təsdiq et və dünyanın keçmişindən onun gələcəyi
üçün ibrət al. Həqiqətən, onun bəzi hissələri bir-
birinə oxşayır. Sonu əvvəlinin davamıdır. Hamısı
fanidir və insanı tərk edib gedəcəkdir.
Allahın adını uca tut və Onun adını yalnız
haqq işdə dilinə gətir. Ölümü və ölümdən sonrakı
halları çox düşün və etimadlı bir şərt olmadan
ölümü arzulama. Sahibinin özü üçün razı olduğu,
lakin bütün müsəlmanlar üçün istənilməyən hər
bir əməldən çəkin. Gizlicə yerinə yetirilən və
aşkarda insana xəcalət gətirən və onu utandıran
əməldən çəkin. Sahibindən haqqında soruşulduqda
inkar etdiyi, yaxud üzr gətirdiyi hər işdən çəkin.
Namusunu söz oxuna hədəf etmə. Hər eşitdiyini
camaata danışma; yalan danışmaq üçün bu sənə
kifayət edər. Xalqın sənə danışdığı hər şeyi də
rədd etmə. Nadanlıq və cahillik olaraq bu sənə
kifayət edər. Qeyzini ud, güclü olduqda günahdan
keç, qəzəbləndikdə həlim ol və qüdrətli olmağına
baxmayaraq bağışla ki, xeyirli aqibət sənin olsun.
Allahın verdiyi nemətlərin qədrini bil, onlardan
yaxşı istifadə et. Allahın sənin yanında olan bir
nemətini belə zay etmə və Onun sənə nemət olaraq
verdiyi şeyin əlaməti və izi səndə görünsün. Bil ki,
möminlərin ən fəzilətlisi canından, əhli-əyalından
və malından ən fəzilətli şəkildə hədiyyə və ehsan
edən şəxsdir. Həqiqətən, qabaqcadan göndərdiyin
xeyirin azuqəsi sənin üçün qalar, əsirgədiyin şeyin
xeyiri isə səndən başqasınındır. Fikri və rəyi zəif
və xətalı, əməli isə xoşagəlməz və çirkin olan şəxslə
dostluq etməkdən çəkin, çünki insana dostluq
etdiyi şəxslə qiymət verər və dostundan ibrət alıb
haqqında hökm çıxararlar. Böyük şəhərlərdə
sakin ol, çünki oralar müsəlmanların cəmləşdiyi
yerlərdir. Xalqı qafil və cəfakar olan, Allaha itaətdə
yardımçısı az olan yerlərdən çəkin. Fikrini səni
maraqlandıran və sənə aid olan şeylərlə məşğul
et. Bazarların oturacaqlarında oturmaqdan çəkin,
çünki oralar Şeytanın hazır olduğu və fitnələrin
peyda olduğu yerlərdir. Üstün tutulduğun şəxsə
çox bax, çünki bu şükr qapılarındandır. Cümə
günü namazda iştirak etməmiş səfərə çıxma, lakin
Allah yolunda, yaxud məzur olduğun bir işə görə
çıxdığın səfər istisnadır. Bütün işlərində Allaha
itaət et. Həqiqətən, Allaha itaət ondan başqa hər
şeydən üstündür. İbadətdə nəfsini aldatmağa çalış,
onunla yumşaq rəftar et və onu məcbur etmə.
Onun boş vaxtını və həvəsli olduğu zamanını
haqla, lakin sənə vacib olan işlər istisnadır, çünki
vacibatın yerində və zamanında yerinə yetirilməsi
lazımdır. Dünyanı istəyərkən Rəbbindən qaçdığın
bir halda ölümün sənin başının üstünü almasından
çəkin. Fasiqlərlə həmnişin olmaqdan çəkin, çünki
şər şərlə əlaqəlidir. Allahı böyük bil, Onu sevənləri
sev. Qəzəbdən çəkin, çünki o İblisin ordularından
böyük bir ordudur. Vəssəlam!”
MƏKTUBUN ŞƏRHİ
“Quranın ipindən yapış …” Yıxıldıqda və
silkələndikdə özünü möhkəmlətmək istəyən hər
bir şəxs bir ipdən yapışdığı kimi Sən də həyatda
qarşılaşdığın problemlər və müşküllər müqabilində
möhkəm və sabit dayanmaq istəyirsənsə, Quranın
ipindən yapış. Allah Rəsulu “Hədisi-Səqəleyn”də
Quranı belə ifadə etmişdir: “Mən sizin aranızda
iki dəyərli şey qoyub gedirəm ki, əgər onlardan
yapışsanız, məndən sonra heç vaxt azğınlığa düçar
olmayacaqsınız. Bunlardan biri Allahın Kitabıdır.
O göydən yerə qədər uzanmış bir ipdir. İkincisi isə
Əhli-Beytim olan sülaləmdir”. Bəli, Quran göydən
yerə qədər uzanmış olan bir ipdir, çünki yüksəkliyin
göstəricisi olan səmadan gələn vəhydir. Yoxsa Allah-
Taalanı göy və yer ehtiva edə bilməz, çünki O zaman
və məkanın fövqündə olan bir varlıqdır. İmam Harisə
tövsiyə edir ki, Quranı istinad edilən qayda olaraq
götürsün, qəlbini Qurana açsın və Qurandan yapışsın.
“... Və onu özünə nəsihətçi qəbul et. …” Yəni bir
problem yaşadıqda Qurana nəzər sal və o problemin
həll olunmasında sənə necə nəsihət verəcəyinə bax.
Bir plan çəkmək, yaxud bir yol tutmaq, yaxud bir
şəxsi və ya tərəfi təsdiq, yaxud inkar etmək istədikdə
və nəsihət almaq istədikdə ən xeyirli məsləhətçi olan
Qurana yönəl və onun bütün ayələrini nəsihətçi qəbul
et, çünki bütün nəsihətlər ondadır, bir şərtlə ki, onun
üzərində dərindən düşünəsən, yalnız onun ayələrini
oxuyan şəxslər kimi ona səthi yanaşmayasan. Allah-
Taala Quranda bu barədə buyurur: “Onlar Quran
barəsində düşünməzlərmi? Yoxsa, ürəklərinə kilid
vurulmuşdur?”
1
“… Onun halalını halal və haramını isə haram
bil. …”
Quran Allahın kəlamı və şəriətidir. Buna görə də
onun halalını halal və haramını isə haram bilməklə
Quranın qanunlarına tabe olmalı və Qurandan başqa
digər bir şəriətə sığınmamalısan. Allah-Taala buyurur:
“Allah və Onun Elçisi bir işi hökm etdiyi zaman heç
bir mömin kişiyə və qadına öz işlərində başqa yol
seçmək yaraşmaz. …”
2
“… Keçmişə dair Quranda xəbər verilən
həqiqətləri təsdiq et və dünyanın keçmişindən onun
gələcəyi üçün ibrət al. …” Gələcəyə dair dünyanı
başa düşmək istəsən, arxada qoyduğun illərlə dünyaya
bax, çünki cəmiyyətin fəaliyyət və gedişatında Allahın
yerləşdirdiyi məğlubiyyət, zəfər, uğur, həyat və ölüm
kimi tarixi adətlər və qanunlar, Allahın dünyanı