Azərbaycan Respubliksının Qanunlar külliyyatı. “Qanun” nəşriyyatı,
2001, səh. 862.)
13.5.
Fənlərin tədrisində hüquq tərbiyəsinin qoyuluşu
“Azərbaycan Konstitusiyasının əsasları” fənnindən savayı digər
fənlərin tədrisində də şagirdlərin hüquq tərbiyələrini yüksəltmə üçün
bir sıra imkanlar vardır. Bu imkanlardan maksimum dərəcədə istifadə
etməklə dərsdə hüquq tərbiyəsinin qoyuluşuna nail olmaq lazımdır.
Təlim prosesində aşağı siniflərdən başlayaraq şagirdlərə
hüquq tərbiyəsinin təşkilinə şərait yaradan mövzuların öyrədilməsinə
xüsusi diqqət yetirmək lazım gəlir. İbtidai siniflərdə elə mövzular var
ki, şagirdlərin hüquq tərbiyəsinin inkişafı üçün daha münasibdir. Yəni
belə mövzuların tədrisində şagirdlərin hüquq tərbiyəsinin inkişafına
birbaşa təsir göstərir. Elə mövzular var ki, orada hüquq tərbiyəsinin
yalnız elementləri vardır. Hər iki halda müəllim şagirdlərin hüquq
tərbiyəsinin inkişafına xüsusi cəhd göstərməlidir. İbtidai siniflərdə
tədris olunan mövzular içərisində “Təhsil hüququ”, “Azərbaycanın
Milli Ordusu”, “Azərbaycan torpağı”, “Hərbi xidmətə çağırış”, “Vətən
nəğməsi”, “Vətənin keşiyində”, “Sərhədçilərin kiçik dostu”,
“Uşaqların müdafiə günü” kimi mövzular kiçik yaşlı məktəblilərin
hüquq tərbiyəsini inkişaf etdirmək baxımından mühüm əhəmiyyət
kəsb edir. Bu mövzular içərisində Vətənin keşiyində, hərbi xidmətlə
bağlı olan mövzuların tədrisi hüquq tərbiyəsi baxımından çox
aktualdır. Vətənimizin torpaqlarının 20 % erməni faşistləri tərəfindən
işğal olunduğu son onilliklərdə bəziləri hərbi xidmətdən yayınaraq
fərarilik edir. Fərarilik haqqında cinayət məcəlləsinin müvafiq
maddəsinə əsasən həmin adamlar mühakimə olunaraq məhkəmənin
qərarı ilə həbsxanaya salınır. Azərbaycan Silahlı Qüvvələri sırasına
həqiqi hərbi xidmətə çağırılanlar içərisində hərbi xidmətdən boyun
qaçıranlar məhkəmənin hokum ilə 5 ildən 8 ilədək azadlıqdan məhrum
edilirlər.
Şagirdlər
Vətəni
sevməyənlərin,
onu
qorumaq
istəməyənlərin qanun qarşısında cavab verməsini, ağır cəzaya
572
məhkum olunmasını öyrənməklə yanaşı Vətənin müdafiəsinə biganə
qalan belələrini nifrət hissi ilə yad edirlər.
Yuxarı siniflərdə Cəfər Cabbarlının “Almaz” əsərində Almazın
məhkəmədəki qələbəsi, Mehdi Hüseynin “Alov” pyesində
müstəntiqin dövlət malına biganə olanlara qarşı cinayət işi aparması,
Süleyman Rəhimovun “Mehman” povestində prokurorun dövlət
malını mənimsəyənlərə qarşı amansız olması kimi faktların ədəbiyyat
dərslərində müasir faktlar və hadisələrlə müqayisəli şəkildə şagirdlərə
çatdırılması, onların hüquq tərbiyəsinin formalaşdırılması baxımından
çox önəmlidir.
13.6.
Dərsdənkənar tədbirlərdə şagirdlərin hüquq
tərbiyəsi
Təlim prosesində olduğu kimi dərsdənkənar tədbirlərdə də
şagirdlərin hüquq tərbiyəsinin təşkili və inkişafı üçün rəngarəng
tədbirlərdən istifadə etmək mümkündür. Maraq kurslarında, fənn
dərnəklərində, bədii yaradıcılıq dərnəklərində şagirdlərin hüquq
tərbiyəsinin təşkili və inkişaf etdirilməsi üçün geniş imkanlar vardır.
Bundan başqa kütləvi tədbirlərdə, o cümlədən gecələrdə, görüşlərdə,
disputlarda, əsər müzakirəsində, bu problemlə bağlı televiziya və teatr
tamaşalarına baxdıqdan sonra həmin əsərlərin müzakirəsinin təşkili
zamanı da şagirdlərin hüquq tərbiyəsinin inkişafını təmin etmək
mümkündür. Hüquq işçilərilə görüşlər bu baxımdan mühüm
əhəmiyyət kəsb edir. Bu görüşlərin mütəmadi olaraq həm polis, həm
prokurorluq, həm milli təhlükəsizlik, həm mühafizə xidməti, həm
sərhəd qoşunları xidməti, həm də ədliyə işçilərilə keçirilməsi çox
faydalıdır.
Belə görüşlərdə şagirdləri hüquq mühafizəsinin ayrı-ayrı
sahələrinin funksiyaları, insanların, vətəndaşların və məmləkətimizin
hüquqlarını qoruyan mütəxəssislərin nəzəri və praktik söhbətləri
şagirdlərin hüquq tərbiyəsinin inkişafı üçün çox önəmlidir.
Hüquq tərbiyəsilə bağlı olan bədii əsər, televiziya və
kinofilmlərin müzakirəsi də bu baxımdan mühüm əhəmiyyət kəsb
edir. Əsər müzakirəsi zamanı M. F. Axundovun “Murafiə Vəkilləri”,
Ə. Haqverdiyevin “Bomba”, İ.Şıxlınm “Dəli Kür”
573
əsərlərində çar rusiyasının hüquq mühafizəçilərinin səriştəsizliyi,
ədalətsizliyi, özbaşınalığı, 1937-ci ildə Hüseyn Cavid, Mikayıl
Müşviq, Vəli Xuluflu, Əhməd Cavad kimi mütəfəkkirlərin
məhkəməsini təsvir edən əsərlərdə milis, prokurorluq, dövlət
təhlükəsizliyi komitəsi və ədliyyə işçilərinin bəd əməlləri millətimizə
ümumxalq faciəsi “bəxş etməsi” kimi məsələlərlə tanış olmaları
məktəblilərin ədalət və ədalətsizlik, cinayət və cəza, haqq işi və
haqsızlıq haqqındakı təsəvvürlərini genişləndirir.
Məlum olduğu kimi, XI sinif şagirdlərinin bir qismi ali
məktəblərə qəbul olub oranı tibb, bir qismi pedaqoji, bir qismi kənd
təsərrüfatı, bir qismi sənaye iqtisadiyyatı, bir qismi neft iqtisadiyyatı,
bir qismi ticarətin təşkili üzrə mütəxəssis kimi bitirəcəklər. Onların
əksəriyyəti isə bazaar iqtisadiyyatı prinsipi üzrə fermer təsərrüfatları,
sənaye-ticarət obyektləri, tikintini, nəqliyyat, rabitə sahələrində
çalışacaqlar. Hər il ölkəmizdə 30 mindən artıq mütəxəssis belə
müəssisələrdə çalışmağa vəsiqə alır. Onların da çoxu sahibkarlıq
fəaliyyətilə məşğul olmağa üstünlük verir. Təşkilati-hüquqi
formasından asılı olmayaraq bütün müəssisələr dövlətə vergi verirlər.
Dövlət tərəfindən nəzərdə tutulan güzəştlər istisna olmaqla bütün
vətəndaşlar vergi ödəyicisi hesab olunur. Bu mənada XI sinif
şagirdlərinin vergi hüququ ilə yaxından tanış edilməsi çox faydalıdır.
Qeyd etdiyimiz dərsdənkənar tədbirlərin hər birini müvafiq təmayül
çərçivəsində vergi hüququ məsələlərinə həsr etmək olar. Yaxud vergi
hüququ məsələlərinə dair əsərlərdən birinin müzakirəsini təşkil
etməklə şagirdləri bu problemlə yaxından tanış etmək olar. Nümunə
təriqiylə “Vergi hüququ” dərsliyini götürmək olar. Respublikamızın
iqtisadçı və hüquqşünas alimləri və tədqiqatçıları Dünyamalı Vəliyev,
Yeganə Balakişiyeva, İslam Rəfibəyli, Elnur İmanov və Elçin
Qarabalov tərəfindən hazırlanan bu əsərin müzakirəsini keçirməklə
yeni həyata atılan gənclərə günün ən aktual məsələsi olan vergi
hüququ barədə ən zəruri informasiyalar, dövlət büdcəsinin ən mühüm
mənbələrindən biri sayılan vergi ödəyicilərinin məzmunu barədə
məlumatlar verilir. Nəzərə alsaq ki, hər il orta ümumtəhsil məktəbini
100 min civarında gənc qurtarır və onların təxminən 70 minə qədəri
istehsalatda çalışmağa meyl
574
Dostları ilə paylaş: |